Məhkəmə qərarları › İş №2(004)-5920/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-5920/2025

26.12.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-5920/2025 26.12.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X1-Məmmədova Ramiz qızının sədrliyi, Səfərova Nəzrin Şahlar qızının katibliyi ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı "əsassız tutulmuş dövlət rüsumunun və xidmət haqqının qaytarılması" tələbinə dair mülki işə Yasamal Rayon Məhkəməsinin binasında, qapalı məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı "əsassız tutulmuş dövlət rüsumunun və xidmət haqqının qaytarılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(112)-5968/2025 nömrəli Qərarının icrası məqsədilə xx.xx.2025-ci il tarixdə İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin xeyrinə əsassız tutulmuş 75,40 manat dövlət rüsumunun və DƏDKR PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinin xeyrinə əsassız tutulmuş 190,40 manat xidmət haqqının əvəzi, cəmi 265,80 manat məbləğində pul vəsaiti və iddianın məhkəməyə təqdim olunması üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehlərdən tutulub İddiaçı geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2024-cü ildə ünvan 1 ünvanında yerləşən 0,029 ha torpaq sahəsi almışdır. Həmin il torpaq sahəsi dövlət qeydiyyatına alındıqdan ilk dəfə 2 saylı Bakı ASAN xidmət mərkəzində dövlət rüsumunu və xidmət haqqını ödəyərək torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədləri, yəni ki - "çıxarış” və “plan və ölçüsü” adlı sənədlərini təhvil almışdır. Həmin torpaq sahəsinin üzərində hüquqları dövlət qeydiyyatına alınan zamanı cavabdehlər tərəfindən yol verilmiş texniki səhv nəticəsində torpaq sahəsinin “plan və ölçüsü sənədində" torpağının döngə nöqtələri (koordinatlar) 2 tərəfdən qonşu torpaq sahəsinin hüdudları daxilinə salınmışdır. Torpaq sahəsinə dair cavabdeh tərəfindən yeni koordinatların təqdim edilməsi məqsədilə Bakı İnzibati Məhkəməsinə müraciət etdi. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(112)- 5968/2025 nömrəli Qərarı əsasında, ünvan 1 ünvanında yerləşən 0,029 hektar torpaq sahəmin planı və ölçüsündə qeyd edilən 3-4 və 5-1 döngə nöqtələrinin qonşu torpaq sahələrinin sərhədləri daxilindən çıxarılaraq torpaq sahəsinin mövcud vəziyyətinə uyğun olmaqla ona yeni koordinatlar cədvəlinin verilməsi cavabdehə həvalə edildi. Qərar xx.xx.2025-ci il tarixdə qanuni qüvvəsini almış və icra olunması üçün cavabdehin hüquqi ünvanına göndərilmişdir. Torpaq sahəsinə dair yeni koordinatlar cədvəlini (plan və ölçü sənədini) xx.xx.2025-ci il tarixdə 2 saylı Bakı ASAN xidmət mərkəzindən qəbul edərkən 75,40 manat dövlət rüsumunun və 190,40 manat xidmət haqqının bank vasitəsilə cavabdehlərin hesabına ödənməsi gərək olduğu ona bildirildi. Əlavə olaraq, 2 saylı Bakı ASAN xidmət mərkəzinin işçiləri həmin məbləğlərin tərəfimdən PHŞ-nin və 1 saylı ŞƏİ-nin hesabına tam ödənmədiyi halda torpaq sahəsinin plan və ölçüsü sənədinin elektron nüsxəsinin təqdim edilə bilinməyəcəyini ona bildirdilər. Nəzərə alnarsa ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(112)-5968/2025 nömrəli Qərarına əsasən torpaq sahəsinə dair yeni koordinatlar cədvəlinin cavabdeh tərəfindən ona təqdim olunması üçün məhkəmə tərəfindən onun üzərinə cavabdehlərin hesabına dövlət rüsumunun və xidmət haqqının ödənməsi öhdəliyi qoyulmamışdır, eləcə də həmin məhkəmə qərarını cavabdeh tərəf borclu qismində tam icra edərək torpaq sahəsinə dair ona yeni koordinatlar cədvəlini təqdim etməyə borclu olmuşdur, belə olan halda tərəfindən cavabdehlərin hesabına əsassız ödənilmiş 75,40 manat dövlət rüsumu və 190,40 manat xidmət haqqı geri qaytarılmalıdır. İddiaçı məhkəməyə elektron kabinet vasitəsilə ərizə ünvanlayaraq, məhkəmə baxış iclasının onun iştirakı olmadan keçirilərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehlər məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişdirlər. Məhkəmə cavabdehlərin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hazırki işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığına görə, Azərbaycan Respublikası Mülki Prossesual Məcələsinin 261.0.1-ci maddəsinin tələbinə uyğun olaraq, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2.7-ci maddəsinə əsasən, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara İnzibati məhkəmə icraatı qaydasında baxılır. Məhkəməyə qeyd edir ki, iddianın mahiyyəti tərəflər arasında bərabərhüquqlu mülki-hüquqi müqavilələrdən yaranan pul mübahisəsi deyil, inzibati orqanın, yəni Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin öz publik funksiyalarını yerinə yetirərkən (çıxarış və plan-ölçü sənədi verərkən) həyata keçirdiyi hərəkətlərlə bağlıdır. Mübahisənin kökündə Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarının icrası dayanır. İddiaçı hesab edir ki, məhkəmə qərarı icra edilərkən ondan əlavə ödəniş tələb edilməməli idi. İddiaçının tələbi mahiyyətcə inzibati orqanın qanunsuz hərəkəti və ya qanunsuz qərarı nəticəsində vurulmuş ziyanın əvəzinin ödənilməsi kimi xarakterizə olunur. Qeyd olunmalıdır ki, inzibati orqanların publik hüquq sahəsindəki fəaliyyəti ilə bağlı mübahisələr inzibati məhkəmələr tərəfindən həll edilir. İddiaçının tələbi inzibati orqanın məhkəmə qərarının icrası zamanı yol verdiyi hərəkətlərdən və publik hüquqi öhdəliklərdən irəli gəldiyi üçün, bu mübahisə mülki yox, inzibati məhkəmə icraatı qaydasında həll edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: Həmin məcəllənin 262.3-cü maddəsinə əsasən bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir.. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.3-cü maddəsinin tələbinə əməl edərək, yekun olaraq, iddiaçının diqqətinə çatdırır ki, əsassız tutulmuş vəsaitlərin geri qaytarılması tələbi ilə iddiaçı müvafiq inzibati məhkəməyə müraciət edə bilər. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı "əsassız tutulmuş dövlət rüsumunun və xidmət haqqının qaytarılması” tələbinə dair mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.1-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261.0.4, 262-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı "əsassız tutulmuş dövlət rüsumunun və xidmət haqqının qaytarılması” tələbinə dair mülki işin icraatına xitam verilsin. İddiaçıya izah olunsun ki, hazırki iddia tələbi ilə inzibati məhkəməyə müraciət etmək hüququna malikdir. xx.xx.2025-ci il tarixli **********37 saylı mədaxil qəbzinə əsasən dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat pul Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Bakı şəhəri üzrə Maliyyə İdarəsi tərəfindən İddiaçı qaytarılsın. Qərardaddan, qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra on gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar