Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-6087/2022 17.11.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi ilə, İddiaçı Balahəsən oğlunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “Bakı şəhəri Yasamal rayonu Zərgərpalan küçəsi dalan 9, 2 saylı evin həyətyanı torpaq sahəsinə daxil olmasına görə qəti qadağan edilməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Balahəsən oğlu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “Bakı şəhəri Yasamal rayonu Zərgərpalan küçəsi dalan 9, 2 saylı evin həyətyanı torpaq sahəsinə daxil olmasına görə qəti qadağan edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qonşuluğunda yaşayan iki pəncərəsi onun həyətinə baxan həyətinə icazəsiz, qanunsuz olaraq daxil olub cəmiyyətə açıqcası hörmətsizlik əlaməti edən yaşayış qaydalarını pozan Allahvverdiyeva Elmira və onun oğlu Orxanın barəsində məhkəmə tərəfindən izah edilməklə bildirilsin ki, onlar Zərgərpalan küçəsi dalan 9 ünvanında olan 2 saylı evə məxsus həyətyanı torpaq sahəsinə müdaxilə etmək hüquqları yoxdur və Cavabdeh1 və oğlu Orxanın, həmçinin onlara yaxın olan şəxslərin onun və ailə üzvlərinin istifadəsində olan həyətinə daxil olmağa icazə vermir və bu yol verilməzdi ona görə də ünvan 1 ünvanına məxsus həyətyanı sahəsinə daxil olmalarına dair qəti qadağan edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə İddiaçı Balahəsən oğlunun iddia ərizəsinin mümkünlüyü məsələsinə baxıb iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi qanunvericilikdə nəzərdə tutulduğu kimi iddia ərizəsinin formasına və məzmununa riayət edilmədən verildiyindən geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2-ci maddəsinə əsasən-ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.1. ərizənin verildiyi məhkəmənin adı; 149.2.2. işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları; 149.2.3. iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; 149.2.4. müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat; 149.2.5. ərizəyə əlavə edilən sənədlərin siyahısı. İddiaçı Balahəsən oğlunun məhkəməyə daxil olmuş iddia ərizəsindən göründüyü kimi, iddia tələbi aydın və dəqiq ifadə edilməmiş, iddiaçı iddia ərizəsinin qanunla müəyyən edilən forma və məzmununa riayət etməmişdir. Göründüyü kimi iddia ərizəsinin “xahiş edirəm” hissəsi qeyri-dəqiqdir. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, İddiaçı Balahəsən oğlu tərəfindən iddia ərizəsinin formasına və məzmununa riayət edilməməsini və iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi barədə müvafiq sübut əlavə edilməməsini nəzərə alıb hesab edir ki, iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263 və 264-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı Balahəsən oğlunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “Bakı şəhəri Yasamal rayonu Zərgərpalan küçəsi dalan 9, 2 saylı evin həyətyanı torpaq sahəsinə daxil olmasına görə qəti qadağan edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı Balahəsən oğluna qərardadda göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah olunur. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-6087/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-6087/2022
17.11.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver