Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-6423/2025 09.02.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Səfərova Nəzrin Şahlar qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Qanuni nümayəndə, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" QSC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, İlkin iddia üzrə iddiaçı Qanuni nümayəndə ilkin iddia üzrə cavabdeh "xxxx" QSC-yə qarşı "depozit seyfinə hüququn tanınması və depozit seyfinin iddiaçının iştirakı ilə açılması" tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" QSC-nin qarşılıqlı iddia üzrə cavabdehlər Cavabdeh2 (qanuni nümayəndəsi Qanuni nümayəndə), Cavabdeh3 və Cavabdeh4 qarşı "kirayə müqaviləsinin ləğvi, depozit seyfinin açılması və ondan istifadəyə görə icarə haqqının ödənilməsi" tələbinə dair mülki işə məhkəmənin inziabti binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T Dİ İddiaçı Qanuni nümayəndə cavabdeh "xxxx" QSC-yə qarşı "depozit seyfinə hüququn tanınması və depozit seyfinin iddiaçının iştirakı ilə açılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" QSC-nin hərəkətinin qanunsuz hesab edilməsi, qızı Cavabdeh2 mərhum X4 qalmış "xxxx" QSC-də yerləşən depozit seyfində saxlanılanlara hüququnun tanınması, "xxxx" QSC-də mərhum X5 adına depozit seyfinin vərəsənin qanuni nümayəndəsinin iştirakı ilə açılmasının "xxxx" QSC-yə öhdəlik qoyulması, ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, o, X8 ilə faktiki nikaha daxil olmuşdur. Faktiki nikahdan xx.xx.2017-ci il təvəllüdlü Cavabdeh2 adlı qızları olmuşdur. 16 iyul 2024cü ildə X8 vəfat etmişdir. Onun ölümündən sonra 46 saylı notariat kontorunda vərəsəlik işi açılmışdır. Notariusun sorğusuna əsasən "xxxx" QSC-də depozit seyfi mövcud olduğu müəyyən edilmişdir. Notarius depozit qutusuna qızına vərəsəlik haqqında şəhadətnamə vermişdir. Həmin şəhadətnaməni banka təqdim etsə də, bank mərhum X5 depozit qutusunun kirayə müqaviləsinə əsasən borcu olduğuna görə seyfi açmaqdan imtina etdi və bildirdi ki, 2960 manat borc ödədikdən sonra seyf açıla bilər. Hesab edir ki, cavabdehin hərəkəti (hərəkətsizliyi) qanunsuzdur və qızının hüquqlarına toxunur. Qeyd edir ki, X5 heç vaxt depozit seyfinin icarə müqaviləsi ilə bağlı borcu ola bilməzdi. O imkanlı şəxs idi, həmişə illik ödənişlər edirdi. Necə olur ki, depozit seyfi aşkar olunduqda, Bank dərhal onun borcu olmasını bildirdi. Bankın dediyinə görə sonuncu dəfə ödəniş 2022-ci ilin yanvar ayında ödəniş etmişdir. Nəyə görə bank iki ildən çox borc olması barədə mərhum X6 bildirməyib? Bütün bu şübhələr onu bildirir ki, X5 borcu olmayıb. Cavabdeh "xxxx" QSC qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, MFS 63 saylı xx.xx.2020-ci il tarixli kirayə müqaviləsinin ləğv edilməsi, 47 saylı depozit seyfinin açılaraq orada olan əmlakın "xxxx" QSC-nin saxlancına verilməsi, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tərəfindən depozit seyfinin icarəsi üçün ödənilməli olan 2960 manat icrarə haqqının tutulması, iddianın məhkəməyə verilməsi üçün nəzərdə tutulmuş 49,60 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının əvəzinin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tərəfindən verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, X8 ilə "xxxx" QSC arasında bağlanmış MFS 63 saylı xx.xx.2020-ci il tarixli bank seyfinin kirayəsi müqaviləsinə əsasən, 47 saylı 150x290x450 ölçülü bank seyfi 6 ay müddətinə cavabdeh X1 verilmişdir. Kirayə müqaviləsinin 10.1-ci maddəsində müəyyən edilmişdir ki, bu müqavilə hər iki tərəf imzaladığı andan qüvvəyə minir. Bundan sonra cavabdeh X8 tərəfindən müqavilənin xitam verilməsi ilə bağlı hər hansı bir müraciət etməmişdir. Həmin müqavilənin 10.2-ci maddəsinə əsasən müqavilənin qüvvədə olma müddəti bitdikdən sonra 30 gün ərzində "kirayəçi" növbəti dövr üçün "bank"ın həmin tarixdə olan planına əsasən kirayə haqqını ödəməklə, kirayə haqqının ödədiyi dövr üçün kirayə müddətini uzada bilər. X8 tərəfindən kirayə müqaviləsinin bitməsi ilə əlaqədar xitam verilməsinə dair müraciəti olmamış, istifadə olunan depozit seyfi Banka təhvil verilməmişdir. O, müqavilə şərtlərini əsaslı şəkildə pozduğuna görə müqavilə ləğv edilməli və həmçinin orada saxlanılan saxlanc bankın saxlancına verilməlidir. MFS 63 saylı xx.xx.2020-ci il tarixli müqavilənin 3.1-ci bəndinə əsasən, kirayə haqqı kirayənin bütün müddəti üçün kirayəçinin Bank seyfindən faktiki istifadə edib etməməsindən asılı olmayaraq, Bank tərəfindən əvvəlcədən müəyyən edilmiş və www.accessbank.az internet səhifəsində yerləşdirilmiş tariflər əsasında "Kirayəçi" tərəfindən əvvəlcədən birdəfəlik ödənilir. Həmin müqavilənin 3.3-cü bəndinə əsasən, kirayə müddəti bitdikdən sonra "Kirayəçi" tərəfindən müddəti uzadılmadıqda və seyf geri qaytarılmadıqda, gecikdirilmiş hər ay üzrə ikiqat kirayə haqqı hesablanır, "Kirayəçi" tərəfindən Banka ödənilməlidir. Həmin müqavilənin 3.4-cü bəndinə əsasən, Kirayə müddəti bitdikdən sonra "Kirayəçi" tərəfindən müddəti uzadılmadıqda və seyf geri qaytarılmadıqda, hər növbəti ayın Kirayə haqqı gündəlik deyil, tam 1 (bir) ay üçün hesablanaraq banka ödənilir. Yəni 150x290x450 ölçülü bank seyfi 1 ay müddətinə icarə haqqı 40 manat müəyyən edilmişdir. xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, X8 tərəfindən xx.xx.2022-ci il tarixinədək depozit seyfi üçün nəzərdə tutulmuş xidmət haqqı ödənilmişdir. Beləliklə, depozit seyfindən istifadəyə görə müəyyən olunmuş 37 ay müddəti üzrə (xx.xx.2022-ci il tarixdən bu günədək müddət 37 ay təşkil edir) 2960 manat (37 \times 40 \times 2 = 2960 manat) icarə haqqı cavabdeh X4 "xxxx" QSC-nin xeyrinə tutulmalıdır. Bununla yanaşı müqavilə müddəti bitdiyi vaxtdan bu günədək Banka depozit seyfindən istifadəyə görə icarə haqqı ödənilməmiş və həmin dövrdə Bank depozit seyfinin istifadəsi imkanlarından məhrum olmuşdur. Bununla bağlı xx.xx.2024-cü il tarixdə xəbərdarlıq məktubu ilə X6 müqavilənin müddətinin bitdiyi, müqavilənin yenilənməsi və ya seyf açarlarının "xxxx" QSC-yə verilməsi bildirilmiş, əks təqdirdə bu barədə məhkəməyə müraciət olunacağına dair məktub göndərilmişdir. Bundan sonra Bakı şəhəri Səbail Rayon Məhkəməsinə kirayə müqaviləsinin ləğvi, depozit seyfinin açılması və ondan istifadəyə görə icarə haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət edilmişdir. Birinci instansiya məhkəməsinin prosesi gedişində notariat orqanı tərəfindən AccessBank QSCyə sorğu daxil olmuş, X5 depozit seyfi barəsində məlumat verilmişdir. Nəticədə 21 iyun 2025-ci il tarixli vərəsəlik şəhadətnaməsi əsasında Cavabdeh2, X10 və Cavabdeh4 1/3 hissədə miras üzrə pay almış və vərəsə təyin edilmişdir. Yekun olaraq, "xxxx" QSC tərəfindən mərhum X6 qarşı irəli sürülmüş iddiaya dair mülki iş üzrə icraata xitam verilmişdir. Qeyd edilən müddəalardan da göründüyü kimi müqavilənin ləğvi üçün əsas şərt müqavilə tərəflərinin onun qanunda göstərilən nəticələrə səbəb olan əhəmiyyətli dərəcədə pozulması ilə bağlıdır. İşin hallarından da göründüyü kimi, cavabdeh müqavilənin əsas şərtlərindən birini, yəni müəyyən edilmiş icarə haqqını ödəməməklə öhdəliyini pozmuşdur. İcarə haqqı tərəflər arasında bağlanmış müqavilənin ən mühüm şərtidir və iddiaçının müqavilə bağlanarkən icarə haqqının ona verəcəyi maddi üstünlüyə ümid edərək müqaviləni bağlaması şübhəsizdir X8 isə icarə haqqını ödəməməklə iddiaçı "xxxx" QSC-ni həmin üstünlükdən (gəlirdən) məhrum etmişdir. İcarə müqaviləsində verilən bu anlayışlardan göründüyü kimi, icarə müqaviləsi real müqavilədir və bu müqavilə icarə obyektinin icarəçinin istifadəsinə verildiyi vaxtan bağlanmış sayılır. İcarə verənin əsas öhdəliyi əmlakı icarəçinin istifadəsinə vermək, icarəçinin əsas öhdəliyi isə icarə obyektini qəbul edib razılaşdırılmış vaxt üzrə icarə haqqı ödəməkdən ibarətdir. Göründüyü kimi, iddiaçı "xxxx" QSC icarə haqqı müəyyən edilməklə 47 saylı depozit seyfini cavabdehin istifadəsinə vermiş, cavabdeh isə seyfdən istifadə üçün icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. Lakin xx.xx.2022-ci il tarixindən sonra icarə müqaviləsinə xitam verilməsi barədə məlumat verməmiş və bu günədək icarə haqqını ödəməkdən imtina etmişdir. Hazırda vərəsələr tərəfindən miras qəbul edilmiş xx.xx.2025-ci il tarixli vərəsəlik şəhadətnaməsi əsasında Cavabdeh2, X10 və Cavabdeh4 1/3 hissədə miras üzrə pay müəyyən edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6423/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə ilkin iddia üzrə cavabdeh "xxxx" QSC-nin ilkin iddia üzrə iddiaçı Qanuni nümayəndə və cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı "kirayə müqaviləsinin ləğvi, depozit seyfinin açılması və ondan istifadəyə görə icarə haqqının ödənilməsi" tələbinə dair qarşılıqlı iddia ərizəsi icraata qəbul edilmişdir. Cavabdeh "xxxx" QSC məhkəməyə iddia tələbinə etiraz ünvanlayaraq, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(009)-1001/2025 saylı qətnaməsinə əsasən, "xxxx" QSC-nin Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı məhkəmə işi qismən təmin edilərək, 47 saylı depozit seyfi açılaraq orada olan əmlak (icarə haqqı ödənildikdən sonra cavabdehlərə qaytarılması şərtilə) "xxxx" QSC-nin saxlancına verilməsi, depozit seyfinin icarəsi üçün ödənilməli olan 2960 (iki min doqquz yüz altmış) manat icarə haqqı, 39,60 (otuz doqquz manat altmış qəpik) ödənilmiş dövlət rüsumu və 0,40 manat xidmət haqqının əvəzi cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 tutularaq iddiaçı "xxxx" QSC-yə ödənilməsi qərara alınmışdır. Məhkəmə qərarından narazı olan Cavabdeh2 qanuni nümayəndəsi apellyasiya şikayəti ilə müraciət edərək, Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(009)-1001/2025 saylı qətnaməsi ləğv edilməsini xahiş etmişdir. Apellyasiya yekun məhkəmə aktı qəbul etsədə həmin qərar qanuni qüvvəsini almamışdır. Eyni zamanda iddiaçı iddia tələbində AccessBank QSC-nin əməllərinin qanunsuz hesab edilməsini bildirmiş lakin hansı əməlin qanunsuz olmasını konkret olaraq göstərməmişdir. İddianın növbəti hissəsində vərəsəlik hüququ ilə bankda yerləşən depozit seyfində saxlanılanlara hüququ tanınmasını istəmişdir. Qeyd etmək istərdik ki, birinci instansiya məhkəməsinin prosesi gedişində notariat orqanı tərəfindən AccessBank QSC-yə sorğu daxil olmuş, X5 depozit seyfi barəsində məlumat verilmişdir. Nəticədə 21 iyun 2025-ci il tarixli vərəsəlik şəhadətnaməsi əsasında Cavabdeh2, X10 və Cavabdeh4 1/3 hissədə miras üzrə pay almış və vərəsə təyin edilmişdir. Yəni, hissəsində iddianın tələbi üzrə hüquqlar onsuz da notariat orqanı tərəfindən tanınmışdır. Növbəti hissədə iddiaçı depozit qutusunun qızının qanuni nümayəndəsinin iştirakı ilə açılmasını tələb edir. X8 ilə "xxxx" QSC arasında bağlanmış MFS 63 saylı xx.xx.2020-ci il tarixli bank seyfinin kirayəsi müqaviləsinə əsasən, 47 saylı 150x290x450 ölçülü bank seyfi 6 ay müddətinə X1 verilmişdir. Depozit seyfindən istifadəyə görə müəyyən olunmuş 37 ay müddəti üzrə (xx.xx.2022-ci il tarixdən bu günədək müddət 37 ay təşkil edir.) 2960 manat (37x40x2 = 2960 manat) icarə haqqı X4 "xxxx" QSC-nin xeyrinə tutulmalıdır. Həmin müqaviləyə əsasən, seyf məhkəmə qərarı əsasında açıla bilər. Daxili prosedur əsasında seyf müqavilə bağlanan şəxsin hazırki vəziyyətdə isə vərəsələrin iştirakı ilə açılacaqdır. Hazırda iddiaçı tərəfindən mübahisələndirilən bütün tələblər faktiki olaraq öz əksini tapmışdır və mövcud məsələ ilə bağlı iddiaçının irəli sürdüyü tələblərlə bağlı hər hansı bir mübahisə predmeti mövcud deyildir. Məhkəmə iclasında iştirak edən İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Qanuni nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini, qarşılıqlı iddianı isə qəbul etməyərək, onun rədd edilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, seyf açılandan sonra orada vəsait olsa, ödəniş edəcəkdir. Həmçinin, keçmiş həyat yoldaşı heç vaxt borc saxlamırdı. Məbləğ bank tərəfindən keçmiş həyat yoldaşından tələb edilməli idi. Notariusa müraciət ediləndə bank məlumat verməyib. Bank sorğu veriləcəyini bildirmiş və daha sonra seyfin mövcudluğu müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" QSC-nin nümayəndəsi Nümayəndə ilkin iddianı qəbul etməmiş, qarşılıqlı iddianı isə müdafiə edərək, onun məzmununa uyğun izahat vermiş və qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, seyfin açılmasında onlar da maraqlıdır. Belə ki, hal-hazırda ondan istifadə edə bilmirlər. Aralarında kirayə müqaviləsi imzalanıb və 2 ildən artıq müddətdir ki, ödəniş edilməyib. Müqavilənin xitam edilməsi və ya ödəniş edilərək davam etdirilməsi barədə müraciət edilməlidir. Lakin, hər iki şərt icra edilməmişdir. Ən son ödəniş tarixi xx.xx.2021-dir. Qarşı tərəf etiraz etmədikdə faktiki olaraq seyfdən istifadə etməyə davam edir. Kirayə haqqı isə seyfdən istifadə edilməsə belə, müqavilə qüvvədə olduğu müddətdə ödənilməlidir. 2 il müddətində ödəniş edilmədiyinə görə borc yığılmışdır. Həmin borc məbləği vərəsələr arasında bölünməlidir. Məhkəməyə müraciət edəndə şəxsin vəfat etdiyini müəyyən etmişdilər. Qarşı tərəfin sorğusu onlara daxil olduqdan sonra bütün məlumatları təqdim etmiş və notariat orqanına məlumat verilmişdir. Depozit seyfində əmlak varsa, bank onu mənimsəmir. Vətəndaş borcu ödədikdən sonra əşya saxlancdan götürülür. Onlar seyfi yalnız məhkəmə qərarı ilə aça bilərlər. Verilən suallara cavab olaraq bildirmişdir ki, kirayə müqaviləsi xx.xx.2020-ci il tarixdə bağlanmışdır və 2022-ci ilin yanvar ayında müddəti qurtarmışdır. Müqavilə bağlayan şəxs onların daimi müştərisi olmuşdur. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin və qarşılıqlı iddia tələbləri qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: 4 saylı Bakı “ASAN xidmət” Mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı 917953 nömrəli Doğum haqqında şəhadətnamədən görünür ki X9 xx.xx.2017-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 1442 nömrə ilə qeyd edilmişdir. X3, anası Qanuni nümayəndədır. Cavabdeh1 QSC (Bank) ilə X8 (İcarəçi) arasında bağlanmış xx.xx.2020-ci il tarixli MFS 63 saylı bank seyfinin kirayəsi müqaviləsindən görünür ki, icarəçiyə 6 ay müddətinə, xx.xx.2021-ci ilə tarixinədək 47 saylı seyf kirayəyə verilmişdir. Həmin müqavilənin 3.1-ci maddəsindən görünür ki, kirayə haqqı kirayənin bütün müddəti üçün kirayəçinin bank seyfindən faktiki istifadə edib-etməməsindən asılı olmayaraq, bank tərəfindən müəyyən edilmiş və www.accessbank.az internet səhifəsində yerləşdirilmiş tariflər əsasında kirayəçi tərəfindən əvvəlcədən birfədəlik ödənilir. Həmin müqavilənin 3.3-cü maddəsindən görünür ki, kirayə müddəti bitdikdən sonra kirayəçi tərəfindən kirayə müddəti uzadılmadıqda və seyf geri qaytarılmadıqda gecikdirilmiş hər ay üçün aylıq ikiqat kirayə haqqı hesablanır və kirayəçi tərəfindən banka ödənilməlidir. Həmin müqavilənin 3.4-cü bəndinə əsasən, Kirayə müddəti bitdikdən sonra “Kirayəçi” tərəfindən müddəti uzadılmadıqda və seyf geri qaytarılmadıqda, hər növbəti ayın Kirayə haqqı gündəlik deyil, tam 1 (bir) ay üçün hesablanaraq banka ödənilir. Həmin müqavilənin 7.1-ci maddəsindən görünür ki, şağıda göstərilən hallarda "Bank" Seyfin məcburi açılmasını həyata keçirə bilər: Saxlanc predmetinin bu müqavilənin 4.7.-cı bəndində göstərilən xassəli olmasına şübhə yarandıqda və "Kirayəçi" şəxsən və ya onun səlahiyyətli nümayəndəsi "Bank”da olmadıqda, yaxud seyfi könüllu açmaqdan imtina etdikdə; "Kirayəçi"nin yazılı müraciəti əsasında, Seyfin hər 2 (iki) açarı itirildikdə və ya zədələndikdə; Məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda; Qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda. Həmin müqavilənin 10.1-ci maddəsindən görünür ki, bu müqavilə hər iki tərəfin imzaladığı andan qüvvəyə minir və xx.xx.2021-ci il tarixinədək müddətinə etibarlıdır. TT20217WD75Y nömrəli xx/xx/2020-ci il tarixli mədaxil orderindən görünür ki, X8 tərəfindən fərdi seyfin icarəsi məqsədi ilə 150 manat məbləğində pul bankın hesabına ödənilmişdir TT21034T62VY nömrəli xx.xx.2021-ci il tarixli mədaxil orderindən görünür ki, X8 tərəfindən fərdi seyfin icarəsi məqsədi ilə 300 manat məbləğində pul bankın hesabına ödənilmişdir. Bakı şəhəri Səbail rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 424761 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X8 xx.xx.2024-cü il tarixində Bakı şəhərində geroinlə zəhərlənmə səbəbindən ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 399 nömrə ilə qeyd edilmişdir. "xxxx" QSC tərəfindən X6 ünvanlanmış xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, X8 xx.xx.2024-cü il tarixinədək Bank qarşısında olan öhdəlikləri yerinə yetirərək seyfi boşaldıb, açarlarını təhvil vermədiyi təqdirdə tələblərinin təmin olunması üçün tərəflərindən məhkəməyə müraciət olunacaqdır. "xxxx" MMC tərəfindən "xxxx" QSC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, xx.xx.2024-cü il tarixində Accessbank QSC tərəfindən Mega Post Service" MMC sürətli poçt xidməti vasitəsilə (129842) nömrəli qaimə ünvan 1 ünvanına X8 adına məktub göndərilmişdir. Kuryer göstərilən əraziyə getmiş, lakin qeyd olunan şəxs ünvandan köçdüyünə görə məktub Accessbank QSC-yə geri qaytarılmışdır. ünvan 2ariat ofisi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli Qanun üzrə X7 Şəhadətnamədən görünür ki, xx.xx.2024-cü il tarixində vəfat etmiş - X5 vərəsələri: qızı - Cavabdeh2; oğlu - Cavabdeh3 və oğlu - Cavabdeh4dur və onların hər biri miras əmlakdan 1/3 hissədə irs almalıdırlar. Şəhadətnamə verilən miras əmlak "xxxx" QSC-nin OUT- 2025/06/13-77 saylı arayışına əsasən AccessBank QSC-də olan 47 saylı, 150x290x450 ölçülü depozit qutusundan ibarətdir. Baki şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1001/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, 47 saylı depozit seyfinin açılaraq orada olan əmlak (icarə haqqı ödənildikdən sonra cavabdehlərə qaytarılması şərtilə) Cavabdeh1 QSC-nin saxlancına verilməsi, depozit seyfinin icarəsi üçün ödənilməli olan 2960 (iki min doqquz yüz altmış) manat icarə haqqı, 39,60 (otuz doqquz manat altmış qəpik) ödənilmiş dövlət rüsumu və 0,40 manat xidmət haqqının əvəzinin cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 tutularaq iddiaçı Cavabdeh1 QSC-yə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5355/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 11 avqust 2025-ci il tarixli qətnamə ləğv edilmiş, iddiaçı Cavabdeh1 QSC tərəfindən mərhum X6 qarşı irəli sürülmüş iddiaya dair mülki iş üzrə icraata xitam verilmişdir. Həmin qərardadın məzmunundan görünür ki, “...iddia ərizəsi Rayon Məhkəməsinə daxil olan zaman cavabdeh Elxan Səlimov təxminən 10 ay əvvəl vəfat etmişdir. Bu baxımdan müəyyən edilir ki, Elxan Səlimov hazırkı iş üzrə tərəf olmamış və tərəf kimi sıradan çıxmamışdır. Buna görə də, onun məhkəmə icraatı zamanı varislə ilə əvəz edilməsi mümkün deyil. Başqa sözlə Elxan Səlimova qarşı yönəlmiş iddia ərizəsi icraata qəbul edilə və mahiyyəti üzrə baxıla bilməzdir. X11 ölməsi barədə məlumat iş materiallarına əlavə edildiyi halda (iş materialları səh. 54) Rayon Məhkəməsi bu hala səhv yanaşmış, yuxarıda qeyd edildiyi kimi, mərhumu varislər ilə əvəz etmişdir.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 300-cü maddəsinə əsasən, Girov aşağıdakı növlərdə ola bilər: 300.0.1. saxlanc; 300.0.2. əşyanın lombardda girovu; 300.0.3. hüquqların girovu; 300.0.4. pul vəsaitinin girovu; 300.0.5. sabit girov; 300.0.6. dövriyyədəki malların girovu. 301-ci maddəsinə əsasən, Saxlanc elə girovdur ki, onun predmeti girov saxlayanın sahibliyinə verilir. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 423.1-ci maddəsinə əsasən, Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. 423.2-ci maddəsinə əsasən, Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. 425.1-ci maddəsinə əsasən, Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən, Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.5-ci maddəsinə əsasən, Əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır. 445.8-ci maddəsinə əsasən,. Kreditor borclunun icranı gecikdirməsi nəticəsində icraya marağını itirdikdə, icranı qəbul etməkdən imtina edə və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Nə qədər ki, öhdəlik kreditorun gecikdirməsi nəticəsində icra edilə bilmir, borclu icranı gecikdirmiş sayılmır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 448.4-cü maddəsinə əsasən, borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. 468.1-ci maddəsinə əsasən, Borcluya və ya borclunun göstərdiyi şəxsə verilməli əmlak kreditorda olduqda, əgər borclu həmin əmlakı ödəmək və ya kreditora bununla bağlı xərclərin və digər zərərin əvəzini ödəmək öhdəliyini vaxtında icra etməzsə, kreditorun həmin əmlakı müvafiq öhdəlik icra edilənədək saxlamaq ixtiyarı vardır. 558.1-ci maddəsinə əsasən, əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur. 675-ci maddəsinə əsasən, əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. 697.1-ci maddəsinə əsasən, kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur. Torpaq sahəsinin kirayəçisi kirayəyə götürdüyü torpaq sahəsini kirayəyə verənə qarşı pretenziyaları əsasında saxlamaq hüququna malik deyildir. Kirayəçi əşyanı hər hansı üçüncü şəxsin istifadəsinə verdikdə kirayəyə verən kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra üçüncü şəxsdən həmin əşyanı qaytarmağı tələb edə bilər. 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddəsinə əsasən, İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər 700.3-cü maddəsinə əsasən, əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Banklar haqqında Azərbaycan Respublikasinin Qanununun 32.1.12-ci maddəsinə əsasən, Banklar, Mərkəzi Bankdan aldığı bank lisenziyasında qadağan edilməmişdirsə, sənədləri və qiymətliləri, o cümlədən pul vəsaitlərini saxlanca qəbul etmək (xüsusi otaqlarda və ya seyf qutularında saxlamaq) kimi fəaliyyət növü ilə məşğul ola bilərlər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 QSC ilə X8 arasında bağlanmış xx.xx.2020-ci il tarixli MFS 63 nömrəli “bank seyfinin kirayəsi” müqaviləsinə əəsasən, bank kirayəçiyə bankın depozitarisində yerləşən 47 saylı seyfi kirayəyə verməyi, X8 isə aylıq xidmət haqqı ödəməyi öhdəsinə götürmüşdür. 150x290x450 ölçülü bank seyfi 1 ay müddətinə icarə haqqı 40 manat müəyyən edilmiş, sonuncu dəfə X8 tərəfindən xx.xx.2022-ci il tarixinədək depozit seyfi üçün nəzərdə tutulmuş xidmət haqqı ödənilmiş, lakin bu tarixdən sonra xidmət haqqı ödənilməməsinə baxmayaraq depozit seyfi banka geri qaytarılmamışdır. X8 xx.xx.2024-cü il tarixində vəfat etmişdir. ünvan 2ariat ofisi tərəfindən onun vərəsələrinə xx.xx.2025-ci il tarixli Qanun üzrə X7 Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədən görünür ki, xx.xx.2024-cü il tarixində vəfat etmiş - X5 vərəsələri: qızı - Cavabdeh2; oğlu - Cavabdeh3 və oğlu - Cavabdeh4dur və onların hər biri miras əmlakdan 1/3 hissədə irs almalıdırlar. Şəhadətnamə verilən miras əmlak "xxxx" QSC-nin OUT-2025/06/13-77 saylı arayışına əsasən AccessBank QSC-də olan 47 saylı, 150x290x450 ölçülü depozit qutusundan ibarətdir. Həmin şəhadətnamə banka təqdim edilsə də, bank mərhum X5 depozit qutusunun kirayə müqaviləsinə əsasən borcu olduğuna görə seyfi açmaqdan imtina etmiş və borc ödənildikdən sonra seyfin açıla biləcəyini qeyd etmişdir. Hazırda ilkin iddia üzrə iddiaçı depozit seyfinə hüququn tanınması və depozit seyfinin iddiaçının iştirakı ilə açılmasını, qarşılıqlı iddia üzrə iddiaçı isə kirayə müqaviləsinin ləğvi, depozit seyfinin açılması və ondan istifadəyə görə icarə haqqının ödənilməsini tələb edir. İlkin iddia tələbinə münasibətdə məhkəmə qeyd edir ki, ilkin iddia tələbi qismən əsaslıdır. Belə ki, qanunvericiliyin yuxarıda göstərilən tələblərindən göründüyü kimi vərəsəlik zamanı ölənin əmlakı (miras) başqa şəxslərə (vərəsələrə) keçir. Notarius artıq vərəsəlik şəhadətnaməsi verdiyi üçün Cavabdeh2 vərəsəlik hüququ artıq rəsmən tanınmışdır. Buna görə də, bu fakt artıq notarial qaydada təsdiq edildiyindən, məhkəmənin yenidən hüququn tanınması hissəsində iddianı təmin etməsi üçün hüquqi əsaslar yoxdur. İlkin iddia tələbinin depozit seyfinin iddiaçının iştirakı ilə açılması hisəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, Qanunvcericiliyə və Bank seyfinin kirayəsi müqaviləsinin 7.1-ci bəndinə əsasən Bank vərəsələrin öz əmlakına çıxışını təmin etməlidir. Lakin tərəflər arasında borc məbləği və depozit seyfinin açılması şərtləri barədə mübahisə olduğundan, məhkəmə vərəsələrin mülkiyyət hüququnu qorumaq üçün depozit seyfinin X5 vərəsələrinin (və Cavabdeh2 qanuni nümayəndəsi Qanuni nümayəndə) iştirakı ilə açılması öhdəliyinin Bankın üzərinə qoyulmasınə məqsədə uyğun hesab edir. Məhkəmə qarşılıqlı iddia tələbinin müqavilənin ləğv edilməsi hissəsinə münasibətdə qeyd edir ki, qarşılıqlı iddia tələbi həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, müqavilənin 10.3-cü bəndinə əsasən bu müqavilənin qüvvədə olma müddəti bitdikdən 30 (otuz) gün sonra "Kirayəçi" kirayə müddətini uzatmaq istədikdə, Müqavilənin 3.3-cü bəndinə əsasən gecikdirilmiş hər ay üçün ikiqat kirayə haqqını Banka ödədikdən sonra növbəti dövr üçün "Bank"ın həmin tarixdə qüvvədə olan Tarif planı əsasında kirayə haqqını ödəməklə, kirayə haqqını ödədiyi dövr üçün kirayə müddətini uzada bilər. Kirayənin uzadılma müddəti ödəniş sənədində göstərilir. Tərəflər arasında müqavilə münasibətlərinə X5 xx.xx.2024-cü ildə vəfat etməsi ilə əlaqədar xitam verilmişdir. Məhkəmə qeyd edir ki, müqavilənin ləğvi tərəflərdən birinin və ya hər ikisinin iradəsi (razılığı) ilə qüvvədə olan müqaviləyə vaxtından əvvəl son qoyulmasıdır. Hazırda hərəflər arasında müqaviləyə xitam verildiyi halda, məhkəmə qaydasında onun ləğvinin hüquqi əsası yoxdur. Məhkəmə qarşılıqlı iddia tələbinin “47 saylı depozit seyfinin açılaraq orada olan əmlakın Cavabdeh1 QSC-nin saxlancına verilməsi” hissəsinə münasibətdə hesab edir ki, iddia həmin hissədə əsaslıdır. Belə ki, Mülki Məcəllənin 697.1-ci maddəsində göstərilmişdir ki, kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur. Göstərilən müddəanın müəyyən etdiyi imperativ qaydanı, eləcə də bankla icarəçi arasında bağlanmış müqavilənin ləğv edilməsini nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, icarəsinə verilmiş 47 saylı depozit seyfi qarşılıqlı iddia üzrə iddiaçıya qaytarılmalıdır. Məhkəmə qeyd edir ki, icarə obyektinin qaytarılması, həm də onun açılmaqla Banka qaytarılmasını ehtiva etməlidir. Belə ki, həmin depozit seyfi banka məxsusdur və o seyfin icarəyə verilməsi ilə gəlir əldə edir. Göründüyü kimi, depozit seyfinin bağlı halda qarşılıqlı iddia üzrə iddiaçıya qaytarılması onun sonradan digər şəxslərə yenidən icarəyə verilməsi imkanını aradan qaldırır ki, bu da nəticədə Bankın mülkiyyət hüququnun məhdudlaşdırılması ilə nəticələnə bilər. Odur ki, depozit seyfinin qarşılıqlı iddia üzrə iddiaçıya qaytarılması onun açılması ilə eyni zamanda həyata keçirilməli və vərəsələrə məxsus olan əmlak onlar tərəfindən götürülənə qədər bankın saxlancına verilməlidir. Məhkəmə qarşılıqlı iddia tələbinin depozit seyfinin icarəsi üçün ödənilməmiş 2960 manat icarə haqqının tutulması hissəsində hesab edir ki, iddia həmin hissədə qismən əsaslıdır. Belə ki, iş materiallarından görünür ki, ölçüləri 150x290x450 olan seyfin 1 aylıq icarə haqqı 40 manat, 6 aylıq icarə haqqı 150 manat, 12 aylıq icarə haqqı 300 manat təşkil edir. Qarşılıqlı iddianın mahiyyətindən da görünür ki, bank xx.xx.2022-ci ildən 2024cü ilin avqust ayınadək olan dövr üçün aylar üzrə pulu tələb edir. Məhkəmə hesab edir ki, şəxs öldükdən sonra (2024-cü ilin iyul ayından sonrakı dövr üçün) vərəsələrin banka borclarının hesablanmağa davam etməsi qanunsuz olardı, çünki onlar seyfdən istifadə etməmişdirlər və bankın seyfi açmaq barədə xəbərdarlığı vərəsələrə deyil, ölmüş şəxsə ünvanlanmışdır. Bundan başqa Bank 2 il ərzində (2022-2024-cü illər ərzində) borcun ödənilməməsinə baxmayaraq, müqaviləni ləğv etməmiş və seyfi vaxtında boşaltmamışdır. Buna görə də, məhkəmə borcun hesablanmasını yalnız mərhum X2 olduğu və seyfdən faktiki istifadə etmək imkanı olduğu dövrlə məhdudlaşdırılmasını məqsədə uyğun hesab edir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh2 (qanuni nümayəndəsi Qanuni nümayəndə vasitəsilə), Cavabdeh3 və Cavabdeh4 depozit seyfinin icarəsi üçün ödənilməmiş 1200 (30 ay x 40 manat = 1200 manat) manat pul müştərək qaydada tutularaq "xxxx" QSC-yə ödənilməlidir. Beləliklə yuxarıda qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, ilkin iddia üzrə iddiaçı Qanuni nümayəndə ilkin iddia üzrə cavabdeh "xxxx" QSC-yə qarşı "depozit seyfinə hüququn tanınması və depozit seyfinin iddiaçının iştirakı ilə açılması" tələbinə dair ilkin iddiası qismən təmin edilməli, "xxxx" QSC-də X8 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, MFS 63 saylı “kirayə müqaviləsi” üzrə 47 saylı, 150x290x450 ölçülü depozit seyfinin X5 vərəsələrinin (və Cavabdeh2 qanuni nümayəndəsi Qanuni nümayəndə) iştirakı ilə açılması öhdəliyi "xxxx" QSC-nin üzərinə qoyulmalı, ilkin iddia qalan hissədə təmin edilməməli, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" QSC-nin ilkin iddia üzrə cavabdehlər Cavabdeh2 (qanuni nümayəndəsi Qanuni nümayəndə), Cavabdeh3 və Cavabdeh4 qarşı "kirayə müqaviləsinin ləğvi, depozit seyfinin açılması və ondan istifadəyə görə icarə haqqının ödənilməsi" tələbinə dair qarşılıqlı iddiası qismən təmin edilməli, xx.xx.2020-ci il tarixli, MFS 63 saylı “kirayə müqaviləsi” üzrə 47 saylı, 150x290x450 ölçülü depozit seyfi açılaraq orada olan əmlak "xxxx" QSC-nin saxlancına verilməli, cavabdehlər Cavabdeh2 (qanuni nümayəndəsi Qanuni nümayəndə vasitəsilə), Cavabdeh3 və Cavabdeh4 depozit seyfinin icarəsi üçün ödənilməmiş 1200 (bir min iki yüz) manat pul müştərək qaydada tutularaq "xxxx" QSC-yə ödənilməli, qarşılıqlı iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia üzrə iddiaçı Qanuni nümayəndə ilkin iddia üzrə cavabdeh "xxxx" QSC-yə qarşı "depozit seyfinə hüququn tanınması və depozit seyfinin iddiaçının iştirakı ilə açılması" tələbinə dair ilkin iddiası qismən təmin edilsin. "xxxx" QSC-də X8 arasında bağlanmış xx.xx.2020- ci il tarixli, MFS 63 saylı “kirayə müqaviləsi” üzrə 47 saylı, 150x290x450 ölçülü depozit seyfinin X5 vərəsələrinin (və Cavabdeh2 qanuni nümayəndəsi Qanuni nümayəndə) iştirakı ilə açılması öhdəliyi "xxxx" QSC-nin üzərinə qoyulsun. İlkin iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" QSC-nin ilkin iddia üzrə cavabdehlər Cavabdeh2 (qanuni nümayəndəsi Qanuni nümayəndə), Cavabdeh3 və Cavabdeh4 qarşı "kirayə müqaviləsinin ləğvi, depozit seyfinin açılması və ondan istifadəyə görə icarə haqqının ödənilməsi" tələbinə dair qarşılıqlı iddiası qismən təmin edilsin. xx.xx.2020-ci il tarixli, MFS 63 saylı “kirayə müqaviləsi” üzrə 47 saylı, 150x290x450 ölçülü depozit seyfi açılaraq orada olan əmlak "xxxx" QSC-nin saxlancına verilsin. Cavabdehlər Cavabdeh2 (qanuni nümayəndəsi Qanuni nümayəndə vasitəsilə), Cavabdeh3 və Cavabdeh4 depozit seyfinin icarəsi üçün ödənilməmiş 1200 (bir min iki yüz) manat pul müştərək qaydada tutularaq "xxxx" QSC-yə ödənilsin. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №2(004)-6423/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-6423/2025
09.02.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver