Məhkəmə qərarları › İş №2(004)-65/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-65/2025

29.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-65/2025 29.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “yol nəqliyyat hadisəsi nəticəsində avtomobilə vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “yol nəqliyyat hadisəsi nəticəsində avtomobilə vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 24 iyun 2023-cü il saat 21:47 radələrində İddiaçı özünə məxsus “KİA Rio” markalı, **-GU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Nizami rayonu Babək prospekti ilə H.Əliyev prospekti yüksək sürətlə hərəkət edən “Changan” markalı **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Toyota Prius markalı avtomobilə çırpılmış, sonuncu isə iddiaçının idarə etdiyi avtomobilə çırpılmışdır. Nəticədə, iddiaçının idarə etdiyi avtomobilə zərər vurulmuşdur. Hadisə nəticəsində iddiaçı yüngül bədən xəsarətləri almışdır. Odur ki, vurulmuş zərərin əvəzi olaraq 780 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi xahiş edilir. İddiaçı məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. O, xx.xx.2025-ci il tarixli ərizə ilə məhkəməyə müraciət etmiş, Nizami rayon Məhkəməsinin müvafiq qərarını təqdim etməklə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Nizami RPİ TŞ-nin xx.xx.2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarına əsasən müəyyən edilir ki, sözügedən yol nəqliyyat hadisəsi üzrə Cavabdeh əməlində İXM-in 327.8-ci maddəsinin tərkibi olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin GS/xx-xx/2024 nömrəli məktubuna əsasən müəyyən edilir ki, baş vermiş yol nəqliyyat hadisəsi zamanı Cavabdeh idarə etdiyi “Changan” markalı **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobil icbari qaydada sığortalanmamışdır. İş materiallarına əlavə edilmiş avtomobilə dəymiş zərərin qiymətləndirilməsi haqqında hesabata əsasən müəyyən edilir ki, “KİA Rio” markalı, **-GU-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa xərci ümumilikdə 480 manat təşkil edir. İş materiallarında olan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 9/3036-8/1181 nömrəli xx.xx.2024-cü il tarixli tərkar ekspertiza rəyinə əsasən müəyyən olunur ki, “KİA Rio” markalı, **-GU-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa xərci ümumilikdə 440 (360+80) manat təşkil edir. Aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat təşkil edir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Mübahisənin qanuni əsası qismində aşağıdakı hüquq normaları çıxış edir. Belə ki, MM-in 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. MM-in 1099.2-ci maddəsinə əsasən, bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. MM-in 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. MM-in 1108.2-ci maddəsinə əsasən, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. MM-in 1108.3-cü maddəsinə əsasən, yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsinə əsasən, yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə 40 (qırx) manat məbləğində cərimə edilir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilir ki, Nizami RPİ TŞ-nin xx.xx.2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarına əsasən sözügedən yol nəqliyyat hadisəsi üzrə Cavabdeh əməlində İXM-in 327.8-ci maddəsinin tərkibi olmuşdur. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin GS/xxxx/2024 nömrəli məktubuna əsasən baş vermiş yol nəqliyyat hadisəsi zamanı Cavabdeh idarə etdiyi “Changan” markalı **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobil icbari qaydada sığortalanmamışdır. Avtomobilə dəymiş zərərin qiymətləndirilməsi haqqında hesabata əsasən müəyyən edilir ki, “KİA Rio” markalı, **-GU-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa xərci ümumilikdə 480 manat təşkil edir. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 9/3036-8/1181 nömrəli xx.xx.2024-cü il tarixli tərkar ekspertiza rəyinə əsasən, “KİA Rio” markalı, **-GU-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa xərci ümumilikdə 440 manat təşkil edir. Vurulmuş zərərlə bağlı məhkəmə müvafiq ekspertiza rəyini əsas götürür. Belə ki, ekspert rəyi ilə qüsur aktında vurulmuş zərərin məbləği ilə bağlı müəyyən fərq vardır. Lakin, məhkəmə hesab edir ki, xüsusi biliklərə malik şəxslər olan ekspertin müəyyən etdiyini rəy daha əsaslı və mötəbərdir. Yəni, iddiaçıya məxsus “KİA Rio” markalı, **-GU-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa xərcinin ümumilikdə 440 manat təşkil etməsi xüsusatını məhkəmə qəbul edir. Məhkəmə qeyd edir ki, delikt hüquq institunun 3 dispozitiv şərti vardır: 1. Zərər vuran şəxsin (cavabdeh) təqsiri olmalıdır. 2. Digər şəxsə maddi və ya mənəvi zərər vurulmalıdır. 3. Təqsirli əməllə (hərəkət və ya hərəkətsizlik) nəticə arasında səbəbli əlaqə olmalıdır. Delikt hüquq institutunun əsaslarını nəzərdən keçirdikdən sonra məhkəmə qeyd edir ki, hazırki mübahisə üzrə yuxarıda qeyd olunan dispozitiv şərtlərin hər üçü Cavabdeh münasibətdə yerinə yetirilir (inzibati məsuliyyyətə cəlb edilmə barədə qərarda müəyyən edilən xüsusatlar əsas götürülməklə), mübahisə üzrə MM-in 1108-ci maddəsində göstərilən əsaslar müəyyən edilir. İddiaçının sağlamlığına vurulmuş zərərin bərpa edilməsi, bərpaya çəkilən xərclərlə bağlı müvafiq sübutlar (tibbi, həkim, dərman, reabilitasiya xərcləri) məhkəməyə təqdim edilməmişdir. Həmçinin, iddia tələbi üzrə ərizənin vəkil tərəfindən tərtib edilməsi və vəkilə ödənilən müvafiq ödəniş barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Odur ki, iddia tələbi sözügedən hissədə əsassızdır. Hüquq normalarının birbaşa tətbiqi ilə məşğul olan məhkəmələr hüquq münasibətlərinin subyektləri arasındakı mübahisələri ədalətli şəkildə tənzimlədikdə məhkəməyə və hüquq sisteminə olan etimad artır, əks halda, inamsızlıq, hüquqi nihilizmin geniş vüsət almasına səbəb olmaqla hüquqi dəyərlərin aşınması ilə nəticələnir. Məhkəmə iddiaya iddiaçının tələbi həcmində baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu səbəbdən, ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 440 (dörd yüz qırx) manat pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. İş üzrə aparılmış ekspertiza üzrə 50 (əlli) manat məbləğində ekspertiza xərci Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “yol nəqliyyat hadisəsi nəticəsində avtomobilə vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh 440 (dörd yüz qırx) manat pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza üzrə 50 (əlli) manat məbləğində ekspertiza xərci Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar