Məhkəmə qərarları › İş №2(004)-598/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-598/2025

28.01.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-598/2025 28.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, Cavabdeh ləğv prosesində olan Cavabdeh3 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 MMC-yə, Cavabdeh1nə və ləğv prosesində olan Cavabdeh3 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “hərracın yekunları barədə protokolun, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və əmlakın əvvəlki hüquqi vəziyyətinə qaytarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 MMC-yə, Cavabdeh1nə və ləğv prosesində olan Cavabdeh3 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “hərracın yekunları barədə protokolun, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və əmlakın əvvəlki hüquqi vəziyyətinə qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus və mülkiyyətçisi olduğu Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, R.Allahverdiyev küçəsi, 85 saylı fərdi yaşayış evinə dair qanunsuz olaraq keçirdiyi hərracın nəticələri haqqında Cavabdeh2 MMC-nin direktor müavini Aygün Abdullayevanın onu məlumatlandırmadan, özünə almaq üçün təklif etmədən və dəvət etmədən, dörd dəfə ucuz qiymət hesablamaqla keçirdikləri hərracın yekunları barədə protokolu, hərracın yekunları barədə altı-satqı müqaviləsini etibarsız hesab edib, cavabdehlərin hərəkətlərini qanunsuz hesab edərək, mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, R.Allahverdiyev küçəsi, 85 saylı fərdi yaşayış evinə dair sənədləşmənin əvvəlki hüquqi vəziyyətinə qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin Cavabdeh2 MMC-nin direktor müavini Aygün Abdullayevanın evinə münasibətdə düzgün olmayan, reallığa uyğun olmayan, uydurma rəqəmlər və məlumatlar daxil etməsi kimi qanunsuz əməlləri barədə xüsusi qərara çıxarmaqla prokurorluq orqanına təqdimat verilməsini xahiş etmişdir. Daha sonra, iddiaçılar iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ona məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, R.Allahverdiyev küçəsi, 85 saylı fərdi yaşayış evi ilə bağlı cavabdehlərin keçirdikləri hərracın yekunları barədə protokolun, hərracın yekunları barədə alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, fərdi yaşayış evinə dair Cavabdeh3 ASC-nin hüquqların dövlət qeydiyyatının etibarsız hesab edilməsi və mülkiyyətində olan evinə aid sonradan aparılmış sənədləşmənin əvvəlki hüquqi vəziyyətinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin Cavabdeh2 MMC-nin direktor müavini Aygün Abdullayevanın evinə münasibətdə düzgün olmayan, reallığa uyğun olmayan, uydurma rəqəmlər və məlumatlar daxil etməsi kimi qanunsuz əməlləri barədə xüsusi qərara çıxarmaqla prokurorluq orqanına təqdimat verilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh3 ASC cavabdehlər "xxxx" MMC-yə, "xxxx" MMC-yə, İddiaçı2 və ona qarşı “borcun ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, borcun satılmış əmlak nəticəsində əldə edilmiş vəsait hesabına ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)- 30/2022 saylı qətnaməsinə əsasən İddiaçı2 03 aprel 2015-ci il tarixli kredit müqaviləsinə əlavə üzrə 99000 ABŞ dolları əsas, 60281,5 ABŞ dolları faiz, 9000 ABŞ dolları cərimə olmaqla, cəmi 168.281,5 ABŞ dolları məbləğində vəsaitin ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə Cavabdeh3 ASC-nin xeyrinə tutulması, cavabdeh "xxxx" MMC-dən 29 sentyabr 2017-ci il tarixli kredit müqaviləsi üzrə 9867 ABŞ dolları məbləğində əsas, 1436,04 ABŞ dolları faiz borcu, 1110,62 ABŞ dolları cərimə olmaqla, cəmi 12413,66 ABŞ dolları məbləğində vəsaitin ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə Cavabdeh3 ASC-nin xeyrinə tutulması, cavabdeh "xxxx" MMC-dən 15 oktyabr 2018-ci il tarixli kredit müqaviləsi üzrə 121.743,4 ABŞ dolları məbləğində əsas, 2237,47 ABŞ dolları faiz borcu, 6285,16 ABŞ dolları cərimə olmaqla, müəyyən edilmiş vəsaitin ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə Cavabdeh3 ASC-nin xeyrinə tutulması, cavabdehlər İddiaçı2, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən müştərək qaydada məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 28 manatı, habelə bildirişlərin qeydiyyatı üçün rüsum və xidmət haqqı olaraq ödənilmiş cəmi 90 manat məbləğində vəsaitin alınaraq Cavabdeh3 Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, tutmanın kredit müqaviləsinin təminatı qismində ipoteka ilə yüklü edilmiş, cavabdeh İddiaçı1 qızma məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, R.Allahverdiyev küçəsi, 85 saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin mənzilin açıq hərrac vasitəsilə satılması, satışdan əldə olunan vəsait hesabına kredit borcu və dövlət rüsumunun ödənilməsi, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin ipoteka qoyan İddiaçı1 qızma qaytarılması, İpoteka predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, R.Allahverdiyev küçəsi, 85 saylı fərdi yaşayış evinin ilkin satış qiymətinin 330000 (üç yüz otuz min) manat məbləğində müəyyən edilməsi, Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, R,Allahverdiyev küçəsi. 85 saylı fərdi yaşayış evi satıldıqda, həmin evin İddiaçı1 tərəfindən boşaldılması qət edilmişdir, iddia qalan hissədə təmin edilməmiş, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının cəmi dəyərini təşkil edən 450 manat məbləğində vəsaitin 445 manatı cavabdehlər İddiaçı2, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən müştərək qaydada, 5 manatı Cavabdeh3 Açıq Səhmdar Cəmiyyətindən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi, iş üzrə keçirilmiş qiymətləndirmə ekspertiza tədqiqatının dəyərini təşkil edən 500 manat məbləğində vəsaitin 495 manatı cavabdehlər İddiaçı2, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən müştərək qaydada, 5 manatı Cavabdeh3 Açıq Səhmdar Cəmiyyətindən tutularaq «X5» Məhdud Məsuliyytli Cəmiyyətin hesabına ödənilməsi qət olunmuşdur. İ instansiya məhkəməsinin iddia tələbinə çox səthi yanaşması azmış kimi, onun mülki prosessual qanunvericiliyə uyğun hüquqlarından istifadəyə şərait yaratmadan, qanunsuz və ədalətsiz şişirdilmiş rəqəmlərlə əhatə olunan qətnaməni, ekspertizalar keçirmədən yaranmış borcun İddiaçı1 mülkiyyətindəki yeganə Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, R.Allahverdiyev küçəsi, 85 saylı fərdi yaşayış evinə yönəldərək, həmin evin açıq hərrac vasitəsilə satılması, satışdan əldə olunan vəsait hesabına ödənilməsi barədə Cavabdeh1nə icra sənədi göndərməklə onsuz da ağır olan vəziyyətini daha da ağırlaşdırmış, həmin ədalətsiz qətnamə ilə həm ödənilən pullar nəzərə alınmamış, həm də yeganə tikib yaratdığı, təmirli evindən məhrum edilmə təhlükəsi ilə üz-üzə qalmışdır. Həmin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 iyun 2022-ci il tarixli, 2(001 )- 30/2022 saylı qanunsuz və ədalətsiz, mülkiyyət hüquqlarının pozulması ilə əhatə olunan qətnaməsindən narazı qaldığından Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verərək sözügedən qanunsuz və ədalətsiz qətnamənin ləğv olunmasını xahiş etmişlər. Hazırda Bakı şəhəri Binəqədi RayonMəhkəməsinin 02 iyun 2022-ci il 2(001)- 30/2022 saylı qətnaməsindən verdikləri apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının icraatında baxılmaqdadır. Bu arada cavabdehlər Cavabdeh1 Cavabdeh2 MMC və Cavabdeh3 Açıq Səhmdar Cəmiyyəti onlara qarşı birləşərək qətnamə ilə 300000 (üç yüz min) manat qiymətləndirilən onun mülkiyyətindəki yeganə Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, R.Allahverdiyev küçəsi, 85 saylı fərdi yaşayış evinin hərraca çıxarılması ilə bağlı hərəkətə keçərək, xəbərləri olmadan və özlərnə təklif edilmədən əvvəlcədən planlaşdırdıqları əslində onları kənarda saxlamaqla evinin qiymətini qəsdən dörd dəfə aşağı dəyərləndirməklə hərrac keçirmişlər. Baxmayaraq ki, cavabdehlər Cavabdeh1nə, Cavabdeh2 MMC-yə və Cavabdeh3 Açıq Səhmdar Cəmiyyətinə qanunda nəzərdə tutulan mülki prosessual hüquqlarından istifadə etmək üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 iyun 2022-ci il 2(001)-30/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verməyi barədə məlumat ünvanlayaraq qanunsuz hərəkətlərinin dayandırmalarını tələb etmişdir. Lakin cavabdehlər özbaşına və qanunsuzluqlarını davam etdirərək ona məlumat vermədən onun evinə dair hərracın keçirilməsi ilə bağlı müxtəlif qanunsuzluqlar etməyi davam etmişlər. Cavabdehlər Cavabdeh2 MMC, Cavabdeh1 və Cavabdeh3 ASC-nin direktor müavini Aygün Abdullayeva və əməkdaşları onun xəbəri olmadan 17 mart 2023-cü il tarixində hərracın yekunları barədə protokol və alqı-satqı barədə sənədləşmələrdə özlərinin 300000 (üç yüz min) manat dəyərləndirdikləri Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, R.Allahverdiyev küçəsi, 85 saylı fərdi yaşayış evini həddindən artıq dəyərsiz olaraq, real bazar qiymətindən dörd dəfə aşağı qiymətə məqsədli və qərəzli olaraq Cavabdeh3 ASC-nin mülkiyyətinə keçirilməsinə razılıqlarını ifadə edərək, ödədikləri pulları nəzərə almadan, əsassız varlanmaqla ona və ailə üzvlərinə qarşı düşmən kimi davranaraq, mənzilini mənimsəmək üçün bütün vasitələrdən istifadə etmişlər. Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, R.Allahverdiyev küçəsi, 85 saylı fərdi yaşayış evinin real satış qiyməti, təmiri də daxil olmaqla 450000 (dörd yüz əlli min) manat olsa da, hərracı keçirən hərracın təşkilatçısı Cavabdeh2 MMC-nin direktor müavini Aygün Abdullayeva cavabdehlərin sifarişi ilə keçirdiyi hərrac barədə onlara ümumiyyətlə məlumat verməmişlər. Hətta Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, R.Allahverdiyev küçəsi, 85 saylı fərdi yaşayış evinə dair hərracın keçiriləcəyi gün barədə belə xəbərdar edilməmişlər. Hətta məhkəmə mübahisələri davam etdiyindən cavabdehlərə gələcəkdə keçirilə biləcək hərrac gününün təxirə salınaraq qanunsuz hərəkətlərə və özbaşınalıqlara son qoyulması barədə rəsmən xahiş etmişdir. Bu səbəblərdən cavabdehlərin sifarişləri və bir-birləri ilə əlbir olmaları səbəblərindən hərracda iştirak etmək hüququndan dolayısı yollarla məhrum edilmişdir. Hərrac keçirilərkən mülkiyyətindəki evin müxtəlif qanunsuzluqlara yol verilməklə, onu məlumatlandırmadan, X2 dair bildirişləri təyin edilmiş günü 1 həftə keçdikdən sonra vaxtı keçməklə göndərərək, evinin mülkiyyətçisi olaraq ona və ailə üzvlərinə təklif edilmədən mənimsənilmiş və cavabdehlər tərəfindən ələ keçirilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh ləğv prosesində olan Cavabdeh3 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X3 izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. İddia tam əsassızdır. Keçirilmiş hərraclarla bağlı iddiaçılara məlumat verilmişdir. Həmin əmlak bir neçə kredit müqaviləsinin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. Odur ki, iddianın rədd edilməsini xahiş edir. Məhkəmə işdə iştirak edən tərəfin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-30/2022 saylı icra vərəqəsinə əsasən cavabdeh İddiaçı2 03 aprel 2015-ci il tarixli kredit müqaviləsinə əlavə üzrə 99.000 ABŞ dolları əsas, 60281,5 ABŞ dolları faiz, 9000 ABŞ dolları cərimə olmaqla, cəmi 168.281,5 ABŞ dolları məbləğində vəsaitin ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə Cavabdeh3 ASC-nin xeyrinə tutulması, cavabdeh "xxxx" MMC-dən 29 sentyabr 2017-ci il tarixli kredit müqaviləsi üzrə 9867 ABŞ dolları məbləğində əsas, 1436,04 ABŞ dolları faiz borcu, 1110,62 ABŞ dolları cərimə olmaqla, cəmi 12413,66 ABŞ dolları məbləğində vəsaitin ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə Cavabdeh3 ASC-nin xeyrinə tutulması, cavabdeh "xxxx" MMC-dən 15 oktyabr 2018-ci il tarixli kredit müqaviləsi üzrə 121.743,4 ABŞ dolları məbləğində əsas, 2237,47 ABŞ dolları faiz borcu, 6285,16 ABŞ dolları cərimə olmaqla, cəmi 130.266,03 ABŞ dolları məbləğində vəsaitin ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə Cavabdeh3 ASC-nin xeyrinə tutulması, cavabdehlər İddiaçı2, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən müştərək qaydada məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 28 manatı, habelə bildirişlərin qeydiyyatı üçün rüsum və xidmət haqqı olaraq ödənilmiş cəmi 90 manat məbləğində vəsaitin alınaraq Cavabdeh3 Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, tutmanın kredit müqaviləsinin təminatı qismində ipoteka ilə yüklü edilmiş, cavabdeh İddiaçı1 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, R.Allahverdiyev küçəsi, 85 saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin mənzilin açıq hərrac vasitəsilə satılması, satışdan əldə olunan vəsait hesabına kredit borcu və dövlət rüsumunun ödənilməsi, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin ipoteka qoyan İddiaçı1 qaytarılması, İpoteka predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, R.Allahverdiyev küçəsi, 85 saylı fərdi yaşayış evinin ilkin satış qiymətinin 330000 (üç yüz otuz min) manat məbləğində müəyyən edilməsi, Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, R,Allahverdiyev küçəsi. 85 saylı fərdi yaşayış evi satıldıqda, həmin evin İddiaçı1 tərəfindən boşaldılması qət edilmişdir. İş materiallarında olan Cavabdeh1 xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-30/2022 saylı icra vərəqəsi üzrə tələbin yönəldiyi İddiaçı1 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, R.Allahverdiyev küçəsi, 85 saylı fərdi yaşayış evin (qiymətləndirmə rəyinə əsasən mənzilin ilkin bazar qiyməti 330000 manat təşkil edir) satışının təmin olunması Cavabdeh2 MMC-yə sifariş edilmişdir. İş materiallarında olan Cavabdeh2 MMC-nin X2 dair xx.xx.2023-cü il tarixli 31/23 nömrəli bildirişin surətindən görünür ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixli sifariş məktubuna əsasən Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, R.Allahverdiyev küçəsi, 85 saylı fərdi yaşayış evinə dair (satış qiyməti 330000 manat) hərracın keçirilməsi xx.xx.2023-cü il tarixə, saat 10:00-a təyin edilmişdir. İş materiallarında olan Cavabdeh2 MMC-nin xx.xx.2023-cü il tarixli Reyestrindən görünür ki, xx.xx.2023-cü il tarixli 31/23 nömrəli X2 dair bildiriş İddiaçı1 ünvan 1 ünvanına, ünvan 2a və ünvan 3n xx.xx.2023-cü il tarixdə “Birjanews” internet informasiya ehtiyatında (www.birjanews.az) yerləşdirilmiş Cavabdeh2 MMC-nin elanında qeyd edilmişdir ki, ilkin satış qiyməti 330000 manat olan Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, R.Allahverdiyev küçəsi, 85 saylı fərdi yaşayış evinə dair açıq hərracın keçirilməsinin xx.xx.2023-cü il tarixə, saat 10:00-a təyin edilməsi barədə elan dərc edilmişdir. İş materiallarında olan Cavabdeh2 MMC-nin xx.xx.2023-cü il tarixli hərracın baş tutmamasına dair Protokoldan görünür ki, xx.xx.2023-cü il tarixə, saat 10:00-a təyin edilmiş hərracda iştirak etmək üçün müraciət daxil olmamışdır. Odur ki, xx.xx.2023-cü il tarixdə təyin edilmiş ilkin hərrac baş tutmamışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixdə “Birjanews” internet informasiya ehtiyatında (www.birjanews.az) yerləşdirilmiş Cavabdeh2 MMC-nin elanında qeyd edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, R.Allahverdiyev küçəsi, 85 saylı fərdi yaşayış evinə dair xx.xx.2023-cü il tarixə, saat 10:00-a təyin edilmiş hərracda iştirak etmək üçün müraciət daxil olmadığından, xx.xx.2023-cü il tarixdə təyin edilmiş ilkin hərracın baş tutmaması və xx.xx.2023-cü il tarixli hərracın baş tutmamasına dair Protokolun tərtib edilməsi barədə elan dərc edilmişdir. İş materiallarında olan Cavabdeh2 MMC-nin təkrar hərracın keçirilməsinə dair xx.xx.2023cü il tarixli 321/23 nömrəli bildirişin surətindən görünür ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixli sifariş məktubuna əsasən Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, R.Allahverdiyev küçəsi, 85 saylı fərdi yaşayış evinə dair (satış qiyməti 280500 manat) təkrar hərracın keçirilməsi xx.xx.2023-cü il tarixə, saat 10:00-a təyin edilmişdir. İş materiallarında olan Cavabdeh2 MMC-nin xx.xx.2023-cü il tarixli Reyestrindən görünür ki, xx.xx.2023-cü il tarixli 321/23 nömrəli Təkrar X2 dair bildiriş İddiaçı1 ünvan 1 ünvanına, ünvan 2a və ünvan 3n xx.xx.2023-cü il tarixdə “Birjanews” internet informasiya ehtiyatında (www.birjanews.az) yerləşdirilmiş Cavabdeh2 MMC-nin elanında qeyd edilmişdir ki, təkrar hərracın satış qiyməti 280.500 manat olan Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, R.Allahverdiyev küçəsi, 85 saylı fərdi yayış evinə dair X6 keçirilməsinin xx.xx.2023-cü il tarixə, saat 10:00-a təyin edilməsi barədə elan dərc edilmişdir. İş materiallarında olan Cavabdeh2 MMC-nin xx.xx.2023-cü il tarixli hərracın baş tutmamasına dair Protokoldan görünür ki, xx.xx.2023-cü il tarixə, saat 10:00-a təyin edilmiş hərracda iştirak etmək üçün müraciət daxil olmamışdır. Odur ki, xx.xx.2023-cü il tarixdə təyin edilmiş təkrar açıq hərrac hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixdə “Birjanews” internet informasiya ehtiyatında (www.birjanews.az) yerləşdirilmiş Cavabdeh2 MMC-nin elanında qeyd edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, R.Allahverdiyev küçəsi, 85 saylı fərdi yaşayış evinə dair xx.xx.2023-cü il tarixə, saat 10:00-a təyin edilmiş təkrar açıq hərracda iştirak etmək üçün müraciət daxil olmadığından, xx.xx.2023-cü il tarixdə təyin edilmiş X6 baş tutmaması və xx.xx.2023-cü il tarixli hərracın baş tutmamasına dair Protokolun tərtib edilməsi barədə elan dərc edilmişdir. İş materiallarında olan Cavabdeh2 MMC-nin ipoteka saxlayan Cavabdeh3 ASC-yə ünvanladığı xx.xx.2023-cü il tarixli, 420/23 saylı ipoteka predmetinin əldə edilməsi barədə təklifdən görünür ki, Cavabdeh3 ASC-yə İddiaçı1 məxsus olan tələbkar Cavabdeh3 ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, R.Allahverdiyev küçəsi, 85 saylı fərdi yaşayış evi təkrar hərracdakı satış qiymətindən (280.500 manat) 25 faiz az olmayan qiymətə (210.375 manat) əldə edilməsi təklif edilmişdir. Bildirilmişdir ki, ipoteka saxlayan təkrar hərracın baş tutmadığı elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmədiyi təqdirdə ipotekaya xitam verilir. İş materiallarında olan Cavabdeh2 MMC-nin xx.xx.2023-cü il tarixli Reyestrindən görünür ki, xx.xx.2023-cü il tarixli, 420/23 saylı ipoteka predmetinin əldə edilməsi barədə Cavabdeh3 ASC-yə ünvanlanmış təklif İddiaçı1 ünvan 1 ünvanına, ünvan 2a və ünvan 3n Cavabdeh2 MMC-nin Cavabdeh1nə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, ipoteka saxlayan Cavabdeh3 ASC ipoteka predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, R.Allahverdiyev küçəsi, 85 saylı fərdi yaşayış evi təkrar hərracdakı satış qiymətindən (280.500 manat) 25 faiz az olmayan qiymətə (210.375 manat) əldə edilməsi barədə təklifə razı olduğunu bildirmiş, qeyd olunan razılığa əsasən Cavabdeh2 MMC tərəfindən xx.xx.2023-cü il tarixdə hərracın yekunları barədə 80/23 saylı protokol tərtib olunmuşdur. “İcra haqqında” Qanunun 53.2-ci maddəsinə əsasən borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. “İcra haqqında” Qanunun 61.1-ci və 61.2-ci maddəsinə əsasən borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir. İxtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunın sifarişi əsasında keçirirlər. “İpoteka haqqında” Qanununun 41.2-ci maddəsinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. “İpoteka haqqında” Qanunun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir “İpoteka haqqında” Qanunun 43.4-cü maddəsinə əsasən ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir “İpoteka haqqında” Qanunun 43.5-ci maddəsinə əsasən təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Mülki Məcəllənin 317.2-ci maddəsinə əsasən satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Mülki Məcəllənin 414.2-ci maddəsinə əsasən hərracın təşkilatçısı kimi əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi və ya ixtisaslaşdırılmış təşkilat çıxış edə bilər. İxtisaslaşdırılmış təşkilat əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi ilə müqavilə əsasında hərəkət edir və onların adından və ya öz adından çıxış edir. Mülki Məcəllənin 414.3-cü maddəsinə əsasən bu Məcəllədə göstərilən hallarda əmlakın və ya əmlak hüququnun satışı barədə müqavilələr yalnız hərrac keçirilməsi yolu ilə bağlana bilər. Mülki Məcəllənin 415.5-ci maddəsinə əsasən hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. “İpoteka haqqında” Qanunun 44-cü maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Mülki Məcəllənin 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Mülki Məcəllənin 416.2-ci maddəsinə əsasən hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-30/2022 saylı icra vərəqəsinə əsasən cavabdeh İddiaçı2 03 aprel 2015-ci il tarixli kredit müqaviləsinə əlavə üzrə 99.000 ABŞ dolları əsas, 60281,5 ABŞ dolları faiz, 9000 ABŞ dolları cərimə olmaqla, cəmi 168.281,5 ABŞ dolları məbləğində vəsaitin ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə Cavabdeh3 ASC-nin xeyrinə tutulması, cavabdeh "xxxx" MMC-dən 29 sentyabr 2017-ci il tarixli kredit müqaviləsi üzrə 9867 ABŞ dolları məbləğində əsas, 1436,04 ABŞ dolları faiz borcu, 1110,62 ABŞ dolları cərimə olmaqla, cəmi 12413,66 ABŞ dolları məbləğində vəsaitin ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə Cavabdeh3 ASC-nin xeyrinə tutulması, cavabdeh "xxxx" MMC-dən 15 oktyabr 2018-ci il tarixli kredit müqaviləsi üzrə 121.743,4 ABŞ dolları məbləğində əsas, 2237,47 ABŞ dolları faiz borcu, 6285,16 ABŞ dolları cərimə olmaqla, cəmi 130.266,03 ABŞ dolları məbləğində vəsaitin ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə Cavabdeh3 ASC-nin xeyrinə tutulması, cavabdehlər İddiaçı2, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən müştərək qaydada məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 28 manatı, habelə bildirişlərin qeydiyyatı üçün rüsum və xidmət haqqı olaraq ödənilmiş cəmi 90 manat məbləğində vəsaitin alınaraq Cavabdeh3 Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, tutmanın kredit müqaviləsinin təminatı qismində ipoteka ilə yüklü edilmiş, cavabdeh İddiaçı1 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, R.Allahverdiyev küçəsi, 85 saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin mənzilin açıq hərrac vasitəsilə satılması, satışdan əldə olunan vəsait hesabına kredit borcu və dövlət rüsumunun ödənilməsi, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin ipoteka qoyan İddiaçı1 qaytarılması, İpoteka predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, R.Allahverdiyev küçəsi, 85 saylı fərdi yaşayış evinin ilkin satış qiymətinin 330000 (üç yüz otuz min) manat məbləğində müəyyən edilməsi, Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, R,Allahverdiyev küçəsi, 85 saylı fərdi yaşayış evi satıldıqda, həmin evin İddiaçı1 tərəfindən boşaldılması qət edilmişdir. İcra vərəqəsindən də göründüyü kimi Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, R.Allahverdiyev küçəsi, 85 saylı fərdi yaşayış evinin satış qiyməti Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)- 30/2022 saylı qətnaməsi ilə müəyyən edilmişdir. İcra vərəqəsi icraya yönəldilmiş və Cavabdeh1 xx.xx.2023-cü il tarixli sifariş məktubuna əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-30/2022 saylı icra vərəqəsi üzrə tələbin yönəldiyi İddiaçı1 məxsus olan ilkin bazar qiyməti 330000 manat olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, R.Allahverdiyev küçəsi, 85 saylı fərdi yaşayış evinin satışının təmin olunması Cavabdeh2 MMC-yə sifariş edilmişdir. Sözügedən sifariş üzrə İddiaçı1 məxsus olan tələbkar Cavabdeh3 ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, R.Allahverdiyev küçəsi, 85 saylı fərdi yaşayış evinin ilkin satış qiyməti 330000 manat olmaqla ilkin hərracın keçirilməsi xx.xx.2023-cü il tarixə, saat 10:00-a təyin edilmişdir. xx.xx.2023-cü il tarixdə “Birjanews” internet informasiya ehtiyatında (www.birjanews.az) bununla bağlı müvafiq elan dərc edilmişdir. İddiaçıya keçiriləcək hərracın vaxtı və yeri barədə sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərilmişdir. xx.xx.2023-cü il tarixə, saat 10:00-a təyin edilmiş hərracda iştirak etmək üçün müraciət daxil olmamışdır. xx.xx.2023-cü il tarixdə təyin edilmiş ilkin hərrac baş tutmamışdır. xx.xx.2023-ci il tarixdə “Birjanews” internet informasiya ehtiyatında (www.birjanews.az) bununla bağlı müvafiq elan yerləşdirilmişdir. Cavabdeh2 MMC tərəfindən İddiaçı1 məxsus olan tələbkar Cavabdeh3 ASCnin xeyrinə ipoteka ilə yüklü edilmiş, Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, R.Allahverdiyev küçəsi, 85 saylı fərdi yaşayış evinin satış qiyməti 280500 manat məbləğində müəyyən edilməklə təkrar hərracın keçirilməsi xx.xx.2023-cü il tarixə, saat 10:00-a təyin edilmişdir. xx.xx.2023-cü il tarixdə “Birjanews” internet informasiya ehtiyatında (www.birjanews.az) bununla bağlı müvafiq elan yerləşdirilmişdir. İddiaçıya keçiriləcək hərracın vaxtı və yeri barədə sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərilmişdir. xx.xx.2023-cü il tarixə, saat 10:00-a təyin edilmiş təkrar açıq hərracda iştirak etmək üçün müraciət daxil olmamış və xx.xx.2023-cü il tarixdə təyin edilmiş təkrar açıq hərrac hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. Həmçinin müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə “Birjanews” internet informasiya ehtiyatında bununla bağlı elan yerləşdirilmişdir. Cavabdeh2 MMC tərəfindən ipoteka saxlayan Cavabdeh3 ASC-yə xx.xx.2023-cü il tarixli, 420/23 saylı ipoteka predmetinin əldə edilməsi barədə təklif ünvanlanaraq Cavabdeh3 ASC-yə İddiaçı1 məxsus olan tələbkar Cavabdeh3 ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, R.Allahverdiyev küçəsi, 85 saylı fərdi yaşayış evinin təkrar hərracdakı satış qiymətindən (280.500 manat) 25 faiz az olmayan qiymətə (210.375 manat) əldə edilməsi barədə təklif verilmiş və bank tərəfindən təklifə razılıq verilərək sözügedən əmlak Cavabdeh3 tərəfindən əldə edilmişdir. Bununla bağlı, Cavabdeh2 MMC-nin “İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” xx.xx.2023-cü il tarixli, 80/23 saylı protokolu tərtib edilmiş və daha sonra həmin protokol əsasında Cavabdeh3 ASCyə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarış verilərək Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, R.Allahverdiyev küçəsi, 85 saylı fərdi yaşayış evi Cavabdeh3 ASC-nin adına qeydiyyata alınmışdır. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, iddiaçıların hazırkı iddiası əsassızdır. İddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim edə bilməmiş, mövcud sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz hüquqi təsdiqini tapmamışdır. İddiaçılar hərracın keçirilməsi barədə onlara məlumat verilməməsini qeyd etsələr də, iş materiallarında olan sənədlərdlə həm ilkin, həm də təkrar hərracın keçirilməsi barədə hərrac təşkilatı tərəfindən hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirilməsi və bu barədə iddiaçılara və digər borclulara sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərilməsi təsdiq edilir. Odur ki, Cavabdeh2 MMC tərəfindən hərrac “İpoteka haqqında” Qanunla və Mülki Məcəllə ilə müəyyənləşdirilmiş qaydalara əməl edilməklə həyata keçirilmişdir, hərracın nəticələrinin etibarsız hesab edilməsi üçün iş üzrə qanuni əsaslar mövcud deyildir. Həmçinin, iş materiallarına əsasən təsdiq edilir ki, mənzil Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-30/2022 saylı qətnaməsi ilə qət edilmiş ilkin satış qiyməti 333000 manat olmaqla hərraca çıxarılmışdır. Lakin keçirilən iki hərrac baş tutmadığına görə əmlakın ilkin satış qiyməti 330000 manatın enmiş faizləri: “İpoteka haqqında” Qanunun 43.5-ci maddəsinə əsasən təkrar hərracda 15% və “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən 25 % aşağı salınmaqla, əmlakın son satış qiyməti 210.375 manat müəyyən edilmiş, keçirilən iki hərrac baş tutmadığına görə “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən ipoteka saxlayan Cavabdeh3 ASC Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, R.Allahverdiyev küçəsi, 85 saylı fərdi yaşayış evini 210.375 manata almışdır. Odur ki, Cavabdeh2 MMC tərəfindən hərrac “İpoteka haqqında” Qanunla və Mülki Məcəllə ilə müəyyənləşdirilmiş qaydalara əməl edilməklə həyata keçirilmişdir, hərracın nəticələrinin etibarsız hesab edilməsi üçün iş üzrə qanuni əsaslar mövcud deyildir. Məhkəmə həmçinin iddia tələbinin “hərracın yekunları barədə alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, fərdi yaşayış evinə dair Cavabdeh3 ASC-nin hüquqların dövlət qeydiyyatının etibarsız hesab edilməsi və mülkiyyətində olan evinə aid sonradan aparılmış sənədləşmənin əvvəlki hüquqi vəziyyətinə qaytarılması” hissəsinə qiymət verərək qeyd edir ki, iddia tələbi bu hissədə hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi hissəsindən asılı olduğundan və məhkəmənin yuxarda qeyd edilən qənaəti ilə iddia hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi hissəsində təmin edilmədiyindən, həmin hissələrdə də iddia təmin edilə bilməz. Məhkəmə həmçinin iddiaçıların Cavabdeh2 MMC-nin direktor müavini Aygün Abdullayevanın fərdi yaşayış evinə münasibətdə düzgün olmayan, reallığa uyğun olmayan, uydurma rəqəmlər və məlumatlar daxil etməsi kimi qanunsuz əməlləri barədə xüsusi qərara çıxarmaqla prokurorluq orqanına təqdimat verilməsi barədə tələblərinə münasibət bildirərək qeyd edir ki, məhkəmə araşdırması zamanı təsdiq olunmuşdur ki, Cavabdeh2 MMC tərəfindən hərrac “İpoteka haqqında” Qanunla və Mülki Məcəllə ilə müəyyənləşdirilmiş qaydalara əməl edilməklə həyata keçirilmiş, hər hansı qanun pozuntusuna yol verilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddəsinə əsasən məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Hazırki halda Cavabdeh2 MMC-nin direktor müavini Aygün Abdullayevanın əməlində cinayət əlamətlərinin olması aşkara çıxarılmadığından iddiaçıların xüsusi qərardadla bağlı tələbi də təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. “Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 MMC-yə, Cavabdeh1nə və ləğv prosesində olan Cavabdeh3 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “hərracın yekunları barədə protokolun, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və əmlakın əvvəlki hüquqi vəziyyətinə qaytarılması” tələbi əsassız olduğundan təmin edilməməlidir. İş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia rədd edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu ona aid olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 MMC-yə, Cavabdeh1nə və ləğv prosesində olan Cavabdeh3 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “hərracın yekunları barədə protokolun, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və əmlakın əvvəlki hüquqi vəziyyətinə qaytarılması” tələbi barədə iddiası rədd edilsin. İş üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu İddiaçı1 aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar