Məhkəmə qərarları › İş №2(004)-602/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-602/2021

17.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-602/2021 17.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Ağalı Tural Qara oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 Mokhtora və X5rşı “subroqasiya” tələbinə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən e t d i: İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 Mokhtora və X5rşı “subroqasiya” tələbinə dair qarşı “subroqasiya” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və X8 1500 manat yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləği və 30 manat dövlət rüsumu, ümumilikdə, 1530 manat tutularaq iddiaçı “xxxx” ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-də PME ********** nömrəli sığorta şənadətnaməsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış Cavabdeh1 xx xxxxxxx 2019-cu il tarixdə idarə etdiyi "Mercedes Benz C230" markalı **-MC-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi ilə hərəkət edən zaman manevretmə qaydasını pozmuş və nəticədə, piyada X1 az ağır xəsarət dəyməsi ilə nəticələnən yolnəqliyyat hadisəsi törətmişdir. Belə ki, yuxarıda qeyd olunan yol-nəqliyyat hadisəsi ilə bağlı Nəsimi rayonu İŞ-də tərtib edilmiş yol-nəqliyyat hadisəsinin təfərrüatları haqqında sənədlərə və xx.xx.2019-cu tarixli "Cinayət işinin başlanmasının rədd edilməsi haqqında" qərara əsasən yol- “nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs Cavabdeh1 müəyyən olunmuşdur. Nəsimi rayonu İŞ tərəfindən təqdim edilmiş yol-nəqliyyat hadisəsi ilə bağlı sənədlərdən aydın olur ki, hadisə baş verən zaman Cavabdeh1 idarəetmə hüququ olmamışdır. Beləliklə, yuxarıda göstərilmiş yol-nəqliyyat hadisəsi nəticəsində PME ********** nömrəli sığorta şəhadətnaməsinə və xx xxxx 2020-ci il tarixli İAS 200157 saylı Sığorta ödənişi aktına əsasən X1 az ağır xəsarət dəyməsi ilə əlaqədar 1500 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Beləliklə, Cavabdeh1 bu iş üzrə cavabdeh qismində cəlb edilməli və sığorta nadisəsi nəticəsində zərərçəkənə ödənilmiş 1500 manat sığorta ödənişi subroqasiya Hüququ əsasında Cavabdeh1dan geri tələb olunmalıdır. Bundan əlavə, baş vermiş bu yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh1 "Mercedes Benz C230" markalı ** MC *** dövlət nömrə nişanlı avtomobili etibarnaməsi olmadan idarə etməsi barədə PME ********** nömrəli sığorta müqaviləsinin tərəfi sığortalı X14 məlumatlı olmağa borclu olduğuna görə X14 da bu iş üzrə cavabdeh qismində cəlb edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi yuxarıda qeyd edilən məzmunda izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə iddiaçının nümayəndəsinin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: AD 299381 saylı Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, "Mercedes Benz C230" markalı **-MC-*** dövlət nömrə nişanlı avtomobil X9 mülkiyyətindədir. xx.xx.2019-cu il tarixli İcbari sığorta müqaviləsinə əsasən X11 məxsus "Mercedes Benz C230" markalı **-MC-*** dövlət nömrə nişanlı avtomobil “xxxx” ASC tərəfindən sığortalanmışdır. İAS200157 saylı Sığorta aktından görünür ki, “xxxx” ASC tərəfindən xx.xx.2019-cu il tarixdə Cavabdeh1 idarə etdiyi "Mercedes Benz C230" markalı **-MC-*** dövlət nömrə nişanlı avtomobillə törətdiyi yol nəqliyyat hadisəsi nəticəsində X1 az ağır xəsarət dəyməsi ilə əlaqədar 1500 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. xx.xx.2020-ci il tarixli, 000894 saylı ödəniş tapşırığından görünür ki, “xxxx” ASC tərəfindən X6 hesabına 1500 manat ödəniş edilmişdir. xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, DİN-in Baş Dövlət X15 Qeydiyyatimtahan İdarəsinin kompyuter uçot bazasına görə "MERCEDES BENZ C180" markalı **- MC-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2018-ci il tarixdən ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh2 Mırmıladın adında qeydiyyatdadır. Qeyd olunan avtomobilin etibarnamə əsasında hər hansı şəxsin istifadəsinə verilməsi barədə DİN-in Baş Dövlət X15 mərkəzi informasiya sistemində məlumat mövcud deyildir. Nəsimi Rayon Polis İdarəsinin xx.xx.2020-ci il tarixli Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyəti icrabari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrütları barədə arayışdan görünür ki, xx.xx.2019-cu il tarixdə, saat 14:40-da Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsində piyadanın vurulması ilə yol nəqliyyat hadisəsi baş vermiş, Cavabdeh1 idarə etdiyi "Mercedes Benz C230" markalı **- MC-*** dövlət nömrə nişanlı avtomobillə X1 az ağır xəsarət yetirmişdir. xx.xx.2019-cu il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Cavabdeh1 barəsində cinayət işinin başlanması rədd edilmişdir. 30127 saylı Ekspertiza rəyindən görünür ki, istintaq tərəfindən tədqim olunmuş məlumatlara əsasən Mercedes-Benz C 230 rharkalı 99MC411 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X2 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun hərəkətlərində həmin maddənin tələbləri təmin olunmaqla hadisənin qarşısını almağa texniki imkan olmuşdur. 1082 saylı, Ekspert rəyindən görünür ki, 1964-cü il təvəllüdlü X6 məhkəmə-tibbi ekspertizasına və tibbi sənəddə yazılanlara əsasən, iş haqqında qərarda göstərilən məlumatları nəzərə alaraq və ekspertiza qarşısında qoyulmuş suallara cavab olaraq vətəndaş A.Q.Ağayevanın bədənində aşkar olunmuş xəsarət - sağ ayağının daraq sümüyünün çıxığı, sağ ayağın İ barmağının qapalı sınığı və çıxığı, sağ ayağın İİ, İİİ, İV, V daraq sümüklərin açıq sınıqları küt əşyanın (əşyaların) təsirindən onun tibbi yardım üçün Bakı şəhəri, Baş Sİ-nin X12 gətirilidiyi və qərarın təsviri hissəsində göstərilən xx.xx.2019cu il tarixdə əmələ gələ bilərdilər. xx.xx.2014-cü il tarixli Nəqliyyat vasitəsinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə Aktdan görünür ki, X4 məxsus “xxxx” Sığorta Şirkətində sığortalanmış “Audi Q7” markalı, ** HM *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər ümumilikdə 2850 manat məbləğində qiymətləndirilmişdir. Həmçinin 1082 saylı rəyə əlavədən görünür ki, A.Q.Ağayevanın bədənində aşkar olunmuş xəsarətlər - sağ ayağın İ daraq sümüyünün çıxığı, sağ ayağın İ barmağının qapalı sınığı və çıxığı, sağ ayağın İİ, İİİ, İV, V daraq sümüklərin açıq sınıqları küt əşyanın (əşyaların) təsirindən onun tibbi yardım üçün Bakı şəhəri, Baş Sİ-nin X12 gətiribdiyi və qərarın təsviri hissəsində göstərilən xx.xx.2019-cu il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinə əsasən yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin Qanunun 81-ci maddəsinə əsasən bu Qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. ''Sığorta haqqında'' Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 1-ci hissəsinə əsasən sığortalının, təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Azərbaycan Respublikası MM-in 926-cı maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. Sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunvericiliyi ilə, könüllü sığortada müvafiq sığorta qaydalarına əsasən bağlanan sığorta müqaviləsi ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 916.1-ci maddəsinə görə əgər sığortalı zərərin əvəzini ödəmək tələbini üçüncü şəxs qarşısında irəli sürə bilirsə, həmin tələb sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini sığortalıya ödəmiş olsun. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 25.1.2-ci maddəsinə əsasən bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Həmin Qanunun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Həmin Qanunun 25.2-ci maddəsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "Mercedes Benz C230" markalı **-MC-*** dövlət nömrə nişanlı avtomobil X11 məxsusdur. xx xxxxxxx 2019cu il tarixdə Cavabdeh1 etibarnaməsiz idarə etdiyi "Mercedes Benz C230" markalı **-MC- *** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi ilə hərəkət edən zaman manevretmə qaydasını pozmuş və nəticədə, piyada X1 az ağır xəsarət dəyməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, yuxarıda qeyd olunan yol-nəqliyyat hadisəsi ilə bağlı Nəsimi rayonu İŞ-də tərtib edilmiş yol-nəqliyyat hadisəsinin təfərrüatları haqqında sənədlərə və xx.xx.2019-cu tarixli "Cinayət işinin başlanmasının rədd edilməsi haqqında" qərara əsasən yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs Cavabdeh1 müəyyən olunmuşdur. İAS200157 saylı Sığorta aktından görünür ki, “xxxx” ASC tərəfindən xx.xx.2019-cu il tarixdə Cavabdeh1 idarə etdiyi "Mercedes Benz C230" markalı **-MC-*** dövlət nömrə nişanlı avtomobillə törətdiyi yol nəqliyyat hadisəsi nəticəsində X1 az ağır xəsarət dəyməsi ilə əlaqədar 1500 manat məbləğində sığorta ödənişi müəyyən edilmişdir. xx.xx.2020-ci il tarixli, 000894 saylı ödəniş tapşırığından görünür ki, “xxxx” ASC tərəfindən X6 hesabına 1500 manat məbləğində pul köçürülmüşdür. Qanunun tələblərinə görə avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Vurulmuş maddi ziyanın əvəzi olaraq, 1500 manat məbləğində sığorta ödənişi iddiaçı tərəfindən zərərçəkənə verilmişdir. Odur ki, iddiaçı haqlı olaraq, cavabdehlər Cavabdeh1 Mokhtor qızına və X3 münasibətdə tələb irəli sürmüşdür. Göründüyü kimi, sığorta hadisəsi baş verən zaman X13 nəqliyyat vasitəsinin idarə edilməsi üçün Cavabdeh1 qanuni əsaslarla etibarnamə vermədiyindən avtomobillə vurulmuş ziyana görə o da məsuliyyət daşıyır. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1 və X7 1500 manat məbləğində pul və 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1 və X7 tutularaq iddiaçı “xxxx” ASC-nin xeyrinə ödənilməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübuutlarla əsaslandırır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia ərizəsi təmin edilsin. Cavabdehlər Cavabdeh1 Mokhtordan və X7 1500 (bir min beş yüz) manat məbləğində pul və 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar