Məhkəmə qərarları › İş №2(004)-6408/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-6408/2025

05.11.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-6408/2025 05.11.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Xudayev Kərim Bahəddin oğlu, İddiaçı Cavabdehnə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri" X1 1 Saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə) “qanuni sahiblik və istifadədə olma faktı və sənədlərin göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri" X1 1 Saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə) “qanuni sahiblik və istifadədə olma faktı və sənədlərin göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanındakı çoxmərtəbəli yaşayış binasının həyətində yerləşən binaya məxsus qeyri-yaşayış təyinatlı tikilinin tərkib hissəsi olan, ümumi sahəsi 40kv.m.-dən ibarət qeyri-yaşayış sahəsinin iddiaçının qanuni sahiblik və istifadəsində olması faktının müəyyən edilməsini, həmin obyektlə bağlı texniki göstəricilərin istismara aktına daxil edilməsindən ötrü müvafiq sənədlərin ( razılaşdırılma layihəsinin təsdiqli surəti, obyektini plan-sxeminin təsdiqli surəti, hüquq sahibinin sənədlərinin - maliyyə arayışı,iclas protokolu və tikilinin tərkib hissəsi sxeminin təsdiqli surətinin) 1 saylı Bakı Ərazi İdarəsinə göndərilməsi öhdəliyinin cavabdeh "xxxx"MTK-nın üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 152.1.7-ci maddələrinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası MPM-nin 149.3-cü maddəsinə əsasən iddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. Həmin Məcəllənin 152.1.7-ci maddəsinə görə bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə qeyd edir ki, iddia tələbi bir cavabdehə qarşı yönəldilsə də, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı cavabdehə qarşı bir-biri ilə əlaqədar olmayan bir neçə tələbi bir iddia ərizəsində birləşdirmişdir. Belə ki, iddia ərizəsində qeyri-yaşayış sahəsinin iddiaçının qanuni sahiblik və istifadəsində olması faktının müəyyən edilməsi tələbini və həmin obyektlə bağlı texniki göstəricilərin istismara aktına daxil edilməsindən ötrü müvafiq sənədlərin 1 saylı Bakı Ərazi İdarəsinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbini, yəni birbiri ilə əlaqədar olmayan tələbləri birləşdirilmişdir. Həmçinin iddia ərizəsindən görünür ki, iddiaçı tərəfindən irəli sürülən “qeyri-yaşayış sahəsinin iddiaçının qanuni sahiblik və istifadəsində olması faktının müəyyən edilməsi” tələbi xüsusi iddia icraatı qaydasında baxılan tələblərə, digər “həmin obyektlə bağlı texniki göstəricilərin istismara aktına daxil edilməsindən ötrü müvafiq sənədlərin 1 saylı Bakı Ərazi İdarəsinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi isə iddia icraatı qaydasında baxılan tələblərə aiddir. Belə olduğu təqdirdə, həmin tələblər bir icraatda baxıla bilməz və ona görə də, iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Qeyd olunan Məcəllənin 308-ci maddəsinə görə isə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə görə, ərizənin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, qanunvericiliyin yuxarıda qeyd edilən normalarına riayət edilmədiyi üçün İddiaçı Cavabdehnə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri" X1 1 Saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə) “qanuni sahiblik və istifadədə olma faktı və sənədlərin göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalı, ona qeyd olunan nöqsan aradan qaldırıldıqdan sonra məhkəməyə yenidən müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 152, 152.1.6, 263-264cü maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdehnə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri" X1 1 Saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə) “qanuni sahiblik və istifadədə olma faktı və sənədlərin göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, qərarın təsviri hissəsində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra təkrarən ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar