Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-58/2024 27.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC, Pirallahı Rayon İcra şöbəsi, Cavabdeh2 MMC və Cavabdeh3 BOKT ASC-yə qarşı “əmlakın qiymətləndirilməsi barədə hesabatın və hərracın yekunlarına dair protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 MMC, Pirallahı Rayon İcra şöbəsi, Cavabdeh2 MMC və Cavabdeh3 BOKT ASC-yə qarşı “əmlakın qiymətləndirilməsi barədə hesabatın və hərracın yekunlarına dair protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC tərəfindən mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,035 ha torpaq sahəsi və üzərində yerləşən 173,1 kvm ümumi sahədən ibarət olan 5saylı fərdi yaşayış evinə dair verilən əmlakın qiymətləndirilməsi barədə hesabatın etibarsız hesab edilməsi və həmin fərdi yaşayış evinin yenidən qiymətləndirilməsinin cavabdehə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Pirallahı rayon Məhkəməsinin 2 (094)-194\2022 saylı, 01.072022- ci il tarixli icra əsasən məndən 40619,02 manat bore və ödənilmiş 30,40 manat məbləğində dövlət rüsumunun (cəmi 40649,42 manat) tutularaq "xxxx" BOKT ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədi Pirallahı rayon İcra şöbəsinə daxil olmuşdur. Pirallahı rayon İcra Şöbəsinin sifarişinə əsasən ELEX Qiymətləndirmə və Konsaltiq Xidməti tərəfindən mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 0,035 ha torpaq sahəsi və üzərində yerləşən 173,1 kv.m ümumi sahədən ibarət olan 5 saylı fərdi yaşayış evinin qiymətləndirilməsi aparılmışdır. Sonuncunun verdiyi hesabata əsasən fərdi yaşayış evinin qiyməti 72000 manat təşkil etmişdir. "ELEX" Qiymətləndirmə və Konsaltiq Xidməti tərəfindən aparılmış qiymətləndirməni qanunsuz və əsassız hesab edir, belə ki, 72000 manat həmin tərəfindən hal-hazırkı real qiymətini əhatə etmir, həmin fərdi yaşayış evinin 120 000 manatdan artıqdır. "ELEX" Qiymətləndirmə və Konsaltiq Xidməti tərəfindən onun fərdi yaşayış evinin qiymətləndirilməsi qüvvədə olan qiymətləndirmə fəaliyyəti və aparılması qaydaları barədə Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri kobud şəkildə pozulması ilə aparılmışdır. Ona görə də həmin qiymətləndirmə barədə hesabat etibarsız hesab edilməli və həmin fərdi yaşayış evi üzrə yenidən obyektiv qiymətləndirmə aparılmalıdır. Beləliklə, göründüyü kimi mülkiyyətində olan fərdi yaşayış evi ilə bağlı məlumatın cavabdeh tərəfindən təhrif edilməsi nəticəsində fərdi yaşayış evinin qiyməti qəsdən azaldılaraq aşağı salınmışdır. Beləliklə hesab edir ki, cavabdeh tərəfindən ona məxsus fərdi yaşayış evinin ucuz qiymətləndirilməsi və açıq hərracda ucuz qiymətə satılması Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinin kobud şəkildə pozulması ilə aparılmışdır. Ona görə də hesab edir ki, qiymətləndirmə hesabatı etibarsız hesab edilməli və qiymətləndirmə yenidən aparılmalıdır. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 0,035 ha torpaq sahəsi və üzərində yerləşən 73,1 kvm ümumi sahədən ibarət olan 5 saylı fərdi yaşayış evinin, açıq hərracdan satılmasına dair açıq hərracın yekunları barədə 154/23 saylı, 16 iyun 2023-cü il tarixli protokolun etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlərə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclaslarında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Cavabdeh1 MMC-nin xx.xx.2023-cü il tarixli, R01/11/23 saylı Daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabatdan görünür ki, aparılmış hesablamalar və təhlillərə əsasən ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin xx.xx.2023-cü il tarixinə bazar dəyəri 72000 manat məbləğində müəyyən olunduğu təsdiq edilir. Daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair 01/35597 saylı, xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, obyektin 12 sentyabr 2019-cu il traixinə bazar dəyəri 120000 manat təşkil edir. Cavabdeh2 MMC-nin xx.xx.2023-cü il tarixli, 716/23 saylı hərrac bildirişinin təsdiq olunmuş surətindən görünür ki, Pirallahı Rayon Məhkəməsinin 2(094)-194/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən, Bakı şəhəri Pirallahı rayon İcra şöbəsini tərəfindən verilmiş 17/114-390/2O saylı. xx.xx.2023-cü il tarixli sifarişi üzrə, İddiaçı məxsus olan, tələbkar "xxxx" BOKT ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, Abşeron rayonu, Novxanı kəndi, S.Bəhlulzadə küçəsi ünvanında yerləşən 0.035 ha torpaq sahəsi və onun üzərində yerləşən 173.1 kvm ümumi sahədən ibarət olan 5 saylı fərdi yaşayış evi satış qiyməti 72.000 manat olmaqla, “X1”-nın nəzdində Cavabdeh2 MMC tərəfindən xx.xx.2023cü il tarixdə, saat 10:00-da hərraca çıxarılmışdır. Cavabdeh2 MMC-nin 16 iyun 2023-cü il tarixli, 154/23 nömrəli açıq hərracın yekunları barədə protokolunun surətindən görünür ki, Bakı şəhəri Pirallahı rayon İcra Şöbəsinin sifarişi əsasında İddiaçı məxsus olan Abşeron rayonu, Novxanı kəndi, S.Bəhlulzadə küçəsi ünvanında yerləşən 0.035 ha torpaq sahəsi və onun üzərində yerləşən 173.1 kvm ümumi sahədən ibarət olan 5 saylı fərdi yaşayış evi “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən, tələbkar Cavabdeh3 BOKT ASC tərəfindən 45.900 manat məbləğində əldə edilmişdir. Bakı şəhəri Pirallahı rayon İcra Şöbəsi tərəfindən İddiaçı ünvanlanmış 20 oktyabr 2023-cü il tarixli, 17/114-1328/20 saylı məktubun məzmunundan görünür ki, iddiaçı "xxxx" ASC-nin cavabdeh İddiaçı qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-194/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrası ilə bağlı Pirallahı rayon İcra Şövəsi tərəfindən Cavabdeh2 MMC-nə xx.xx.2023-cü il tarixli sifariş verilmişdir. "xxxx" ASC-nin Pirallahı rayon icra şöbəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli məktuba əsasən ipoteka predmeti olan ünvan 7 ünvanında yerləşən 5 saylı fərdi yaşayış evinin təkrar hərracdakı satış qiymətindən 25% aşağı qiymətə, yəni 45900 manata əldə edilməsinə razılığını bildirmişdir. Açıq hərracın yekunları barədə xx.xx.2023-cü il tarixli, 154/23 nömrəli Protokola əsasən mənzil 45000 manata satılmışdır. Satışdan əldə olunan pul vəsaitindən tələbkarın xeyrinə 40649,42 manat, eləcə də 2845,46 manat məbləğində icra ödənişi tutulduqdan sonra qalan vəsaitin ona qaytarılması üçün müvafiq bank hesabının rəsmi qaydada Pirallahı rayon icra şöbəsinə təqdim edilməsi xahiş olunur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-16-16/2-10/5313-9/5533 nömrəli ekspert rəyindən görünür ki, Abşeron rayonu, Novxanı kəndi, S.Bəhlulzadə küçəsi ünvanında yerləşən 0.035 ha torpaq sahəsi və onun üzərində yerləşən 173.1 kvm ümumi sahədən ibarət olan 5 saylı fərdi yaşayış evinin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 121000.00 manat məbləğində müəyyən edilir. Göstərilənləri nəzərə alaraq, 5% azalma əmsalı tətbiq edilməklə həmin fərdi yaşayış evinin hazırki orta bazar qimətlərinə uyğun likvid dəyəri təqribən (121000,00-5%) 114950,00 manat məbləğində müəyyən edilir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 51.1-ci maddəsinə əsasən borclunun əmlakının “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərəflərin razılığı, yaxud məhkəmənin qərarı ilə qiymətləndirildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, borclunun əmlakının qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. İcra məmuru qiymətləndirmə sahəsində ixtisaslaşmış və 5 ildən az olmayaraq fəaliyyət göstərən, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməyən qiymətləndiricini dəvət etməlidir. Həmin Qanunun 53.1-ci maddəsinə əsasən üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinlə əsasən məhkəmə hökmünün və ya qərarının təmin edilməsi məqsədi ilə əmlakın qiymətləndirilməsinə zərurət olduqda əmlakın məcburi qaydada qiymətləndirilməsi aparılır. Həmin Qanunun 7-ci maddəsinə əsasən qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Həmin Qanunun 8-ci maddəsinin 1-ci hissəsinə görə qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Göründüyü kimi, qanun qiymətləndiricinin hesabatında göstərilən dəyərin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılması imkanını müəyyən edib. Həmin maddənin 2-ci hissəsinə görə qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. Cavabdeh1 MMC-nin tərəfindən verilən hesabat görə ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin xx.xx.2023-cü il tarixinə bazar dəyəri 72.000 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qərardadı əsasında qiymətləndirmə təyin olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli rəyinə əsasən fərdi yaşayış evinin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 121000.00 manat məbləğində, 5% azalma əmsalı tətbiq edilməklə həmin fərdi yaşayış evinin hazırki orta bazar qimətlərinə uyğun likvid dəyəri təqribən 114950,00 manat məbləğində qiymətləndirilmişdir. Göründüyü kimi, mübahisələndirilən hesabatda göstərilən 72.000 manat reallığı əks etdirmir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia tələbi təmin edilməli, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,035 ha torpaq sahəsi və üzərində yerləşən 173,1 kv.m ümumi sahədən ibarət olan 5 saylı fərdi yaşayış evinin açıq hərracdan satılmasına dair Cavabdeh2 MMC-nin “Hərracın yekunları barədə” 16 iyun 2023-cü il tarixli, 154/23 saylı protokolu etibarsız hesab edilməli, ünvan 1 ünvanında yerləşən 0,035 ha torpaq sahəsi və üzərində yerləşən 173,1 kv.m ümumi sahədən ibarət olan 5 saylı fərdi yaşayış evinin qiymətləndirilməsinə dair Cavabdeh1 MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, R01/11/23 saylı hesabat etibarsız hesab edilsin və həmin əmlaka dair yenidən qiymətləndirilmənin həyata keçirilməsinin təşkili cavabdeh Pirallahı Rayon İcra şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,035 ha torpaq sahəsi və üzərində yerləşən 173,1 kv.m ümumi sahədən ibarət olan 5 saylı fərdi yaşayış evinin açıq hərracdan satılmasına dair Cavabdeh2 MMC-nin “Hərracın yekunları barədə” 16 iyun 2023-cü il tarixli, 154/23 saylı protokolu etibarsız hesab edilsin. ünvan 1 ünvanında yerləşən 0,035 ha torpaq sahəsi və üzərində yerləşən 173,1 kv.m ümumi sahədən ibarət olan 5 saylı fərdi yaşayış evinin qiymətləndirilməsinə dair Cavabdeh1 MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, R01/11/23 saylı hesabat etibarsız hesab edilsin və həmin əmlaka dair yenidən qiymətləndirilmənin həyata keçirilməsinin təşkili cavabdeh Pirallahı Rayon İcra şöbəsinə həvalə edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №2(004)-58/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-58/2024
27.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver