Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-652/2020 14.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Əfəndiyeva Aygül Fikrət qızının katibliyi, İddiaçı X1 və onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı X1 cavabdehlər Cavabdeh3, Cavabdeh2 və “xxxxxxxxxxxxxx” MMC-yə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X3 cavabdehlər Cavabdeh3, Cavabdeh2 və “xxxxxxxxxxxxxx” MMC-yə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən onun xeyrinə avtomobilə dəymiş zərər görə 4648 manat, 143 manat yazılmış cəriməyə görə, avtomobili yararsız vəziyyətdə qaldığı 120 gün üçün 4200 manat və mənəvi ziyana görə 10000 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona məxsus X10 markalı ** ZZ *** dövlət qeydiyyat nömrəsi olan avtomobili General XS-XA MMC-nin rəhbəri olan X8 ilə icarəyə verilməsi ilə bağlı razılığa gələrək sonuncun adına etibarnamə verərək avtomobili ona təhvil vermişdir. Razılığa əsasən Alxazov Azad avtomobili sığorta etdirdikdən sonra icarəyə verəcəyini bildirmişdir. Beləliklə 2019 - cu ilin yanvar ayında o, X5 X10 markalı ** ZZ *** dövlət qeydiyyat nömrəsi olan avtomobilə dair etibarnamə verərək avtomobil ona təhvil verilmişdir. Elə həmin vaxtdan da avtomobil 3 aylıq müddətə sığortalanmışdır. 2019cu ilin aprel ayında sığortanın vaxtı bitdiyindən və yeni sığorta müqaviləsi bağlanmadığından o, Azada bildirmişdir ki, avtomobili sığorta etdirdikdən sonra icarəyə versin əks halda sığorta olunana qədər avtomobili icarəyə verməsin. O isə bildirdi ki, qoy avtomobil onlarda qalsın əgər icarəyə verməzsə onda sığorta etdirib verəcək. xxxxxxxxxxxxxx MMC yaşadığı binanın məhəlləsində yerləşdiyindən, Azadın bu təklifi ilə razılaşmış, Lakin xx xxxx 2019-cu il tarixdə Cavabdeh3 X10 markalı ** ZZ *** dövlət qeydiyyat nömrəsi olan avtomobili sığorta etdirmədən Cavabdeh2 icarəyə vermişdir. Cavabdeh3 rəhbəri olduğu xxxxxxxxxxxxxx MMC ilə Cavabdeh2 arasında bağlanmış icarə müqaviləsinə əsasən avtomobil xx xxxx 2019-cu il tarixdən xx xxxx 2019-cu il tarixə kimi Cavabdeh2 istifadəsinə verilmişdir. Ona məxsus avtomobili icarəyə götürən Ceyhun elə xx xxxx 2019-cu il tarixdə qəza törədərək avtomobili hadisə yerində qoyaraq qaçmışdır. Sonradan avtomobil cərimə meydançasına aparılmışdır. Sonradan hansısa yolla ordan avtomobili götürüb aparmış və ona bu barədə heç bir məlumat verməmişlər. Yalnız DİNnin 102 xidmətinə müraciət etdikdən sonra avtomobili yararsız vəziyyətdə ona vermişlər.Bundan sonra xx xxxxxx 2019-cu il tarixdə avtomobilə dair zərər aktı tərtib olunaraq dəymiş zərərin ümumi dəyəri 4648 manat müəyyən edilmişdir. Lakin əlavə olaraq o, qəza nəticəsində tərtib olunmuş inzibati xəta haqqında Qərara əsasən Cavabdeh2 adına yazılmış cəriməni də ödəməli olmuşdur. Belə ki, hadisəyə görə yazılmış cərimə ödənilmədiyindən avtomobil üzərinə həbs qoyulmuşdur. Lakin cavabdehlər dəymiş ziyanın ödənilməsi istiqamətində heç bir tədbir görməmişlər. Bu səbəbdən də iddia ilə məhkəməyə müraciət etmişdir. Cavabdehlər arasında bağlanmış müqavilənin 2.2 - ci bəndinə əsasən avtomobili icarəyə götürən avtomobili gec geri qaytararsa, gecikdirilmiş hər sutkaya 50 manat ödəməyi öhdəsinə götürür. Nəzərə alsaq ki avtomobil mənə yalnız DİN- nin 102 xidmətinə müraciət etdikdən sonra iyul ayının 26-da qaytarılmışdır. Hadisənin 06 iyunda baş verdiyi və avtomobilin ona qaytarıldığı tarixlər arasında müddət əlli gün təşkil edir. Bu müddət ərzində ödəniləcək məbləğ 2500 manat təşkil edir. Həmçinin hadisədən 4 ay vaxt keçib və avtomobil yararsız vəziyyətdədir və o, həmin avtomobildən istifadə edə bilmir. Bu da öz növbəsində onun mənəvi iztirablarına səbəb olur. Belə ki, nə avtomobilini təmir edə bilir , nə ondan istifadə edə bilir. Həmin müqavilənin 2.6 - cı bəndinə əsasən isə avtomobil avtoservisdə təmirə durduğu günlər üçün danışılmış məbləğin hər gün üçün danışılmış məbləğin 70 % miqdarında icarəyə götürən tərəfindən ödənilməlidir. Nəzərə alsaq ki avtomobil 120 gündən artıqdır ki, təmirsiz qalıb və 120 günə ödənilməli məbləğ 6000 manat təşkil edirki, onun da 70 %-i 4200 manat edir. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi və vəkili yuxarıda qeyd olunan məzmunda izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər . Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Cavabdehlərin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən iddiaçının və onun nümayəndəsi və vəkilinin izahatlarını dinləyib, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, materiallarında olan xx.xx.2019-cu il tarixli etibarnamədən görünür ki, bu etibarnamə İddiaçı tərəfindən X10 markalı, ** ZZ *** dövlət qeydiyyat nömrəli avtomobili müvəqqəti istifadə etməsi üçün General XS-XA MMC-nin rəhbəri olan X5 verilmişdir. İş materiallarında olan 084 saylı, xx.xx.2019-cu il tarixli İcarə müqaviləsində görünür ki, X10 markalı, ** ZZ *** dövlət qeydiyyat nömrəli avtomobil General XS-XA MMC-nin rəhbəri olan X8 tərəfindən Cavabdeh2 icarəyə verilmişdir. İş materillarında olan TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh2 xx.xx.2019-cu il tarixdə X10 markalı, ** ZZ *** dövlət qeydiyyat nömrəli avtomobillə Yol hərəkəti qaydalarını pozaraq AR İXT MƏcəlləsinin 327.1-ci və 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və 100 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli Zərər aktından görünür ki, X10 markalı, ** ZZ *** dövlət qeydiyyat nömrəli avtomobilə baxış keçirilmiş və avtomobilə 4648 manat zərər vurulduğu müəyyən edilmişdir. İş materiallarında olan X8 və Cavabdeh2 tərəfindən xx.xx.2020-ci il tarixli müqaviləyə əlavə olan aktdan görünür ki, istifadə müddəti bitdikdən sonra avtomobil MMCyə qaytarılarkən zədələrin, nöqsanların, xarab olmaların, ümumiyyətlə avtomobilə dəymiş bütün zərərin xərci müştəri tərəfindən ödəniləcək. İş üzrə təyin edilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının 1264 saylı, xx.xx.2020-ci il tarixli rəyinə əsasən, 2009-cu il buraxılışlı, X10 markalı, ** ZZ *** dövlət qeydiyyat nömrəli avtomobilin təmir-bərpa xərcinin hadisə baş verən tarixə təxminən 4023 manat məbləğində olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı tərəfindən xx.xx.2019cu il tarixli etibarnaməyə əsasən X10 markalı, ** ZZ *** dövlət qeydiyyat nömrəli avtomobil müvəqqəti istifadə üçün General XS-XA MMC-nin rəhbəri olan X5 verilmişdir. 084 saylı, xx.xx.2019-cu il tarixli İcarə müqaviləsinə əsasən X10 markalı, ** ZZ *** dövlət qeydiyyat nömrəli avtomobil General XS-XA MMC-nin rəhbəri olan X8 tərəfindən Cavabdeh2 icarəyə verilmişdir. xx.xx.2019-cu il tarixdə Əsədov X4 Santa Fe markalı, ** ZZ *** dövlət qeydiyyat nömrəli avtomobillə yol nəqliyyat hadisəsi törətmiş və nəticədə avtomobilə ziyan dəymişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli Zərər aktından görünür ki, X10 markalı, ** ZZ *** dövlət qeydiyyat nömrəli avtomobilə baxış keçirilmiş və avtomobilə 4648 manat zərər vurulduğu müəyyən edilmişdir. Hazırda iddiaçı X3 cavabdehlər Cavabdeh3, Cavabdeh2 və “xxxxxxxxxxxxxx” MMC-yə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən onun xeyrinə avtomobilə dəymiş zərər görə 4648 manat, 143 manat yazılmış cəriməyə görə, avtomobili yararsız vəziyyətdə qaldığı 120 gün üçün 4200 manat və mənəvi ziyana görə 10000 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə cavabdehlərdən iddiaçının xeyrinə avtomobilə dəymiş zərər görə 4648 manat pulun cavabdehlərdən tutulması hissəsində qeyd edir ki, iddia tələbi Cavabdeh3 və “xxxxxxxxxxxxxx” MMC-yə münasibətdə təmin edilməməlidir. Belə ki, 084 saylı, xx.xx.2019-cu il tarixli İcarə müqaviləsinin 4.5.1-ci bəndindən görünür ki, “icarəyə götürən” yəni Cavabdeh2 müqavilə müddətində, yəni nəqliyyat vasitəsinin onun icarəsində olması müddətində avtomobil üçün, avtomobilin texniki vəziyyəti üçün, təhlükəsizliyi üçün, yol nəqliyyat hadisəsinin baş verməsi, avtomobilin oğurlanması, zay olması, məhv olması, təbii fəlakətlə bağlı məhv olması və s. halları üçün cavabdehlik daşıyır. Lakin cavabdeh tərəfindən iddiaçıya vurulmuş zərər 4648 manat məbləğində deyil, məhkəmə əmtəəşünaslıq ekspertizası tədqiqatına uyğun müəyyən edilməlidir. İş materiallarında olan 1264 saylı, xx.xx.2020-ci il tarixli ekspert rəyindən görünür ki, 2009-cu il buraxılışlı, X10 markalı, ** ZZ *** dövlət qeydiyyat nömrəli avtomobilin təmir-bərpa xərcinin hadisə baş verən tarixə 4023 manat məbləğində olduğu müəyyən edilmişdir. Belə olduğu halda məhkəmə hesab edir ki, iddia tələbi qismən edilməli, Cavabdeh2 4023 manat məbləğində pul tutularaq iddiaçı X2 ödənilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi yazılmış cəriməyə görə 143 manat məbləğində pulun tutulması hissəsində təmin edilməməlidir. Belə ki, iddiaçı 143 manat cərimənin yazılması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. İddia tələbinin avtomobili yararsız vəziyyətdə qaldığı 120 gün üçün 4200 manat pulun verilməsi hissəsi üzrə məhkəmə qeyd edir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 084 saylı, xx.xx.2019-cu il tarixli İcarə müqaviləsinin 2.6-cı bəndindən görünür ki, icarəyə götürən avtomobillə bilərəkdən qəza törədərsə və ya avtomobilin digər texniki hissələrinə və digər detallara zərər vurarsa, avtomobilin avtoservisdə təmirdə durduğu günlər üçün danışılmış məbləğin 70%-i icarəyəgötürən tərəfindən ödənilir. Beləliklə iş materiallarında görünür ki, icarəyə götürən yəni Cavabdeh2 avtomobilə qəsdən ziyan vurmamışdır, yol nəqliyyat hadisəsi baş vermiş və bunun nəticəsində avtomobilə ziyan dəymişdir. Bundan əlavə məhkəmə iddia tələbinin 10000 manat mənəvi zərər hissəsində qeyd edir ki, iddiaçı göstərilən iddia tələbi üzrə mənəvi zərərin vurulmasına dair hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən, iddia tələbinin mənəvi ziyanın ödənilməsinə dair hissəsi rədd edilməlidir. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli, 07 saylı Qərarında göstərilir ki, mənəvi zərər, insanın anadan gəlmə və ya qanun əsasında ona məxsus olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində fiziki əzab çəkməsi kimi başa düşülür. Fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə isə ona qarşı törədilmiş qanunsuz hərəkətin və ya hərəkətsizliyin onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztrab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi başa düşülür. Şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verir. Qeyd olunanlardan əlavə məhkəmə hesab edir ki, iş üzrə ekspertiza təqdiqatının dəyəri olan 120 manat Cavabdeh2 aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh2 avtomobilə dəymiş zərərə görə 4023 (dörd min iyirmi üç) manat məbləğində pul tutularaq iddiaçı X2 ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 120 (yüz iyirmi) manat məbləğində pul vəsaiti Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-652/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-652/2020
14.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver