Məhkəmə qərarları › İş №2(004)-5875/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-5875/2024

14.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-5875/2024 14.11.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Sultanova-X1, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona vurulmuş maddi ziyanın kompensasiyası olaraq, 1500 manat və mənəvi ziyana görə 1000 manat, cəmi 2500 manat məbləğin cavabdehdən tutularaq, ona ödənilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4779/2024 saylı, 16 oktyabr 2024cü il tarixli qərardadı ilə mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmiş və mülki işin materialları xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 oktyabr 2024-cü il tarixli qərardadı onunla əsaslandırılmışdır ki, iddia tələbi iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilə həmin mənzildən yuxarıda yerləşən və cavabdeh məxsus mənzildən su axıdılması nəticəsində dəymiş maddi və mənəvi ziyanın ödənilməsi olduğundan mübahisənin ərazi aidiyyəti müəyyənləşdirilərkən müstəsna aidiyyətlə bağlı normalar rəhbər tutulmalı, müvafiq mənzil Yasamal rayon ərazisində yerləşdiyindən hazırki mülki işə Yasamal Rayon Məhkəməsində baxılmalıdır. Məhkəmə hesab edir ki, hazırki iddia tələbinə müstəsna aidiyyət qaydaları tətbiq olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinin məzmununa görə, daşınmaz əşya kimi tikinti, qurğu və torpaq sahəsilə bağlı istənilən mübahisələrə deyil, yalnız aşağıdakı mübahisələrə müstəsna aidiyyət şamil olunur: - daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması; - daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi; - sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar (mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan). Hazırki mülki iş üzrə iddia tələbini “vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” təşkil etdiyindən, belə tələblərə cavabdehin qeydiyyatda olduğu rayonun məhkəməsində baxılır. İddia ərizəsindən görünür ki, Cavabdeh Nəsimi rayon ərazisində qeydiyyatdadır. AR Mülki Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apelyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Göstərilənləri və məhkəmələr arasında ərazi aidiyyəti ilə əlaqədar mübahisə olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən aidiyyəti üzrə baxılması üçün Yasamal Rayon məhkəməsinə göndərilmiş mülki iş ərazi aidiyyətinin həll olunması məqsədi ilə Bakı Apelyasiya Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və AR MPM-in 32.7 və 45.4-cü maddələrini rəhbər tutub məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4779/2024 saylı, 16 oktyabr 2024cü il tarixli qərardadı ilə aidiyyətı üzrə baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmiş İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş ərazi aidiyyətinin həll olunması məqsədi ilə Bakı Apelyasiya Məhkəməsinə göndərilsin. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar