Məhkəmə qərarları › İş №2(004)-6095/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-6095/2021

25.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-6095/2021 25.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədirliyi, X4 oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh2, Cavabdeh1, Cavabdeh7 nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh9, Cavabdeh10 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12 qarşı kommunal xidmətlərə görə yaranmış borcun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12 qarşı kommunal xidmətlərə görə yaranmış borcun tutulması kommunal xidmətlərə görə yaranmış borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 3875 manat, Cavabdeh2 3719 manat, Cavabdeh11 Zahir oğlundan 2215 manat, Cavabdeh12 2130 manat, Cavabdeh3 2828 manat, Cavabdeh4 2754 manat, Cavabdeh5 3303 manat, Cavabdeh6 2719 manat, Cavabdeh7 4185 manat, Cavabdeh8 2230 manat, Cavabdeh9 3715 manat, Cavabdeh10 Əliabbas qızından 1946 manat məbləğində, 01 avqust 2021-ci il tarixə yaranmış, əsas kommunal borcların tutularaq Laquna MTK-ya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh7 nümayəndəsi və vəkili məhkəməyə etiraz ərizəsi ünvanlarayaq bildirmişdir ki, İddiaçı MTK iddia ərizəsində MTK üzvlərinin və sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirildiyini, tərəflərindən qərar qəbul edildiyini, MTK sədrinin müvafiq əmrinin verildiyini və bütün sahə mülkiyyətçiləri (sakinlər) üçün mülkiyyətində və istifadəsinə olan sahələrə görə kommunal xidmət haqqının hesablanaraq paylı mülkiyyətdə ümumi əmlakın saxlanması barədə sakinin üzərinə düşən xidmət haqqının öhdəliyinin təyin edildiyini qeyd edir və 2013-cü il tarixindən də 01.08.2021-ci il tarixinə qədər Cavabdeh7 4.185 manat məbləğində borcunun yarandığını qeyd edir. Laguna” MTK tərəfindən hansı tarixdə kommunal xidmət haqqının ödənilməsi barədə qərar qəbul edildiyini və kommunal xərclərinin ödənilməsi öhdəliyini sakinlərin üzərinə qoyması Cavabdeh7 məlum deyildir Çünki MTK tərəfindən kommunal xərclərinin ödənilməsi ilə bağlı qərar qəbul edilərkən Cavabdeh7 həmin yığıncaqda olmamışdır və həmin qərarın nə vaxt qəbul edilməsindən belə onun xəbəri yoxdur və onun MTK-ya da hər hansısa borcu yoxdur. Çünki kommunal xərclərinin ödənilməsi ilə bağlı qanunvericiliyin tələblərinə əsasən tərəflər arasında müqavilə olmalıdır ki, belə bir müqavilədə İddiaçı MTK ilə onun arasında yoxdur. Ancaq hal-hazırda MTK-nın qəbul etdiyi qərarına əsasən tərəflərindən kommunal borcunun ödənilməsi ilə bağlı Cavabdeh7 üzərinə ona məlum olmayan öhdəlik qoyulduğundan qanunvericiliyin tələbi və işin faktiki halları nəzərə alınmaqla, həmin iş üzrə iddia müddəti tətbiq olunmalıdır. Ona görə ki, mülki qanunvericiliyin tələblərinə əsasən İddiaçı MTK öz hüququnun pozulduğunu bildiyi andan məhkəməyə müraciət etməli və iddia müddətinin axımı da şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlayır. İddiaçı MTK isə maliyyə arayışında 2013-cü il tarixindən hüququnun pozulduğunu qeyd edir və belə olan halda İddiaçı MTK tərəfindən iddia müddətinin axımı 2013-cü il tarixindən başlayır və mülki qanunvericiliyə əsasən də hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti hesab ediliyindən və vaxtaşırı ödəmələr üçün iddia müddəti 3 il üçün nəzərdə tutulduğundan İddiaçı MTK-nın son 3 ilə aid kommunal xidmətini tələb etmək hüququ istisna olmaqla digər illər üzrə iddiaçı tərəfindən iddia müddəti ötürüldüyündən, hal-hazırki, mülki iş üzrə iddia müddəti tətbiq edilməlidir. Bundan başqa Cavabdeh7 Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsində yerləşən 45 saylı evin 234 saylı mənzilini “Laguna" MTK-dan almamışdır və həmin MTK ilə onun arasında mənzil və mülki məcəlləsinin və digər qanunvericiliyin tələblərinə əsasən də hər hansısa xidmətlərin göstərilməsi ilə bağlı müqavilə ümumiyyətlə olmamışdır. Həmin mənzilin ilkin mülkiyyətçisi “Nəcib” adlı şəxs olmuşdur və “Nəcib” adlı şəxs də həmin mənzili İddiaçı MTK ilə arasında bağlanan müqaviləyə əsasən almışdır və daha sonra da “Nəcib” adlı şəxs həmin mənzillə bağlı DƏDRX-dən əmlak üzərində mülkiyyətin qeydiyyatına dair çıxarış əldə etmişdir və həmin mənzil “Nəcib” adlı şəxs tərəfindən Cavabdeh7 satılan vaxta qədər onun xüsusi mülkiyyətində olmuşdur. Həmin mənzil də “Nəcib” adlı şəxs tərəfindən Cavabdeh7 2013-cü il tarixində satılmışdır. Cavabdeh7 da həmin mənzili həmin tarixdə “Nəcib” adlı şəxsdən almışdır və DƏDRX-in Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən də həmin mənzil xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh7 adına qeydiyyatdan keçirilmiş və bu barədə 20.04.2013-cü il tarixdə, ********** nömrəli qeydiyyat aparılmış və onun həmin mənzillə bağlı əmlak üzərində mülkiyyətin qeydiyyatına dair çıxarışı mövcud olmuşdur. Yəni Cavabdeh7 həmin mənzili “Nəcib” adlı şəxs ilə İddiaçı MTK arasında bağlanan müqaviləyə əsasən almamışdır, “Nəcib” adlı şəxsin əmlak üzərində mülkiyyətin qeydiyyatına dair çıxarışı mövcud olduğundan, Cavabdeh7 həmin mənzili əmlak üzərində mülkiyyətin qeydiyyatına dair çıxarış əsasında almışdır. Çoxmənzilli binanın ümumi əmlakının saxlanması üzrə xərclər də MTK-nın hesabına o zaman ödənilir ki, hər iki tərəf arasında qanunvericiliklə müəyyən edilmiş qaydada müqavilə olur və mənzilin mülkiyyətçisinin müqavilədən irəli gələn öhdəlikləri yaranır. Burada Cavabdeh7 müqavilədən irəli gələn heç bir öhdəliyi olmadığı təqdirdə İddiaçı MTK ondan hər hansısa kommunal xərclərini tələb edə bilməz. Həmçinin də MTK arayışında Cavabdeh7 2013-cü ilin fevral ayından kommunal borcunun yarandığını göstərmişdir. Cavabdeh7 isə həmin mənzili 2013-cü ilin aprel ayında “Nəcib” adlı şəxsdən aldığına görə fevral ayından aprel ayına qədər həmin mənzilin mülkiyyətçisi “Nəcib” adlı şəxs olmuşdur. Cavabdeh7 həmin mənzilin 2013-cü ilin aprel ayından mülkiyyətçisi olsa da həmin tarixdən qeyd olunan mənzildə yaşamamışdır. Cavabdeh7 qeyd olunan mənzildə 2015-ci il tarixindən yaşamağa başlamış və həmin tarixdən də qeyd olunan mənzildə yaşadığı üçün mənzilin kommunal xidmətlərindən istifadə etmək məqsədilə 09.02.2015-ci il tarixdə X6 Sahəsilə, 21.02.2015ci il tarixində “CityNet” şirkətilə, 09.08.2015-ci il tarixində də "xxxx" MMC ilə müqavilələr bağlanılmışdır. Cavabdeh7 qeyd olunan mənzildə 2015-ci il tarixindən yaşamağa başlamış və Cavabdeh7 yaşamadığı illər üçün kommunal borcunun hesablanması məntiqə uyqun deyildir. Cavabdeh7 2013-cü ildən 2015-ci ilin yanvar ayına qədər həmin mənzildə yaşamamışdır. MTK Cavabdeh7 ilə heç bir müqavilədə bağlamadan həmin mənzildə yaşamağa başladığı dövrdən kommunal xərclərinin ödənilməsini tələb etmiş və Cavabdeh7 da 2015-ci ilin fevral ayından 2015-ci ilin avqust ayına kimi kommunal xərclərini hər ay MTK-ya ödəmişdir. Halbuki mənzil qanunvericiliyinin tələblərinə əsasən tərəflər arasında müqavilə olduqda kommunal xərclər ödənilir. Cavabdeh7 2015-ci ilin sentyabr ayından kommunal xərclərini ödəməməsinin səbəbi MTK tərəfindən Cavabdeh7 kommunal xidmətlərinin düzgün göstərilməməsidir. Belə ki, Cavabdeh7 həmin binanın 17ci mərtəbəsində yaşayır və həmin mərtəbəyə lift qalxmır, həmçinin də həmin binanın 17-ci mərtəbəsi sonuncu mərtəbə olduğundan və binanın mansardında da müəyyən problemlər olduğundan Cavabdeh7 MTK-dan həmin mansardı düzətmələrini tələb etmiş, lakin MTK Cavabdeh7 tələblərinə məhəl qoymamışdır. MTK isə iddia ərizəsində Cavabdeh7 və digər cavabdehləri zibil daşınması, altı ədəd liftlərin daimi işləməsi üçün texniki xidmət, nasosxana xidməti, generator xidməti, 24 saat mühafizə xidməti, abadlıq, cari təmir və.s xidmətlə təmin etdiklərini qeyd edir. MTK Cavabdeh7 həmin xidmətlərlə təmin edirdisə, onun yaşadığı mərtəbədə lift olmalı idi ki, belə bir lift onun mərtəbəsində yoxdur, MTK mansardla bağlı tikinti işləri aparmalı idi ki, onu da aparmamış və nəticədə Cavabdeh7 öz hesabına həmin mansardla bağlı tikinti işləri aparmış və həmin tikinti işləri ilə bağlı onun 850 manat xərci çıxmışdır Bu da onu göstərir ki, MTK tərəfindən kommunal xidmətlər Cavabdeh7 göstərilmir. Bundan başqa “Laguna" MTK-nın 01.08.2021 -ci il tarixli arayışında Cavabdeh7 yaşadığı və mülkiyyətində olduğu mənzilin kv.metri 148.82 göstərilmişdir və MTK tərəfindən də kommunal məbləğ həmin kv.metrə əsasən hesablanmışdır. Bununla bağlı diqqətinizə çatdırmağı vacib hesab edirik ki, Cavabdeh7 mülkiyyətində olan mənzil DƏDRX-in Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışından da görünür ki, həmin mənzilin ümumi sahəsi 129.3 kv. metrdir. MTK tərəfindən də iddia ərizəsində aylıq kommunal xərci 01.05.2019-cu il tarixinə qədər 1 kv.metrə düşən dəyəri 0,34 qəpik, həmin tarixdən hazır ki, vaxta qədər 0,28 qəpik göstərilmişdir. Belə ki, kommunal ödənişlərin məbləği hesablanarkən, müvafiq mənzillərin “Kooperativ Binanın Mənzil Tikintisi haqqında” müqavilədəki göstərilən sahəsi deyil, faktiki sahəsi nəzərə alınmalıdır. Bu da onu göstərir ki, MTK tərəfindən kommunal məbləğin hesablanması düzgün aparılmamış və həmin kommunal məbləğ Cavabdeh7 artıq hesablanmışdır və həmin kommunal məbləğ 148.82 kv.metrə əsasən hesablanmışdır. Halbuki kommunal məbləğ əmlak üzərində mülkiyyətin qeydiyyatına dair çıxarışda göstərilən sahəyə əsasən 129.3 kv.metrə əsasən hesablanmalıdır. Bundan əlavə İddiaçı MTK tərəfindən hansı tarixdə kommunal xidmət haqqının ödənilməsi barədə qərar qəbul edildiyinin və kommunal xərclərinin ödənilməsi öhdəliyinin sakinlərin üzərinə qoymasının Cavabdeh7 məlum olmadığını və həmin qərar qəbul edilərkən Cavabdeh7 həmin yığıncaqda olmadığını və həmin qərarın nə vaxt qəbul edilməsindən belə onun xəbərinin olmadığını, yuxarıdakı hallara əsasən də qeyd edilmişdir. Belə ki, bununla bağlı onu da qeyd edilir ki, Cavabdeh7 iştirak etmədiyi yığıncaqda MTK tərəfindən qəbul edilmiş qərarında, kommunal xərclərinin ödənilməsi öhdəliyi Cavabdeh7 tətbiq edilə bilməz. Çünki Mənzil Məcəlləsinin tələblərinə əsasən də MTK üzvlərinin və sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarına əsasən kommunal xidmətlərinin ödənilməsi öhdəliyi MTK tərəfindən mülkiyyətçilərin üzərinə qoyulsa da, həmin binanın hər bir mülkiyyətçisi ilə ümumi yığıncağın qərarında göstərilən şərtlərlə kommunal xidmətlərinin göstərilməsi ilə bağlı müqavilə bağlanılmalıdır və Cavabdeh7 da bağlanılmış həmin müqaviləyə əsasən hər ay xidmət haqqını MTK-ya ödəməlidir. Belə bir müqavilə tərəflər arasında bağlanmadığına görə də onun 2013-cü il tarixindən 01.08.2021-ci il tarixinə qədər MTK-ya hər hansısa kommunal borcu yaranmır. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin Cavabdeh7 aid hissədə rədd edilməsini xahiş etmişdir. Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə etiraz ərizəsi ünvanlayaraq qeyd etmişdir ki, Cavabdeh4 tələb olunan pulun tutulması üçün əsaslar olmalıdır. Bu əsas ya qanundan, ya da müqavilədən irəli gəlməlidir. Komunal xidmətlərə görə pulun tutulması üçün qanuni göstərişlər Mənzil Məcəlləsinin müvafiq normalarında öz əksini tapmışdır. Həmin müddəaların hazırki iş üzrə iddiaçı Cavabdeh4 münasibətdə tətbiq edilməsi mümkün deyil. Mənzil Məcəlləsi komunal xidmətlərə görə ödənişlərin tələb edilməsi üçün əsaslar müəyyən edir, lakin bu əsaslar mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinə məxsusdur, dolayısı ilə iddiaçının hazırki iddia tələbi ilə məhkəməyə müraciət üçün subyektiv hüququ da mövcud deyil. Pul tələbinin müqavilədən irəli gələn əsasları da mövcud deyil, tərəflər arasında bununla bağlı müqavilə bağlanmamışdır. Bundan başqa, oxşar mübahisəyə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun R.Məhərrəmovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 13 yanvar 2020-ci il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 22 sentyabr 2020-ci il tarixli qərarında qeyd olunur ki, Mənzil Məcəlləsinin 109.5-ci maddəsinə əsasən, kooperativ binanın tikintisi və (və ya) yenidən qurulması tam başa çatdıqdan və həmin binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxuna mülkiyyət hüququ bu Məcəllə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi (bundan sonra - Mülki Məcəllə) və digər qanunları ilə müəyyən olunmuş qaydada mənziltikinti kooperativinin üzvlərinə keçdikdən sonra bir ay ərzində mənzil- tikinti kooperativinin qanunla müəyyən olunmuş qaydada ləğvi və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edilərək, hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq zəruri tədbirlər görülməlidir. Bundan başqa iddia ərizəsini və əlavə olunmuş sənədləri nəzərdən keçirəndə aydın olur ki, iddiaçı iddianın verilə bilməsi üçün qanunla müəyyənləşdirilən iddia müddətini ötürmüşdür ki, bu da digər əsaslarla yanaşı iddia tələbinin rədd olunması üçün əsasdır. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin Cavabdeh4 aid hissədə rədd edilməsi xahiş edilmişdir. Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil1 iddia müddətinin tətbiq etməklə iddia tələbinin edilməsinə dair ərizə təqdim edərək iddiaçının iddianın verilə bilməsi üçün qanunla müəyyənləşdirilən iddia müddətini ötürdüyünü bunun da digər əsaslarla yanaşı iddia tələbinin rədd olunması üçün əsas olduğunu bildirmişdir. Belə ki, ididaçının məhkəməyə təqdim etdiyi arayışdan görünür ki, Cavabdeh4 hesablanmış borc 2013-cü ilin iyul ayından 2021-ci il avqust ayına qədər yaranmışdır. Əgər iddiaçı öhdəliklərinin yerinə yetirilməsindən narazı idi sə, onda qanunla müəyyən edilən müddətdə məhkəməyə müraciət etməli idi. İddiaçının iddia ərizəsində qeyd etdiklərinə əsasən müəyyən olunur ki, iddiaçı 2013-cü ildən hüquqlarının pozulduğunu bilə-bilə hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etməmiş, aradan 8 il keçdikdən sonra belə bir iddia tələbi irəli sürmüşdür. Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil1 qeyd olunanları nəzərə alaraq iddianı rədd etmək üçün digər əsaslarla yanaşı iddia müddətini tətbiq etməklə iddainın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh9 məhkəməyə etiraz ünvanlayaraq bildirmişdir ki, kommunal xidmətləri ödəməməsinin bir sıra səbəbləri vardır. Birincisi mənzilə köçdüyü 8-il ərzində onlar tərəfindən təyin edilmiş komendada evdə olan qüsürları və keyfiyyətsiz təmir nəticəsində san uzeldə (hamamda) kafellərin yetərincə sementlə vurulmamasından kafellərin boşalmış, hətta insan həyatı üçün təhlükəli haldadır. 23 kv metr balkon sahəsində metlaqların altında sement ancaq orta hissəsinə vurulduğundan həmin sahədə metlaqlar qırılıb,hətta aşağıda yaşayan qonşulara da su sızması halları baş verir.(Sahəsi 16m2) Bunlar haqqında şifahi kamendata bildirməsinə baxmayaraq heç bir tədbir görmədiyini biləndən sonra rəsmi müraciət etmiş cavab vermirlər. İkinicisi, qonaq otağının divarları yağış və qar yağan zaman divarlar daxildən sulanır, aboy kağızları sıradan çıxıb yenisi ilə əvəz etmişdir..Balkon sahəsinin şkatur örtüyü keyfiyyətsiz olduğundan tökülürdü usta gətirib yenidən təzə örtük vurdurmuşdur (Sahə 32m2) və balkonun divarının aşağı hissəsinə su buraxmasın deyə 11 m2 məcburən kafel vurdurmalı olmuşdur. Üçüncüsü, binaya köçdüyü müddətdə bir dəfə də olsa həm binanın xaricində, həmdə daxilində təmir və abadlıq işləri aparılmasının şahidi olmamışdır. Dördüncüsü mühafifə yaradıblar ancaq parkovşik işi ilə məsquldurlar. Dəfələrlə bloklardan müxtəlif əşyalar,velosipedlər oğurlanıb mühafizənin xəbəri olmayıb. Belə mühafizə onu qane etmir. Beşincisi təmizlik işləri demək olar 25% yerinə yetirilir. Altıncısı, zibil qutular tam yararsızdır, həm də sanitar normalara cavab vermir, hətta düz su hovuzuna sökəyərək yerləşdirilib, əgər hovuza ordan mikrob düşsə 352 ailənin həyatı təhlükə altındadır. Yeddincisi həyətdə heç bir abadlıq işləri aparılmır,hətta ağacları sulamaq üçün su şlanqini sakin gətirib. Səkkizincisi sanitar qaydalara əsasən su çəni avqust ayında təmizlənib xlorlanmalı idi, olunmayib. Bir sözlə yazılası çox çatışmamazlıqlar var. Bu səbəblərdən də o, həmin şikətin fəaliyyətindən qane olmadığı üçün əlavə ödənişlər etməmişdir. Ancaq bunlara baxmayaraq vicdani cəhətdən əvvəlki komendant Cahangir və Şahəstə xanıma müraciət edərək bildirmişdir ki,bəzi hallarda lifdən və zibil atma xidmətlərinizdən istifadə etdiyi üçün ayda 15-20 manat onlara verə bilər. Şahəstə xanım öz rəislərinin buna razı olmadığını ona bildirmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, İddiaçı MTK tərəfindən Bakı şəhər İcra Hakimiyyəti Başçısının müvafiq sərəncamına əsasən ünvan 1 ünvanında çoxmənzilli 2 bina inşa edilmiş və 30.12.2012-ci il tarixli 591 saylı sərəncamla təsdiq edilmiş dövlət qəbul aktına əsasən istismara qəbul edilmişdir. Binalarda məskunlaşma tam başa çatsa da, sakinlər qanunvericiliklə onlara verilmiş hüquqlardan və səlahiyyətlərdən istifadə etməyərək binaya komunal xidməti göstərmək məqsədi ilə mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətini yaratmadıqları və binanın mühəndis-komunal avadanlıqlarının istismarına aid cari müqavilələr (öhdəliklər) “Laguna" MTK ilə bağlanmış olduqları səbəbindən sonuncu məcbur qalıb sakinlərə kommunal xidmətlərin göstərilməsini təşkil etməyi öz üzərinə götürmüşdür. Buna görə də İddiaçı MTK tərəfindən hökumətin 10.03.2000-ci il tarixli 40 saylı qərarı ilə müəyyən edilmiş tariflər əsasında kommunal xidmətlərinin həcmi və məbləği hər bir mənzil sahibi üçün müəyyənləşdirilmişdir: 01,05.2019-cu il tarixə kimi 34 qəp., həmin tarixdən hazırki, vaxta kimi 28 qəp. Bununla bağlı MTK üzvlərinin və sahə mülkiyyətçilərinin ümumi yığıncağı keçirilmiş, qərar qəbul olunmuş, MTK sədrinin müvafiq əmri verilmiş və bütün sahə mülkiyyətçiləri (sakinlər) üçün mülkiyyətində və istifadəsində olan sahələrə görə kommunal xidmət haqqı hesablanaraq paylı mülkiyyətdə ümumi əmlakın saxlanması barədə sakinin üzərinə düşən xidmət haqqın öhdəliyi təyin edilmişdir. Həmin qərarlardan heç bir mənzil sahibləri müvafiq qaydada şikayət verməmişdir. Həmin vaxtdan MTK üzvləri fasiləsiz kommunal xidmətləri ilə (zibil daşınması, altı ədəd liftlərin daimi işləməsi üçün texniki xidmət, nasosxana xidməti, generator xidməti, 24 saat mühafizə xidməti,Abadlıq, Cari təmir və s.) təmin olunmuşlar. Bütün bunlara baxmayaraq bəzi MTK üzvləri tərəfindən öhdəliklərlə bağlı uzun müddət ödənişlər aparılmır və nəticədə MTK rəhbərliyi məcbur qalıb kənar mənbələr hesabına, borc qaydasında həmin xidmətlərin haqqını ödəmiş, binanın kommunal xidmətləri ilə təmin edilməsi fasiləsiz olaraq həyata keçirilmişdir. Hal-hazırda bina sakinləri tərəfindən kommunal ödənişlərə görə yaranmış vəziyyətə görə MTK tərəfindən binada cari təmir, abadlıq və bərpa işlərinin vaxtında aparılmasında ciddi çətinliklər yaranmış, iddiaçının büdcəsinə xeyli miqdarda zərər vurulmuş və bununla da binanın istismarına dair təmir profilaktik xərclər süni surətdə artaraq ümumi istifadədə olan əmlakın istismar müddətindən əvvəl dağılmasına şərait yaranmışdır. Onların digər məhkəmə işləri üzrə Ali Məhkəmənin qanun qüvvəyə minmiş qətnaməsi var. Həmin tələblə bu tələb eynidir. Mənzil sakinləri göstərilən xidmətlərə görə heç bir ödəniş etməmişdir. Onlar digər sakinlərə təklif etdikləri kimi burada olan cavabdehlərə də təkilif edirlər ki, borclarını ödəsələr müvafiq razılaşma ilə onlara güzəşt edə bilərlər. Onlar digər məhkəmə çəkişməsində olan məhkəmə proseslərində eyni qaydada bina sakinlərinə müraciət etmişlər və onlardan bəziləri müvafiq qaydada borclarinin müəyyən hissələrini ödəmişlər. Burda olan sakinlər isə onlarla nə razılaşma istəyirlər, nə də mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətini yaratmaq istəyirlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 məhkəməyə verdiyi izahatında həmin mənzildə yaşayış olmadığını, oraya ildə 1 ya da 2 dəfə gəldiklərini, başqa yerdə yaşadığını, liftdən istifadə və zibil pulların yığılması ilə bağlı onlarla müqavilə bağlanmadığını, mühafizəçilərindən də narazı olduqlarını, oranın kommunal xərclərini ödədiyini bildirmiş və MTK-ya olan borclarının silinməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh9 məhkəməyə verdiyi izahatında kommunal xərcləri ödəməməsinin səbəbinin MTK-nın mənzili ona kefiyyətsiz vəziyyətdə verməsi olduğunu, 4-cü mərtəbədə yoldaşı və oğlu ilə qalıdığını, onların zibil pulu və lifdən istifadə olunması ilə bağlı MTK ilə müqavilə bağlamadıqlarını, həmin xidmətlərin göstərilməsini istəmədiklərini, MTK-dan biz sakinlər olaraq çox narazı olduqlarını, mühafizəçilərin nəqliyyat vasitələrinin dayanacaqlara yerləşdirilməsi xidməti ilə məşqul olduğunu bildirmiş və iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh10 məhkəməyə verdiyi izahatında həmin mənzil də yaşayış olmadığını, oraya ildə 1 ya da 2 dəfə gəldiklərini, liftdən istifadə və zibil pulların yığılması ilə bağlı onlarla müqavilə bağlanılmadığını, mühafizəçilərindən də narazı olduqlarını, oranın kommunnal xərclərini ödədiyini bildirmiş və MTK-ya olan borclarının silinməsi məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil1 etiraz ərizəsinə uyğun izahat verərək iddia tələbini qəbul etmədiyini bildirmiş və iddia tələbinin Cavabdeh4 aid hissədə rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh7 nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə verdiyi izahatında iddia tələbini qəbul etmədiyini, Cavabdeh4 MTK tərəfindən göstərilən xidmətlərdən istifadə etmədiyin, onun mənzilinin 17-ci mərtəbədə olduğunu, binanın liftinin isə 16-cı mərtəbəyə kimi olduğunu, kommunal xidmətləri özünün qarşıladığını, MTK tərəfindən xidmət göstərilməsini istəmədiyini bildirmiş və iddia tələbinin Cavabdeh4 aid hissədə rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 məhkəməyə verdiyi izahatında həmin mənzildə yaşadığını, digər sakinlər kimi onun da MTK-dan narazı olduğunu, onlara keyfiyyətsiz xidmət göstərdiyini və buna görə də onlardan pul istədikləlrini bildirmiş və iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə digər cavavdehlərə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və məhkəmə iclasının oların iştirakı olmadan keçirilməsini xahiş etməmişdir. Məhkəmə digər cavabdehlərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya Hüquqi şəxslərinin Dövlət Reyestrindən çıxarışa əsasən müəyyən olunur ki, Laguna MTK koorperativ kimi 10.01.1997-ci il tarixdə ********** VÖEN nömrəsi ilə qeydiyyatdan keçmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* seriya nömrəli çıxarışa əsasən müəyyən olunur ki, Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 45, korpus A, giriş 1, mənzil 17 X2 xüsusi mülkiyyətindədir və 16.11.2013-cü il tarixdə, ********** № ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* seriya nömrəli çıxarışa əsasən müəyyən olunur ki, Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 45, mənzil 234 Cavabdeh7 xüsusi mülkiyyətindədir və 20.04.2013-cü il tarixdə, ********** № ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* seriya nömrəli çıxarışa əsasən müəyyən olunur ki, Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 45, korpus B, giriş 1, mənzil 16 Cavabdeh9 xüsusi mülkiyyətindədir və 30.01.2014-cü il tarixdə, ********** № ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* seriya nömrəli çıxarışa əsasən müəyyən olunur ki, Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 45, Korpus A, giriş1, mənzil 13 Cavabdeh1 xüsusi mülkiyyətindədir və 25.04.2018-ci il tarixdə, ********** №- ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* seriya nömrəli çıxarışa əsasən müəyyən olunur ki, Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 45, korpus A, giriş 2, mənzil 222 Cavabdeh6 xüsusi mülkiyyətindədir və 07.12.2013-cü il tarixdə, **********№ ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* seriya nömrəli çıxarışa əsasən müəyyən olunur ki, Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 45, mənzil 32 Cavabdeh12 xüsusi mülkiyyətindədir və 19.03.2013-cü il tarixdə, ********** № ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* seriya nömrəli çıxarışa əsasən müəyyən olunur ki, Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 45, korpus B, giriş 1, mənzil 5 X1 xüsusi mülkiyyətindədir və 15.03.2014-cü il tarixdə, ********** № ilə qeydiyyata alınmışdır. İş materiallarında olan laguna MTK ilə Cavabdeh4 arasında bağlanmış 24.02.2010cu il tarixli 11/2021 saylı Koorperativ Binanın Mənzil Tikintisi haqqında müqaviləyə əsasən müəyyən olunur ki, koorpetrativ Laguna MTK Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivindəki Ə.Əhmədov küçəsindəki ünvanda yerləşmiş tikilməkdə olan yaşayış binasının 1 Blok 8 mərtəbəsində 47№-li mənzili payçı- Cavabdeh4 verməyi, payçı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Laguna MTK ilə Cavabdeh11 Zahir oğlu arasında bağlanmış 05.02.2007-ci il tarixli 47 saylı Koorperativ Binanın Mənzil Tikintisi haqqında müqaviləyə əsasən müəyyən olunur ki, koorpetrativ Laguna MTK Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivindəki Ə.Əhmədov küçəsindəki ünvanda yerləşmiş tikilməkdə olan yaşayış binasının 7-ci mərtəbəsində 42 №-li mənzili payçı- Cavabdeh11 Zahir oğluna verməyi, payçı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Elektron çıxarışa əsasən müəyyən olunur ki, ünvan 3 ünvanında 6-cı mərtəbədə yerləşən, 2 otaqlı, ümumi sahəsi 83,30 olan 29 saylı mənzil Cavabdeh10 Əliabbas qızının mülkiyyətindədir. Elektron çıxarışa əsasən müəyyən olunur ki, ünvan 3 ünvanında 14-cü mərtəbədə yerləşən, 3 otaqlı, ümumi sahəsi 116,80 olan 214 saylı mənzil Cavabdeh5 mülkiyyətindədir. Elektron çıxarışa əsasən müəyyən olunur ki, ünvan 3 ünvanında 8-ci mərtəbədə yerləşən, 2 otaqlı, ümumi sahəsi 76,40 olan 46 saylı mənzil Cavabdeh3 mülkiyyətindədir. İş materiallarında olan 01.03.2012-ci il tarixli əmrə əsasən müəyyən olunur ki, Laguna MTK tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov 45 Korpus “A”, və Korpus “B” ünvanda inşa edilmiş 1 ədəd 1 girişli və 1 ədəd 2 girişli 17 mərtəbəli 351 yaşayış mənzili olan yaşayış binalarının (ümumi əmlakın) saxlanılması və müxtəlif növ xidmətlərlə təmin edilməsi məqsədilə kommunal ödənişin məbləği 0,35 AZN məbləğində müəyyən edilmişdir. İş materiallarında olan 01.05.2019-cu il tarixli Təqdimatdan görünür ki, hər kv.m üçün ödənilməli olan kommunal xərclərin dəyəri 0,28 AZN təşkil edir. İş materiallarında olan İddiaçı MTK üzvlərinin ümumi iclasının 30.04.2013-cü il tarixli 10№-li protokolundan çıxarışa əsasən müəyyən olunur ki, Laguna MTK tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov 45 Korpus “A”, və Korpus “B” ünvanda inşa edilmiş 1 ədəd 1 girişli və 1 ədəd 2 girişli 17 mərtəbəli 351 yaşayış mənzili olan yaşayış binalarının (ümumi əmlakın) saxlanılması və müxtəlif növ xidmətlərlə təmin edilməsi məqsədilə sahə mülkiyyətçilərinin ümumi əmlakda iştirak paylarına uyğun olaraq aylıq kommunal xərclərin 1 kv.m düşən dəyərinin 0,34 AZN qəbul edilməsi və bütün mülkiyyətçilər üçün məcburi sayılması qərara alınmışdır. İş materiallarında olan Laguna MTK ilə Svord-A.A Services MMC arasında bağlanmış 04.06.2021-ci il tarixli 21-TX074№-li Liftlərə texniki xidmət müqaviləsinə əsasən müəyyən olunur ki, cəmi liftlərin aylıq qiyməti 300 manat təşkil edir. İş materiallarında olan 27.09.2021-ci il tarixli Xidməti aktdan gürünür ki, icraçı təərfindən liftə texniki xidmət olunmuş, bütün işlər keyfiyyətli şəkildə və qrafikə əsasən yerinə yetirilmiş və xidmət haqqı 300 manat təşkil etmişdir. İş materiallarında olan 28.09.2021-ci il tarixli kassa məxaric orderinə əsasən Laguna MTK 300 manat məbləğində pulu Svord-A.A Services MMC-yə ödəmişdir. İş materiallarında olan sifarişçi Laguna MTK ilə icraçı M.P.Ş. MMC arasında bağlanmış 01.02.2021-ci il tarixli 17№-li müqaviləyə əsasən icraçı sifarişçiyə məxsus ərazidə yerləşən konteynerlərdə yığılmış bərk məişət tullantılarının daşınması və zərərsizləşdirilməsini və konteynerlərin ərazisini həftə ərzində bir dəfə, ay ərzində isə 4 dəfə olmaq şərtilə dezinfeksiya olunmasını, sifarişçi isə daşınma ilə əlaqədar lazım olan şəraiti və xidmət haqqının vaxtında ödənilməsini təmin edir. İş materiallarında olan 29№-li Hesab fakturaya əsasən məişət tullantısının daşınması haqqı 320 manat təşkil etmişdir. İş materiallarında olan 30.09.2021-ci il tarixli kassa məxaric orderinə əsasən Laguna MTK 320 manat məbləğində pulu M.P.Ş MMC-yə ödəmişdir. İş materiallarında olan sifarişçi Laguna MTK ilə icraçı UNİMAK MMC arasında bağlanmış 12.02.2021-ci il tarixli 7№-li Texniki Xidmət Müqaviləsinə əsasən icraçı sifarişçiyə məxsus avadanlıqlara Texniki xidmətin göstərilməsini öz üzərinə götürür, Sifarişçi isə xidməti dəyərinin ödənilməsini təmin edir. Aylıq Texniki xidmətin ADV ilə birlikdə dəyəri 200 manat təşkil edir. İş materiallarında olan 12.02.2021-ci il tarixli 07 saylı Texniki Xidmət müqaviləsinə 1 saylı əlavəyə əsasən Grundfoss markalı nasoslara texniki baxışın qiyməti 200 manat təşkil etmişdir. İş materiallarında olan 30.09.2021-ci il tarixli kassa məxaric orderinə əsasən Laguna MTK 200 manat məbləğində pulu UNİMAC MMC-yə ödəmişdir. İş materiallarında olan 08.10.2021-ci il tarixli kassa məxaric orderinə əsasən Laguna MTK Qartal SS MMC-yə 1400 manat məbləğində pul ödəmişdir. İş materiallarında olan Azərişıq tərəfindən təqdim edilmi 11.08.2021-ci il tarixli hesab ödəniş vərəqinə əsasən müəyyən olunur ki, Laguna MTK-nın 1112,90 manat məbləğində borcu vardır. İş materialllarında olan Laguna MTK tərəfindən verilmiş arayışdan görünür ki, 01.08.2021-ci il tarixə Cavabdeh1 3875 manat, Cavabdeh2 3719 manat, Cavabdeh11 Zahir oğlunun 2215 manat, Cavabdeh12 2130 manat, Cavabdeh3 2828 manat, Cavabdeh4 2754 manat, Cavabdeh5 3303 manat, Cavabdeh6 2719 manat, Cavabdeh7 4185 manat, Cavabdeh8 2230 manat, Cavabdeh9 3715 manat, Cavabdeh10 Əliabbas qızının 1946 manat məbləğində kommunal xidməti üzrə Laguna MTK-ya borcu vardır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov 45 Korpus “A”, və Korpus “B” ünvanda inşa edilmiş 1 ədəd 1 girişli və 1 ədəd 2 girişli 17 mərtəbəli 351 yaşayış mənzili olan yaşayış binalarının (ümumi əmlakın) iddia ərizəsində qeyd edilən mülkiyyətçilərinin və qanuni sahiblərinin qanunvericiliklə müəyyən edilmiş kommunal xidmətlərinin haqqının ödənilməməsi məhkəmə tərəfindən müəyyən edilmişdir. Məhkəmə baxışında iştirak edən cavabdehlər kommunal xidmətlərin ödənilməsindən imtina etmiş, digər cavabdehlər isə məhkəmə iclasına gəlməmiş və iddia tələbinə öz etirazlarını təqdim etməmişdirlər. Məhkəmə baxışında iştirak edən iddiaçının nümayəndəsi kommunal xidmətinin dəyərini minimum məbləğdə, AR Nazirlər Kabinetinin qərarına əsasən 0,34 manat və 0,28 manat məbləğlə hesablanmasını, lakin buna baxmayaraq, cavabdehlərin bu məbləğləri ödəməkdən imtina etməsini bildirmişdir. Məhkəmə qeyd edir ki, ümumi mülkiyyətdə olan binanın kommunal xərclərinin saxlanması üzrə ödənişlər etməsi binanın sahə mülkiyyətçilərinin vəzifəsidir ki, bu vəzifələrinin cavabdehlər tərəfindən yerinə yetirməsi iş materialları ilə təsdiqini tapmır. İddiaçı tərəf borclara dair arayış təqdim etməsinə və Cavabdeh1 3875 manat, Cavabdeh2 3719 manat, Cavabdeh11 Zahir oğlunun 2215 manat, Cavabdeh12 2130 manat, Cavabdeh3 2828 manat, Cavabdeh4 2754 manat, Cavabdeh5 3303 manat, Cavabdeh6 2719 manat, Cavabdeh7 4185 manat, Cavabdeh8 2230 manat, Cavabdeh9 3715 manat, Cavabdeh10 Əliabbas qızının 1946 manat məbləğində kommunal xidmətlərə görə borclarının olmasını qeyd etməsinə baxmayaraq, cavabdehlərin bir qismi məhkəmə iclasında onların MTK-ya pul ödəmək vəzifələrinin olmadığını, digər qismi isə bu məbləğin çox olduğunu bildirmişdir. Halbuki, hüquqi şəxsin aylıq kommunal xərclərin məbləğinə dair qərarı cavabdehlər tərəfindən mübahisələndirilməmişdir. Məhkəmə həmçinin Cavabdeh7 nümayəndəsi və vəkili Vəkil2 və Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş etirazlara münasibət bildirərək qeyd edir ki, iddia müddətinin tətbiq edilməsi üçün tərəflər arasında müqavilə olmalıdır. İddiaçı və cavabdeh arasında isə müqavilə mövcud deyildir. Buna görə də müqavilə tələbləri üçün 3 illik iddia müddəti tətbiq edilə bilməz. Məhkəmə həmçinin cavabdehlərin etirazlarında qeyd etdikləri müqavilə olmadığı üçün iddia tələbinin rədd edilməsi ilə bağlı tələblərini əsassız hesab edir. Belə ki, müqavilə azadlığı prinsipinə əsasən hər bir tərəf azad şəkildə müqavilə bağlaya bilər. İş üzrə cavabdehlərin müqavilə bağlamaq üçün iddiaçıya müraciət etməsi müəyyən edilmir. Məhkəmə qeyd edir ki, müqavilənin olmaması sahə mülkiyyətçilərini ümümi əmlakın saxlanılması xərclərindən azad etmir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 122.1.1-ci maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin qanunvericiliyə müvafiq qaydada çoxmənzilli binanın idarə edilməsi haqqında müqavilə, habelə çoxmənzilli binanın ümumi əmlakının saxlanması və təmiri, kommunal xidmətlərin göstərilməsi haqqında və cəmiyyət iştirakçılarının maraqlarına uyğun digər müqavilələr bağlamaq hüququ vardır. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Həmin Məcəllənin 136.2-ci maddəsinə əsasən çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakın saxlanılması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq və kommunal haqqdan ibarətdir. Həmin Məcəllənin 137.1-ci maddəsinə əsasən çoxmənzilli binanın idarəetmə müqaviləsində başqa müddət nəzərdə tutulmayıbsa, yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqq hər ay üçün həmin aydan sonra gələn ayın beşinədək təqdim edilmiş ödəniş sənədləri əsasında həmin aydan sonra gələn ayın on beşinədək ödənilir. Həmin Məcəllənin 140.1-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçisi ona məxsus olan sahənin saxlanması xərclərini çəkməyə, habelə yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq ödəmək yolu ilə çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına çəkilən xərclərdə onun həmin əmlaka ümumi mülkiyyət hüququnda payına mütənasib olaraq iştirak etməyə borcludur. 140.2-ci maddəyə əsasən çoxmənzilli binanın əsaslı təmiri üzrə xərclərin ödənilməsi vəzifəsi həmin binanın bütün sahə mülkiyyətçilərinə binanın sahələrinə mülkiyyət hüququnun yarandığı andan şamil edilir. Həmin Məcəllənin 141.3-cü maddəsinə əsasən çoxmənzilli binanın idarə edilməsi üsulu binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında seçilir və istənilən vaxt onun qərarı əsasında seçilə və ya dəyişdirilə bilər. İdarəetmə üsulunun seçilməsi barədə ümumi yığıncağın qərarı binanın bütün sahə mülkiyyətçiləri üçün məcburidir. Həmin Məcəllənin 142.1-ci maddəsinə əsasən Çoxmənzilli binanın idarə edilməsi müqaviləsi yazılı formada tərəflərin imzaladığı bir sənədin tərtib edilməsi yolu ilə bağlanılır. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı tərəfindən idarəedici təşkilat seçilərkən, həmin binanın hər bir sahə mülkiyyətçisi ilə ümumi yığıncağın qərarında göstərilən şərtlərlə və bu Məcəllənin 141-1.2-ci maddəsi nəzərə alınmaqla idarəetmə müqaviləsi bağlanılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 3875 manat, Cavabdeh2 3719 manat, Cavabdeh11 Zahir oğlundan 2215 manat, Cavabdeh12 2130 manat, Cavabdeh3 2828 manat, Cavabdeh4 2754 manat, Cavabdeh5 3303 manat, Cavabdeh6 2719 manat, Cavabdeh7 4185 manat, Cavabdeh8 2230 manat, Cavabdeh9 3715 manat, Cavabdeh10 Əliabbas qızından 1946 manat məbləğində 01 avqust 2021-ci il tarixə yaranmış əsas kommunal borclar tutularaq Laquna MTK-ya ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar