Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-60/2023 27.02.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi və tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi üzrə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi və tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək vurulmuş maddi zərərə görə 2800 manat, mənəvi zərərə görə 1000 manat, dövlət rüsumu kimi ödənilmiş 48 manat, ümumilikdə 3948 (üç min doqquz yüz qırx səkkiz) manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması və onun giriş qapısında qanunsuz tikilinin cavabdehin öz hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək maddi zərər görə 2800 manat, mənəvi zərərə görə 1000 manat, 48 manat ödənilmiş rüsum, mütəxəssis rəyinə görə ödənilmiş 95 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi və onun giriş qapısında cavabdeh tərəfindən tikilmiş tikilinin hasarın sökülməsi barədə qətnamə qəbul edilməsini məhkmədən xahiş edir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Pirşağı qəsəbəsində yerləşən 306 "T" nömrəli Bağ evi xüsusi mülkiyyət hüquqi əsasında ona məxsusdur. Onunla qonşuluqda mərhum atasına məxsus olan bağ evində Cavabdeh istifadəsindədir. Ona məxsus torpaq sahəsi 12 sotdan ibarətdir. Cavabdeh 2020-ci ilin iyun ayında ona məxsus torpaq sahəsinin bir hisəsini özbaşına olaraq zəbt edərək, beton dəmir dirəkləri, dəmir darvazanı və hasarın bir hissəsini özbaşına olaraq sökmüşdür. O, bu barədə Bakı şəhəri Sabunçu rayon 15-ci Polis bolməsinə ərizə ilə müraciət etmişdir. Ərizəsinə 15-ci Polis Bölməsi xx.xx.2020-ci il tarixli məktubla cavab vermişdir ki, "Sizin müraciətiniz əsasında tərəfimizdən təhqiqat araşdırması aparılmış və Azərbaycan Respublikası Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət tərkibi olmadığına görə,mülki qaydada məhkəməyə müraciət olunması tövsiyə olunmuşdur. Həmin vaxt o, cavabdehin qardaşı olması səbəbindən məhkəməyə müraciət etməmiş və cavabdehin vurduğu ziyanı öz vəsaiti hesabına bərpa etmişdir. Ona məxsus olan Pirşağı qəsəbəsində yerləşən 306T saylı Bağ sahəsinin yerləşdiyi torpaq sahəsinin kordinatlarının müəyyən ediləsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə müraciət etmişdir. Müraciətinə xx.xx.2018-ci il tarixli məktubla cavab verilmişdir ki, müraciətinizə baxılmışdır və bildiririk ki, müraciətinizdə qeyd edilən məsələ ilə bağlı idarənin mütəxəsisi ünvan 1 ünvanda olmuş və bağ evinin koordinatları müəyyənləşdirilərək göstərilmişdir. Bütün bunlara baxmayaraq, cavabdeh 2021-ci ilin sentyabr ayında onun bağda olmadığı vaxtdan istifadə edərək, həyətinin giriş qapısını, metal-beton konstrukturlarını və hasarının bir hissəni dağıdaraq, dövlət tərəfindən müəyyən olunmuş 3,5 metr yolun bir hissəsini zəbt etmişdir. Cavabdeh öz qanunsuz hərəkətiylə ona 2800(iki min səkkiz yüz) manat zərər vurmuşdur. O dəfələrlə Cavabdeh özbaşına sökdüyü dəmir beton dirəkləri, dəmir darvazanı və hasarı bərpa edərək vurduğu zərərin aradan qaldırmasını xahiş etsə də, cavabdeh sözlərinə əhəmiyyət verməmiş, vurduğu zərəri ödəməyəciyini deyərək, heç kəsdən qorxmadığını və vurduğu zərəri ödəməyəcəyini demişdir. Odur ki, iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasının məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında iştirak etmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxs AR Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X3 bildirmişdir ki, mübahisəli torpaq sahəsinə yerli baxış keçirərkən məsafənin 2.7 m olması məlum olmuşdur. Ancaq qanunla 3.3 m olmalıdır. Beləliklə, həmin hasar vətəndaşın yolunu azaltmışdır. Elektron baza məlumatlarına əsasən hesablanma işləri düzgün aparılmadığından, iddiaçıya məxsus torpaq sahəsinin daxilində tikildiyindən giriş qapısının yanında tikilən hasar qanunsuz tikili hesab olunur və sökülməlidir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında iştirak etmiş ekspert Təhmasib Kərimov bildirmişdir ki, problemli məsələ sırf hasarla bağlıdır. Obyektlərlə bağlı hər-hansı problem yoxdur. İş materialları və təqdim olunmuş mütəxəssis rəyinə əsasən cavabdeh tərəfindən tikilən hasar qanunsuz tikili hesab olunur, çünki iddiaçının torpaq sahəsinə müdaxilədir. Hasar onun torpaq sahəsində tikilib. Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab edir. İş materiallarını araşdırıb, iddiaçının izahatını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verdikdən sonra məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Daşınmaz Əmlakın Bağışlanması müqaviləsindən görünür ki, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 2 ünvanında yerləşən mənzilini Cavabdeh hədiyyə etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2018-ci il tarixli məktubda qeyd olunur ki, “müraciətinizdə qeyd edilən məsələ ilə bağlı idarənin mütəxəssisi Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 306T syalı ünvanda olmuş və bağ evinin koordinatları müəyyənləşdirilərək göstərilmiş və iki bağ sahəsinin bir hasar daxilində olduğu müəyyən edilmişdir”. İş materiallarınd olan Sabunçu RPİ-nin 15-ci PB-nin xx.xx.2020-ci il tarixli qərardadn görünür ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X6 Daşınmaz Əmlakın Dövlət Reyestrdən çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 305/t saylı bağ sahəsi xüsusi mülkiyyət hüququ üzrə Bağırov X1 məxsusdur və daşınmaz əmlak dövlət reyestrində 943 nömrəli reyestr kitabının 89523 nömrəli vərəqində xx.xx.2020-ci il tarixində qeydiyyata alınmışdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X6 Daşınmaz Əmlakın Dövlət Reyestrdən çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri ünvan 1 bağ sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur və daşınmaz əmlak dövlət reyestrində 123 nömrəli reyestr kitabının 12365 nömrəli vərəqində xx.xx.2015-ci il tarixində qeydiyyata alınmışdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/6086 saylı ekspert rəyin nəticə hissəsində qeyd olunur ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən torpaq sahəsinin üzərində yerləşən bağ evinin 23.15 kv.m hissəsinin (qərb istiqamətindən) İddiaçı məxsus torpaq sahəsində yerləşdiyi müəyyən edilir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssis rəyinə əlavə edilmiş planda torpaq sahələrinin faktiki yerləşmə vəziyyəti göstərilmişdir. İş materiallarında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssis rəyində qeyd olunur ki, torpaq sahəsinin üzərində yerləşən bağ evinin 23.15 kv.m hissəsi (qərb istiqamətindən) İddiaçı məxsus torpaq sahəsində yerləşir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, İddiaçı mütəxəssis rəyinin verilməsi üçün 05102022-ci il tarixli 2-004/2022 ********** nömrəli məktuba əsasən 95 (doxsan beş) manat məbləğində DƏDRX Bakı şəhər Ərazi İdarəsinə ödəniş etmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı məxsus Bakı şəhəri Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 306/t saylı bağ evinin girişində qanunsuz tikilihasar tikmişdir. Bu halı məhkəmə iclasında mütəxəssis qismində iştirak etmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxs AR Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi (mütəxəssis) və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin eksperti Təhmasib Kərimov öz izahatlarında təsdiq edərək iddiaçıya məxsus torpaq sahəsində cavabdeh tərəfindən qanunsuz tikili-hasarın tikildiyini və sökülməli olduğunu bildirmişdirlər. Eyni zamanda, bu hal Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssis rəyinə əlavə edilmiş planda öz əksini tapmışdır. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan torpaq sahəsində qanunsuz tikilinin inşa edilməsi nəticəsində iddiaçının mülkiyyət hüququları pozulmuşdur. Məhkəmə hesab edir ki, iddiaçının mülkiyyətində olan yaşayış evinə olan mülkiyyət hüquqları cavabdeh tərəfindən pozulduğundan iddiaçı mülkiyyətində olan əmlakla bağlı pozulmuş hüquqlarının bərpasını tələb etməkdə haqlıdır və onun buna subyektiv hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsinə əsasən istifadə hüququəmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, həmin Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.1.2-ci maddəsinə əsasən əmlakdan istifadə hüququ mülkiyyət hüququ ilə yanaşı əmlak hüquqları sayılır. Həmçinin həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Beləliklə məhkəmə qeyd edir ki, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı məxsus Bakı şəhəri Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 306/t saylı bağ evinin girişində qanunsuz tikilmiş tikili-hasar cavabdehin hesabına sökülməlidir. Bundan başqa iddiaçı cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona 2800 manat məbləğində ziyan dəydiyini bildirsə də buna dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən iddiaçı iddia tələbini həmin hissədə sübuta yetirmədiyindən maddi ziyan hissədə iddia tələbi təmin edilməməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. X7 Məhkəməsi izah etmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. ... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. ... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Məhkəmə, iddia tələbinin mənəvi zərərlə bağlı hissəsinə dair qeyd edir ki, Azərbaycan Respublikası MM-nin 21 və 23 cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası KM-nin 31 may 2002-ci il tarixli qərarında mənəvi ziyanın şərhi ilə bağlı göstərilir ki, «..mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqdisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərər vuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarının 2-ci və 8-ci bəndində qeyd olunur ki, «..mənvəi zərər anlayışı şəxsin hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsin hüquq və azadlıqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab veçirməsi vahid konteksdə olmalı, yəni şəxs öz hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı keçirməklə bərabər, eyni zamanda müəyyən iztirablara məruz qalmalıdır. Həmin Qərarın 8-ci bəndində qeyd olunur ki, mənəvi zərərin ödənilməsi barədə iddia o halda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkət və hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin əvəzinin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər, zərər çəkənin mənəvi sarsıntı və iztirablara qalmasının nədə ifadə olunmasını, bunlar hansı şəraitdə və hansı hərəkət nəticəsində baş verməsini zərərvuran şəxsin təqsirini, zərər çəkən şəxsin hansı mənəvi sarsıntı və iztirab keçirməsini, zərər çəkənin bunların hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə qeyd edir ki, İddiaçı iddia ərizəsində ona mənəvi zərər dəydiyini bildirsə də, bunun nədə ifadə olunmasını, həmçinin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, iddia tələbinin mənəvi ziyan hissəsi təmin edilməməlidir. AR MPM-in 223.1-ci maddəsinə əsasən məhkəmə əmlakın və ya pul məbləğlərinin verilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətləri etməyə cavabdehi məcbur edən qətnamə çıxardıqda, qətnamənin nəticə hissəsində kimin, harada, nə vaxt və ya hansı müddətdə həmin hərəkəti etməyə borclu olmasını göstərir. Həmin Məcəllənin 223.2-ci maddəsinə əsasən cavabdeh müəyyən edilmiş vaxt ərzində qətnaməni icra etməsə, məhkəmə zəruri hesab etdikdə iddiaçının cavabdehdən zəruri xərcləri almaqla, həmin hərəkətləri cavabdehin hesabına etməyə haqlı olmasını qətnamədə göstərə bilər. Məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi olan 48 (qırx səkkiz) manat və mütəxəssis xərci üçün iddiaçı tərəfindən ödənilmiş 95 (doxsan beş) manat Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasaən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində olan ekspertiza xərci Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 223, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı məxsus Bakı şəhəri Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 306/t saylı bağ evinin girişində Cavabdeh tərəfindən inşa edilmiş qanunsuz tikili-hasar cavabdehin hesabına sökülsün. Cavabdeh mütəxəssis rəyinin dəyərinin əvəzi olaraq iddiaçı tərəfindən ödənilmiş 95 (doxsan beş) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 48 (qırx səkkiz) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFTBİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-60/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-60/2023
27.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Sair mülki iş - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Qanunsuz tikilinin sökülməsi - Mənəvi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver