Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-6045/2022 15.11.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal rayon Məhkəməsinin hakimi Xudayev Kərim Bahəddin oğlu, İddiaçı cavabdehlər Dövlət Tibbi-Sosial Ekspertiza və X1 Heyətinin sədr müavini Mətanət Məmmədovaya və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin TSEK sədri X2 qarşı “cavabdehlərin inzibati xətaya görə cərimələnməsi və vəsaitin dövlət hesabına keçirilməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdehlər Dövlət Tibbi-Sosial Ekspertiza və X1 Heyətinin sədr müavini Mətanət Məmmədovaya və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin TSEK sədri X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin vəzifəli şəxsləri TSEK-nin sədri X3 və Agentliyinin idarə heyyətinin sədr müavini Mətanət Məmmədovanın qəsdən törətdikləri inzibati xətaya görə 5000 manat cərimələnməsi və həmin vəsaitin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən tutularaq dövlət hesabına keçirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, iddianın yolverilməzliyinə görə ərizənin qəbulundan imtina edilməlidir. Belə ki, İddiaçı cavabdehlərə qarşı inzibati xətaya görə məsuliyyətə cəlb etmə və inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə ilə bağlı mübahisəyə (ərizəyə) baxılması Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbləri ilə tənzimləndiyinə görə, ərizəyə mülki məhkəmə icraatı qaydasında baxıla bilməz. Hazırkı mübahisəyə inzibati xətalar haqqında işlərə baxılması qaydasında baxılmalıdır. Azərbaycan Respublikası MPM-in 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Odur ki, hazırki mübahisəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından, İddiaçı cavabdehlər Dövlət Tibbi-Sosial Ekspertiza və X1 Heyətinin sədr müavini Mətanət Məmmədovaya və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin TSEK sədri X2 qarşı “cavabdehlərin inzibati xətaya görə cərimələnməsi və vəsaitin dövlət hesabına keçirilməsi” iddia ərizəsinin qəbulundan imtina edilməli, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalı və iddiaçıya qeyd edilən tələblə əlaqədar İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun olaraq müvafiq məhkəməyə müraciət etmək hüququna malik olduğu izah edilməlidir. Azərbaycan Respublikası MPM-nin 153.6-cı maddəsinə əsasən, iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 153.2.1, 263-264, 268ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdehlər Dövlət Tibbi-Sosial Ekspertiza və X1 Heyətinin sədr müavini Mətanət Məmmədovaya və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin TSEK sədri X2 qarşı “cavabdehlərin inzibati xətaya görə cərimələnməsi və vəsaitin dövlət hesabına keçirilməsi” tələbinə dair iddia ərizəsinin qəbulundan, iddia ərizəsinə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə imtina edilsin. İddiaçıya izah edilsin ki, o, qeyd edilən tələblə əlaqədar İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun olaraq müvafiq məhkəməyə müraciət etmək hüququna malikdir. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-6045/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-6045/2022
15.11.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver