Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-68/2022 24.01.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Salamova Azadə Telman qızının katibliyi, İddiaçı, onun vəkili X3, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2rşı “mülkiyyətində olan evin sökülüb yenidən tikilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2rşı “mülkiyyətində olan evin sökülüb yenidən tikilməsi” tələbinə dair iddia ərizəsi ilə 22.12.2020-ci il tarixdə Bakı şəhəri Yasamal rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin verdiyi MH ta ******* nömrəli 24.07.2006-cı il tarixli reyestrdən çıxarışa əsasən onun şəxsi mülküyyətində olan Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsi A.Rzayev küçəsində 0.03134 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 55 kv.m yaşayış, 30 kv.m köməkçi sahədən ibarət 89A nömrəli fərdi yaşayış evinin Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən sökülərək yenidən tikilməsi və təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabineti Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Seriya MH, ******* nömrəli, 24.07.2006-cı il tarixli Çıxarışa əsasən Bakı şəhəri, Suraxanı rayonu, A. Rzayev küçəsində 0.03134 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 55 kv.m yaşayış, qeyriyaşayış, 30 kv.m köməkçi sahədən ibarət 89A saylı fərdi həyət evi şəxsi mülkiyyət hüququ ilə ona məxsusdur. Onun yaşadığı fərdi həyət evi küçələrindəki müxtəlif qurumlar tərəfindən su, qaz, kanalizasiya xətləri çəkilərkən qəzalı vəziyyətə salınmışdır. Belə ki, burada ağır texnikalar işlədikcə sirkələnmə nəticəsində evin divarları çat vermiş, evin yol tərəfdən divarı isə aşağı enmiş və yuxarı hissədən aralanmışdır. 1993-cü ildə ailəsiylə birlikdə Ağdamdan məcburi köçkün düşmüş və həyat yoldaşı 16 yanvar 2016-cı il tarixdə vəfat etmişdir. Qeyd olunan məsələ ilə bağlı 2016-cı ildən müvafiq dövlət orqanlarına və təşkilatlara müraciət etməyisinə baxmayaraq demək olar ki, real olaraq yaranmış məsələnin həlli ilə bağlı heç bir tədbir görülməmişdir. Sonuncu dəfə 07 aprel 2020-ci ildə tərəfindən Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirinə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə X9 Agentliyinə, Cavabdehçıq Səhmdar Cəmiyyətininin Prezdentinə, Cavabdeh ASC-nin Suraxanı Rayon Sukanal İdarəsinə, Bakı şəhəri İcra Hakimiyyətinin Başçısına, Suraxanı Rayonu İcra Hakimiyyəti Aparatının Başçısına müraciət olunaraq-Bakı şəhəri, Suraxanı rayonu, A. Rzayev küçəsi, 89A saylı fərdi həyət evinə baxışın keçirilməsində və qəzalı vəziyyətdə olması barədə “AKT”ın tərtib edilməsində, evin əvvəlki vəziyyətinin bərpa edilməsində ona köməklik göstərilməsini xahiş etmişdir. Sonuncu müraciətindən sonra yuxarıda adları çəkilən aidiyyatı dövlət qurumları əməkdaşlarının işirakları ilə evə baxış keçirilmiş, evin qəzalı vəziyyətə düşməsinin səbəbləri araşdırılmış və evin girişə nəzərən sol divarının yanında olan yolun alt hissəsində su və kanalizasiya xətləri keçməsi, bu boru xətlərindən keçən suyun evin bünövrə hissəsinə axması və evin bünövrəsinin çökməsinə səbəb olması müəyyən olunmuşdur. Akta əsasən Cavabdeh ASC-nin evin qəzalı vəziyyətə düşməsində təqsirkar olduğu müəyyən edilmişdir. Belə bir uzun müddət ərzində Cavabdeh ASC-nin təqsirkar olmasına baxmayaraq heç bir tədbir görməməsi nəticəsində tərəfindən bu barədə pretenziya ilə 24.06.2020-ci il tarixdə Cəmiyyətə müraciət olunmuş və Cəmiyyətdən Bakı şəhəri, Suraxanı rayonu, A. Rzayev küçəsi, 89A saylı fərdi həyət evimin təzədən sökülüb-tkiliməsi, yaşamaq üçün yararlı vəziyyətə salınması xahiş edilmiş, əks halda bununla bağlı 10 gün müddətində müvafiq qərar qəbul edilmədiyi təqdirdə məhkəməyə müraciət olunması bildirilmişdir. Pretenziya məktubu cavabdeh tərəfindən 29.06.2020-ci il tarixdə imzalanıb qəbul olunmasına baxmayaq bu günə kimi heç bir cavab verilməmişdir. Yuxanda göstərilənlərə əsasən də hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq izahatında göstərmişdir ki, iddia ərizəsi ilə 2020-ci ildə məhkəməyə müraciət etmişdir. İddia veriləndən bir ildən çox vaxt keçmişdir. Həmin müddət ərzində evdəki çatlar daha da dərinləşmiş, digər divarda da yeni çatlar yaranmış, çökmə halı daha da artmışdır. Belə ki, ekspert evə baxış keçirdikdən sonra çökmə daha da davam etmiş, hal-hazırda həmin evdə yaşamaq onun və ailəsinin həyatı üçün təhlükəlidir. Evinin qəzalı vəziyyətə düşməsinin Cavabdeh ASC-nə məxsus su xəttindəki sızmanın olması iş materiallarında olan aktlarla və ekspert rəyi ilə sübuta yetir. Evin yenidən tikilməsi və təmirinə 18000 manat məbləğində pulun kifayət etməsi ilə razılaşmır və ona məxsus evin Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən sökülərək yenidən inşa edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X5 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X12 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçıya məxsus Bakı şəhəri, Suraxanı rayonu, A. Rzayev küçəsi, 89A saylı fərdi həyət evinin qəzalı vəziyyətə düşməsinin təqsirinin Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən törədilməsi sübut edilmir. Ümumiyyətlə həmin evin tikinti-norma və qaydalarına uyğun olaraq tikilməsi də şübhəlidir. Odur ki, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasına dəvət olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin eksperti X14 bildirmişdir ki, Yasamal rayon Məhkəməsinin 2 (004)-2793/2021 saylı, 17.06.2021-ci il tarixli tikinti-texniki ekspertizasının keçirilməsi barədə qərardadı əsasında mülki iş üzrə 01.11.2021-ci il tarixli rəyi qəbul etmişdir. Sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, rəyin verildiyi tarixdən bu günə kimi evdəki çatlar daha da dərinləşmiş olması qaçınılmazdır, çünki evdə deformasiya və çökmə halları davam edir. Evin texniki vəziyyəti qəzalıdır. Orda yaşayan insanların həyatı üçün təhlükəlidir. Evin sağ və sol divarları söküldükdə digər tərəflər də söküləcəkdir. Evin demontaj olunaraq yenidən inşa edilməsi dedikdə, həmin evin bünövrədən sökülərək bünövrəsindən inşasını nəzərdə tutur və bu mütləqdir. Eyni zamanda, sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, evin tikinti və təmiri üçün rəy verilən tarixə çıxarılmış 18600 manat məbləğində qiymət əslində minimum məbləğdir. Hal-hazırda həmin məbləğin daha yüksək olma ehtimalı böyükdür. Çünki, ölkədə tikinti materiallarının qiyməti və buna uyğun olaraq işçi qüvvəsinə ödənilməli məbləğlər də artmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə üçüncü şəxslər Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 müəyyən olunmuş qaydada məlumat verilsə də, üçüncü şəxslərin nümayəndələri heç bir səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının, onun nümayəndəsi və vəkilinin, cavabdehin nümayəndəsinin izahatlarını və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin eksperti X11 dinləyib, iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən MH ******* seriyalı, 24.07.2006-cı il tarixli reyestrdən çıxarışdan müəyyən olunur ki, Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsi A.Rzayev küçəsində 0.03134 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 55 kv.m yaşayış, 30 kv.m köməkçi sahədən ibarət 89A nömrəli fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X9 Agentliyinin baş dövlət tikinti müfəttişliyinin baş məsləhətçiləri Elfan Seyidov və Nadir Məmmədov, “Azərinşaatlayihə” Dövlət Baş Layihə-Konstruktor və X7 şöbənin rəisi Elbəy Bəşirli və İnşaat şöbəsinin aparıcı mühəndisi Əliyev Samir, Suraxanı rayon Əmircan qəsəbəsi nümayəndəsi Əlixan Əliyev tərəfindən tərtib edilmiş, 08.05.2020-ci il tarixli akta əsasən müəyyən olunur ki, Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsi A.Rzayev küçəsində yerləşən 89A nömrəli fərdi yaşayış evinin mülkiyyətçisi İddiaçı müraciəti əsasında onun mənzilinə baxış keçirilmişdir. Baxış zamanı evin arxa və sol yükdaşıyan, arakəsmə divarlarının çökməsi nəticəsində divarların aşağı hissələrində üfüqi və müxtəlif istiqamətli eni 10-20 mm ölçüdə keçici çatlar yaranmışdır. Girişə nəzərən arxa və sağ yükdaşıyan divarlarda müxtəlif istiqamətli acılış eni təxminən 2-3 mm ölçüdə keçici çatlar müşahidə olunmuşdur. Otaqların döşəməsində çökmə və deformasiyalar da vardır. Evin bütün yükdaşıyan xarici divarında aşağı və yuxarı hissələrdən armaturdan kəmər ilə, kürsü busəsində isə eni 20 sm, hundürlüklləri 60, 40 və 20 sm dəmir- betondan kəmər ilə gücləndirmə işləri aparılmış, lakin buna baxmayaraq evdə deformasiya və çökmə halları davam edir. Evin girişə nəzərən sol divarın yanında olan yolun alt hissəsində su və kanalizasiya boru xəttləri keçir. Su boru xəttlərindən sızan suyun evin bünövrə hissəsinə axması müşahidə olunmuş və evin bünövrəsinin çökməsinə səbəb olmuşdur. İş materiallarında olan İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə ünvanladığı pretenziya məktubundan müəyyən olunur ki, iddiaçı məhkəməyə müraciət etməzdən öncə evimin yararsız vəziyyətə düşməsində Cavabdeh ASC təqsirkar olduğundan Bakı şəhəri, Suraxanı rayonu, A. Rzayev küçəsi, 89A saylı fərdi həyət evimin təzədən sökülübtikilməsini, yaşamaq üçün yararlı vəziyyətə salınmasını cavabdehdən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş 374/15-96/KL saylı 02.092013-cü il tarixli satınalma müqaviləsinin surətindən görünür ki, sifarişçi Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin su təchizatı və kanalizasiya xətlərinin layihələndirilməsi və tikinti layihəsi çərçivəsində Bakı şəhəri, Suraxanı rayonu Bül-bülə qəsəbəsi Ə.Verdiyev küçəsi ilə M.Əzizbəyov küçələrində kanalizasiya xətlərinin yenidən qurulması işlərinin satın alınması üçün icraçı "xxxx" MMCnin 300.000 manat məbləğində təklifini qəbul etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 noyabr 2021-ci il tarixli 10/3486 saylı ekspert rəyində qeyd olunur ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi A.Rzayev küçəsində yerləşən 89A nömrəli fərdi yaşayış evinin texniki cəhətdən qəzalı vəziyyətdə olduğu müəyyən edilmişdir. Evin girişə nəzərən sol divarın yanında olan yolun alt hissəsində su və kanalizasiya boru xəttləri keçir. Bu boru xəttlərindən sızan suyun evin bünövrə hissəsinə axması müşahidə olunmuş və evin bünövrəsinin çökməsinə səbəb olmuşdur. Fərdi yaşayış evində mövcud olan qüsurların aradan qaldırılması üçün evin bünövrə hissəsində izolyasiya işləri görülməli və kürsü üzərində evin inşası aparılmalıdır. Evin divarlarında mövcud çatlar ikitərəfli olmaqla həm şaquli, həm də üfiqi istiqamətdə yerdəyişmələrdən yarandığı üçün bu qüsurun kosmetik təmirlə aradan qaldırılması mümkün deyil. Odur ki, həm rütubət və nəmişliyin, həm də çatların aradan qaldırılması, evin demontaj olunaraq yenidən inşa edilməsi yolu ilə mümkün ola bilər. İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi A.Rzayev küçəsində yerləşən 89A nömrəli fərdi yaşayış evində zərər dəymiş tikililərin yenidən bərpası üçün ümumilikdə görülməli işlərin ümumi dəyəri hazırki bazar qiymətlərinə uyğun olaraq təqribən 18612,00 manat məbləğində müəyyən olunur. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs, ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə məxsus su boru xəttlərindən sızan suyun iddiaçıya məxsus Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsi A.Rzayev küçəsində 0.03134 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 55 kv.m yaşayış, 30 kv.m köməkçi sahədən ibarət 89A nömrəli fərdi yaşayış evinin bünövrə hisəsinə axması nəticəsində iddiaçıya məxsus evdə dərin çatların əmələ gəlməsi, evin bünövrəsinin çökməsi, evin yararsız və qəzalı vəziyyətdə düşməsi, həmin evdə yaşamanın təhlükəli olması iş materialları, fotoşəkillər və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 noyabr 2021-ci il tarixli 10/3486 saylı ekspert rəyi ilə sübuta yetirildiyindən, iddiaçının əmlakına vurulmuş zərərə görə Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin mülki hüquqi məsuliyyəti yaranmışdır. Bu səbəbdən iddiaçı vurulmuş zərərin aradan qaldırılmasını tələb etməkdə haqlıdır. Cavabdehin vəsatətində göstərdiyi aparılan su təchizatı və kanalizasiya xətlərinin çəkilməsi işlərinin icraçı "xxxx" MMC-nə həvalə edilməsi və təqsirin həmin şirkətə aid olması ilə bağlı məhkəmə qeyd edir ki, həmin müqavilə üzrə Bakı şəhəri, Suraxanı rayonu Bül-bülə qəsəbəsi Ə.Verdiyev küçəsi ilə M.Əzizbəyov küçələrində işlərin aparılması ilə bağlı razılıq əldə olunmuşdur. İddiaçıya məxsus fərdi yaşayış evi isə Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsi A.Rzayev küçəsində yerləşir. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərə vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Mülki Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehin üzərinə zərərin əvəzini naturada ödəmək öhdəliyi qoyulmalı, İddiaçı mülkiyyətində olan Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsi A.Rzayev küçəsində 0.03134 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 55 kv.m yaşayış, 30 kv.m köməkçi sahədən ibarət 89A nömrəli fərdi yaşayış evi Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən sökülməli və yenidən tikilərək İddiaçı təhvil verilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində olan ekspertiza xərci Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 223, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsi A.Rzayev küçəsində 0.03134 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 55 kv.m yaşayış, 30 kv.m köməkçi sahədən ibarət 89 A nömrəli fərdi yaşayış evi Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən sökülsün və yenidən tikilərək İddiaçı təhvil verilsin. Ekspertiza xərcinə görə 50 (əlli) manat Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X8, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************) ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-68/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-68/2022
24.01.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver