Məhkəmə qərarları › İş №2(004)-6120/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-6120/2021

16.09.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-6120/2021 16.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Mən, hakim Xəlilova Təhminə Cəmil qızı İddiaçı cavabdeh Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinə qarşı məcburi köçkün vəsiqəsinin verilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin üzərinə qızı X1 məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi vəzifəsinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, qızına məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh əsassız olaraq vəsiqənin verilməsindən imtina etmişdir. Hesab edirəm ki, hazırki tələbə mülki məhkəmə icraatı qaydasında baxılmadığından iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, İnzibati Prosessual Məcəllənin 2.2.2.-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Göstərilənlərə əsasən, hesab edirəm ki, iddia ərizəsinin qəbul olunmasından imtina olunmalı və iddiaçıya hazırki iddia ilə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 279, 263 və 264-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı iddia ərizəsinin qəbul olunmasından imtina edilsin. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, hazırki iddia ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Yasamal rayon məhkəməsinə şikayət verə bilərlər. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar