Məhkəmə qərarları › İş №2(004)-5977/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-5977/2021

09.09.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-5977/2021 09.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədov Ayaz Süleyman oğlu – İddiaçı cavabdeh "Heba Consulting” MMC-yə və üçüncü şəxs "Külək” MMC-yə qarşı "qiymətləndirmə hesabatının ləğv edilməsi tələbinə dair" iddia ərizəsinə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı cavabdeh "Heba Consulting” MMC-yə və üçüncü şəxs "Külək” MMC-yə qarşı "qiymətləndirmə hesabatının ləğv edilməsi tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi Bakı şəhər Yasamal rayon Məhkəməsinə 08.09.2021-ci il tarixdə daxil olmuşdur. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. İddia ərizəsini nəzərdən keçirib hesab edirəm ki, cavabdehin hüquqi ünvanı Bakı şəhəri Yasamal rayonu əraisinə aid olmadığından, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsindən və ona əlavə olunmuş sənədləri müəyyən olunur ki, cavabdeh "Heba Consulting” MMC-nin hüquqi ünvanı ünvan 2ı MPM-nin 35.2-ci maddəsinin tələbinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iddia ərizəsi geri qaytarıldıqda ödənilmiş dövlət rüsumu geri qaytarılır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən,iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ M: İddiaçı cavabdeh "Heba Consulting” MMC-yə və üçüncü şəxs "Külək” MMC-yə qarşı "qiymətləndirmə hesabatının ləğv edilməsi tələbinə dair" iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, ödənilmiş 10 (on) manat dövlət rüsumu geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində Yasamal Rayon Məhkəməsinə şikayət verə bilərlər. Sədrlik edən:Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar