Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-649/2025 07.08.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, Nəcəfli İlham Əmrah oğlunun katibliyi, İddiaçı X3, İddiaçı X3 nümayəndəsi və vəkili X6 iştirakı ilə, İddiaçı X3 cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 qarşı “hərracın yekunları barədə protokolun və nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X10 cavabdehlər Cavabdeh2 MMC-yə qarşı “hərracın yekunları barədə protokolun və nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı X3 nümayəndəsi və vəkili X12 xx.xx.2025-ci il tarixli ərizə ilə məhkəməyə yazılı vəsatətlə müraciət edərək Cavabdeh1 cavabdeh qismində işə cəlb edilməsini xahiş etmişdir. Vəsatət təmin edilmişdir. İddiaçı X10 xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iddia tələbini “müvafiq fərdi yaşayış evinin satılması üçün yenidən hərrac keçirilməsi” hissəsində azaltmış, ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 413/2023 nömrəli xx.xx.2023-cü il tarixli hökmü ilə mülki iddiaçı X3 mülki iddiası qismən təmin edilmiş, vurulmuş zərərə görə 450000 manat pul və ödənilmiş 743 manat dövlət rüsumunun təqsirləndirilən şəxs X4 tutularaq mülki iddiaçıya ödənilməsi barədə hökm qəbul edilmiş və hökmün icrası Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinə həvalə edilmişdir. Hökmün icrası və borclu X7 digər şəxslər qarşısındaki öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə icra şöbəsi tərəfindən X1 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin üzərinə həbs qoyulmuş və 170930/18 nömrəli xx.xx.2023-cü il tarixli sifarişlə müvafiq evin hərrac vasitəsilə satışı Cavabdeh2 MMC-yə həvalə edilmişdir. Həmin hərrac qanunsuz formada həyata keçirilmiş, əmlakın hərracda satışına dair elan verilməmiş, əmlakın ilkin satış qiyməti 100.000 manat müəyyən edilsə də, 71.000 manat dəyərində satılmışdır. Odur ki, hərracın nəticələri etibarsız hesab edilməlidir. İddiaçı X10 məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddiaçı X3 nümayəndəsi və vəkili X12 məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasında iştirak etməmişlər. İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-413/2023 nömrəli xx.xx.2023-cü il tarixli hökmünə əsasən müəyyən edilir ki, mülki iddiaçı X3 mülki iddiası qismən təmin edilmiş, vurulmuş zərərə görə 450000 manat pul və ödənilmiş 743 manat dövlət rüsumunun X4 tutularaq mülki iddiaçı X5 ödənilməsi hökm edilmişdir. Həmin hökmdən təqsirləndirilən şəxs X13 tərəfindən apellyasiya şikayəti verilsə də, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(103)-1356/2023 nömrəli qərarı ilə hökm dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin 2(004)- 5344/2020 nömrəli xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən müəyyən edilir ki, cavabdeh X4 68000 manat pul tutularaq iddiaçı X9 xeyrinə ödənilməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli xx/xx-150960/18 nömrəli məktuba əsasən müəyyən olunur ki, Bakı şəhəri Yasamal rayon İcra Şöbəsi tərəfindən hərracın keçirilməsi barədə xx.xx.2023-cü il tarixli 170930/18 nömrəli sifariş Cavabdeh2 MMC-yə göndərilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin 28 aprel 2023-cü il tarixli QXM 3442 nömrəli məktubuna əsasən müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin bazar dəyəri 100000 manat, likvid dəyəri isə 85000 manat təşkil edir. İş materiallarında olan Cavabdeh2 MMC-nin Açıq hərracın keçirilməsinə dair xx.xx.2023-cü il tarixli bildirişə əsasən müəyyən edilir ki, ilkin satış dəyəri 100.000 manat məbləğində müəyyənləşdirilən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ilkin hərracın keçirilməsi vaxtı 13 iyun 2023-cü il saat 10:00 olmuşdur. Hərracda iştirak üçün ödənilən məbləğ 5000 manat təşkil etmişdir. İş materiallarında olan Cavabdeh2 MMC-nin Hərracın baş tutmamasına dair xx.xx.2023-cü il tarixli protokola əsasən müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair keçirilmiş ilkin hərrac baş tutmamışdır. İş materiallarında olan Cavabdeh2 MMC-nin Tərar hərracın keçirilməsinə dair xx.xx.2023-cü il tarixli bildirişə əsasən müəyyən edilir ki, ilkin satış dəyəri 90.000 manat məbləğində müəyyənləşdirilən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin təkrar hərracın keçirilməsi vaxtı 25 iyun 2023-cü il saat 10:00 olmuşdur. Hərracda iştirak üçün ödənilən məbləğ 4500 manat təşkil etmişdir. İş materiallarında olan Cavabdeh2 MMC-nin Hərracın baş tutmamasına dair xx.xx.2023-cü il tarixli protokola əsasən müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair keçirilmiş təkrar hərrac baş tutmamışdır. İş materiallarında olan Cavabdeh2 MMC-nin Tərar hərracın keçirilməsinə dair xx.xx.2023-cü il tarixli bildirişə əsasən müəyyən edilir ki, ilkin satış dəyəri 80.000 manat məbləğində müəyyənləşdirilən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin təkrar hərracın keçirilməsi vaxtı 14 iyul 2023-cü il saat 10:00 olmuşdur. Hərracda iştirak üçün ödənilən məbləğ 4000 manat təşkil etmişdir. İş materiallarında olan Cavabdeh2 MMC-nin Hərracın baş tutmamasına dair xx.xx.2023-cü il tarixli protokola əsasən müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair keçirilmiş təkrar hərrac baş tutmamışdır. İş materiallarında olan Cavabdeh2 MMC-nin Tərar hərracın keçirilməsinə dair xx.xx.2023-cü il tarixli bildirişə əsasən müəyyən edilir ki, ilkin satış dəyəri 70.000 manat məbləğində müəyyənləşdirilən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin təkrar hərracın keçirilməsi vaxtı 28 iyul 2023-cü il saat 10:00 olmuşdur. Hərracda iştirak üçün ödənilən məbləğ 3500 manat təşkil etmişdir. İş materiallarında olan Cavabdeh2 MMC-yə ünvan 2i ünvanında yaşayan Cavabdeh1 açıq hərracda iştirak etmək üçün xx.xx.2023-cü il tarixli ərizə ilə müraciət etmiş və 3500 manat beh ödəmişdir. İş materiallarında olan Cavabdeh2 MMC-nin Açıq hərracın yekunları barədə 28 iyul 2023-cü il tarixli 181/23 nömrəli Prokoluna əsasən müəyyən edilir ki, ilkin satış dəyəri 100.000 manat məbləğində müəyyənləşdirilən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi qalib alıcı, fiziki şəxs Cavabdeh1 tərəfindən 71.000 manat dəyərində əldə edilmişdir. İş materiallarında olan X14 Mərkəzi MMC-nin xx.xx.2025-ci il tarixli rəyinə əsasən müəyyən olunur ki, hərrac predmeti olmuş ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 2023-cü ilin aprel ayı üzrə bazar dəyəri 278.000 manat, likvid dəyəri isə 236.000 manat təşkil etmişdir. Aparılmış tədqiqatın dəyəri 450 (dörd yüz əlli) manat təşkil etmiş və iddiaçı X10 tərəfindən ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Mübahisənin qanuni əsası qismində aşağıdakı hüquq normaları çıxış edir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 414.1. Əgər müqavilənin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, o, hərrac keçirilməsi yolu ilə bağlana bilər. Müqavilə hərracı udan şəxslə bağlanır. Maddə 414.4. Hərrac auksion və ya müsabiqə formasında keçirilir. Ən yüksək qiymət təklif etmiş şəxs auksionda hərracı udmuş sayılır, hərracın təşkilatçısının qabaqcadan təyin etdiyi müsabiqə komissiyasının rəyinə əsasən ən yaxşı şərtlər təklif etmiş şəxs isə müsabiqə üzrə hərracı udmuş sayılır. Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Maddə 415.5. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir. Maddə 416. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. “İcra haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 53.1. Üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. Maddə 53.2. Vergi ödəyicisinin vergi borcuna görə siyahıya alınmış əmlakı istisna olmaqla, borclunun əmlakı qanunla nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. Maddə 53.3. Əmlak satılmadıqda, həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə, əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. Maddə 61.1. Vergi borcuna görə siyahıya alınmış əmlak istisna olmaqla, borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir. Maddə 61.2. İxtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir. Maddə 62.1. İcra məmurundan müvafiq sifarişin alındığı gündən ən geci iki ay müddətində ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac keçirilməlidir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-413/2023 nömrəli xx.xx.2023-cü il tarixli hökmünə əsasən mülki iddiaçı X3 mülki iddiası qismən təmin edilmiş, vurulmuş zərərə görə 450000 manat pul və ödənilmiş 743 manat dövlət rüsumunun X4 tutularaq mülki iddiaçı X5 ödənilməsi hökm edilmişdir. Həmin hökmdən təqsirləndirilən şəxs X13 tərəfindən apellyasiya şikayəti verilsə də, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(103)-1356/2023 nömrəli qərarı ilə hökm dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin 2(004)-5344/2020 nömrəli xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən müəyyən edilir ki, cavabdeh X4 68000 manat pul tutularaq iddiaçı X9 xeyrinə ödənilməlidir. xx.xx.2023-cü il tarixli xx/xx-150960/18 nömrəli məktuba əsasən, Bakı şəhəri Yasamal rayon İcra Şöbəsi tərəfindən hərracın keçirilməsi barədə xx.xx.2023-cü il tarixli 170930/18 nömrəli sifariş Cavabdeh2 MMC-yə göndərilmişdir. "xxxx" MMC-nin 28 aprel 2023-cü il tarixli QXM 3442 nömrəli məktubuna əsasən, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin bazar dəyəri 100000 manat, likvid dəyəri isə 85000 manat təşkil edir. Cavabdeh2 MMC-nin Açıq hərracın keçirilməsinə dair xx.xx.2023-cü il tarixli bildirişə əsasən, ilkin satış dəyəri 100.000 manat məbləğində müəyyənləşdirilən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ilkin hərracın keçirilməsi vaxtı 13 iyun 2023-cü il saat 10:00 olmuşdur. Hərracda iştirak üçün ödənilən məbləğ 5000 manat təşkil etmişdir. Cavabdeh2 MMC-nin Hərracın baş tutmamasına dair xx.xx.2023-cü il tarixli protokola əsasən, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair keçirilmiş ilkin hərrac baş tutmamışdır. Cavabdeh2 MMCnin Tərar hərracın keçirilməsinə dair xx.xx.2023-cü il tarixli bildirişə əsasən, ilkin satış dəyəri 90.000 manat məbləğində müəyyənləşdirilən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin təkrar hərracın keçirilməsi vaxtı 25 iyun 2023-cü il saat 10:00 olmuşdur. Hərracda iştirak üçün ödənilən məbləğ 4500 manat təşkil etmişdir. Cavabdeh2 MMC-nin Hərracın baş tutmamasına dair xx.xx.2023-cü il tarixli protokola əsasən, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair keçirilmiş təkrar hərrac baş tutmamışdır. Cavabdeh2 MMC-nin Tərar hərracın keçirilməsinə dair xx.xx.2023-cü il tarixli bildirişə əsasən, ilkin satış dəyəri 80.000 manat məbləğində müəyyənləşdirilən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin təkrar hərracın keçirilməsi vaxtı 14 iyul 2023-cü il saat 10:00 olmuşdur. Hərracda iştirak üçün ödənilən məbləğ 4000 manat təşkil etmişdir. Cavabdeh2 MMC-nin Hərracın baş tutmamasına dair xx.xx.2023-cü il tarixli protokola əsasən, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair keçirilmiş təkrar hərrac baş tutmamışdır. Cavabdeh2 MMC-nin Təkrar hərracın keçirilməsinə dair xx.xx.2023-cü il tarixli bildirişə əsasən, ilkin satış dəyəri 70.000 manat məbləğində müəyyənləşdirilən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin təkrar hərracın keçirilməsi vaxtı 28 iyul 2023-cü il saat 10:00 olmuşdur. Hərracda iştirak üçün ödənilən məbləğ 3500 manat təşkil etmişdir. Cavabdeh2 MMC-yə ünvan 2i ünvanında yaşayan Cavabdeh1 açıq hərracda iştirak etmək üçün xx.xx.2023-cü il tarixli ərizə ilə müraciət etmiş və 3500 manat beh ödəmişdir. Cavabdeh2 MMC-nin Açıq hərracın yekunları barədə 28 iyul 2023-cü il tarixli 181/23 nömrəli Prokoluna əsasən, ilkin satış dəyəri 100.000 manat məbləğində müəyyənləşdirilən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi qalib alıcı, fiziki şəxs Cavabdeh1 tərəfindən 71.000 manat dəyərində əldə edilmişdir. X14 Mərkəzi MMC-nin xx.xx.2025-ci il tarixli rəyinə əsasən, hərrac predmeti olmuş ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 2023-cü ilin aprel ayı üzrə bazar dəyəri 278.000 manat, likvid dəyəri isə 236.000 manat təşkil etmişdir. Aparılmış tədqiqatın dəyəri 450 (dörd yüz əlli) manat təşkil etmiş və iddiaçı X10 tərəfindən ödənilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı X3 hazırki iddia tələbi üzrə subyektiv hüququ vardır. Baxmayaraq ki, hərrac digər icra sənədi əsasında həyata keçirilmişdir, mübahisə predmeti olan hərracın nəticələri iddiaçının tələbkar kimi hüquqlarına birbaşa təsir etmişdir. Belə ki, hərrac obyektinin dəyərindən dəfələrlə aşağı satılması digər icra sənədi üzrə tələbkarın tələbini təmin etsə də, qalıq məbləğin qalmaması iddiaçının müvafiq hökm əsasında verilmiş icra vərəqəsi üzrə tələbinin icrasız qalmasına səbəb olmuşdur. Yəni, həmin əmlak hərracda obyektiv olaraq bazar dəyərində satışa çıxarılmış olsa da, digər icra sənədi üzrə öhdəlik icra edildikdən sonra (68000 manat), qalıq vəsait iddiaçının tələbkar olduğu icra sənədinin icrasına yönəldilməklə tələbin ən azında qismən icrasına şərait yaradacaqdı. Yəni, keçirilmiş hərracın nəticələri hazırki mülki iş üzrə iddiaçının hüquqlarına bilavasitə təsir etmişdir. Əmlakın obyektiv qiymətləndirilməsi dövlətin adından qəbul edilmiş məhkəmə qərarları üzrə icra sənədlərinin icrasına müsbət təsir edəcəkdir ki, bu da ümumi publik maraqlara (məhkəmə qərarlarının icrasına) uyğun olmaqla ədalətli və qanunidir. Hərrac predmeti olan əmlak ipoteka predmeti olmadığından ümumilikdə 4 (dörd) hərracın keçirilməsi yolveriləndir. X14 Mərkəzi MMC-nin xx.xx.2025-ci il tarixli rəyini məhkəmə əsaslı və mötəbər hesab edir. Həmin rəy cavabdehlər tərəfindən mübahisələndirilməmişdir. Hərrac dəyəri bazar dəyərindən 3 dəfəyə yaxın aşağı məbləğdə ilkin hərraca çıxarılmışdır. Əmlakın bazar dəyəri 278.000 manat təşkil etsə də, "xxxx" MMC-nin rəyinə əsasən 100.000 manat məbləğində qiymətləndirilməklə ilkin hərraca çıxarılmışdır. İş materiallarında olan hökmdəki məlumatlara və “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatlara əsasən müəyyən edilir ki, həm Cavabdeh1, həm də borclu X2 rayonu, Bədalan kəndinin sakinləridir. Hərracın nəticələrinin formal əsaslarla pərdələnməsi yolverilməzdir. Cavabdeh vəkilinin iddia müddətinin tətbiqi barədə yazılı ərizəsinə münasibətdə məhkəmə qeyd edir ki, MM-in 354-cü maddəsinin tələbləri kontekstindən etibarsızlığın nəticələrinin aradan qaldırılması ilə bağlı 1 illik kəsici müddətin (iddia müddəti deyildir) tətbiq edilməsi hazırki mülki iş üzrə məqsədə müvafiq deyildir. Belə ki, etibarsız əqd bağlandığı andan etibarsızlıqdan başqa hər hansı hüquqi nəticə yaratmır. Odur ki, hər hansı hüquqi nəticə yaratmayan hüquqi aktın mübahisələndirilməsinin zamana tabe tutulması normanın qarşısına qoyduğu məqsədlərə uyğun deyildir. Həmçinin, nəticələrin aradan qaldırılması ilə bağlı 1 illik kəsici müddəti tətbiq edərkən əhəmiyyətsiz (puç) əqd və mübahisələndirilən əqdlərlə bağlı etibarsızlıq xüsusatının fundamental fərqləri nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, mülki dövriyyəsinin sabitliyinin qorunması, mülki hüquq münasibətlərinin subyektlərinin qanuni maraqlarının təmin olunması, qanunçuluq, hüquqi müəyyənlik prinsipləri nəzərə alınmaqla ipoteka saxlayanın üstün hüquqları təmin olunmalı, mülki dövriyyənin iştirakçılarının hüquqi intizamı, qanuna itaəti möhkəmləndirilməlidir. Hüquqdan sui-istifadə yolverilməzdir. Mülki münasibətlərin subyektləri öhdəliklərini vicdanla icra etməklə mükəlləfdirlər. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, mülki icraatda “formal həqiqətin müəyyən edilməsi” prinsipi əsas götürülərək mülki prosessual qanunvericiliyin prinsipləri rəhbər tutulmaqla məhkəmənin öz təşəbüssü ilə tərəflərdən (iddiaçı, cavabdeh, 3-cü şəxs, maraqlı şəxs və s.) hər hansı birinin xeyrinə və ya əleyhinə sübutlar toplaması yolverilməzdir. Nəzərə almaq lazımdır ki, mülki prosesdə məhkəmə arbitr rolunda çıxış etməklə yalnız tərəflərin təqdim etdiyi sübutlar əsasında qanuni və əsaslandırılmış qərar qəbul etməlidir. Cavabdehlər tərəfindən iddia tələbinin təkzib edilməsi ilə bağlı sübutetmə funskiyası təşkil edilməmiş, Cavabdeh2 MMC ümumiyyətlə məhkəmə iclaslarında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu səbəbdən, iddia tələbinin təmin edilməsi xüsusatı nəzərə alınmaqla mülki iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu və ekspertiza xərci kimi iddiaçı tərəfindən ödənilmiş 450 manat pul yalnız Cavabdeh2 MMC-yə aid edilməlidir. Çünki, hərrac MMC tərəfindən təşkil edilmiş və keçirilmişdir. Cavabdeh1 isə sadəcə hərracın nəticələrindən faydalanmış şəxsdir, hərracın keçirilməsinin qanuniliyi, əmlakın qiymətləndirilməsinə dair məsuliyyət daşıması ədalətli hesab edilmir. Məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə xüsusi qərardadın çıxarılmasına kifayət qədər əsaslar yoxdur, törədilməsi iddia olunan cinayət hadisəsinə dair əsaslı sübutlar hazırda müəyyən edilmir. Lakin, iddiaçı vətəndaş kimi baş verməsi ehtimal və ya iddia olunan cinayət hadisəsi barədə prokurorluq orqanlarına müraciət edə bilər, bu, onun konstitusion hüququdur. Beləliklə, məhkəmə mülki işdə olan sübutlar və materiallara məcmunu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, X1 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin satışına dair açıq hərracın yekunları barədə 181/23 nömrəli, xx.xx.2023-cü il tarixli protokol və keçirilmiş hərracın nəticələri etibarsız hesab edilməklə ləğv edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı X3 cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 qarşı “hərracın yekunları barədə protokolun və nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilsin. X1 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin satışına dair açıq hərracın yekunları barədə 181/23 nömrəli, xx.xx.2023-cü il tarixli protokol və keçirilmiş hərracın nəticələri etibarsız hesab edilməklə ləğv edilsin. Mülki iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu və ekspertiza xərci kimi iddiaçı tərəfindən ödənilmiş 450 manat pul Cavabdeh2 MMC-dən tutularaq iddiaçı X3 xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №2(004)-649/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-649/2025
07.08.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver