Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-6257/2021 20.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X1 qızının katibliyi, İddiaçı Rüstəmov Emı̇ n Telman oğlunun, Cavabdeh Atakı̇ şı̇ yev Dı̇ larə Həşı̇ m qızının iştirakları ilə, İddiaçı Rüstəmov Emı̇ n Telman oğlunun cavabdehlər Atakı̇ şı̇ yev Dı̇ larə Həşı̇ m qızına və 5 saylı Notarı̇ at ofisinə qarşı "etibarnamənin etibarsız hesab edilməsi tələbinə dair" iddia ərizəsi üzrə mülki işə Bakı şəhər Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Rüstəmov Emı̇ n Telman oğlu cavabdehlər Atakı̇ şı̇ yev Dı̇ larə Həşı̇ m qızına və 5 saylı Notarı̇ at ofisinə qarşı "etibarnamənin etibarsız hesab edilməsi tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Rüstəmov Emı̇ n Telman oğlu ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin baxılmamış saxlanmasını, iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin əslinin geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh Atakı̇ şı̇ yev Dı̇ larə Həşı̇ m qızı ərizə verərək mülki işin baxılmamış saxlanılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməli, iddia ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 260.6-cı maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci, 263-264-cü və 266-269-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı Rüstəmov Emı̇ n Telman oğlunun cavabdehlər Atakı̇ şı̇ yev Dı̇ larə Həşı̇ m qızına və 5 saylı Notarı̇ at ofisinə qarşı "etibarnamənin etibarsız hesab edilməsi tələbinə dair" iddia ərizəsi üzrə mülki iş baxılmamış saxlanılsın və iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-6257/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-6257/2021
20.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver