Məhkəmə qərarları › İş №2(004)-6238/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-6238/2025

29.01.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-6238/2025 29.01.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Səfərova Nəzrin Şahlar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "nəqliyyat vasitəsinin geri qaytarılması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı "nəqliyyat vasitəsinin geri qaytarılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Toyota Land-Gruser-Prado Minik, istehsal ili 2008, mühərik 2tr0704118 BAN İTEBL29149K005738 saylı maşınının ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Şəki rayonu Baş Göynük ərazi Dairəsinin Baş Göynük kənd sakini X8 ona məxsus olan Toyota Land -Gruser-Prado Minik, istehsal ili 2008, mühərik 2tr0704118 BAN İTEBL29149K005738 avtomobilini baş etibarnamə ilə ona vermişdir. O da həmin maşını xx.xx.2025-ci il tarxdə etibarnamə əsasında Cavabdeh vermişdir. Aralarında razılaşmışdılar ki, cavabdeh mənə bir müddətdən sonra maşını qaytaracaq. İndi ona məlum olmuşdur ki, cavabdeh Almaniyaya getmişdir. Nə həmin maşını, nə də onun dəyərində pulu ona qaytarmamışdır. Bu barədə Bakı şəhəri Nizami rayonu 25-ci polis şöbəsinə müraciət etmişdir. Ona məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, 2 il əvvəl pulunu ödəyərək avtomobili Şəkidə əldə etmişdir. Şərikli iş gördüklərinə görə cavabdehə etibarnamə vermişdir. Ondan sonra avtomobil 4 nəfərə də satılıb. Hesab edir ki, avtomobil rayondadır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara qiymət verməklə hesab edir ki, iddia ərizəsi rədd edilməlidir. Belə ki, iş materiallarında olan: X8 xx.xx.2024-cü il tarixində Bakı şəhəri 6 saylı notariat ofisində İddiaçı etibarnamə verərək, Toyota Land-Cruıser-Prado Minik markalı, 2008-ci il buraxılışlı, mühərriki 2TR0704118, BAN nömrəsi JTEBL29J49K005738 olan, **-CF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək səlahiyyətlərini vermişdir. Etibarnamə etibaretmişi etibaretmə qaydasında nümayəndə X9 tərəfindən verilmişdir. Bu etibarnamə üzrə səlahiyyətlər başqa şəxsə verilə bilər. Etibarnamə 11 ay 19 gün müddətinə verilmişdir və xx.xx.2025-ci il saat 23:59-dək qüvvədədir. X8 xx.xx.2025-ci il tarixində Bakı şəhəri 15 saylı notariat ofisində İddiaçı etibarnamə verərək, Toyota Land-Cruıser-Prado Minik markalı, 2008-ci il buraxılışlı, mühərriki 2TR0704118, BAN nömrəsi JTEBL29J49K005738 olan, **-CF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək səlahiyyətlərini vermişdir. Bu etibarnamə üzrə səlahiyyətlər başqa şəxsə verilə bilər. Etibarnamə 1 il müddətinə verilmişdir və xx.xx.2026-cı il saat 23:59-dək qüvvədədir. X8 xx.xx.2025-ci il tarixində Bakı şəhəri 15 saylı notariat ofisində Cavabdeh etibarnamə verərək, Toyota Land-Cruıser-Prado Minik markalı, 2008-ci il buraxılışlı, mühərriki 2TR0704118, BAN nömrəsi JTEBL29J49K005738 olan, **-CF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək səlahiyyətlərini vermişdir. Etibarnamə etibaretmişi etibaretmə qaydasında nümayəndə İddiaçı tərəfindən verilmişdir. Bu etibarnamə üzrə səlahiyyətlər başqa şəxsə verilə bilər. Etibarnamə 7 ay 28 gün müddətinə verilmişdir və xx.xx.2026-cı il saat 23:59-dək qüvvədədir. Borc verən İddiaçı ilə borc alan Cavabdeh arasında Bakı şəhəri 15 saylı Notariat ofisində bağlanmış, reyestrdə 3M-804 nömrə ilə qeydə alınmış xx.xx.2025-ci il tarixli borc müqaviləsinə əsasən, "Borc verən" "Borc alan”a 35.000 manat (otuz beş min manat) məbləğində pulu borc vermiş, "Borc alan" borcu xx.xx.2026 tarixinədək "Borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Tərəflər borcun laizsiz verilməsini şərtləşdirmişdir. Həmin müqavilənin 6-cı bəndinə əsasən, "Borc alan” müqavilə üzrə öhdəliyin icrasının tamamilə və ya hissə-hissə notariusun depozit hesabı vasitəsilə həyata keçirir. Həmin müqavilənin 7-ci maddəsinə əsasən, ödəniş müddətinin keçirilməsi haqqında borcluya yazılı bildiriş göndərməsindən qanunla müəyyən edilmiş müddətdən sonra borc notanus tərəfindən aparılan icra qeydi əsasında mübahisəsiz qaydada alınır. Borc alan müqavilə üzrə müəyyən edilmiş müddətdə borcu qaytarmadıqda qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacaqdır. "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli qəbzindən görünür ki, xx.xx.2025-ci il tarixli borc müqaviləsinə görə 35.000 manat pul 15 saylı Notariat şöbəsinin depozit hesabına köçürülmüşdür. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı Baş Polis İdarəsi Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsi tərəfindən İddiaçı ünvanlanmış M-7882 nömrəli, xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, onun xx.xx.2025-ci il tarixdə 25-ci PŞ-nə ünvanladığı ərizəsi əsasında araşdırma aparılmışdır. Məlumat üçün bildirilmişdir ki, onun ərizəsi mülki xarakterli olduğundan DİN-in müvafiq əmrinə əsasən mülki xarakterli ərizə və müraciətlər baxılmadan işə alınır. Odur ki, ərizəsi işə alınaraq dəftərxanaya təhvil verilmişdir. Faktla əlaqədar aidiyyəti məhkəmə orqanına müraciət etməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X19 İdarəsi Şirvan Regional Qeydiyyat-İmtahan və X16 məhkəmənin sorğusuna 3-13-16-7/2-36/2026 nömrəli, xx.xx.2026-cı il tarixli məktubla cavab ünvanlayaraq bildirmişdir ki, "X18 Prado" markalı **- CF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2025-ci il tarixdə alqı-satqı müqaviləsinə əsasən Neftçala şəhər sakini X3 adına qeydiyyata alınmışdır (əlavə olunmuşdur). Avtomobil, onun hazırki sahibi və etibarnamə ilə istifadəçiləri barədə məlumatlar Baş X19 İdarəsinin mərkəzi informasiya sistemindən əldə edilmiş çıxarış formasında məhkəməyə göndərilmişdir. Həmin məktuba əlavə olunmuş: X1 adınan X4 ilə alıcı X10 arasında bağlanmış xx.xx.2025-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinə əsasən, satıcı özünə məxsus olan Toyota Land- Cruıser-Prado Minik markalı, 2008-ci il buraxılışlı, mühərriki 2TR0704118, BAN nömrəsi JTEBL29J49K005738 olan, **-CF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 23.000 manata alıcıya satmışdır. Nəqliyyat vasitəsinin qeydiyyat hərəkətləri barədə kompüter çıxarışından görünür ki, Toyota Land-Cruıser-Prado Minik markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2025-ci il tarixdə X3 adına qeydiyyata alınmışdır və hazırda da adına qeydiyyatdadır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X19 İdarəsi Şirvan Regional Qeydiyyat-İmtahan və X16 məhkəmənin sorğusuna 3-13-16-7/2-576/2026 nömrəli, xx.xx.2026-cı il tarixli məktubla cavab ünvanlayaraq bildirmişdir ki, "X18 Prado" markalı **- CF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2025-ci il tarixdə alqı-satqı müqaviləsinə əsasən Neftçala şəhər sakini X3 adına qeydiyyata alınmışdır (əlavə olunmuşdur). Avtomobil, onun hazırki sahibi və etibarnamə ilə istifadəçiləri barədə məlumatlar Baş X19 İdarəsinin mərkəzi informasiya sistemindən əldə edilmiş çıxarış formasında məhkəməyə göndərilmişdir. Həmin məktuba əlavə olunmuş: X8 xx.xx.2025-ci il tarixində Şirvan şəhər 1 saylı notariat ofisində X2 etibarnamə verərək, Toyota Land-Cruıser-Prado Minik markalı, 2008-ci il buraxılışlı, mühərriki 2TR0704118, BAN nömrəsi JTEBL29J49K005738 olan, **-CF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək səlahiyyətlərini vermişdir. Etibarnamə etibaretmişi etibaretmə qaydasında nümayəndə X5 tərəfindən verilmişdir. Bu etibarnamə üzrə səlahiyyətlər başqa şəxsə verilə bilər. Etibarnamə 7 ay 2 gün müddətinə verilmişdir və xx.xx.2026 il saat 23:59-dək qüvvədədir. Məlum məsələdir ki, iddiaçı yalnız mövcudluğu sübut olunan əmlakın qaytarılmasını tələb edə bilər, əks təqdirdə digər halların yoxlanılması zərurəti aradan qalxır. Tələb olunan əmlakın mövcudluğu sübut olunduqdan sonra iddiaçı həmin əmlakın ona məxsusluğunu sübut etməlidir. Çünki özgənin qanunsuz sahibliyindən əmlakı yalnız mülkiyyətçi və ya qanuni sahib tələb edə bilər. (Mülki Məcəllə, maddə 157.2, 157.8, 164.2.) Əmlakın mövcudluğunu və özünə məxus olduğunu sübut etmiş iddiaçı, növbəti mərhələdə tələb olunan əmlakın məhz cavabdehdə olmasını, başqa sözlə, cavabdehin həmin əmlakı özündə saxlamasını sübut etməlidir. Çünki qanunun mənasına görə iddia tələbinin yönəldiyi şəxs (fiziki və ya hüquqi), yəni irəli sürülmüş tələbə cavab verməli olan şəxs, başqa sözlə, mübahisənin həlli bilavasitə ixtiyarından və iradəsindən asılı olan şəxs cavabdeh hesab olunur. İddia tələbi iddiaya cavab verməli olmayan şəxsə qarşı verildikdə, iddia təmin oluna bilməz. (Mülki Prosessual Məcəllə, maddə 50.4, 54.1, 54.2.) Qanun yalnız qanunsuz sahiblikdən əmlakın geri tələb edilməsini nəzərdə tutur. (Mülki Məcəllə. 157.2 və 164.2-ci maddələr.) Mümkündür ki, iddiaçıya məxsus əmlak cavabdehdə olsun, lakin cavabdehin onu özündə saxlaması, başqa sözlə, cavabdehin həmin əmlaka sahibliyi qanuni olsun. İnsan Hüquqlarının və X7 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən, mülkiyyətçisi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisə predmeti olan Toyota Land-Cruıser-Prado Minik markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X6 mülkiyyətində olmuş və onun tərəfindən xx.xx.2025-ci il tarixində Bakı şəhəri 15 saylı notariat ofisində iş üzrə İddiaçı etibarnamə verərək, nəqliyyat vasitəsinə dair sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək səlahiyyətlərini etibar etmişdir. Etibarnamə 1 il müddətinə verilmişdir. Daha sonra iddiaçı ona verilmiş etibarnamə əsasında nəqliyyat vasitəsinə dair xx.xx.2025-ci il tarixində Bakı şəhəri 15 saylı notariat ofisində Cavabdeh etibarnamə vermişdir. Etibarnamə 7 ay 28 gün müddətinə verilmişdir. Hazırda iddiaçı avtomobilin cavabdehdən alınaraq ona verilməsini tələb edir. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, qanunvericiliyin yuxarıda qeyd olunan normalarından da görünür ki, əmlakın geri qaytarılması iddiasının təmin edilməsi üçün mütləq şərt iddia olunan əmlakın cavabdehin faktiki sahibliyində olmasıdır. DYP-dən gələn rəsmi məktublar təsdiq edir ki, avtomobil artıq xx.xx.2025-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında X10 tərəfindən dəyəri ödənilərək əldə edilmişdir. Həmin şəxs vicdanlı əldə edən olmaqla avtomobil üzərində mülkiyyət hüquqlarına malikdir və onun hüquqları qanunla qorunur. Belə olan halda Cavabdeh faktiki sahibliyində olmayan bir əşyanın ondan alınıb iddiaçıya verilməsi haqqında qətnamənin çıxarılması hüquqi baxımdan qeyri-mümkündür. Bundan başqa qeyd olunmalıdır ki, iddiaçı avtomobilin ona məxsus olduğunu bildirsə də, iş materialları ilə müəyyən edilmişdir ki, avtomobilin qanuni mülkiyyətçisi X8 olmuşdur. Qanunvericiliyə əsasən, etibarnamə yalnız nümayəndəlik səlahiyyəti verir və mülkiyyət hüququnun keçməsi üçün əsas yaratmır. İddiaçı avtomobilin mülkiyyətçisi deyil, yalnız sərəncam vermək hüququ olan nümayəndə qismində çıxış etmişdir. İddiaçı nəqliyyat vasitəsinin mülkiyyətçisi olmadığından onun əşyanın geri qaytarılmasını öz adına tələb etmək üçün subyektiv hüququ yoxdur. Mülkiyyətçinin hüququnu qorumaq üçün iddianı mülkiyyətçi özü (və ya onun adından etibarnamə üzrə nümayəndəsi) qaldıra bilərdi. Məhkəmə müəyyən etmişdir ki, İddiaçı xx.xx.2025-ci il tarixdə öz iradəsi ilə Cavabdeh avtomobili idarə etmək və sərəncam vermək (satmaq) səlahiyyətlərini ehtiva edən etibarnamə vermişdir. Cavabdehin bu etibarnamə əsasında etdiyi hərəkətlər iddiaçının ona verdiyi səlahiyyətlər çərçivəsində olmuşdur. Əmlakın mülkiyyətçi və ya səlahiyyətli nümayəndə tərəfindən könüllü olaraq etibarnamə ilə başqasına verilməsi, həmin əmlakın sahibinin iradəsi ziddinə əlindən çıxması faktını istisna edir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri 15 saylı Notariat ofisində bağlanmış xx.xx.2025-ci il tarixli borc müqaviləsindən görünür ki, tərəflər arasında müqavilə öhdəliyi vardır. İşin hallarından görünür ki, iddianın qaldırılmasına səbəb həmin müqavilə üzrə öhdəliklərin cavabdeh tərəfindən yerinə yetirilməməsi olmuşdur. Belə olan halda iddiaçı avtomobilin qaytarılması iddiası yerinə, əgər borc qaytarılmayıbsa, borcun tutulması və ya müqavilənin ləğvi barədə iddia qaldırmalı idi. Beləliklə, məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarına əsaslanaraq hesab edir ki, İddiaçı Cavabdeh qarşı "nəqliyyat vasitəsinin geri qaytarılması" tələbinə dair iddia ərizəsi təmin edilməmədir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddiaçı Cavabdeh qarşı "nəqliyyat vasitəsinin geri qaytarılması" tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar