Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-632/2025 30.09.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Səfərova Nəzrin Şahlar qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1, Cavabdeh nümayəndəsi Nümayəndə2, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı "kompensasiya verilməklə evin və qanunsuz tikililərin sökülməsi" tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı "mülkiyyət hüququnun məhdudlaşdırılması və s" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 ünvan 1 ünvanında yerləşən sahəsi 75,13 kv metr olan mənzilinə dair mülkiyyət hüquqlarının 02 il müddətinə məhdudlaşdırılması; həmin mənzilin sökülməsi; mənzilin yerində tikiləcək yeni yüksək mərtəbəli, müasir yaşayış binasında kompensasiya qismində cavabdehə mülkiyyətində olan mənzilin ümumi sahəsindən 20% artıq sahəsi (90 kv m.) olan yeni, tam təmirli mənzil verilməsi və cavabdehin yeni yaşayış binası tikilənədək, müvəqqəti olaraq yaşadığı əraziyə yaxın yerdə kirayədə yaşaması üçün hər ay 500 (beş yüz) manat kirayə haqqı ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 23 dekabr 2021-ci il tarixli, 340 №-li Sərəncamına əsasən, Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) yerləşən ərazidə, yerquruluşu planında göstərilən kordinatlar daxilində yerləşən 25,31 ha torpaq sahəsi ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında "Kristal Bakı Açıq Səhmdar Cəmiyyəti tərəfindən tənzimlənməsi şərti ilə yeni yaşayış kompleksinin tikintisi məqsədilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin icarə əsasında istifadəsinə verilmişdir. Bununla bağlı, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 23 dekabr 2021-ci il tarixli, 340 Ne-li sərəncamının icrası məqsədilə iddiaçı tərəfindən müxtəlif dövlət orqanlarına ve Sərəncamda qeyd olunan ərazidə yerləşən tikililərin istifadəçilərinə müraciətlər edilmiş və həmin tikililər barədə məlumatlar əldə edilmişdir. Belə ki, əldə olunmuş məlumatlar əsasında məlum olmuşdur ki, Sərəncamda qeyd olunan ərazidə yerləşən tikililərin demək olar ki hamısı qanunsuz tikililərdir, bəzi vətəndaşlar, tərəfindən qanunsuz olaraq zəbt edilmiş torpaq sahələridir və həmin ərazidə özlərinə heç bir norma və tikinti qaydalara uyğun olmayan yararsız, tam və yarımçıq yaşayış və qeyri-yaşayış sahələri tikmişlər, həmin tikililər qanunsuz olmaqla yanaşı, həm də istifadə üçün yararsız və qəzalı vəziyyətdədir. Bununla bağlı olaraq, Sərəncamın icrasının təmin edilməsi və yeni yaşayış kompleksinin tikilməsi məqsədilə, həmin ərazidə yerləşən və qanunsuz (özbaşına) tikilmiş yaşayış və qeyri-yaşayış sahələrinin İstifadəçiləri olan digər vətəndaşlarla bərabər hazırki iddia üzrə cavabdehlə dəfələrlə tərəfimizdən danışıqlar aparılmış və onlara həmin özbaşına (qanunsuz) tikililərin real dəyərinə uyğun kompensasiya ödənilməsi şərtilə sökülməsi üçün real təkliflər edilmişdir. Göstərilən sərəncamın icrası ilə bağlı, "xxxx" ASC tərəfindən həmin ərazidə yerləşən digər sahə istifadəçilərinin əksəriyyəti ilə danışıqlar aparılmış və razılıq əldə olunaraq real dəyərə uyğun kompensasiya ödənilmiş və həmin tikililərin sökülməsi təmin edilmişdir. Hazırki iş üzrə cavabdeh qeyd olunan ərazidə ona məxsus torpaq sahəsində yerləşən fərdi yaşayış evinin olduğunu bildirərək DƏDRX tərəfindən xx.xx.2018ci il tarixində verilmiş ******* №-li çıxarışı ASC-yə təqdim etmişdir ki, həmin çıxarışa əsasən müəyyən olunur ki, qeyd olunan ərazidə, yəni ünvan 1 ünvanında cavabdehə məxsus yalnız sahəsi 75,13 kv metr olan mənzil xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır. Lakin həmin mənzilin yerləşdiyi torpaq sahəsinə dair cavabehin adına hər hansı bir rəsmi sənəd mövcud deyildir. Əksinə, yuxarıda qeyd olunan Sərəncamlara əsasən həmin ərazidəki torpaq sahələri "xxxx" ASC-nin istifadəsinə verilmişdir. Yuxarıda qeyd edilənlərə baxmayaraq, cavabdeh her hansı bir razılığa gəlməkdən birmənalı şəkildə imtina edir, hər bir vəchlə hüquqlarından sui-istifadə etməklə, sərəncamın icrası ilə razılaşmayaraq, ədalətsiz məbləğdə qanunla nəzərdə tutulmayan, böyük məbləğdə kompensasiya tələb etməklə əsassız varlanmaq niyyətindədir və bu hərəkətləri ilə digər mülkiyyətçilərə və şirkətə külli miqdarda ziyan vurur. Eyni zamanda bildirirlər ki, qeyd olunan ərazidəki tikililərin sökülüb, yerində müasir tələblərə uyğun, yeni yüksəkmərtəbəli yaşayış binasının tikilib istismara təhvil verilməsinə təxminən 02 il vaxt sərf ediləcəkdir. Yeni yaşayış binası inşa edildikdən sonra, həmin binalardan cavabdehe kompensasiya qismində hazırda mülkiyyətində olan mənzilin ümumi sahəsindən 20% artıq sahəsi olmaqla yeni, tam təmirli mənzil veriləcək, habelə bina inşa edilib cavabdehə təhvil verilənədək, onun yaşadığı əraziyə yaxın yerdə kirayədə yaşaması üçün isə hər ay 500 manat kirayə haqqı ödəniləcəkdir. Lakin cavabdeh hər hansı bir razılığa gəlməkdən birmənalı şəkildə imtina edir. Göründüyü kimi bu vəzifələrin həyata keçirilməsi müvafiq sərəncama əsasən «Kristal Bakı ASC-yə həvalə edilmişdir. Cavabdehin mülkiyyətində olan mənzil istismara yararsız olmaqla yanaşı, sesymik normalara cavab vermir və qəzalı vəziyyətdədir. Hazırda həmin ünvanda tikinti və söküntü işləri aparıldığına görə həmin mənzildə yaşayış təhküləli və qeyri-mümkündür. Bununla belə "xxxx" ASC-nin öhdəliyi olmasa belə humanistlik nümayiş etdirərək, sərəncama əsasən sosial əhəmiyyətli dövlət layihəsinin icrasının təmin edilməsi ilə bağlı xərcləri öz üzərinə götürür və mülkiyyətçilərin malik olduqları yaşayış və qeyri-yaşayış sahəsinin yerləşdiyi ünvanda inşa ediləcək yeni çoxmərtəbəli binada yaşayış və qeyri-yaşayış sahəsinin ölçülərindən 20% əlavə ölçülərdə tam təmirli yaşayış və qeyri-yaşayış sahələrini onlara verməyi öhdəsinə götürür. Cavabdeh isə bu məzmunda müqavilə bağlamaqdan imtina etsə də, belə imtina qanuni hesab edile bilməz. Belə ki, cavabdehə məxsus mənzilin qəzalı vəziyyətdə saxlanılması, ASC ilə müqavilə bağlamış digər vətəndaşların hüquqlarını pozur və həmin ərazidə yeni yaşayış kompleksinin tikilməsinə, bununla bağlı verilmiş Sərəncamın icrasına mane olur. Göründüyü kimi, cavabdeh mülkiyyət hüquqlarından sui-istifadə etməklə Mənzil Məcəlləsi üzrə vəzifələrinin həyata keçirməkdən yayınır və maraqlı şəxs olaraq «Kristal Bakı ASC-nin hüquqlarını pozur və digər vətəndaşlar qarşısında götürdüyü öhdəliklərin icrasına maneəçilik yaradır. Bu isə "xxxx" ASC-yə işlərin ləngiməsi ilə əlaqədar külli miqdarda maddi ziyan vurur və digər sakinlərin mənzil hüquqlarının pozulması ilə nəticələnən müqavilə öhdəliklərinin icrasını ləngidir. ASC olaraq tərəflərindən sərəncamın icrasının gecikməməsi məqsədilə, cavabdehə güzəştli real təkliflər olunmuş, lakin buna baxmayaraq o, həmin təklifdən imtina etmiş və nəticədə ASC-yə külli miqdarda ziyan vurmuş və hazırda da vurmaqdadır. Qeyd olunanlara əsasən hesab edir ki, cavabdeh X1 ünvan 1 ünvanında yerləşən sahəsi 75,13 kv metr olan mənzilinə dair mülkiyyət hüquqları 02 il müddətinə məhdudlaşdırılmalı, həmin mənzil sökülməli, mənzilin yerində tikiləcək yeni yüksək mərtəbəli, müasir yaşayış binasında kompensasiya qismində cavabdehə mülkiyyətində olan mənzilin ümumi sahəsindən 20% artıq sahəsi olan yeni, tam təmirli mənzil verilməli, cavabdehin yeni yaşayış binası tikilənədək, müvəqqəti olaraq yaşadığı əraziyə yaxın yerdə kirayədə yaşaması üçün hər ay 500 (beş yüz) manat kirayə haqqı ödənilməlidir. Məhkəmə gedişatında iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, X2 75.000 (yetmiş beş min) manat məbləğində kompensasiyanın ödənilməsinə razılıqlarını bidirmişdir. Məhkəmə prosesinin gedişində iddiaçı "xxxx" ASC tələbinə dəqiqləşdirmə verərək, Cavabdeh 160.000 manat ödənilməklə, onun mülkyyətində və faktiki sahibliyində olan ünvan 2 ünvanda yerləşən sahəsi 106,1 kv.m olan tikililərin boşaldılaraq sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı "xxxx" ASC tələbinə daha bir dəqiqləşdirmə edərək, Cavabdeh X1 ünvan 1 ünvanında yerləşən evə dаir mülkiyyət hüquqlаrının 02 il müddətinə məhdudlаşdırılmаsı; - Həmin evin və özbaşına tikililərin sökülməsi - Evin yеrində tikiləcək yеni yüksək mərtəbəli, müаsir yаşаyış binаsındа kоmpеnsаsiyа qismində cаvаbdеhə sаhəsi 90 kv metr оlаn yеni, tаm təmirli mənzil vеrilməsi və cаvаbdеhin yеni yаşаyış binаsı tikilənədək, müvəqqəti оlаrаq yaşadığı ərаziyə yахın yеrdə kirаyədə yaşaması üçün hər аy 500 (bеş yüz) mаnаt kirаyə hаqqı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil məhkəməyə iddia tələbinə etiraz ünvanlayaraq, hər hansı bir ərazidə söküntü aparmamışdan öncə, tikinti şirkəti tərəfindən bu zaman qüvvədə olan qanunvericilikdə nəzərdə tutulmuş mülkiyyət hüquqları maksimal dərəcədə qorunmalıdır. Belə ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər: «İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyası» nın 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif normadan ibarətdir: birinci abzasın cümləsində təsbit olunan birinci norma ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir, birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci norma mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərlə şərtləndirir; ikinci abzasda bəyan edilən üçüncü norma təsdiq edir ki, iştirakçı dövlətlər ümumi maraqlara müvafiq olaraq mülkiyyətdən istifadəyə nəzarəti və digər tədbirləri həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü normalar mülkiyyətdən maneəsiz istifadə hüququna edilən konkret müdaxilə nümunələri ilə bağlıdır; buna görə də birinci normada bəyan edilən ümumi prinsip baxımından şərh olunmalıdır (Ceyms və başqaları Birləşmiş Krallığa qarşı). Onu da qeyd edir ki, bu gün mövcud təcrübə göstərir ki, sökülən binaların yerləşdiyi ərazidən asılı olaraq, əmlakın hər kvadrat metrinə görə ölçülən meyar fərqlənir. Belə ki, şəhərin mərkəzində sökülən bina ilə, mərkəzdən kənar sökülən bina üçün ödəniləcək kompensasiya arasında kifayət qədər fərq olur. Təbidir ki, mülkiyyət hüququnu təsdiq edən sənəddə göstərilən ərazi, yəni əmlakın ümumi kvadratmetri əsas götürülərək müəyyən edilmiş məbləğə vurularaq hesablanır. Lakin qeyd etmək yerinə düşərdi ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında’' Azərbaycan Respublikasının 2007-ci il 7 dekabr tarixli 506 İİİ QD nömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli, 689 №li Fərmanının 2.3-cü bəndində göstərilir ki, dövlət ehtiyacları üçün alman daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir. Beləliklə də, həm əmlakın çıxarışında göstərilən ümumi kvadratmetr, həm də həmin ərazinin 20% miqdarı hesablanaraq qiyməti tam şəkildə ödənilir və yaxud tikiləcək binadan həmin kvadratmetr civarında və yaxud ondan bir az çox ərazi ilə tikinti müəssisəsi sakini təmin edir. "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının İİ oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarında qeyd edilir ki. Nazirlər Kabinetinin Qərarı “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.8-ci bəndinə əsasən. Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının ərazisində abadlıqquruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmişdir. Bu Qərar qəzalı vəziyyətdə olan əmlakın mülkiyyətçidən alınması deyil, insanların yaşaması və ya istifadəsi üçün nəzərdə tutulmuş tikinti obyektlərində sağlam və təhlükəsiz yaşayışın təmin edilməsi üçün əmlakın yenidən qurulub, istismara yararlı vəziyyətə salınıb mülkiyyətçinin istifadəsinə qaytarılması məqsədi daşıyır. İş materiallarında olan 21,04.2025-ci il tarixli X5 Mərkəzi tərəfindən verilmiş rəy kifayət qədər aydın deyil. Qiymətləndirici mütəxəssis obyektin qiymətləndirilməsi zamanı gəlir və xərc yanaşmasından imtina etmiş, təqdim edilmiş obyektin qiymətləndirilməsi üçün müqayisə yanaşmasının tətbiq edilməsinin məqsədəuyğun olduğunu qeyd etsə də, qiymətləndirmə obyektinin yerləşdiyi ərazidə oxşar mənzillərin qiyməti araşdırılmamış və müqayisə düzgün aparılmamışdır. Qeyd edilməsini zəruri hesab edirə ki, təqdim edilən obyektə müqayisə obyektləri qismində təqdim edilmiş obyektlərdən fərqli olaraq təmsil etdiyim şəxsə məxsus ev 2 mərtəbəli və çıxarışlıdır. Mənzilin təmiri zəif deyil, orta təmirlidir. Müqayisə obyektləri bir mərtəbə və mülkiyyəti rəsmi qaydada təsdiq edilməsə də faktiki mülkiyyətdə olan və zəif təmirli əmlaklardan ibarətdir. Qiymətləndiricinin hansı metodikanı əsas götürərək 2 mərtəbəli çıxarışlı təmirli mənzili 1 mərtəbəli zəiftəmirli, rəsmi qeydiyyata alınmamış mənzillərlə müqayisə edərək nəticəyə gəlməsi kifayət qədər sual doğurur. Hal-hazırkı iddia tələbi üzrə təmin olunacağı təqdirdə əsaslandırılmış qətnamə "Fortis-Bayıl” Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarı ilə uyğunluq təşkil etməmiş olacaq. Göstərilənləri nəzərə alaraq, iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, çıxarışda 73 kv.m sahəsi olan tikili qeyd edilib. Lakin, torpaq sahəsinin çıxarışı yoxdur. Həmin sahə sonradan tikilib. Ona görə də çıxarış verilməyib. MTK heç kimə mənzilin sahəsinin 20% artığı həcmində ev vermir. Rəhbərliklə müzakirə nəticəsində cavabdehin evinin vəziyyəti, torpaq sahəsinin çıxarışının olmaması nəzərə alınaraq, 90 kv.m sahəsi olan mənzilin verilməsi qərara alınmışdır. 90 kv.m-i ona görə təqdim edirlər ki, çıxarışda 73 kv.m qeyd olunub. Evin qiyməti də müəyyənləşdirilib. Hal-hazırda 90 kv.m sahəsi olan mənzilin 300000 manat dəyəri var. 73 kv.m isə ona görə qeyd edilib ki, əlavə tikili evdən kənarda tikilib. Evin vəziyyəti də qənaətbəxş deyil. Onlar hər tikiliyə fərdi yanaşırlar. Tikilinin vəziyyəti, təmiri, çəkilən xərcləri və digər amilləri nəzərə alırlar. Cavabdehin həyətində 2 tikili var və onlardan birinin çıxarışı mövcuddur. Özbaşına tikili ilə bağlı məsələlərin bu şəkildə həll edilməsi ilə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin və Ali Məhkəmənin yanaşmaları var. Verilən suallara cavab olaraq bildirmişdir ki, digər sakinlərin müqavilələrini təqdim edə bilməzlər, mənzil sahibləri də buna etiraz ediblər. Layihə də hazır deyil. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil etirazın məzmununa uyğun izahat verərək, hazırkı evin sahəsinə uyğun mənzil verilməlidir. Belə ki, mənzil şəraitinin yaxşılaşdırılmasına xidmət etdiyi halda razıdırlar. Ölçmə aparıldıqdan sonra cavabdehin mənzilin sahəsi 105.24 kv. m təşkil edir. Oxşar ərazidə şəraiti yaxşı olan evlərdən biri də cavabdehə məxsusdur. Cavabdehə daha az sahəsi olan mənzilin təklif edilməsi ədalətlilik prinsipini pozur. Digər sakinlərlə müqavilələr bağlanılıb. Həmçinin, eyni ərazidə yerləşən mənzillərə fərli yanaşma tətbiq edilə bilməz. Özbaşına tikilinin mövcudluğu belə iddiaçıya vətəndaşın mənzilindən istənilən kimi istifadə etməyə səlahiyyət verilmir. Yol eskalator vasitəsilə dağıldıqdan sonra ekspert çağırılır və ödəniləcək qiymət aşağı salınır. Mənzillərin özbaşına tikili hesab olunması, həmin ərazidən marşurutun keçməməsi, suyun axması da qiymətin aşağı salınmasına səbəb olur. İddiaçı tərəf çıxarışı olmayan və şəraiti aşağı olan mənzilə də onun sahəsinə 20% əlavə edilməklə yeni mənzil təqdim edib. Belə ki, X3 mənzilə dair çıxarışı olmadığı halda iddiaçı tərəfindən müqavilə bağlanılıb. Hətta məlumata əsasən, X4 artıq mənzil də təqdim olunub. Qeyd olunanlara əsasən, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək, onun rədd edilməsini xahiş etmiş, izahatında bildirmişdir ki, evin bütün sahəsi çıxarışda qeyd olunduğu kimidir. Həmçinin, mansard tikilib və çıxarışa qeyd edilməyib. Çünki, həmin tikili çıxarışda qeyd edilmir. İddiaçının mənzil şəraitini yaxşılaşdırmaq öhdəliyi var, lakin MTK onun vəziyyətini pisləşdirir. Həmçinin, o, tikiləcək binanın planını görmüşdür. Belə ki, ev almaq üçün müraciət etdikdə əraziyə uyğun şəkildə təqdim olunur. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Bakı Şəhər icra Hakimiyyəti Başçısının 23 dekabr 2021-ci il tarixli, 340 №-li Sərəncamına əsasən, Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) yerləşən ərazidə, yerquruluşu planında göstərilən kordinatlar daxilində yerləşən 25,31 ha torpaq sahəsi ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tənzimlənməsi şərti ilə yeni yaşayış kompleksinin tikintisi məqsədilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin icarə əsasında istifadəsinə verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* nömrəli Çıxarışdan görünür ki, ünvan 1 ünvanda yerləşən sahəsi 75,13 kv.m. olan mənzil xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh adına xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır. (**********43-05101-093001 reyestr nömrəli, ********** qeydiyyat nömrəli). İş materiallarına xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti Planlaşdırma Mərkəzinin torpaq sahəsinin cizgisi "xxxx" QSC Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) tikintisi nəzərdə tutulan çoxmərtəbəli yaşayış kompleksinin Baş plan, İşçi layihəsi əlavə edilmişdir “X5 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin YDQM seriyalı, 004-026/2025 saylı, 21 aprel 2025-ci il tarixli rəyindən görünür ki, Mənzilin Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışda 75.13 kv.m olaraq qeyd olunub. Onlar tərəfindən hər iki tərəfin iştirakı ilə aparılmış ölçü işlərində mənzilin ümumi sahəsinin 106.1 kv.m olduğu müəyyən olunmuşdur. Qiymətləndirmə prosesi hazırkı ölçülərə uyğun formada aparılmışdır. Beləliklə, qiymətləndirməyə təqdim edilmiş qiymətləndirmə obyektinin dəyərini müəyyən etmək üçün müqayisə yanaşmasından istifadə etməklə, yerinə yetirilən hesablamalar və təhlillər nəticəsində byğun müqayisə vahidləri müəyyən edilmiş, vacib müqayisə elementləri seçilmiş, həmçinin müqayisə elementləri üzrə vahidin dəyəri korrektə edilmiş və nəticədə qiymətləndirmə obyektinin yekun bazar dəyəri və bugünə olan icarə məbləği hesablanmışdır. Beləliklədə aparılmış hesablamalar nəticəsində, ünvan 1 mənzilin bugünə olan bazar dəyəri və icarə məbləğinin qiyməti yuvarlaqlaşdırılaraq cədvəldə göstərilmişdir. Qiymətləndirmə obyektinin ümumi sahəsi üzrə: Mənzilin Bazar Dəyəri 148.700 Azn (bir yüz qırx səkkiz min yeddi yüz manat). Mənzilin İcarə dəyəri (aylıq) 350 Azn (üç yüz əlli manat). Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2197/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Cavabdeh apelyasiya şikayəti qismən təmin edilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1686/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsi, Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli, 340 saylı sərəncamının Bakı şəhəri, Yasamal rayonu, Qanlı Gölün qərb sahili 41 ünvanında yerləşən mənzilin fərdi yaşayış evinin yerləşdiyi ümumi sahəsi 75.13 kv.m olan torpaq sahəsinə aid olan hissədə etibarsız hesab edilməsi, qərarın qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 13-cü maddəsinin İİİ hissəsinə əsasən Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. 43-cü maddəsinin İ hissəsinə əsasən, Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. 43-cü maddəsinin İİ hissəsinə əsasən, Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 6.3-cü maddəsinə əsasən Dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər. 15-ci maddəsinə əsasən Yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir. 16.1-ci maddəsinə əsasən Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsəziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. 18-ci maddəsinə əsasən Mülkiyyət formasından asılı olmayaraq mənzil fondunun istifadəsi və saxlanılmasına, habelə yaşayış sahələrinin və kommunal xidmətlərin müəyyən edilmiş tələblərə uyğunluğuna dövlət nəzarəti qanunvericilikdə müəyyən olunmuş qaydada həyata keçirilir. 152.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.6-cı maddəsinə əsasən Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3.5.1-ci maddəsinə əsasən Alğı-satqının tənasübsüz qiymətlərinə və ya əqdin digər şərtlərinə birbaşa və ya dolayısı ilə məcburetmə, hüquqdan sui-istifadə hesab olunur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh məxsus ünvan 1 ünvanda yerləşən sahəsi 75,13 kv.m. olan mənzil Bakı Şəhər icra Hakimiyyəti Başçısının 23 dekabr 2021-ci il tarixli, 340 №-li Sərəncamına əsasən yeni yaşayış kompleksinin tikintisi məqsədilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin icarə əsasında istifadəsinə verilmiş torpaq sahəsinin ərazisində yerləşir. Tərəflər özbaşına tikilinin söküldüyü halda kompensasiya məbləğina dair razılığa gələ bilmədiklərindən iddiaçı məhkəməyə müraciət etməli olmuşdur. İş materiallarında olan və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Çıxarış (RX seriyalı ******* nömrəli, xx.xx.2018-ci il tarixli) təsdiq edir ki, ünvan 1 ünvanda yerləşən sahəsi 75,13 kv.m. olan mənzil xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh adına qeydiyyata alınmışdır. Bu sənəd cavabdehin mənzil üzərindəki mülkiyyət hüququnu tam təsdiq edir. İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir və mülkiyyətdən məhrum edilməni müəyyən şərtlərlə şərtləndirir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. İddiaçı mülkiyyət hüququnun məhdudlaşdırılması, mənzilin sökülməsi, əvəzində 75,13 kv.m-dən 20% artıq sahə nəzərə alınmaqla 90 kv.m sahəsi olan tam təmirli yeni mənzil verilməsi və 2 il müddətinə aylıq 500 AZN kirayə haqqı ödənilməsini tələb etmişdir. İş materiallarında olan "X5 Mərkəzi" MMC-nin 21 aprel 2025-ci il tarixli rəyinə əsasən, ölçü işlərində mənzilin ümumi sahəsinin 106.1 kv.m olduğu, cavabdehin faktiki olaraq 106,1 kv.m sahəsi olan mənzilinin bu günə olan bazar dəyəri 148.700 AZN, aylıq icarə dəyəri isə 350 AZN müəyyən edilmişdir. Qeyd etmək lazımdır ki, iddiaçı kompensasiya qismində yeni mənzil təklif edərkən 20% artıq sahəni (90 kv.m) yalnız çıxarışda qeyd olunan 75,13 kv.m əsasında hesablamış, lakin faktiki ölçüsü 106,1 kv.m təşkil edən mənzili və ya mənzilin bütün hissələrini nəzərə almamışdır. Cavabdehə təklif olunan faktiki 106,1 kv.m mənzil əvəzinə 90 kv.m mənzil mənzil şəraitinin yaxşılaşdırılması deyil, pisləşdirilməsi hesab edilə bilər ki, bu da layihənin məqsədinə və ədalətlilik prinsipinə ziddir. Cavabdeh tərəf digər sakinlərə fərqli yanaşma tətbiq edilməsini iddia edərək mülkiyyət hüququndan sui-istifadə halının mövcud olduğunu iddia edir. Məhkəmə qeyd edir ki, çıxarış əsasında cavabdehə məxsus olan əmlakın söküntüsü üçün ədalətli və qanuni kompensasiya təmin edilməli, bununla bağlı qarşılıqlı razılıq əldə edilməlidir.İddiaçı, mənzilin özbaşına əlavə tikililərə malik olmasını əsas gətirərək kompensasiyanı yalnız çıxarışda qeyd olunan 75,13 kv.m hissəyə uyğun vermək istədiyini bildirir. Lakin, cavabdehin əsas mənzilinin çıxarışı mövcuddur. Faktiki sahə ilə çıxarışdakı sahə arasındakı fərq özbaşına tikili hesab edilsə belə, əsas qeydiyyatda olan mənzilin söküntüsü üçün qanunvericilikdə nəzərdə tutulan ədalətli kompensasiya prinsipinə əməl edilməlidir. Digər tərəfdən, cavabdehin nümayəndəsi iddia edir ki, iddiaçı tərəf çıxarışı olmayan mənzillərin sahiblərinə belə 20% əlavə olmaqla yeni mənzil təqdim etmişdir ki, bu da bu halda fərqli yanaşmanın əsassızlığını göstərir. Həmçinin məhkəmə qeyd edir ki, qeyd olunan ərazidəki torpaq sahəsi iddiaçının icarəsinə kommersiya məqsədləri üçün verilib, yəni iddiaçının binalar inşa etməsi dövlət ehtiyaclarını ödəmək məqsədini daşımır, iddiaçı həmin ərazidə çoxsaylı binalar inşa edərək qazanc əldə edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, evinin sökülməsi müqabilində ona ödəniləcək kompensasiyanın formasını (naturada və ya pulla) seçmək cavabdehin hüququdur. İddiaçı cavabdehin uzun illər əvvəl tikilmiş evinin yerində kommersiya məqsədi ilə hündürmərtəbəli yaşayış kompleksi inşa etmək məqsədi ilə həmin evi sökmək qərarına gəlibsə, onda yaradılmış şəraitə uyğun olaraq vətəndaşın xüsusi mülkiyyət hüquqi əsasında ona məxsus olan söküləcək əmlakını onun istəyinə uyğun kompensasiya etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı "kompensasiya verilməklə evin və qanunsuz tikililərin sökülməsi" tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 227və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı "kompensasiya verilməklə evin və qanunsuz tikililərin sökülməsi" tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №2(004)-632/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-632/2025
30.09.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver