Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-597/2025 12.09.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Səfərova Nəzrin Şahlar qızının katibliyi, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh6, Cavabdeh4 və Cavabdeh5 qarşı "əmlakın naturada bölünməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Nümayəndə cavabdehlər Cavabdeh1, X3, X4, Cavabdeh2, Cavabdeh3, X2, X6, Cavabdeh4 və Cavabdeh5 qarşı "əmlakın naturada bölünməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakdan ona məxsus 4/12 hissəli payımın naturada bölünməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək, əsl olmayan iddiaçının əsl tərəflə, yəni İddiaçı1 ilə əvəz edilməsini, həmçinin İddiaçı2 iddiaçı qismində işə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə əsl olmayan iddiaçı Nümayəndə əsl İddiaçı1 ilə əvəz etmiş, həmçinin İddiaçı2 iddiaçı qismində işə cəlb etmişdir. Daha sonra İddiaçı1 nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək, X7, X8, X10, X1 cavabdehlər qismində mülki iş üzrə prosesdən çıxarılmasını və Cavabdeh6 cavabdeh qismində mülki prosesə cəlb olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə X7, X8, X10, X1 cavabdehlər qismində mülki iş üzrə iştiraklarına xitam verilməsi, Cavabdeh6 cavabdeh qismində mülki iş üzrə icraata cəlb olunması qərarını almışdır. Məhkəmə baxış iclası tərəflərə məlumat verilməklə 12 sentyabr 2025-ci il tarixə, saat 11:15-ə təyin edilmişdir. 11 sentyabr 2025-ci il tarixdə iddiaçının nümayəndəsi Nümayəndə Xansuvar oğlu ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbindən imtina etdiyini bildirmiş, iddia ərizəsinin baxılmamış saxlanılması və iş üzrə sənədlərin iddiaçıya geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin baxılmamış saxlanılmasına etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli 3 nömrəli Qərarının 9.1-ci bəndinə əsasən cavabdehin işə baxılmasını tələb etməsi onun məhkəməyə yazdığı ərizə ilə və yaxud məhkəmə iclas protokoluna imza edilməklə rəsmiləşdirilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsi Nümayəndə tərəfindən iddia ərizəsinin qaytarılması barədə ərizə verildiyindən iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh6, Cavabdeh4 və Cavabdeh5 qarşı "əmlakın naturada bölünməsi" tələbinə dair iddia ərizəsi baxılmamış saxlanmalıdır. Eyni zamanda, məhkəmə xərcləri ilə bağlı məsələyə münasibət bildirirək məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki (inşaat) ekspertizasının dəyəri 100 (bir yüz) manat pul iddiaçılar İddiaçı1 və İddiaçı2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X5 kod: 2100005, VÖEN **********, müxbir hesabı: AZ41NABZ ********************, SFİFT BİK: CTREAZ22, VÖEN: **********, hesab: AZ34CTRE ********************) ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259, 263, 264,268-269-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh6, Cavabdeh4 və Cavabdeh5 qarşı "əmlakın naturada bölünməsi" tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat pul iddiaçılar İddiaçı1 və İddiaçı2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X5 kod: 2100005, VÖEN **********, müxbir hesabı: AZ41NABZ ********************, SFİFT BİK: CTREAZ22, VÖEN: **********, hesab: AZ34CTRE ********************) ödənilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №2(004)-597/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-597/2025
12.09.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver