Məhkəmə qərarları › İş №2(004)-611/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-611/2021

10.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-611/2021 10.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyinin, Ağalı Tural Qara oğlunun katibliyi, İddiaçı və onun vəkili Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ona dəymiş maddi ziyana görə 34500 manat, mənəvi zərərə görə 5500 manat, cəmi 40000 manat məbləğində pulun cavabdeh X1 alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2017-ci ilin oktyabr ayında Cavabdeh onun etibarından istifadə edərək “Caspian” Ticarət Mərkəzində işlədiyi qızıl mağazasından 134066,20 manat məbləğində dəyəri olan brilyant qaşlı qızıl-zinət əşyalarını ələ keçirmişdir. Cavabdeh nə qızılları qaytarmış, nə də qızılların pullarını gətirmişdir. O, Cavabdeh tərəfindən aldadıldığını başa düşdükdə dərhal hüquq mühafizə orqanlarına məlumat ermişdir. Belə olan halda Cavabdeh qızılları lombarda qoyaraq pul əldə etdiyini, bəzilərini isə lom qiymətinə satdığını bildirmişdi. O, məcburiyyət qarşısında qalaraq lombarda qoyulan malların bəzilərinin dəyərini ödəyib bəzi malları lombarddan çıxartmışdır. Beləliklə Cavabdeh ona ümumilikdə 134066.20 manat məbləğində külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 1(101 )-790/2019 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 6 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, məhkəmə iclas zalından həbs edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin cinayət kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin məhkum Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum olunmasına dair xx xxxxxxxx 1019-cu il tarixli, 1(101)-790/2019 saylı hökmü dəyişdirilmişdir. Həmin hökmlə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təyin edilmiş, çəkilməsinin başlanğıcı xx xxxxxxxx 2019-cu il tarixdən hesablanmış 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 5 il 10 ay 1 gün hissəsinin çəkilməsinin icrası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79.1-ci maddəsinə onun himayəsində olan azyaşlı uşaqları- xx xxxxxx 2013-cü il təvəllüdlü X3 və xx xxxxxx 2015-ci il təvəllüdlü X4 14 yaşına çatanadək təxirə salınmmışdır. Qeyd edilən hökmlə Cavabdeh barəsində seçilmiş həbs qətimkan ləğv edilmiş və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilmişdir. Cavabdeh həbsdən azad edilməsində o da mühüm rol oynamışdır. Belə ki, Bakı Apelyasiya məhkəməsində qərar qəbul edilərkən Cavabdeh ona vurduğu 134066 manat məbləğində ziyandan ödənilməmiş 49000 manat hissəsi qalmışdı. O, həmin ziyanın ödənilməsi üçün, eyni zamanda Cavabdeh ailə vəziyyətini nəzərə alaraq Cavabdeh azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Cavabdeh da həm məhkəmə zalında, həm məhkəmə iclasından sonra qalan ziyanı, yəni 49000 manatı davamlı olaraq ödəmək şərtilə 3-6 ay ərzində ödəyib qurtaracağını bildirmişdir. Cavabdeh 2019-cu ilin noyabr ayında həbsdən azad edilmişdir. Həmin tarixdən ödənişlər etməyə başlamışdır. Lakin 2020-ci ilin mart ayının 1dən etibarən Cavabdeh ödənişi dayandırmışdır. Cavabdeh həbsdən azad edildikdən sonra cəmi 14500 manat ödəniş etmişdir. 2020-ci ilin mart ayında hər dəfə ödəniş edəcəyini bildirsə də, yenə də əvvəlki illərdə olduğu kimi yalan vədlər verir, qalan ziyanı ödəməkdən müxtəlif bəhanələrlə yayınır. Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarından sonra Cavabdeh 3-4 ay ərzində 14500 manat məbləğində ödəniş etmiş, bir mart 2020-ci il tarixdən isə yuxarıda qeyd etdiyi kimi hər hansı bir ödəniş etməmiş və vurduğu ziyanı ödəməkdən müxtəlif bəhanələrlə yayınmışdır. Hələ bu azmış kimi o, Nərminədən ziyanı ödəməsini tələb etdikdə, qadına yaraşmayan nalayiq sözlərlə onu təhqir etməkdən belə çəkinməmişdir. Bu səbəbdən o, Cavabdeh azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsinə dair ərizə verməyinə və məhkəmədən bu barədə xahiş etməyinə çox peşmandır. Cavabdeh yenə də 2017-2018-ci ildəki hərəkətələrini təkrar edir, ona verilən cəzanın 9 il müddətinə təxirə salınmasına arxayın olaraq ona ödəməli olduğu ziyanı ödəmək istəmir və müxtəlif bəhanələrlə ziyanı ödəməkdən yayınır. O, cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişdir. Çünki Cavabdeh az-az da olsa ödənişlər edir və bu barədə hər ikisi qeydlər aparırdılar. Lakin xx xxxx 2020-ci ildən etibarən Cavabdeh hər hansı bir ödəniş etməmiş, hazırda Cavabdeh ona vurduğu 134066 manat məbləğində ziyandan ödənilməmiş 34500 manat məbləğində hissəsi qalmışdır. Eyni zamanda Cavabdeh 2017-ci ildən bu günə qədər ona qarşı etdiyi hərəkətləri ilə ona mənəvi zərər vurub. O, Cavabdeh hərəkətləri nəticəsində əsəb, stres keçirmişdir. Cavabdeh ona maddi ziyan vurması, ona qarşı cinayət törətməsi azmış kimi, onu nalayiq sözlərlə təhqir etməsi ona çox pis təsir edir. Bu 3 il ərzində o, mənəvi sarsıntı və iztirab keçirmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı yuxarıda göstərilən məzmunda izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, bildirmişdir ki, cavabdeh iddiaçıya qalan borcunu ödəmir, həmçinin ona qarşı nalayiq ifadələr işlədir və buna görə iddiaçının mənəvi sarsıntı və iztirab keçirmişdir. Ona görə də o, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh iddianı qismən etiraf etmiş, İddiaçı 34500 manat məbləğində borcunun olduğunu bildirmiş və məhkəmədən iddia ərizəsinin mənəvi ziyan hissəsində təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçının, onun vəkilinin və cavabdehin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(101)-790/2019 saylı hökmündən görünür ki, Cavabdeh AR CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 6 il müddətə azadlıqdan məhrum edilmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-ci il tarixli, 1(103)- 1449/2017 saylı Qərarından görünür ki, Cavabdeh həbsdən azad edilmişdir. Qərar qanuni qüvvəsini almışdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh etiraf etdiyi hissədə qanuni və əsaslı olduğundan həmin hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, Cavabdeh İddiaçı 134066,20 manat məbləğində pul vəsaiti alaraq ona küllü miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bakı şəhər Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(101)-790/2019 saylı hökmündən görünür ki, Cavabdeh AR CMnin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 6 il müddətə azadlıqdan məhrum edilmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-ci il tarixli, 1(103)-1449/2017 saylı Qərarından görünür ki, Cavabdeh həbsdən azad edilmişdir. Həmin qərar qəbul edilərkən iddiaçı Cavabdeh ona vurduğu 134066 manat məbləğində ziyandan ödənilməmiş 49000 manat hissəsinin qaldığını bildirmişdir. Qərar qanuni qüvvəsini almışdır. Bundan bir müddət sonra müxtəlif vaxtlarda Cavabdeh 14500 manat məbləğində ödəniş etmiş, bununla da cavabdeh borcun bir qismini qaytarsa da geri qalan 34500 məbləği ödəməkdən yayınmışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddiaçıya 34500 manat borcunun qaldığını etiraf etmişdir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi maddi ziyan hissəsində qanuni və əsaslı olduğundan, həmçinin iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar cavabdeh tərəfindən qəbul edildiyindən məhkəmə hesab edir ki, Cavabdeh 34500 manat pul tutularaq İddiaçı ödənilməlidir. İddia tələbinin qalan hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iddiaçı göstərilən iddia tələbi üzrə mənəvi zərərin vurulmasına dair hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən, iddia tələbinin mənəvi ziyanın ödənilməsinə dair hissəsi rədd edilməlidir. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli, 07 saylı Qərarında göstərilir ki, mənəvi zərər, insanın anadan gəlmə və ya qanun əsasında ona məxsus olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində fiziki əzab çəkməsi kimi başa düşülür. Fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə isə ona qarşı törədilmiş qanunsuz hərəkətin və ya hərəkətsizliyin onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztrab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi başa düşülür. Şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 34500 (otuz dörd min beş yüz) manat pul tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar