Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5951/2021 26.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X3 qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Məmmədov Elvı̇ n Məhəbbət oğlunun və onun nümayəndəsi Nümayəndə1, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Məmmədov Elvı̇ n Məhəbbət oğlunun cavabdeh "xxxx" Mənzı̇ l-Tı̇ kı̇ nti Kooperatı̇ vinə qarşı "maliyyə arayışının verilməsi öhdəliyinin qoyulması tələbinə dair" ilkin və cavabdeh "xxxx" Mənzı̇ l-Tı̇ kı̇ nti Kooperatı̇ vinin iddiaçı Məmmədov Elvı̇ n Məhəbbət oğluna qarşı “kommunal borcun ödənilməsi tələbinə dair” qarşılıqlı iddia ərizələri üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Məmmədov Elvı̇ n Məhəbbət oğlu cavabdeh "xxxx" Mənzı̇ l-Tı̇ kı̇ nti Kooperatı̇ vinə qarşı "maliyyə arayışının verilməsi öhdəliyinin qoyulması tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal rayonu, H.Zərdabi prospekti, 92A ünvanında mövcud olan yaşayış binasının 8-ci blokunda 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 137.43 kv.m olan 3 otaqlı 4 nömrəli mənzilə dair maliyyə arayışının verilməsi vəzifəsinin cavabdehin üzərinə öhdəlik kimi qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh MTK ilə aralarında bağlanmış 26.10.2015-ci il tarixli “Çoxmənzilli yaşayış binasının tikintisi haqqında” 222 nömrəli fərdi müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 92 A ünvanında yerləşən yaşayış binasının 8-ci blokunda 5-ci mərtəbəsində, ümumi sahəsi 137.43 kv.m olan 3 otaqlı 4 nömrəli mənzil 93 452 manat ödənilməklə əldə edilmişdir. Bu barədə müqavilənin 3.2-ci bəndində müddəa öz əksini tapmışdır. Lakin bugünə kimi cavabdeh tərəfindən mənzilin dəyərinin tam ödənilməsi barədə maliyyə arayışı ona təqdim edilməmişdir. Tərəfindən cavabdehə pretenziya məktubu göndərilərək maliyyə arayışı verilməsinin 2 gün müddətində təmin edilməsi xahiş edilmiş, cavabdeh tərəfindən həmin pretenziyaya cavab verilməmişdir. Maliyyə arayışının verilməməsi mülkiyyət hüquqlarını pozur. Belə ki, həmin mənzilə dair Dövlət Reyestrindən çıxarış əldə etmək istəyir. Lakın maliyyə arayışının mövcud olmaması səbəbi ilə bu mümkün olmur. Çıxarış əldə edə bilmədiyindən qanuni yolla bu əmlaka dair sərəncam vermək hüququndan məhrum olur. Prosesin gedişatında iddiaçı "xxxx" Mənzı̇ l-Tı̇ kı̇ nti Kooperatı̇ vi cavabdeh Məmmədov Elvı̇ n Məhəbbət oğluna qarşı “kommunal borcun ödənilməsi tələbinə dair” qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən göstərilən komunal xidmətlərə görə 1696 manat borcun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cavabdeh MTK qarşılıqlı iddia tələbini onunla əsaslandırılmışdır ki, cavabdeh İddiaçı oğlunun MTK-ya 1696 manat kommunal xidmətlərə görə borcu mövcuddur. Belə ki, cavabdeh 2020-ci ilə kimi kommunal xidmətlərə görə borclarını vaxtıvaxtında ödəmiş, lakin 2020-ci iİdən sonra borcunu daha vaxtında ödəməmiş və bu hal nəticədə bina müdiriyyətinin narazılığına səbəb olmuşdur. Beləliklə qeyd etmək istərdi ki, iş üzrə cavabdeh İddiaçı tarəflər arasında bağlanmış müqaviləyə görə aldığı mənzilə göstərilən komunal xidmətlərə görə 1696 manat borcu vardır. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Məmmədov Elvı̇ n Məhəbbət oğlu ilkin iddia tələbini müdafiə edərək, onun təmin edilməsini, qarşılıqlı iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq izahatında göstərmişdir ki, qarşılıqlı iddia ərizəsində qeyd edilmiş hal bildiyi qədəri ilə ona çıxarış verilməməsinə əsas ola bilməz. Cavabdeh tərəflə bu barədə heç bir müqaviləsi yoxdur. Sözügedən MTK da lift fəaliyyət göstərsə də, təmizlik işləri lazımıncə görülmür, qonşularla birlikdə blok işlərini özləri edir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi Nümayəndə1 ilkin iddia tələbini müdafiə edərək, onun təmin edilməsini, qarşılıqlı iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi Nümayəndə2 qarşılıqlı iddia tələbini müdafiə edərək, onun təmin edilməsini, ilkin iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia tələbi təmin edilməli, qarşılıqlı iddia tələbi isə qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, sifarişçi Məmmədov Elvı̇ n Məhəbbət oğlu ilə podratçı "xxxx" MTK ilə arasında bağlanmış 26.10.2015-ci il tarixli “Çoxmənzilli yaşayış binasının tikintisi haqqında” 222 nömrəli fərdi müqaviləyə əsasən, sifarişçi bu müqaviləni əsas tutaraq sifariş edir, podratçı Bakı şəhəri Yasamal rayonu, H.Zərdabi prospekti 92 A ünvanında tikilməkdə olan yaşayış binasının 8 blokunda 5 mərtəbədə, 3 otaqlı 4 nömrəli mənzilin tikintisini öz öhdəsinə götürür.(1.1-ci bənd). Bu mənzilin dəyəri ilkin olaraq 02.05.2009 cu il tarixli 222 saylı müqaviləyə əsasən "xxxx" MTK-ya tam olaraq X1 tərəfindən ödənilmişdir.(3.1-ci bənd). 26.10.2015 tarixində mənzilin dəyəri qarışı!ıqlı razılaşma əsasında X1 tərəfindən İddiaçı adına dəyişdirilmişdir.(1.1-ci bənd). İş materiallarındakı "xxxx" MTK-nin 15.10.2021-ci il il tarixli 11 nömrəli arayışından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi prospekti 92A ünvanında yerləşən binanın 7-ci blok, 5- ci mərtəbəsində yerləşən ümumi sahəsi 137 kv.m olan 718 saylı mənzil İddiaçı məxsusdur. 01.10.2016-cı il tarixindən 31.12.2016-cı il tarixinə qədər 3 otaqlı mənzillər üçün aylıq kommunal xidmət haqqının məbləği 22 manat olmuşdur. 01.01.2017-ci il tarixindən hal-hazıra qədər mənzilin hər bir kv.m. üçün kommunal xidmət haqqının məbləği 0.3 manat olmaqla İddiaçı məxsus olan mənzil üçün hər ay 41,1 manat məbləğində kommunal xidmət haqqı hesablanmışdır. Mənzilin yerləşdiyi 7-ci bloka domofon quraşdırıldığına görə domofon xidmətinə qoşulmaq üçün İddiaçı 05.10.2019-cu il tarixində 50 manat məbləğində pul ödəmişdir. Domofon xidmətindən istifadə üçün aylıq xidmət haqqı 2 manat müəyyən edilmişdir. "xxxx" MTK tərəfindən təqdim edilmiş İddiaçı kommunal xidmət və domofon xidmətinə görə ödəniş cədvəlindən görünür ki, göstərilən xidmətlərə görə 2020-ci ilin 11 ayı üzrə İddiaçı tərəfindən 473 manat ödəniş olunmuş, kommunal xidmətə görə 41 manat və domofon xidmətinə görə 2 manat olmaqla 43 manat borcu qalmışdır. Həmçinin 2021-ci ilin 10 ayı üçün İddiaçı kommunal xidmətə görə 410 manat və domofon xidmətinə görə 20 manat olmaqla 430 manat borcu qalmışdır. Beləliklə, onun cəmi borcunun məbləği 473 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1.6-cı maddəsinə görə, mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113.2-ci maddəsinə əsasən bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Həmçinin, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 45.5-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının onun səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə bu Məcəllə ilə müəyyən edilmiş qaydada qəbul etdiyi qərarların icrası həmin binada bütün sahə mülkiyyətçiləri, o cümlədən, səsvermədə iştirak etməyən mülkiyyətçilər üçün məcburidir. Həmin Məcəllənin 22.1.3-ci maddəsinə əsasən cəmiyyətin qəbul olunmuş illik gəlir və xərclər smetası əsasında çoxmənzilli binanın hər bir sahə mülkiyyətçisinin çoxmənzilli binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq onun üçün ödəniş və haqların miqdarını müəyyən etmək mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin hüquqlarından biridir. Həmin Məcəllənin 122.3-cü maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi xərclərdə iştirak üzrə öz vəzifələrini yerinə yetirmədikdə, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin mütləq ödəniş və haqların əvəzinin məcburi ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır. Həmin Məcəllənin 137.1-ci maddəsinə əsasən çoxmənzilli binanın idarəetmə müqaviləsində başqa müddət nəzərdə tutulmayıbsa, yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqq hər ay üçün həmin aydan sonra gələn ayın beşinədək təqdim edilmiş ödəniş sənədləri əsasında həmin aydan sonra gələn ayın on beşinədək ödənilir. Həmin Məcəllənin 137.4-cü maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənzil-tikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olan ehtiyaclarını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış istehlak kooperativinin (bundan sonra – ixtisaslaşmış istehlak kooperativi) üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər. Həmin Məcəllənin 137.9-cu maddəsinə əsasən, çoxmənzilli binanın sahə mülkiyyətçiləri həmin sahələrin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq çəkirlər. Bununla yanaşı nəzərə alınmalıdır ki, mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir (Mənzil Məcəlləsinin 137.10-cu maddəsi). Qeyd olunanlarla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “R.Məhərrəmovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 13 yanvar 2020-ci il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 22 sentyabr 2020-ci il tarixli Qərarında göstərilmişdir ki, “Mənzil qanunvericiliyi sahə mülkiyyətçilərinin mütləq şəkildə mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə üzvlüyünü tələb etmir. Belə ki, Mənzil Məcəlləsinin 121.1-ci maddəsində binaların sahə mülkiyyətçilərinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətində iştirakı vəzifə kimi yox, hüquq kimi göstərilmişdir. Bununla belə çoxmənzilli binaların sahə mülkiyyətçisinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvü olmaması onu ümumi əmlakın saxlanması və təmiri üzrə xərclərin və kommunal xidmətlərin ödənilməsi vəzifəsindən azad etmir.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsində qeyd edilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, işin məhkəmədə araşdırılmış halları ilə ilkin iddia üzrə iddiaçı Məmmədov Elvı̇ n Məhəbbət oğlu tərəfindən Bakı şəhəri Yasamal rayonu, H.Zərdabi prospekti, 92A ünvanında mövcud olan yaşayış binasının 8-ci blokunda 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 137.43 kv.m olan 3 otaqlı 4 nömrəli mənzilin dəyərinin ilkin iddia üzrə cavabdeh "xxxx" MTK-ya tam olaraq ödənilməsi, həmçinin, qarşılıqlı iddia üzrə cavabdeh Məmmədov Elvı̇ n Məhəbbət oğlu həmin mənzilə dair göstərilən kommunal və domofon xidmətlərinə görə qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MTK-ya 473 manat borcunun qalması sübuta yetirilmişdir. Belə olduğu halda, məhkəmə hesab edir ki, ilkin iddia tələbi təmin edilməli qeyd olunan mənzilə görə maliyyə arayışının verilməsi vəzifəsi "xxxx" MTK-nın üzərinə qoyulmalıdır. Eyni zamanda, qarşılıqlı iddia isə qismən təmin edilməli, Məmmədov Elvı̇ n Məhəbbət oğlundan göstərilən kommunal və domofon xidmətlərinə görə 473 manat borc tutularaq "xxxx" MTK-ya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstrilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İlkin iddia tələbi təmin edilsin. Bakı şəhəri Yasamal rayonu, H.Zərdabi prospekti, 92A ünvanında mövcud olan yaşayış binasının 8-ci blokunda 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 137.43 kv.m olan 3 otaqlı 4 nömrəli mənzilə dair iddiaçı Məmmədov Elvı̇ n Məhəbbət oğlunun adına maliyyə arayışının verilməsi vəzifəsi cavabdeh "xxxx" MTK-nın üzərinə qoyulsun. Qarşılıqlı iddia tələbi qismən təmin edilsin. Cavabdeh Məmmədov Elvı̇ n Məhəbbət oğlundan Bakı şəhəri Yasamal rayonu, H.Zərdabi prospekti, 92A ünvanında mövcud olan yaşayış binasının 8-ci blokunda 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 137.43 kv.m olan 3 otaqlı 4 nömrəli mənzilə göstərilən kommunal və domofon xidmətlərinə görə 473 (dörd yüz yetmiş üç) manat tutularaq iddiaçı "xxxx" MTK-nın xeyrinə ödənilsin. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-5951/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5951/2021
26.10.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver