Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5859/2022 12.12.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh qarşı “subroqasiya qaydasında zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh “VAZ 21013” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 1360 (bir min üç yüz altmış) manat məbləğində sığorta ödənişi və ödənilmiş dövlət rüsumunun əvəzi olan 34 (otuz dörd) manat məbləğində pulun İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında zərərin ödənilməsi” tələbinə dair mülki işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə3 izahat verərək bildirir ki, xx.xx.2020-ci il tarixdə Cavabdeh tərəfindən idarə olunan “Mercedes Benz 190” minik markalı, **-OR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi yol-nəqliyyat hadisəsi törədərək, “VAZ 21013” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi ziyan yetirmişdir. İddiaçı Sığorta Şirkəti dəymiş zərəri aradan qaldıraraq “VAZ 21013” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 1360 manat sığorta ödənişi həyata keçirmişdir. xx.xx.2020-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh etibarnamə olmadan nəqliyyat vasitəsini idarə etdiyindən ona qarşı Atəşgah” Sığorta Şirkəti ASC-nin subroqasiya hüququ yaranmışdır. Hesab edir ki, 1360 manat pul Cavabdeh iddiaçı Atəşgah” Sığorta Şirkəti ASC-nin.xeyeinə tutulmalıdır. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iddiaçının nüçayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materillarında olan ******* nömrəli, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokoldan müəyyən olunur ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə “Mercedes Benz 190” minik markalı, **-OR-*** dövlət qeydiyyat nişanlı minik markalı nəqliyyat vasitəsini idarə edərkən Səabil rayonu ərazisində İXM-nin 327.1 və 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh İXM-nin 327.1 və 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. İş materiallarında olan 27.102022-ci il tarixli, 082264 №-li sığorta aktına əsasən xx.xx.2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı maddi ziyan üzrə sığorta ödənişi 1360 manat təşkil edir. İş materiallarında olan AD seriyalı, 317240 №-li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətinə əsasən “Mercedes Benz 190” minik markalı, **-OR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X2 mülkiyyətindədir. İş materiallarında olan Səbail Rayon Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışa əsasən əsasən “Mercedes Benz 190” minik markalı, **-OR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X2 mülkiyyətində olsa da xx.xx.2020-ci il tarixdə yol nəqliyyat hadisəsi baş verən zaman Cavabdeh tərəfindən idarə edilmişdir. Yol nəqliyyat hadisəsində Cavabdeh təqsirli bilinmişdir. İş materiallarında olan sığorta müqavilənin mövcudluğunun yoxlanılması barədə çıxarışa əsasən “Mercedes Benz 190” minik markalı, **-OR-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2020-ci il tarixə İddiaçı Sığorta Şirkəti ASC ilə icbari sığorta müqaviləsi mövcud olmuşdır. İş materiallarında olan VÖEN-i “**********” olan X1 qüsur aktından müəyyən edilir ki, 1984-cü il buraxılışlı, “VAZ 21011” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmiri üçün ümumilikdə 1360 manat tələb olunur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, 2342 nömrəli ödəniş tapşırığına əsasən "xxxx" ASC tərəfindən X1 hesabına 1360 manat ödənilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları odur ki, hadisə baş verən zaman “Mercedes Benz 190” minik markalı, **-OR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X2 mülkiyyətində olsa da Cavabdeh tərəfindən etibarnamə olmadan idarə olunmuşdur. Hadisə nəticəsində “VAZ 21011” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin təmir xərcləri üçün sığortaçı İddiaçı Sığorta Şirkəti ASC tərəfindən 1360 manat ödənilmişdir. “İcbari sığortalar haqqında” Qanunun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qeyd edir ki, iddia təmin edilməli, Cavabdeh “VAZ 21013” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 1360 (bir min üç yüz altmış) manat məbləğində sığorta ödənişi və ödənilmiş dövlət rüsumunun əvəzi olan 34 (otuz dörd) manat məbləğində pul İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh “VAZ 21013” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 1360 (bir min üç yüz altmış) manat məbləğində sığorta ödənişi və ödənilmiş dövlət rüsumunun əvəzi olan 34 (otuz dörd) manat məbləğində pul İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulsun. Qiyabi qətnamənin rəsmi qaydada verilməsindən sonra on gün müddətində cavabdeh “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həmin qətnamənin ləğvi üçün Yasamal Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra şikayət verə bilərlər. Hakim: Günay Axundova
Məhkəmə qərarları › İş №2(004)-5859/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(004)-5859/2022
12.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver