Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-6082/2021 29.11.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, cavabdeh Avtoinvest MMC-nin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Avtoinvest MMC-yə qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MMC-yə qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada 100.000 (yüz min) ABŞ Dolları avtomobilin dəyəri, 30000 (otuz min) ABŞ Dolları məbləğində dəymiş maddi zərər olmaqla, 10000 ABŞ Dolları dəymiş mənəvi zərər olmaqla cəmi 140000 ( yüz qırx min) ABŞ Dolları məbləğində pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbləri onunla əsaslandırılmışdır ki, İddiaçı banka olan öhdəliyini vaxtından əvvəl tamamilə ödəmək üçün mülkiyyətində olan ‘'Lexus” LX 570 markalı JTJHY00W304103094 ban nömrəli, 2012-ci il buraxılışlı **-RO-*** dövlət qeydiyyat nömrəli avtomaşını 2014-cü ilin sentyabr ayında Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən, X13 tərəfindən istifadə Edilən “MİR” avtosalonunda 100000 (yüz min) ABŞ dollarına satışa qoymuşdur. Razılığa əsasən X3 həyata keçirmək üçün etibarnamə vermişdir. Onunla birlikdə Bank "xxxx" ASC-nin “Premium” Filialına getmiş, «Lexus” LX 570 markalı JTJHY00W304103094 ban nömrəli, 2012-ci il buraxılışlı, **-RO-*** nömrəli dövlət qeydiyyatlı avtomaşın “MİR” avtosalonunda satışa qoyduğunu bildirərək həmin nömrənin avtomobilin üzərindən çıxarılması üçün DYP-yə məktub vermələrini xahiş etmiş, bank tərəfindən məktub vermiş və maşının nömrəsi dəyişdirilərək **-VD-*** olmuşdur. Avtosalon maşını 100000 manata satıb, bankın borcunu və salaonun 2 faizini çıxmaqla qalan vəsaiti İddiaçı qaytarmalı idi. Yəni bankdakı öhdəlikləri yeni alıcıya keçməsini tənzimləməklə qalan vəsaiti iddiaçıya verməli idi. Lakin bir müddətdən sonra salondan bildirmişlər ki, bir alıcı gələrək maşım almaq istədiyini bildirmiş və maşını həyətdə sürərək yoxlamaq adı ilə sürüb aparmış və qaytarmamışdır. Tərəfindən dərhal polisə məlumat verilmişdir. Uzun müddət axtarışdan sonra məlum olmuşdur ki, cavabdeh Əliyev X22 Kərimin mülkiyyətində olan “Lexus” LX 570 markalı JTJHY00W304103094 ban nömrəli, 2012-ci il buraxılışlı, **- RO-*** dövlət qeydiyyat nömrəli avtomaşını hansısa vasitəylə ələ keçirərək tanışı, Dövlət Gömrük Komitəsinin Tovuz Gömrük idarəsinin “Sərhəddə icazə blanklarının verilməsinə nəzarət” şöbəsinin baş müfəttişi vəzifəsində işləyən Cavabdeh2 vasitəsilə, əlbir olaraq qaçaqmalçılıq yolu ilə Gürcüstan Respublikasına keçirərək satmışlar. Yasamal Rayon Məhkəməsinin 17.06.2015-ci il tarixli qətnaməsi ilə ondan, ümumilikdə cəmi 65223.42 manat pul vəsaiti iddiaçıdan tutularaq Bank BTB ASC-yə verilməsi qət edilmişdir. Göründüyü kimi o avtomobili «Mir» Avtosalonununa (“Avtoinvest" MMC) 100.000 ABŞ dolları satışa çıxarmışdır. Bunun nəticəsində İddiaçı 100.000 ABŞ dolları dəyərində maddi ziyan dəymişdir. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 16.08.2021-ci il tarixli cavab məktubundan məlum olmuşdur ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun mülkiyyətində olan nəqliyyat vasitəsinin oğurlanaraq qaçaqmalçılıq yolu ilə Gürcüstana keçirilməsində təqsirli bilinmişlər. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 19 may 2017-ci il tarixli 1(088)-10/2017 saylı hökmü ilə Cavabdeh1 CM-in 206.3.1 və 206.3.2-ci maddələri ilə təqirli bilinərək, 5 il müddətə, Cavabdeh2 isə CM-in 308.2-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 46.2-ci maddəsinə əsasən 1 il müddətə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 5 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Gəncə Apelyasiya Məhkəməsinin 15.11.2021-ci il tarixli, 1(104)-304/2018 saylı qərarı ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 19 may 2017-ci il tarixli 1(088)-10/2017 saylı hökmü dəyişdirilmiş, AR Ali Məhkəmənin 01.05.2019-cu il tarixli, 1(102)-630/2019 saylı qərarı ilə qüvvədə saxlanılmışdır. O, nəqliyyat vasitəsini 100.000 ABŞ dolları dəyərinə satıb, banka olan borcunu ödəmək, qalan məbləğə isə yeni nəqliyyat vasitəsi əldə etmək niyyətində idi. Lakin cavabdehlərin vurduğu qəsd nəticəsində ona 100.000 ABŞ dolları dəyərində maddi ziyan dəymişdir. Bundan başqa, «Mir» Avtosalonu (“Avtoinvest" MMC) sözügedən hadisə ilə bağlı onu məlumatlandırsaydı mülkiyyətində olan avtomobilin qaçaqmalçılıq yolu ilə ölkə xaricinə çıxarılaraq satılmasının qarşısını ala bilərdi. Bu səbəbdən bu müddət o, əldə edə biləcəyi gəlirlərdən məhrum olmuş, ona maddi və mənəvi zərər dəymişdir. Hesab edir ki, «Mir» Avtosalonu (“Avtoinvest" MMC) cavabdeh kimi işə cəlb edilməli, «Mir» Avtosalonundan keçirdiyi iztirablara görə 10000 ABŞ Dolları mənəvi zərərə görə vəsait tutularaq ona ödənilməlidir. Həmçinin hesab edir ki, cavabdehlər maşını sataraq onu 100000 ABŞ, dollarından məhrum etməklə həmin vəsaiti 6 il istifadə etdiklərindən xeyli miqdarda zərər vurmuşlar. Belə ki, X33 faiz dərəcəsi 2018-ci ildə 10-9.75%, 2019-cu ildə 9.25-7.5% arasında dəyişmiş, 2020-ci il tarixdə 7.25-6.25% arasında dəyişmişdir. Qeyd olunan faiz dərəcələrinin ən aşağı həddini götürməklə 100.000 X 5%= 5000 (beş min) ABŞ Dolları X 6 il= 30 000 (otuz min) ABŞ Dolları. AR Mülki Məcəlləsinin 21.1, 21.2, 21.3, 443.4, 439.3-cü maddələrinin tələblərinə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, bəli onun məqsədi avtomobilini satmaq və özünə yeni avtomobil almaq olmuşdur. Bundan başqa bildirir ki, Qismət Əhədovu daha öncədə də tanımış, ondan bir neçə dəfə özü üçün avtomobil alıb satmışdır. Cavabdehin qeyd etdiyi 2008-ci il tarixdə verilmiş etibarnaməni isə o işi ilə əlaqədar daima xaricdə olduğu üçün adına olan bir avtomobilin satışı zamanı girovdan çıxarılması məqsədi ilə vermişdir. Bütün əmlakların idarə olunmasının qeyd olunması barədə onun məlumatı olmamış, ona bu şəkildə etibarnamənin verilməsinin zəruriliyini məhz Q.Əhədov bildirmişdir. Belə ki, həmin avtomobilin girovdan çıxarılması zərurəti olduğundan etibarnamə bu şəkildə verilməli idi. Qeyd edir ki, həmin etibarnamə məhz həmin əməliyyatların aparılması üçün verilmiş, sonradan onun gözü önündə Q.Əhədov tərəfindən cırılaraq atılmışdır. Onu da bildirir ki, cavabdehin nümayəndəsinin dediyi kimi həmin etibarnamə hazırki mübahisə predmeti olan avtomobilin satılmasından ötəri verilə bilməzdir. Çünki həmin etibarnə verildikdə ümumiyyətlə Lexus markalı avtomobil olmamış, həmin nəqliyyat vasitəsini o 2013-cü il tarixdə almışdır. O istər Q.Əhədovu, istərsə də sonuncunun qardaşını tanıdığını danmır, lakin onlarla hər hansı bir şəxsi dostluğu, yaxın münasibətləri olmamış, sırf avtosalon işlədən və nəqliyyat vasitəsi satan şəxslər kimi tanımışdır. Sonuncu dəfə də avtomobili satmaq üçün Q.Əhədova müraciət etdikdə, sonuncu onu işlədiyi Miravtosalon adı altında fəaliyyət göstərən və həmin dövrdə maşın bazarının içərisində yerləşən salona dəvət etmiş, avtomobilin onlar, yəni salon tərəfindən 100000 ABŞ dollarına alınaraq satışa qoyulacağı bildirilmiş, pul isə avtomobil satıldıqdan sonra ona veriləcəyi deyilmişdir. O, daima işləri ilə bağlı xaricdə olduğu üçün avtomobil satıldıqda əldə edilmiş pul vəsaitinin bir hissəsinin banka ödənilməsini, qalan hissəsinin isə ona ödənilməsini qeyd etmişdir. Range Rover avtomobilinə gəldikdə isə, onun belə bir maşın almaq istəyi olmuş, avtomobili qaçırıldıqdan sonra da həmin salona yaxınlaşaraq onlarda olan Range Rover markalı avtomobilin ona nisyə satılmasını istəmiş, avtosalon, yəni Qismət isə istədiyi avtomobilin satışa qoyulmuş və qaçırılmış Lexus markalı avtomaşından daha bahalı olduğunu bildirərək, avtomobili ona verməkdən imtina etmişlər. Əslində isə onlar alacağı avtomobilin pulunun qaçırılmış avtomobilin pulu ilə əvəzləşdirilərək, onlara pul ödəməyəcəyindən qorxduqları üçün ona verməmişlər. Həmçinin onu da qeyd edir ki, avtomobilin qaçırılması barədə ona bank məlumat verdikdən sonra, dərhal Qismət ilə əlaqə saxlamış və sonuncuya nəyə görə ona bu barədə vaxtında məlumat verilməməsini soruşduqda isə Qismət ona avtomobilin qaçırılmasında cavabdeh özlərinin olması, bu problemində onların probleminin olduğundan özləri tərəfindən həll ediləcəyini bildirmişdir. Hətta avtomobilin qaçırılmaası ilə bağlı polisə ərizəni də avtosalondan adından Qismət özü vermişdir. Daha sonra isə avtombilin mülkiyyətçisi o olduğu üçün polis rəsmi qaydada onun da ərizəsini almış və iş üzrə zərərçəkmiş qismində o tanınmışdır. O, Qismətdən ödənilmiş 28000 ABŞ dollarını bu illər ərzində dəflərlə tələb etdikdə, onların nağd şəkildə pullarının olmaması, ödənilmiş bütün məbləğlərin dövriyyədə olan və salonda satışa qoyulmuş avtomobillərə yatırılmasını, bu səbəbdən də hazırda onun pulunu ödəyə bilməyəcəklərini bildirmişdir. O ki qaldı onun Qismətə qarşı iddia qaldırması, bank ona qarşı kredit borcunun tutulması ilə bağlı iddia qaldırdığından o da həmin dövrdə vurulmuş ziyanın Qismətdən tutularaq ödənilməsi barədə iddia qaldırmağa məcbur olmuşdur. Belə ki, həmin dövrdə məhkəmə araşdırılması tamamlanmamış və yekun məhkəmə hökmü çıxarılmamışdır. Bundan başqa avtosalonun üzərində Miravtosalon yazıldığından o da Qismətin həmin salonun işçisi zənn etdiyindən hər yerdə bütün axtarışını Miravtosalon kimi axtarmış, lakin heç harda, o cümlədən vergilərdə də Miravtosalonun hüquqi şəxs kimi qeydiyyatına rast gəlmədiyindən və o da yalnız Qisməti tanıdığından iddianı ona qarşı qaldırmağa məcbur olmuşdur. Həmin avtosalonun üzərində Miravtosalonu yazılsa da, hazırki cavabdeh Avtoinvest MMC-yə məxsus olması və qismətində Qismətində Avtoinvest MMC-nin əməkdaşı olaraq məsul şəxs kimi həmin avtosalonu işlətməsi ona çox-çox sonradan vəkil araşdırmasının nəticəsində məlum olmuşdur. Hesab edir ki, cavabdeh avtosalon əməkdaşının vurduğu maddi ziyana görə məsuliyyət daşıdığından iddia tələbi onlara qarşı hissədə də əsaslı olduğundan təmin edilməlidir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 hüquqlarını təmsil etdiyi şəxsin iddia tələblərini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, iddiaçı Qisməti daha öncədən tanısa da, əvvəllər də münasibətləri aralarında avtomobil alqı-satqısı ilə əlaqədar olmuşdur. Onların şəxsi münasibətləri olmamışdır. Belə ki, iddiaçı əvvəllərdə Qismətin işlədiyi Miravtosalonu adı altında fəaliyyət göstərən salondan bir neçə dəfə maşın alıb-satmışdır. Hətta Mir adı altında fəaliyyət göstərən və Q.Əhədov tərəfindən işlədilən avtosalon əvvəllər başqa ünvanda yerləşmişdir. Sonuncu dəfə iddiaçı Q.Əhədova maşınını satmaq istədiyi bildirdikdə isə, sonuncu isə onu maşın bazarında yerləşən avtosalona dəvət etmiş və onlarda orada görüşmüşlər. Cavabdehin nümayəndəsinin MMC-nin guya bünlardan xəbərsiz olması barədə iddiaları da absurtdur. Belə ki həmin dövrdə avtosalon maşın bazarının içində fəaliyyət göstərmiş və rəhbərliyin icazəsi və göstərişi olmadan bazara girişdə yerləşdirilmiş şlaqbaumdan heç bir maşın içəriyə buraxılmırdır. İddiaçı hüquqişəxs kimi Miravtosalonu müəyyən edə bilmədiyindən, həmin avtosalonunda üzərində Miravtosalon yazılmasına baxmayaraq əslində Avtoinvest MMC-yə məxsus olması və salonun rəsmi olaraq işlədən Q.Əhədəvun da Avtoinvest MMC-nin əməkdaşı olması barədə məlumatlı olmadığından məcbur qalaraq iddianı Q.Əhədova qarşı qaldırmışdır. Hesab edir ki, həmin qətnamə hazırki iş üçün presudual ola bilməz. Bundan başqa iddia ilə bağlı qeyd edir ki, dəymiş zərər məhz müvafiq hökmlə müəyyən olunduğundan, belə iddialara pul tələbinə dair olan iddia müddətinin tətbiq edilməsi yoverilməzdir. Eyni zamanda bildirir ki, onlara dəymiş ziyana görə Range Rover avtomobilinin təklif edilməsi absurtdur. Belə ki, onlara belə bir təklif edilməmişdir. Hətta bunun əksinə olaraq Qismət tərəfindən avtosalona ümumilikdə dəymiş ziyanın, avtomobilin əvəzi olaraq Range Rover markalı avtomobilin verilməsi təklif edilsə də, həmin salondan əvəzləşdirilməsi təklif edilmiş nəqliyyat vasitəsinin iddiaçıya məxsus nqəliyyat vasitəsindən daha bahalı olduğu bildirilmiş və bu səbəbdən də bundan imtina edilmişdir. İddiaçı son ana kimi ona dəymiş ziyanla bağlı ödənişin veriləcəyini gözləmiş, lakin bu baş tutmamışdır. Bu səbəbdən də hökm yuxarı instansiyada qüvvədə qaldıqdan sonra hazırki iddia tələbini qaldırmışdır. Qismət sözü gedən avtosalonun əməkdaşı olması səbəbindən, iddiaçıya vurulmuş ziyandan avtosalonda məsuliyyət daşıyır və hesab edirlər ki, sözü gedən avtosalondan pul vəsaiti tutulmalıdır. Qeyd edilənlərə əsasən məhkəmədən təmin edilməsini xahiş etdi. “Avtoinvest" MMC-nin nümayəndəsi iddianın MMC-yə münasibətdə əsassız olması barədə məhkəməyə təqdim etdiyi yazılı etirazda göstərilmişdir ki, qüvvədə olan məhkəmə qətnamə, qərar və hökmləri ilə Qismət Əhədov İddiaçı ziyan vurmaqda təqsirli bilinməmişdir və Q.Əhədovun hərəkətlərində İddiaçı hüquqlarını pozan hər hansı qəsd və ehtiyatsızlıq müəyyən edilməmişdir. Belə ki, İddiaçı cavabdeh Q.Əhədova qarşı iddia ərizəsi ilə Xətai rayon məhkəməsinə məhkəməyə müraciət etmişdir. Həmin iddia tələbinin əsası və predmeti hazırkı iddia tələbinin əsası və predmeti ilə eynidir. Həmin iş üzrə cavabdeh olan Q.Əhədov isə Cavabdeh3 MMC-nin işçisidir. Belə ki, 07.01.2013-cü ildən Q.Əhədov Cavabdeh3 MMC-də nəzarətçi vəzifəsində işləyir. İşin ədalətli həll edilməsi üçün İddiaçıla Q.Əhədov arasında olan məhkəmə mübahisəsi əhəmiyyət kəsb edir və bununla bağlı müəyyən edilmiş faktlar birbaşa bu işdə tətbiq edilməlidir. Əmək kitabçasından da göründüyü kimi Q.Əhədov Cavabdeh3 MMC-də işə qəbul edilməmişdən əvvəl 07.01.2008-ci ildən 25.12.2011 -ci ilədək “MİR” avtosalonu kimi tanınan qardaşı X7 avtosalonunda menecer vəzifəsində işləmişdir. X11 fərdi sahibkar kimi (VÖEN **********) fəaliyyət göstərir və əmək kitabçasında da, həmin VÖEN qeyd edilmişdir. İddiaçı Q.Əhədova qarşı qaldırdığı iddia ərizəsində qeyd edir ki, - “Göründüyü kimi mən avtomobili “Mir Avtosalon”un sahibinin qardaşı X10 şifahi razılaşmaya əsasən satmışam”. Deməli, İddiaçı ən azı 2008-ci ildən “MİR” avtosalonun sahibi kimi Məhərrəm Q.Əhədovu “MİR” avtosalonun meneceri kimi tanıyır və Q.Əhədovla dost olmuşlar və uzun illərdir birbirlərinə etimad edərək aralarında ticarət münasibətləri olmuşdur və aralarında avtomobillərin alışı-satışı olmuşdur. Məhz buna görə də, İddiaçı hələ 10.12.2009-cu il tarixində 5 il müddətinə, (Q.Əhədovun qardaşının “MİR” avtosalununda işlədiyi dövrdə) Q.Əhədova etibarnamə verərək, ona özünün “bütün daşmar əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi” və digər səlahiyyətləri vermişdir (həmin etibarnamə əlavə olunur). İddiaçı Q.Əhədova satdığı “Lexus LX 570” markalı avtomobilin əvəzində isə X35 markalı avtomobili almışdır. Q.Əhədov da İddiaçı aldığı avtomobili ona verilmiş həmin etibarnamə əsasında “Lexus” LX 570 markalı avtomobili X5 ona İddiaçı adından 17.09.2014-cü il tarixində etibarnamə vermişdir. Məhz buna görə də, 2015-ci ilin fevral ayında avtomobilin oğurlanması faktı aşkar edidlikdə, bu barədə Bakı şəhər Yasamal RPİnə 10.02.2015-ci ildə ərizə ilə ilk müraciət edən şəxs İddiaçı deyil, Q.Əhədov özü olmuşdur. İddiaçının məhkəməyə təqdim etdiyi - onun Q.Əhədova qarşı qaldırdığı iddia üzrə qüvvədə olan 2(011)-7758/2019 saylı 10.12.2019-cu il tarixli Bakı şəhər Xətai rayon Məhkəməsinin Qətnaməsi ilə aşağıdakı faktlar müəyyən edilmişdir: -... həmçinin İddiaçı həmin avtosalondan X35 markalı maşım götürərək, ilkin ödəniş kimi 28.000 dollar məbləği ilə əvəzləşdirmişdir (qətnamə: səh. 3, abz. 1); - ƏN-İ 472589 saylı 17.09.2014-cü il tarixli etibarnamənin surətindən görünür ki, etibar edənlər İddiaçı və X13 daşınar əmlakı idarə etməyi və onun üzərində sərəncam verməyi və s. səlahiyyətləri X15 etibar etmişlər və etibarnamənin qüvvədə olmasının son müddəti 10.12.2014-cü il tarixidir (qətnamə: səh. 3, abz. 6); - ƏN-İ 188500 saylı 10.12.2009-cu il tarixli etibarnamənin surətindən görünür ki, İddiaçı bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi X10 etibar etmişdir, etibarnamə 5 il müddətinə verilərək 10.12.2014-cü ilədək qüvvədə olmuşdur (qətnamə: səh. 3, abz. 7); - Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, İddiaçı və X13 eyni vaxtda daşınar əmlakı idarə etmək, onun üzərində sərəncam vermək və s. səlahiyyətləri X15 etibar etmişlər və etibarnamənin qüvvədə olmasının son müddəti 10.12.2014-cü il tarixidir... (qətnamə: səh. 4, abz. 2); - İddiaçı bankda girovda olan avtomobilin satılması barədə 2015-ci ilin fevral ayında məlumatı olmuşdur (qətnamə: səh. 4, abz. 2); - Bununla belə, cavabdehlər tərəfindən iddiaçıya 100.000 ABŞ dolları pul və mənəvi zərərə görə 10.000 manat məbləğində ziyan dəyməsi, o cümlədən mübahisəli avtomobilin sayılması ilə iddiaçıya dəymiş ziyana görə cavabdehləri təqsirliyi, həmçinin vəkalət əsasında tapşırığın düzgün icra olunmamasında Q.Soltanovun qəsdi və ya kobud ehtiyatsızlığı halları məhkəmə tərəfindən müəyyən olunmadı (qətnamə: səh. 4, abz. 2); - Belə olan halda məhkəmə hesab edir ki, mübahisəli avtomobilə dair vəkalət iddiaçı tərəfindən X15 verildiyindən, məhkəmə tərəfindən cavabdeh X9 dəymiş ziyana görə təqsiri müəyyən olunmadığından və avtomobilin faktiki sahibliyindən çıxması barədə Rfslamovla əlaqələndirilidiyindən iddia tələbi cavabdeh Q.Əhədova münasibətdə təmin oluna bilməz. Həmçinin məhkəmə hesab edir ki, cavabdeh Q.Əhədova qarşı yönəlmiş iddia tələbi üzrə mübahisə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tapşırıq müqaviləsinə dair normalarına uyğun həll edilməli, bununla yanaşı iddia tələbi əsassız olduğuna görə iddia müddəti də tətbiq olunmalıdır (qətnamə: səh. 4, abz. 3) Qüvvədə olan 2(011)-7758/2019 saylı 10.12.2019-cu il tarixli Bakı şəhər Xətai rayon Məhkəməsinin Qətnaməsi ilə iddia tələbi təmin edilməmiş və yuxarı instansiya məhkəmələri tərəfindən qüvvədə saxlanmışdır. Bundan başqa iddiaçının məhkəməyə təqdim etdiyi zərərçəkmiş şəxs kimi tanınma haqqında 04.10.2017-ci il tarixli Qərardan görünür ki, həmin cinayət işi üzrə İddiaçı maddi ziyan dəydiyindən zərərçəkmiş şəxs kimi tanınmışdır. Bundan başqa iddiaçının məhkəməyə təqdim etdiyi 1(088)-10/2017 saylı 16.05.2017-ci il tarixli Gəncə Ağır Cinayətlər Məhkəməsinin Hökmündə zərərçəkmiş şəxs olan İddiaçı öz ifadəsində aşağıdakıları göstərmişdir: - “2014-cü ilin sentyabr ayında həmin avtomaşını yeni “X35” markalı avtomobilə dəyişmək qərarına gəlmişdir. ” (hökm: səh. 43, abz 5); - “avtomobili X1” “18 sentyabr 2014-cü il tarixində Q.S.Əhədov onun ***-***-**-** mobil nömrəsinə zəng vurub “Lexus LX 570” markalı avtomobili satması barədə məlumat vermişdir” (hökm: səh. 44, abz 1); - Avtomobili satarkən avtoservislə alqı-satqı müqaviləsi bağlamamışdır (hökm: səh. 44, abz 2); - Həmin avtomobil isə X19 və X23 birlikdə X16 və X17 aldadaraq Qismət Əhədovdan ələ keçirilmiş, sonuncu əməllə bağlı ibtidai istintaq orqanı tərəfindən işindən ayrıca cinayət işi ayrılmışdır (hökm: səh. 79, abz 6) - Hökmdən güründüyü kimi iddiaçı onun Q.Əhədova verdiyi etibarnamə əsasında avtomobili satmış və bu barədə iddiaçıya hələ 18 sentyabr 2014-cü ildə məlumat vermişdir. Həmin vaxtdan iddiaçı avtomobilinin satıldığını bilmiş və buna dair hər hansı etirazı olmamışdır. Yəni iddiaçının hər hansı hüququları pozulmuş olsaydı belə, bundan artıq 7 (yeddi) il əvvəl məlumatı var idi. Deməli İddiaçı tərəfindən həm də iddia müddəti ötürülmüşdür və məhkəmə tərəfindən iddia müddəti də tətbiq edilməlidir. Cavabdeh olaraq Cavabdeh3 MMC iddia müddətinin tətbiq edilməsini xahiş edir. - Həmin hökmə və 1(104)-304/2018 saylı 15.11.2018-ci il tarixli Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Qərarına əsasən Cavabdeh1 və Cavabdeh2 törətdikləri əməllərə görə təqsirli bilinmişlər. - Hökmdən həmçinin aydın olur ki, İddiaçı ilə "xxxx" MMC arasında yazılı müqavilə bağlanmamışdır. "xxxx" MMC-nin və onun rəhbərliyinin bütün bu proseslərdən ümumiyyətlə məlumatı olmamışdır. Azərbaycan Respublikasının MPM-nin 57.1. maddəsinə əsasən - Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qətnamə çıxarılana qədər, bu qətnamə tərəflərdən birinə münasibətdə onların hüquq və vəzifələrinə təsir edə biləcəyi təqdirdə, prosesdə iddiaçının və ya cavabdehin tərəfində iştirak edə bilərlər. Onlar işdə iştirak edən şəxslərin vəsatəti üzrə və ya məhkəmənin təşəbbüsü ilə işdə iştirak etməyə cəlb oluna bilərlər. MPM-nin 82.3. maddəsinə əsasən - Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. MPM-nin 82.4. maddəsinə əsasən - Məhkəmənin qanımı qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. MM-nin 375.2. maddəsinə əsasən - məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfimin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. MM-nin 377.1. maddəsinə əsasən - İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. MM-nin 1096.1. maddəsinə əsasən - Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-nin 1096.2. maddəsinə əsasən - Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-nin 1099.1. maddəsinə əsasən - Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Mülki hüquq pozuntusu - deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa zidd olması və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbi əsassız edir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmədən İddiaçı cavabdehlər Cavabdeh1, X14 və Cavabdeh3 MMC-yə qarşı “pul məbləğinin ödənilməsi tələbi”nə dair iddia ərizəsi üzrə Cavabdeh3 MMC-yə münasibətdə iddianın təmin edilməməsinə dair qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəməiclasında iştirak etən Cavabdeh3 MMC-nin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın Cavabdeh3 MMC-yə münasibətdə təmin edilməməsini xahiş etdi. Digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin üzürlü səbəblərdən olmasına dair məlumatlar verməmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 01.11.2021-ci il tarixli 17/6-19419 saylı cavab məktubundan görünür ki, xx.xx.1976-cı il təvəllüdlü məhkum Cavabdeh1 Bakı şəhəri, Nizami rayonu, Böyük-Şor qəs. ərazisində yerləşən 6 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, onların izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Gəncə Ağır Cinayətlər Məhkəməsinin 19 may 2017-ci il tarixli 1 (088)-10/2017 saylı hökmünün surətindən görünür ki, hazırki iş üzrə cavabdehlər Cavabdeh1 CM-in 206.3.1 və 206.3.2-ci maddələri ilə təqirli bilinərək, 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, tutulduğu, həbsdə və ev düstaqlığında saxlandığı 1 il 9 ay 7 gün ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 3 il 2 ay 23 gün azadlıqdan məhrum etmə cəzası saxlanıralaraq, CM-nin 70-ci maddəsinə əsasən cəzasının 2 il sınaq müddəti ilə şərti hesab edilməsi, sınaq müddətinin əvvəlinin hökm qanuni qüvvəyə mindiyi gündən hesablanması, Cavabdeh2 isə CM-in 308.2-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 46.2-ci maddəsinə əsasən 1 il müddətə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 5 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. - Gəncə Apelyasiya Məhkəməsinin 15.11.2021-ci il tarixli, 1(104)-304/2018 saylı qərarı ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 19 may 2017-ci il tarixli 1 (088)-10/2017 saylı hökmü Cavabdeh1 münasibətdə dəyişdirilmiş, hökmdən Cavabdeh1 CM-in 206.3.1 və 206.3.2-ci maddələri ilə təyin edilmiş cəzanın həmin Məcəllənin 70-ci maddəsinə əsasən şərti hesab edilməsi ilə bağlı müddəlar çıxarılmış, həmin hökmlə Cavabdeh1 Cavabdeh1 CM-in 206.3.1 və 206.3.2-ci maddələri ilə təyin edilmiş 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasının 3 il 2 ay 23 gün hissəsi icraya yönəldilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzasının əvvəli 23.04.2018-ci il tarixdən hesablanması qərara alınmışdır. - Azərbaycan Respublikası Ali Məhkəmənin 01.05.2019-cu il tarixli, 1(102-630/2019 saylı qərarı ilə Gəncə Apelyasiya Məhkəməsinin 15.11.2021 -ci il tarixli, 1(104)-304/2018 saylı qərarı qüvvədə saxlanılmışdır. - Gəncə Ağır Cinayətlər Məhkəməsinin 19 may 2017-ci il tarixli 1 (088)-10/2017 saylı hökmünün məzmununda olan iddiaçının zərərçəkmiş şəxs qismində verdiyi ifadəsindən görünür ki, o, 2012-ci ilin sentyabr ayında “Lexus”un rəsmi idxalçısı "xxxx" Bankın ipoteka müqaaviləsi ilə ilkin ödəniş edib JTJHY00W304103094 ban nömrəli, ağ rəngli "Lexus” LX 570 markalı avtonəqliyyat vasitəsini almışdır. Həmin avtonəqliyyat vasitəsi DYR-də öz adına qeydiyyata alınmış, ona **-RO-*** dövlət nömrə nişanı verilmişdir. Həmin vaxtdan etibarən avtonəqliyyat vasitəsi aylın 2186 manat ödənilməklə onun istifadəsində olmuşdur. 2914-cü ilin sentyabr ayında həmin avtomaşını yeni “X35” marklı avtomobilə dəyişmək qərarına gəlmişdir. Bununla əlaqədar avtomobili Badamdar qəs, Avtonəqliyyat vasitələrinin satış mərkəzində yerləşən “Mir” avtosalonuna 40000 ABŞ dolları və qalan 60000 kredit borcunun banka ödənilməsi şərti ilə avtosalonun satış meneceri X2. Bu barədə "xxxx" banka həmin tarixdə məlumat vermişdir. Bundan sonra avtosalonun meneceri O.S.Əhədov "Lexus” LX 570 markalı üzərindən **-RO-*** dövlət nömrə nişanını DYPİ-yə təhvil vermişdir. Avtomobili **-VD-*** dövlət nömrə nişanı ilə qeydiyyata qoymuşdur. 18.09.2014-cü il tarixdə Q.S.Əhədov onun ***-***-**-** mobil nömrəsinə zəng vuraraq "Lexus” LX 570 markalı avtomobili satması barədə məlumat vermişdir. 2015-ci ilin fevral ayında ona "xxxx" bankın problemli kreditlər şöbəsindən zəng vurub gecikdirilməsini bildirmişlər. O isə X10 zəng vuraraq narazılığını bildirmişdir. O cavab olaraq avtomobilin tapılması istiqamətində hərəkətlər edəcəyini vəd etmişdir. Şəxsi tanışlıqları hesabına **-VD-*** dövlət nömrə nişanlı avtomobilin Anar adlı şəxsin Azərbaycan Respublikasının ərazisindən çıxardığını öyrənmişdir. Lakin avtomobilin sonrakı aqibəti barədə xəbəri olmamışdır. Sonra Anarı tapmış, Qismət, Anar və o, görüşüb bu barədə söhbət etmişlər. Anar avtomobili tanışının xahiş etdiyinə görə ölkə ərazisindən çıxardığını, avtomobilin başqa şəxsə məxsus olmasını bilməmişdir. Anardan Arifin telefon nömrəsini almış və onunla telefon əlaqəsi saxlamışdır. Arif avtomobili gömrük məntəqəsindən onun buraxdığını bildirmişdir. Ona 60.000 ABŞ dolları zərər dəymişdir. Bank həmin pulu ondan tələb edir. Zərərçəkmiş şəxs İddiaçı ifadəsində həmçinin bildirmişdir ki, o 4-5 il əvvəl Qismətə “BMW” markalı avtomobil alarkən etibarnamə vermişdir. Həmin etibarnamənin müddəti xatırladığı qədər beş ya da on illik olmuşdur. Etibarnamədə konkret avtomobilin adı qeyd edilmir. Qismətə başqa etibarnamə isə verməmişdir. Qismət ona verdiyi həmin etibarnamə əsasında onun icazəsi olmadan digər şəxsə etibarnamə vermiş, avtomobili satmışdır. Əslində isə Qismətin avtomobil üzərində alqı-satqı etmək səlahiyyəti olmamışdır. Avtomobilin texniki pasportunda onun özgəninkiləşdirilə bilməməsi barədə qeydiyyat olmuşdur. Ona bir aylıq etibarnamə isə verməmişdir. İbtidai istintaq zamanı da belə ifadə verməmişdir. O, banka 40.000 ABŞ dolları ödəmiş, 60.000 ABŞ dolları isə qalmışdır. Avtomobili satarkən avtoservislə alqısatqı müqaviləsi bağlamamışdır. Sonradan avtomobili Anar Məcidovun ölkə ərazisindən çıxarması ona məlum olmuşdur. O, Anara avtomobil verməmişdir. Anarı avtomobil ölkə ərazisindən çıxarıldıqdan sonra, işlə bağlı istintaq başlandıqdan sonra tanımışdır. Qismət isə avtomobili Rövşən adlı şəxsə satmışdır. Qismət avtomobili satıb ona 38.000 ABŞ dolları verməli olmuşdur. Avtosalona avtomobili verərkən heç bir sənədləşmə aparmamışdır. O, avtomobilin ipoteka ilə yüklü edildiyini bilmiş, banka avtomobili satacağı barədə yazılı məlumat vermişdir. Lakin avtomobili başqa şəxsə satmaq üçün bankla şifahi qaydada razılaşmışlar. Avtomobilin nömrəsini dəyişmək üçün rəsmi məktub almışdır. Qismət avtomobili Rövşən adlı şəxsə sataraq, 30.000 ABŞ dollar beh almış, lakin həmin puldan ona verməmişdir. Bu barədə banka məlumat verməmişlər. Anar Məcidova qarşı şikayətçidir. Avtomobilini ondan tələb edir. Digər təqsirləndirilən şəxslərdən şikayəti yoxdur. - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli, 2(011)- 7758/2019 nömrəli qətnaməsinin surətindən göünür ki, İddiaçı cavabdehlər Bank "xxxx" ASC və X10 qarşı avtomobilin dəyəri olaraq 100.000 ABŞ dollarının, cavabdeh Bank BTB ASC-dən 10.000 manat dəymiş zərərin tutularaq iddiaçıya ödənilməsi barədə iddiası rədd edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 avqust 2020-ci il tarixli, 2(103)-3884/2020 nömrəli qətnaməsi ilə iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, Xətai Rayon Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 14.04.2021-ci il tarixli 2(102)-1430/ 2021 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməyərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3884/2020 nömrəli iş üzrə 19 avqust 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qərara alınmışdır. - X9 Bakı şəhəri, Yasamal RPİ-nin rəisinə yazdığı 10.02.2015-ci il tarixli ərizəsindən və aidiyyatı dövlət qurumlarına yazdığı 09.07.2017-ci il tarixli izahatının məzmunundan görünür ki, 17.09.2014-cü il tarixdən işlədiyi Yasamal rayonu ərazisində yerləşən Bakı Avtomobil satışı mərkəzindəki «Mir» avtosalonuna X21 maşın almaq üçün ona müraciət etdi. O, BTB bankda girovda olan ağ rəngli «Lexus” LX 570 markalı **-VD-*** dövlət nömrə nişanlı avtomobili bəyənərək almaq qərarına gəldi. O, ilkin ödəniş olaraq 28000 ABŞ dollarını ödəyərək və banka olan 58000 manatı ödəməyi 1 ay ərzində öhdəsinə götürdü, lakin maşını aldıqdan sonra banka olan borcu ödəməmiş, maşını qaytarmaqdan boyun qaçırmışdır. Hal-hazırda avtomobil İddiaçı adınadır. O maşını ona satarkən 1 ay müddətinə İddiaçı ona olan mülkiyyət etibarnaməsi əsasında vermişdir. Xahiş edir ki, X24ünün qanunsuz əməllərinin ifşa olunmasına və məsuliyyətə cəlb olunmasına göstəriş verilsin. - X9 əmək kitabçasının surətinin və əmək münaqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin surətinin məzmunlarından görünür ki, O. 07.01.2008-ci il tarixdən «Mir» avtosalonuna meneger vəzifəsində qəbul olunmuş, 25.12.2011-ci il tarixdə əmək müqaviləsinə xitam verilmiş, 07.01.2013-cü il tarixdən isə Cavabdeh3 MMC-yə qeyri-ərzaq malları üzrə satıcı nəzarətçi-kassir vəzifəsinə təyin edilmişdir. İşin araşdırılmış hallarından görünür ki, Bank "xxxx" ASC-nin Premium filialı ilə İddiaçı arasında 27 sentyabr 2012-ci il tarixli, AKL- 006/12P saylı kredit müqaviləsinə əsasən İddiaçı 60 ay müddətə, illik 17 faiz ödəmək şərti ilə 88032 (səksən səkkiz min otuz iki) manat məbləğində Bank "xxxx" ASC-nin Premium filialında kredit götürmüşdür. Bank "xxxx" ASC-nin Premium filialı ilə İddiaçı arasında 27 sentyabr 2012-ci il tarixli, AKL- 006/12P saylı girov müqaviləsinə əsasən mülkiyyətçi İddiaçı 60 ay müddətinə 880,32 manat (səkkiz yüz səksən manat otuz iki qəpik) məbləğində verilən kreditin və ona hesablanmış faizlərin, habelə qanunvericiliyə və bu müqaviləyə əsasən digər ödənişlərinin qaytarılmasının təminatı kimi “Lexus LX 570” markalı, **-RO-*** dövlət qeydiyyat nişanlı (03.09.2014-cü il tarixli razılıq məktubu əsasında **-VD-*** d.q.n.) avtomobil ipoteka ilə yüklü edilməsi barədə razılığa gəlmişdirlər. Yasamal Rayon Məhkəməsinin 17.06.2015-ci il tarixli qətnaməsi 58463.22 manat əsas borc, 6460.20 manat faiz borcu, 300 manat cərimə olmaqla ümumilikdə 65223.42 manat məbləğində pul vəsaitinin cavabdeh İddiaçı tutularaq Bank BTB ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 17.12.2016-cı il tarixli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Yasamal Rayon Məhkəməsinin 17.06.2015-ci il tarixli qətnaməsi ləğv edilmiş, 58463.22 manat əsas borc, 6460.20 manat faiz borcu, 300 manat cərimə olmaqla ümumilikdə 65223.42 manat məbləğində pul vəsaitinin İddiaçı tutularaq Bank BTB ASC-nin xeyrinə ödənilməsi qət edilmiş, Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)-4892/17 saylı 11.07.2017 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 17.12.2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Həmçinin müəyyən edilmişdir ki, İddiaçı 10.12.2009-cü il tarixli ƏN-İ 188500 saylı etibarnamə ilə bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi X10 etibar etmiş və etibarnamə 5 il müddətinə verilərək 10.12.2014-cü ilədək qüvvədə olmuşdur. İşin materiallarından görünür ki, İddiaçı və X13 da öz növbələrində daşınar əmlakı idarə etməyi və onun üzərində sərəncam verməyi və s. səlahiyyətləri X15 17.09.2014-cü il tarixli ƏN-İ 472589 saylı etibarnamə ilə etibar etmişlər və etibarnamənin qüvvədə olmasının son müddəti 10.12.2014-cü il tarixidir. İşin materiallarından daha sonra görünür ki, cinayət işi ilə bağlı məhkəmə qərarlarının qəbulundan sonra İddiaçı cavabdehlər Bank BTB ASC və X10 qarşı avtomobilin dəyəri olaraq 100.000 ABŞ dollarının, cavabdeh Bank BTB ASC-dən 10.000 manat dəymiş zərərin tutulması ilə bağlı iddia qaldırmışdır. Qeyd edilən iddianın rədd edilməsi ilə bağlı qəbul edilmiş və qanuni qüvvəsini almış məhkəmə aktları ilə müəyyən edilmişdir ki, mübahisəli avtomobilə dair vəkalət iddiaçı tərəfindən X15 verildiyindən, məhkəmə tərəfindən cavabdeh X9 dəymiş ziyana görə təqsiri müəyyən olunmadığından və avtomobilin faktiki sahibliyindən çıxması birbaşa R.İslamovla əlaqələndirildiyindən iddia tələbi cavabdeh Q.Əhədova münasibətdə təmin oluna bilməz. Həmin iş üzrə məhkəmələr hesab etmişlər ki, cavabdeh Q.Əhədova qarşı yönəlmiş iddia tələbi üzrə mübahisə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tapşırıq müqaviləsinə dair normaların uyğun həll edilməli, bununla yanaşı iddia tələbi əsassız olduğuna görə iddia müddəti də tətbiq olunmalıdır. Məhkəmə hazırki iddia tələbləri ilə əlaqədar qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. İddia tələbinin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir. Tələbin qanuni əsası yoxlamanın başlanğıc nöqtəsidir. Tələbin qanuni əsası hüququ tətbiq edən şəxsə yalnız bir tərəfin qarşı tərəfi nəyi isə etməyə məcbur edə bilməsi barədə suala cavab vermir, o, daha bir suala- qarşı tərəfdən nəyisə etmək və ya etməmək öhdəliyinin hansı ilkin şərtlər əsasında yaranması sualına cavab verir. Tələbin sonrakı yoxlanması üçün həmişə qanunun müddəaları (tələbin qanuni əsası) əsasında onların hansı ilkin şərtləri (dispozisiya şərtləri) müəyyən etməsi və həmin şərtlərin hazırki tələb üzrə mövcud olubolmadığı araşdırılmalıdır. Məhkəmə işin araşdırılmış hallarına və təqdim edilmiş sübutlara əsasən hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli, 2(011)-7758/2019 nömrəli qətnaməsi hazırki iş üzrə preyudisial əhəmiyyət kəsb etməsə də, həmin qətnamədə əksini tapmış müəyyən hallar hazırki iddianın əsaslılığına hüquqi qiymət verilməsi üçün zəruridir. Belə ki, həmin iş üzrə cavabdeh X9 İddiaçı «Mir» avtosalondan X35 markalı maşını götürərək, ilkin ödəniş kimi 28.000 dollar məbləğ ilə əvəzləşdirməsini bildirməsi faktı heç bir sübutla təsdiq edilməmiş, bu halın mövcudluğu da sözügedən qətnamə ilə müəyyən edilməmişdir. Belə ki, qətnamədə bu halı yalnız X9 nümayəndəsi izahatında bildirmişdir ki, izahat da, məhkəmənin həmin faktı müəyyən edilməsi kimi qiymətləndirilmir. Hazırki iş üzrə “Avtoinvest" MMC-nin nümayəndəsi də, İddiaçı Q.Əhədova satdığı “Lexus LX 570” markalı avtomobilin əvəzində isə X35 markalı avtomobili almasına istinad etsə də, bu faktın mövcudluğunu təsdiq edən hər hansı sübut növünü məhkəməyə təqdim etməmişdir. Məhkəmə həmçinin hesab edir ki, cavabdehin iddiaya etirazında Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmündə zərərçəkmiş şəxs olan İddiaçı öz ifadəsində 2014-cü ilin sentyabr ayında həmin avtomaşını yeni “X35” markalı avtomobilə dəyişmək qərarına gəlməsini göstərməsinə istinad etməsi də əsassızdır. Belə ki, iddiaçı hazırki məhkəmə iclasında da belə bir niyyəti olmasını gizlətməmişdir, lakin qiymətləri sərf etmədiyi üçün məhz avtasalon tərəfindən bunun həyata keçirmədiyini və avtomobilli ona vermədiklərini bildirmişdir. Məhkəmə cavabdehin iddiaya olan etirazının əsası kimi iddiaçının bankda girovda olan avtomobilin satılması barədə 2015-ci ilin fevral ayında məlumatlı olmasına istinad etməsinə hüquqi qiymət verərək qeyd edir ki, işin araşdırılmış hallarından da məlum olur ki, həqiqətən də iddiaçıya avtomobilinin satılması barədə məlumat verilmiş, buna görə də o, bu barədə ona Q.Əhədovun məlumat verməsində qeyri-adi hər hansı hal görməmişdir. Lakin iddiaçının həm məhkəmədə, həm də hökmdə olan izahatından görünür ki, 2015-ci ilin fevral ayında ona "xxxx" bankın problemli kreditlər şöbəsindən zəng vurub kredit ödənişlərinin gecikdirilməsini bildirəndən sonra X10 zəng vuraraq narazılığını bildirmiş, sonuncu cavab olaraq avtomobilin tapılması istiqamətində hərəkətlər edəcəyini vəd etmişdir. Sonradan şəxsi tanışlıqları hesabına **-VD-*** dövlət nömrə nişanlı avtomobilin Anar adlı şəxsin Azərbaycan Respublikasının ərazisindən çıxardığını öyrənmişdir. İşin materiallarından görünür ki, cavabdehin də etirazında etiraf etdiyi kimi 2015-ci ilin fevral ayında avtomobilin oğurlanması faktı aşkar edildiyi üçün bu barədə Bakı şəhər Yasamal RPİ-nə 10.02.2015-ci ildə ərizə ilə ilk müraciət edən şəxs İddiaçı deyil, Q.Əhədov özü olmuşdur. Bu isə avtomaşının məhz cavabdeh MMC-nin əməkdaşı olan Q.Əhədov tərəfindən satılmasının və bu barədə də iddiaçıya məlumat verməsinin bir daha təsdiqidir. Həmçinin sözügedən qanuni qüvvəsini almış qətnamədən də görünür ki, X13 (onun nümayəndəsinin izahatı) iddiaçının ona etibarnamə verməsini, sonuncunun isə həmin etibarnamə əsasında iddiaçının iradəsini yerinə yetirməsini göstərmişdir. Cavabdeh tərəfin hazırki iş üzrə iddiaya etirazında da göstərdiyi kimi, Q.Əhədov da, İddiaçı aldığı avtomobili ona verilmiş həmin etibarnamə əsasında “Lexus” LX 570 markalı avtomobili X5 ona İddiaçı adından 17.09.2014-cü il tarixində etibarnamə vermişdir Göründüyü kimi, cavabdeh MMC iddiaçının adından avtomaşının satılması ilə bağlı etibarnamə üzrə verilən səlahiyyətlər həddində Q.Əhədovun müəyyən hərəkətlərinin etməsini etiraf etmişdir. Q.Əhədovun isə həmin vaxtı cavabdeh MMC-nin əməkdaşı olması işin mübahisəsiz halıdır. Məhkəmə iddiaya olan etirazın dəlilləri ilə bağlı həmçinin qeyd edir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 19 may 2017-ci il tarixli 1(088)-10/2017 saylı hökmünün məzmununda "xxxx" MMC-nin və onun rəhbərliyinin İddiaçı mülkiyyəti olan avtomaşının MMC-nin əməkdaşı olan X13 tərəfindən satılması ilə müşayət olunun proseslərdən ümumiyyətlə məlumatı olmamasına dair hər hansı qeyd yoxdur. Həmçinin məhkəmə cavabdeh tərəfindən MMC-nin bütün bu proseslərdən xəbərdar olmamasına dair qeydlərin olması ilə bağlı irəli sürülən dəlilləri də inandırıcı saymır. Ən azından ona görə ki, iddiaya etirazdan da görünür ki, sözügedən avtosalonun sahibi X9 qardaşı, fərdi sahibkar X8r (VÖEN **********) Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. - 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. - 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qeyd edilən maddi hüquq normaları tələbin hüquqi əsası kimi çıxış etməklə mübahisə üzrə tətbiqi belə qənaətə gəlməyə əsas verir ki, cavabdeh MMC-nin əməkdaşı iddiaçının mülkiyyətində olan avtomaşını onun adına verilmiş etibarnamədən istifadə etməklə ilkin olaraq 28000 ABŞ dollarını alması və hazırki vaxta kimi də həmin məbləğin iddiaçıya qaytarılmaması ilə onun hesabına əsassız varlınmışdır. Odur ki, məhrum olanın tələbi ilə əldə etdiklərini qaytarmalıdır. Məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Bank BTB ASC və X10 qarşı avtomobilin dəyəri olaraq 100.000 ABŞ dollarının tutulmasına dair iddiasının rədd edilməsinə dair qanuni qüvvəsini almış məhkəmə qərarlarının olmasına, həmin qətnamə ilə mübahisəli avtomobilin satılması ilə iddiaçıya dəymiş ziyana görə cavabdehlərin təqsirliyi, həmçinin vəkalət əsasında tapşırığın düzgün icra olunmamasında Q.Əhmədovun qəsdi və ya kobud ehtiyatsızlığı halları məhkəmə tərəfindən müəyyən olunmamasına, mübahisəli avtomobilə dair vəkalət iddiaçı tərəfindən X15 verildiyindən, məhkəmə tərəfindən cavabdeh X9 dəymiş ziyana görə təqsiri müəyyən olunmamasına və avtomobilin faktiki sahibliyindən çıxmasının birbaşa R.İslamovla əlaqələndirildiyindən iddia tələbinin cavabdeh Q.Əhədova münasibətdə təmin oluna bilməməsinə baxmayaraq işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, X13 məhz Bakı Avtomobil satışı mərkəzindəki «Mir» avtosalonu adı altında fəaliyyət göstərən avtosalunu “Avtoinvest" MMC avtosalonunun əməkdaşı olmaqla işlədərək, İddiaçı mülkiyyətində olan «Lexus» LX 570 markalı **-VD-*** dövlət nömrə nişanl avtomobili etibarnamə əsasında 2014-cü ilin sentyabr ayında X4 və buna görə ondan ilkin olaraq 28000 ABŞ dolları alması faktı tam təsdiq edilir. Bu halların mövcudluğu isə satışla bağlı alınmış 28000 ABŞ dolları məbləğinə münasibətdə Q.Əhədovun işçisi olduğu cavabdeh MMC-nin iddiaçı qarşısında mülki məsuliyyət daşımasının birbaşa təsdiqidir. Başqa sözlə, alqı satqı ilə bağlı iddiaçı ilə cavabdeh MMC arasında hər hansı sənədləşdirmənin aparılmaması, MMC-nin əməkdaşı olmuş Q.Əhədovun avtosalona satış üçün qoyulmuş avtomaşını satmaqla ilkin olaraq 28000 ABŞ dollarını alması faktının mövcudluğu fonunda MMC-nin iddiaçı qarşısında mülki məsuliyyət daşımamasını istisna etmir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçının əsassız varlanma obyektini qaytarmaq hüququ Gəncə Apelyasiya Məhkəməsinin 15.11.2021-ci il tarixli, 1(104)- 304/2018 saylı qərarı ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 19 may 2017-ci il tarixli 1 (088)-10/2017 saylı hökmü qanuni qüvvəsini aldığı andan hesablandığından onun tərəfindən qeyd edilən normada təsbit edilmiş müddət buraxılmamışdır. Məhkəmə iddia tələblərinə hüquqi qiymət verməyə davam edərək daha sonra qeyd edir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 19 may 2017-ci il tarixli 1 (088)-10/2017 saylı hökmündən görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 sentyabr 2015-ci il tarixli, 16587 saylı ekspert rəyindən görünür ki, 2012-ci il buraxılışlı, ‘'Lexus LX 570" markalı avtomobilin 25 sentyabr 2014-cü il tarixə dəyəri 70000 (yetmiş min) manat müəyyən edilir. Məhkəmə hesab edir ki, avtomaşının “Avtoinvest" MMC-nin satış salonundan satılmasından sonra baş verən hadisələrin axarı cinayət əməlləri ilə müşayiət olunmasına baxmayaraq hazırki mövcud durumda avtosalon tərəfindən onun əməkdaşının vasitəsilə salonda olmuş və oradan da satılan avtomaşına görə alınmış 28000 ABŞ dolları məbləğində pula münasibətdə MMC iddiaçı qarşısında mülki məsulliyət daşıyıcıdır və həmin məbləğ Azərbaycan manatının ABŞ dollarının məzənnəsinə uyğun (28000 x 1.70 manat=46000 manat) olaraq MMC-dən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə qeyd edilən hallarla yanaşı eyni zamanda hesab edir ki, avtomaşının müəyyən edilmiş dəyərinin digər 24000 manat hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulmalıdır. Belə ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 19 may 2017-ci il tarixli 1 (088)- 10/2017 saylı hökmü ilə müəyyən edilmişdir ki, «Lexus LX 570» markalı. JTJHY00W304103094 ban nömrəli, 2012-ci il buraxılışlı, **-VD-*** dövlət qeydiyyat nişanlı avtomaşın 25 sentyabr 2014-cü il tarixdə saat 02:52-də Tovuz Gömrük İdarəsinin «Sınıq Körpü» gömrük postunda Azərbaycan Respublikası gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilmişdir. «Lexus LX 570» markalı, JTJHY00W304103094 ban nömrəli, 2012-ci il buraxılışlı, **-VD-*** dövlət qeydiyyat nişanlı avtomobilin Azərbaycan Respublikası DİNnin BDYPİ-dən alınmış 016-39958-1215 nömrəli, 14.09.2015-ci il tarixli məktubuna əsasən İddiaçı mülkiyyətindədir. İddiaçı ilə Bank "xxxx" ASC-nin Premium filialı arasında AKL- 006/12P nömrəli, 27.09.2012-ci il tarixli ipoteka müqaviləsi əsasında həmin avtomobil ipoteka ilə yüklü edilmişdir. Həmin avtomobil isə X19 və X23 birlikdə X16 və X17 aldadaraq Qismət Əhədovdan ələ keçirilmiş, sonuncu əməllə bağlı ibtidai istintaq orqanı tərəfindən cinayət işindən ayrıca cinayət işi ayrılmişdır. Cavabdeh1 isə qeyd olunan avtomobili Azərbaycan Respublikasından qanunsuz keçirilməsini təşkil etmşidir. Həmin xüsusat cinayət işində olan və tədqiq edilmiş telefon danışıqları, SMS mətnləri ilə sübuta yetirilir. Hökmlə daha sonra müəyyən edilmişdir ki, Cavabdeh1 və Rəşad Dadaşovla yanaşı bu cinayət əməlinin törədilməsində xüsusi subyekt- Tovuz Gömrük İdarəsinin «Sərhəddə icazə blanklarının verilməsinə nəzarət» şöbəsinin əməkdaşı Cavabdeh2 iştirakı müəyyən edilmişdir. Belə ki, həmin iş üzrə məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh2 həmçinin «Lexus LX 570» markalı, JTJHY00W304103094 ban nömrəli, 2012-ci il buraxılışlı, **-VD-*** dövlət qeydiyyat nişanlı avtomaşının rəsmiləşdirilməsini aparmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, yəni, həmin avtomaşınların rəsmiləşdirməsini Cavabdeh1 xahişi əsasında onun verdiyi məlumatlar əsasında həyata keçirmişdir. Belə ki, Cavabdeh1 güşədə ona yaxınlaşaraq avtomaşınlara dair məlumatları şifahi deyərək avtomaşınların sənədlərini təqdim etməmiş, həmin məlumatları yoxlamaq vəzifəsi olan Cavabdeh2 isə qulluq mənafeyi tələb etdiyi halda bu səlahiyyətindən istifadə etməyib rəsmiləşdirmə aparmaqla hərəkətsizlik edib vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Hökmdə əksini tapmış Dövlət Gömrük Komitəsinin “X6 Sistemi”-nə baxış keçirilməsi haqqında 01.02.2016-cı il tarixli protokoldan görünür ki, “Lexus LX 570” markalı, **-VD-*** qeydiyyat nömrə nişanlı minik avtomobili 25 sentyabr 2014-cü il tarixdə, saat 02:52-də “Sınıq Körpü” gömrük postunda 365 nəzarət müddəti qoyulmaqla müvəqqəti ixrac gömrük prosedurunda rəsmiləşdirməklə Azərbaycan Respublikası ərazisindən çıxarılmışdır. Rəsmiləşdirmə inspektor Cavabdeh2 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə əsasən cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində mülki işə baxan məhkəmə və ya hakim üçün məcburidir. Bununla yanaşı məhkəmə mənəvi zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələblərinə də qiymət verərək qeyd edir ki, mənəvi zərərin vurulmasının sübut edilməsinin kifayət qədər mürəkkəb olması mübahisəsizdir. Bu növ iddialarda şəxs maddi deyil, mənəvi aləmində, şüurunda baş vermiş mənfi halları, sarsıntını, yaşamaq eşqinin azalmasını və s. məhkəmə qarşısında sübut etməlidir. Bu baxımdan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair 24 aprel 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmədə mənəvi zərərlə bağlı işə baxılarkən zərərçəkmiş şəxsin mənəvi və fiziki iztirablar keçirməsi ilə əlaqədar zərərin hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, zərər vuranın təqsirinin dərəcəsi və mübahisənin həlli üçün əhəmiyyət kəsb edən digər hallar ətraflı araşdırılaraq müəyyən edilməlidir. Vurulmuş mənəvi zərərə görə təzminatın məbləğinin hesablanması zamanı məhkəmələr cavabdehin maddi durumunu nəzərə almalıdır. Həmçinin məhkəmələr tərəfindən nəzərə alınmalıdır ki, şəxsin ölümü və ya sağlamlığına vurulmuş zərər təkcə qohumlarının deyil, həm də onun dostlarının, tanışlarının da mənəvi sarsıntı, məyusluq hisləri keçirməsinə səbəb ola bilər. Lakin məhkəmələr hüquq pozuntusu nəticəsində yaranan mənəvi zərərə görə şəxsin məsuliyyətini müəyyən edərkən güclü emosional hislərlə ağır mənəvi sarsıntı və iztirab hislərini fərqləndirməlidirlər. Mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Mənəvi təzminat isə hüquqa zidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Mənəvi zərərin əvəzinin ödənilməsi tələbi maddi zərərin ödənilməsi tələbindən fərqləndirilməlidir. Maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtlənsə də, mənəvi zərərin həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddiada müəyyən edilir və məhkəmələr tərəfindən mənəvi zərərin həcmi (miqdarı) ədalətlilik və mütənasiblik meyarları baxımından qiymətləndirilməlidir. Belə ki, Mülki Məcəllənin 21-ci maddəsinə müvafiq olaraq, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər fərdin hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, həm də əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda istinad edilən Qərarında həmçinin qeyd edilir ki, "Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır." Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 7 saylı qərarının 4-cü bəndində göstərilir ki,şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyrihüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097- ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Həmin qərarın 4-cü bəndində göstərilir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli Qərarında göstərilmişdir ki, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s.vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Qeyd edilən Plenum Qərarının 11-ci bəndinə görə mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə məyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 41-ci maddəsinə, habelə digər normalarına əsaslanaraq mənəvi zərərin müəyyən edilməsinə dair müvafiq təcrübə formalaşdırmışdır. Göstərilən normaların tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə hesab edir ki, sözügedən avtomaşının Cavabdeh1 Azərbaycan Respublikasından qanunsuz keçirilməsini təşkil etməsi və Cavabdeh2 da vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə buna müəyyən şərait yaratması nəticəsində iddiaçı faktiki olaraq mülkiyyətindən qanunsuuz məhrum edilməsi, bununla da həmçinin banka olan kredit borcunun təminatı da əldən çıxması bu hərəkətlərindən sonra iddiaçının şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olmuş, mənəvi sarsıntı, iztirab vermişdir. Göstərilənlər məhkəməyə iddiaçıya mənəvi ziyan vurulması qənaətinə gəlməsinə kifayət qədər əsas verir. Lakin məhkəmə iddianın mənəvi ziyan tutulması hissəsinin qismən, yəni, qeyd edilən cavabdehlərə münasibətdə təmin edilməsini mümkün sayır. Belə ki, məhkəmə hesab edir ki, “Avtoinvest" MMC tərəfindən onun əməkdaşı vasitəsilə sözügedən avtomaşının yalnız satışı ilə bağlı 28000 ABŞ dolları alınması ilə bağlı hərəkətlər həyata keçirilmiş, hadisələrin sonrakı gedişatında baş vermiş cinayət əməllərinin sözügedən cavabdehə aidiyyatı hüquq mühafizə orqanları vasitəsilə və məhkəmə hökmü ilə müəyyən olmadığı üçün onun iddiaçı qarşısında mənəvi ziyanla bağlı məsuliyyəti yaranmamışdır. Məhkəmə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçıya vurduğu mənəvi ziynan məbləğini müəyyən edərkən onların məhkumluqlarını, maddi vəziyyətlərini və işin digər diqqətəlayiq hallarını nəzərə alaraq bu məbləğin sözügedən cavabdehlərin hər biri üçün 1000 manat məbləğində müəyyən edilməklə, mənəvi ziyanın əvəzi olaraq cavabdehlərdən 2000 manatın müştərək qaydada tutularaq İddiaçı ödənilməsini ədalətli və məqsədəmüvafiq sayır. Məhkəmə iddiaçının cavabdehlərdən 30000 (otuz min) ABŞ Dolları məbləğində dəymiş maddi zərər tutulması barədə tələbini əsassız hesab edir. Belə ki, iddiaçı bu tələbinin əsaslandırılması ilə bağlı irəli sürdüyü dəlillər həm ağlabatan, həm də, hər hansı sübutlarla öz təsdiqini tapmamışdır. Beləliklə məhkəmə hesab edir ki, İddia tələbi qismən təmin edilməklə Cavabdeh3 MMC-dən 28000 ABŞ dollarının Azərbaycan manatının məzənnəsinə uyğun (qətnamə çıxarılan zaman mərkəzi bankın müəyyən etdiyi məzənnəyə uyğun 28000 * 1.7=47600) 47600 manat, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 isə 22400 manat, eləcə də, mənəvi zərərin əvəzi olaraq 2000 manat müştərək qaydada tutularaq İddiaçı verilməli, iddia tələbləri qalan hissələrdə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Beləliklə, mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia yuxarıda göstərilən qaydada qismən təmin edilməlidir. Şərh olununlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh3 MMC-dən 47600 (qırx yeddi min altı yüz) manat məbləğində pul vəsaiti (qətnamə çıxarılan tarixə 28000 ABŞ dollarının Azərbaycan manatının məzənnəsinə uyğun olan məbləği) tutularaq İddiaçı verilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 22400 (iyirmi iki min dörd yüz) manat, eləcə də, mənəvi zərərin əvəzi olaraq 2000 (iki min) manat məbləğində pul vəsaiti müştərək qaydada tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-6082/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-6082/2021
29.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver