Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-6580/2021 04.11.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X1 qızının katibliyi ilə, İddiaçılar Musayeva Lətı̇ fə Dursun qızının və Musayev İbrahı̇ m Ələsgər oğlunun cavabdehlər Salmanov Şərı̇ f İdris oğluna və Kəngərlı̇ Səadət Yaqub qızına qarşı “maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar Musayeva Lətı̇ fə Dursun qızı və Musayev İbrahı̇ m Ələsgər oğlu cavabdehlər Salmanov Şərı̇ f İdris oğluna və Kəngərlı̇ Səadət Yaqub qızına qarşı “maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 1.150 manat maddi zərər, 10.000 manat mənəvi zərər və 30 manat dövlət rüsumu olmaqla, cəmi 11.180 manat pulun tutularaq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar məhkəməyə ərizə ilə müraciət edərək, maddi vəziyyətlərinə görə onların iştirakı olmadan işə baxılmasını və mülki işin baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilməsini xahiş etmişdirlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış cavabdehlər məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, hazırki mülki işə ərazi aidiyyatı üzrə baxılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, kommersiya qurumlarının dövlət reyestri məlumatlarıdan görünür ki, cavabdeh Salmanov Şərı̇ f İdris oğlunun qanuni təmsilçisi olduğu “Bakı Təhsil Treninq "MMC-nin hüquqi ünvanı AZ1132, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov ŞTQ, Şamil Kamilov (Bakıxanov qəs.) ünvanıdır. “Azemis” elektron məhkəmə informasiya sistemi vasitəsi ilə alınmış məlumatlardan görünür ki, cavabdeh Salmanov Şərı̇ f İdris oğlu ünvan 3 ünvanında, cavabdeh Kəngərlı̇ Səadət Yaqub qızı isə ünvan 4 ünvanında qeydiyyatdadırlar. Azərbaycan Respublikası MPM-nin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir.. Həmin Məcəllənin 44.2.2-ci maddəsinin tələbinə görə iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən, məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır Beləliklə, yuxarıda qeyd olunanlara əsaslanaraq, məhkəmə hesab edir ki, cavabdeh Salmanov Şərı̇ f İdris oğlu ünvan 3 ünvanında, digər cavabdeh Kəngərlı̇ Səadət Yaqub qızı isə ünvan 4 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanlar Yasamal rayonu ərazisinə aid olmadığından iddiaçılar Musayeva Lətı̇ fə Dursun qızının və Musayev İbrahı̇ m Ələsgər oğlunun cavabdehlər Salmanov Şərı̇ f İdris oğluna və Kəngərlı̇ Səadət Yaqub qızına qarşı “maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair” mülki iş aidiyyəti üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35, 44-45, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar Musayeva Lətı̇ fə Dursun qızının və Musayev İbrahı̇ m Ələsgər oğlunun cavabdehlər Salmanov Şərı̇ f İdris oğluna və Kəngərlı̇ Səadət Yaqub qızına qarşı “maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair” mülki iş baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Yasamal Rayon Məhkəməsinə şikayət verə bilərlər. Sədrlik edən:Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-6580/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-6580/2021
04.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver