Məhkəmə qərarları › İş №2(004)-68/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-68/2025

12.06.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-68/2025 12.06.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, X45 oğlunun katibliyi, İddiaçı, Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X5 iştirakları ilə, İddiaçı mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X17 cəlb edilməklə cavabdehlər Bakı Şəhər Yasamal Rayon İcra şöbəsi, Azərbaycan Respublikası X3 Əmlak Hərrac Mərkəzi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı ərazi idarəsinə qarşı “hərrac nəticələri haqqında yekun protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X17 cəlb edilməklə cavabdehlər Bakı Şəhər Yasamal Rayon İcra şöbəsi, Azərbaycan Respublikası X3 Əmlak Hərrac Mərkəzi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı ərazi idarəsinə qarşı “hərrac nəticələri haqqında yekun protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Hərrac nəticələri haqqında yekun protokol ləğv edilməsi, onun əsasında verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 avqust 2023-cü il tarixli 1 (101 )-651/2022 saylı cinayət işi üzrə Hökmün icrası barədə verilmiş göstərişə əsasən Bakı şəhər Yasamal rayon X40 82 ünvanında yerləşən mənzilin xüsusi müsadirə tətbiq edilərək müvafiq qaydada satılmaqla əldə olunacaq pul vəsaiti 19 nəfər zərərçəkmiş şəxslərə ödənilməsi, qalan hissəsi isə, Azərbaycan Respublikası dövlət nəfinə alınması, Hökm Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 508.1-ci maddəsinin tələblərinə əsasən qeyd olunan hissədə lazımınca icrası təmin edilməklə nəticəsi barədə dərhal məhkəməyə məlumat verilsin. 19 nəfər Zərərçəkmiş şəxsin adları, soyadları qərarda göstərilmişdir. Həmin göstərişdən sonra Bakı şəhər Yasamal rayon İcra şöbəsi tərəfindən əmlakların qiymətləndirilməsi keçirilmiş, əmlakın açıq hərracda satılması ilə bağlı hərrac keçirilmişdir. Hərrac nəticələri haqqında yekun protokol ləğv edilməsi barədə qərar qəbul edilməlidir. Belə ki, Bakı şəhər Yasamal rayon İcra şöbəsi tərəfindən əmlakın qiymətləndirilməsi barədə mütəxəsis dəvət edilmişdir.Mütəxəsis tərəfindən Bakı şəhər Yasamal rayon X40ndə yerləşən 82 saylı mənzili 252 000 manat qiymətləndirilmişdir. Bakı şəhər Yasamal rayon İcra şöbəsi əmlakın qiymətləndirilməsininə dair rəyi "xxxx" MMC-dən almışdır. Həmin MMC tərəfindən qiymətləndirilmə keçirilərkən tərəflərə heç bir məlumat verilməmişdir. MMC tərəfindən “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası qanunun tələblərinə pozaraq rəy tərtib etmişdir. ekspert ekspertizanın keçirilməsi barədə və tərəflərin iştirakı ilə, iş üzrə materiallarla ekspertiza edilməldir. Həmçinin həmin MMC qanunvericilikdə nəzərdə tutulmuş qaydada akkreditasiyadan keçirlməsi barədə məndə şübhələrə yaranmışdır.Belə ki, Həmin MMC müstəqil olaraq rəy verməyə qadirdimi. Mütəxəsisin rəydə qanunvericiliyin tələblərinə cavab verilib-verilməməsi sual altındadır. Bundan başqa Bakı şəhər Yasamal rayon İcra şöbəsinin 17/72- 1909xx/xx-15806 saylı Sifarişi üzrə Bakı şəhər Yasamal rayon X40ndə yerləşən 82 saylı mənzilin açıq hərracda satılması barədə bildiriş olsada mənə gəlib çıxmamışdır. Sonradan məlum olmuşdur ki, Cavabdeh3 MMC tərəfindən 01 dekabr 2023-cü il tarixdə 274/23 saylı Hərrac Yekunları barədə Protokoluna əsasən tələsik olaraq hərrac keçirilmiş, həmin daşınmaz əmlak digər zərərçəkmiş şəxs Aslan Qəhrəmanov alıcı kimi tanınmışdır.Sonradan Bakı şəhər Yasamal rayon X40ndə yerləşən 82 saylı mənzilinguya qalib olmuş zərərçəkmiş şəxs Aslan Qəhrəmanovun adına rəsmiləşdirilməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestr xidmətinin Bakı şəhər Ərazi idarəsinə müraciət olunmuşdur. Həmin müraciət əsasında daşınmaz əmlaka dair çıxarış verilmişdir. Qeyd edilənlərə əsasən hərrac qanunsuz olaraq keçirilmişdir. Bildirmək istəyir ki, qanunvericiliyin tələblərinə əsasən Bakı şəhər Yasamal rayon X40ndə yerləşən 82 saylı mənzili satışından əldə olunan vəsait Yasamal rayon icra şöbəsinin hesabına köçürlməli və həmin əldə olunan vəsait zərərçəkmiş şəxslər arasında eyni qaydada bölünməlidir. Qanunvericiliyə əsasən hərracın qalibi ən geci 5 iş günü müddətində alış qiymətini Bakı şəhər Yasamal rayon İcra Şöbəsinin depozit hesabına ödənilməlidir. Həmçinin hərrac keçirilən zaman ödənilməli olan 5 % miqdarında beh alınmamışdır. Beh 01 iş günü qalanadək Cavabdeh3 MMC hesabına ödənilməldir. Lakin yuxarıda qeyd edilənlər qanunvericiliyin tələblərinə uyğun olaraq heç biri həyata keçirilməmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək təkrar qiymətləndirmədə iştirak etməli olan, xəbərdarlıq göndərilən, saymamazlıq edib gəlməyənlərin hamısının iştirakı ilə yenidən Məhkəmə Ekspertizası keçirilməsini, əmlakın düzgün qiyməti üzə çıxsın, hərracın əsassız yekun protokolunun ləğv olunmasını, yenidən hərrac keçirilməsini, məhkəmənin son qərarına kimi əmlakın Yasamal rayon İcra Şöbəsinin sərəncamına verilməsini xahiş etmişdir. Cavabdeh3 MMC iddia ərizəsinə etiraz ünvanlayaraq bildirmişdir ki, iddia tələbi əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101 )-651/2022 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən. Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin 17/72- 1909xx/xx-15806 saylı. xx.xx.2023-cü il tarixli sifarişi üzrə Bakı şəhəri. Yasamal rayonu. X40 ünvanında yerləşən 82 saylı mənzilin (fərdi yaşayış evinin) açıq hərracda satılması Cavabdeh3 MMC-yə sifariş olunmuşdur. Sözügedən sifarişdə qeyd olunan mənzilin açıq hərracda ilkin satış dəyəri 252.000 ( iki yüz əlli iki min) manat məbləğində müəyyənləşdirilmişdir. Nəzərə çatdırmağı zəruri hesab edirik ki, yuxarıda sözügedən hərrac sifarişi "Əmlak Hərrac Mərkəzi” MMC-yə daxil olduqdan sonra həmin hərrac sifarişinə əsasən satılmalı olan əmlaka dair ilkin hərracın keçirilməsi 01 dekabr 2023- cü il, saat 10:00 (növbəlik qaydasında) təyin edilmiş və hərracın qeyd olunan tarixə təyin edilməsi barədə elan xx.xx.2023-cü il tarixində kütləvi informasiya kimi Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyata alınmış “Birjanyus” internet informasiya ehtiyatında (portalında) (\\\vw biıjanewş.a/) dərc olunmuş və həmin elan həmçinin hərracın təşkilatçısınını rəsmi internet səhifəsində də (“Eherrac.com”) yerləşdirilmişdir. Bundan sonra sifariş olunan əmlaka dair açıq hərracın keçirilməsinə dair 2203/23 saylı, 04.11,2023-cü il tarixli bildiriş hərracın sifarişçisinə, borclu X18, eləcə də tələbkar X24, X6. X25. X26, İddiaçı poçt vasitəsi ilə göndərilmişdir, (bildirişin və onun göndərilməsini təsdiq edən müvafiq sənəd əlavə olunur). Yuxarıda sözügedən tarixə təyin olunmuş ilkin açıq hərracda iştirak etmək üçün tələbkar X17 və tələbkar X31 ərizə ilə Cavabdeh3 MMC-yə müraciət edərək iştirakının təmin olunmasını xahiş etmişdir. Yuxarıda göstərilənlərlə yanaşı qeyd etməyi zəruri hesab edirik ki, xx.xx.2023-cü il tarixdə keçirilən açıq hərracda hərracın predmeti olan mənzil 254.600 (iki yüz əlli dörd min altı yüz) manata tələbkar X1. Bununla əlaqədar olaraq hərracın yekunları barədə 274/24 saylı, xx.xx.2023-cü il tarixli protokol tərtib olunmuşdur. 274/24 saylı, xx.xx.2023-cü il tarixli hərracın yekunları barədə protokol qalibi alıcı, eləcə də hərracın təşkilatçısının sənədlərlə iş üzrə bölmə rəhbəri və direktor müavinin imzası, həmçinin hərracın təşkilatçısının möhürü ilə təsdiq edildikdən sonra elektron qaydada hərracın sifarişçisinə göndərilmişdir. Kağız daşıyıcısında tərtib və təsdiq olunmuş protokol növbəti tədbirlərin təmin edilməsi məqsədi ilə hərracın qalibi vasitəsi ilə sifarişçi icra qrumuna göndərilmişdir (qeyd olunan xüsusatları təsdiq edən sənədlər və protokol əlavə edilir). Həmçinin qeyd olunması zəruridir ki. tərəfimizdən İddiaçı ünvan 3 ünvanına məktublar göndərilmiş, eləcə də ***-***-**-** telefon nömrəsi vasitəsilə xx.xx.2023-cü il tarixində əlaqə saxlanılmışdır. Odur ki, iddiaçının hərracın yeri, vaxtı və s. barədə məlumatı olmuşdur. Yuxarıda sadalanan xüsusatlardan. eləcə də istinad olunan sənədlərdən görünür ki, yuxarıda sözügedən hərrac - sifariş üzrə keçirilən hərrac qanuni və əsaslıdır. Odur ki, həmin hərracın nəticələrinə dair tərtib və təsdiq olunmuş protokolun etibarsız sayılmasına hər hansı hüquqi əsas yoxdur. Ona görə də iddia rədd edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X17 izahatında bildrimişdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 avqust 2023-cü il tarixli 1 (101 )-651/2022 saylı cinayət işi üzrə zərərçəkmişlər içərisində İddiaçı da vardır, hansı ki zərərləri məbləğinə münasibətdə 6 nəfərin içərisində ən az olandı. İlham müəllim əvvəlcədən bildirdi ki, hərraca gəlməyəcəkdir və keçirilməsinə etiraz edir. Hərracdan da bildirdilər ki, gəlməsə də hərrac bidirişi göndərib keçirəcəkdir. Əmlakın qiymətinə gəldikdə isə 252 min qiymət qoyulduqda ora çox dağınıq vəziyyətdə idi. Sonradan orada özü təmir-bərpa işləri aparmışdır. İlham müəllimdən başqa 5 nəfər zərərçəkmişin adından əmlakın onun adına keçirilməsinə etiraz etməməsi ilə bağlı notarial qaydada ərizə vardır. İlham müəllim razılıq verməmişdir. Razılıq da belə olmuşdur ki, sonradan həmin əmlak tərəfindən satılanda zərərçəkmişlərin də pulları ödəniləcək. İlham müəllim də iştirak edərdi hərracda əmlakı alardı. Onun borcu əmlakın dəyərindən ucuz olduğundan borcdan çıxdılar. Hərrac da qanuni keçirilmişdir. İddianın təmin edilməməsini xahiş edir. Cavabdehlər Bakı Şəhər Yasamal Rayon İcra şöbəsi, Azərbaycan Respublikası X3 Əmlak Hərrac Mərkəzi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı ərazi idarəsinə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar, lakin nümayəndələri məhkəməyə gəlməmişlər, Cavabdeh3 MMC məhkəməyə ərizə ünvanlayaraq, işə nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin müddəalarını nəzərə alaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki: - Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 iyun 2023-cü il tarixli icra vərəqəsində qeyd edilmişdir: “İş üzrə üzərinə həbs qoyulmuş üçün Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşməklə hər birinin sahəsi 0,12 ha təşkil edən ümumilikdə iki torpaq sahəsinə və Bakı şəhəri, Yasamal rayonu, X40 82 ünvanda yerləşən mənzilə (fərdi yaşayış evinə), həmçinin iş üzrə maddi sübut olub dövlət bankında saxlanılan bir ədəd 750 əyarlı, 20,22 qram çəkidə üzüyə xüsusi müsadirə tətbiq edilsin və onlar müvafiq qaydada satılmaqla əldə olunacaq pul vəsaitinin 615000 manatı zərərçəkmiş şəxs X8, 45000 manatı zərərçəkmiş şəxs X24, 175354 manatı zərərçəkmiş şəxs X25, 100640 manatı zərərçəkmiş şəxs X26, 94925 manatı zərərçəkmiş şəxs İddiaçı, 228700 manatı zərərçəkmiş şəxs X19, 5280 manatı zərərçəkmiş şəxs X28, 1000 manatı zərərçəkmiş şəxs X4, 540 manatı zərərçəkmiş şəxs X2, 800 manatı zərərçəkmiş şəxs X9, 700 manatı zərərçəkmiş şəxs X10, 760 manatı X11 hüquqi varisi Quliyeva^Tərane Sədrəddin qızına, 330 manatı zərərçəkmiş şəxs X20, 1680 manatı zərərçəkmiş şəxs X14, 8000 manatı zərərçəkmiş şəxs X44ma, 800 manatı zərərçəkmiş şəxs X29, 5500 manatı zərərçəkmiş şəxs X21 və 600 manatı zərərçəkmiş şəxs X32 ödənilsin, qalan hissəsi isə Azərbaycan Respublikasının dövlət nəfinə alınsın...» - Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən Bakı şəhəri Səbail rayon icra şöbəsinə, Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə, Bakı şəhəri Xətai rayon İcra şöbəsinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, Bakı Şəhər Baş Polis İdarəsinin Maliyyə-Plan Şöbəsinə ünvanlanmış hökmün icrası barədə xx.xx.2023-cü il tarixli göstərişdən görünür ki, X15 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci, 182.2.2-ci və 183.2.2-ci maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin qanuni qüvvəyə minmiş 06 may 2022-ci il tarixli, 1 (101 )-651/2022 saylı hökmündən çıxarış xüsusi müsadirə ilə bağlı hissədə, əmlakların olduğu yerlər üzrə aidiyyəti üzrə (...İş üzrə üzərinə həbs qoyulmuş Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşməklə hər birinin sahəsi 0,12 ha təşkil edən ümumilikdə iki torpaq sahəsinə və Bakı şəhəri, Yasamal rayonu, X40 82 ünvanda yerləşən mənzilə (fərdi yaşayış evinə), həmçinin iş üzrə maddi sübut olub dövlət bankında saxlanılan bir ədəd 750 əyarlı, 20,22 qram çəkidə üzüyə xüsusi müsadirə tətbiq edilsin və onlarmüvafiq qaydada satılmaqla əldə olunacaq pul vəsaitinin 615000 manatı zərərçəkmiş şəxs X8, 45000 manatı zərərçəkmiş şəxs X24, 175354 manatı zərərçəkmiş şəxs X25, 100640 manatı zərərçəkmiş şəxs X26, 94925 manatı zərərçəkmiş şəxs İddiaçı, 228700 manatı zərərçəkmiş şəxs X22, 5280 manatı zərərçəkmiş şəxs X28, 1000 manatı zərərçəkmiş şəxs X4, 540 manatı zərərçəkmiş şəxs X2, 800 manatı zərərçəkmiş şəxs X9, 700 manatı zərərçəkmiş şəxs X10, 760 manatı X11 hüquqi varisi X7, 330 manatı zərərçəkmiş şəxs X27, 1680 manatı zərərçəkmiş şəxs X14, 8000 manatı zərərçəkmiş şəxs X33, 800 manatı zərərçəkmiş şəxs X29, 5500 manatı zərərçəkmiş şəxs X21 və 600 manatı zərərçəkmiş şəxs X32 ödənilsin, qalan hissəsi isə Azərbaycan Respublikasının dövlət nəfinə alınsın...) icra edilməsi üçün qeyd edilən ünvanlara göndərilmişdir. - Bakı şəhəri Yasamal Rayon İcra şöbəsinin icra məmuru tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsin 1 (101 )-651/2022 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. - xx.xx.2023-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, X18 icra sənədini 10 gün müddətində könüllü icra etmək bildirilmişdir. - Bakı şəhəri Yasamal Rayon İcra şöbəsi tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda göstərilmişdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1 (101 )-651/2022 saylı, xx.xx.2023-ci il tarixli icra sənədinə əsasən İş üzrə üzərinə həbs qoyulmuş üçün Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşməklə hər birinin sahəsi 0,12 ha təşkil edən ümumilikdə ki torpaq sahəsinə və Bakı şəhəri, Yasamal rayonu, X40 82 ünvanda yerləşən mənzilə (fərdi yaşayış evinə), həmçinin iş üzrə maddi sübut olub dövlət bankında saxlanılan bir ədəd 750 əyarlı, 20,22 qram çəkidə üzüyə xüsusi müsadirə tətbiq edilsin və onlar müvafiq qaydada satılmaqla əldə olunacaq pul vəsaitinin 615000 manatı zərərçəkmiş şəxs X8, 45000 manatı zərərçəkmiş şəxs X24, 175354 manatı zərərçəkmiş şəxs X25, 100640 manatı zərərçəkmiş şəxs X26, 94925 manatı zərərçəkmiş şəxs İddiaçı Məmmədəli oğluna, 228700 manatı zərərçəkmiş şəxs X22, 5280 manatı zərərçəkmiş şəxs X28, 1000 manatı zərərçəkmiş şəxs X4, 540 manatı zərərçəkmiş şəxs X2, 800 manatı zərərçəkmiş şəxs X9, 700 manatı zərərçəkmiş şəxs X10, 760 manatı X11 hüquqi varisi X7, 330 manatı zərərçəkmiş şəxs X27, 1680 manatı zərərçəkmiş şəxs Məmmədova llahiyyə Afət qızına, 8000 manatı zərərçəkmiş şəxs X44ma, 800 manatı zərərçəkmiş şəxs X29, 5500 manatı zərərçəkmiş şəxs X21 və 600 manatı zərərçəkmiş şəxs X32 ödənilsin, qalan hissəsi isə Azərbaycan Respublikasının dövlət nəfinə alınmalıdır. İcra vərəqəsində qeyd olunan Bakı şəhəri, Yasamal rayonu, X40 82 ünvanda yerləşən mənzilin texniki sənədlərinin (çıxarışın və s.) Yasamal rayon icra şöbəsinə təqdim edilməsi xahiş edilmişdir. - Bakı şəhəri Yasamal Rayon İcra şöbəsinin icra məmuru tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1 (101 )- 651/2022 saylı, xx.xx.2023-ci il tarixli icra sənədinin icrası ilə bağlı "xxxx" MMC -dən mütəxəssis dəvət edilməsi, icra sənədində qeyd olunan Bakı şəhəri, Yasamal rayona, X40 82 ünvanındakı mənzilin mütəxəssis tərəfindən qiymətləndirilməsi qərara alınmışdır. - Bakı şəhəri Yasamal rayon icra şöbəsi tərəfindən "xxxx" MMC-yə ünvanlanmış məktubdan görünür ki, mütəxəssis dəvət edilməsi haqqında qərar icra edilməsi üçün MMC-yə göndərilmişdir. - DƏDRX tərəfindən verilmiş çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayona, X40 82 saylı mənzil X12 adına xx.xx.2019-cu il tarixdə qeydiyyatdan keçmişdir. - Bakı şəhəri Yasamal rayon icra şöbəsi tərəfindən Əmlak Hərrac Mərkəzi MMC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Yasamal rayona, X40 82 saylı mənzil üzrə hərracın keçirilməsi sifariş edilmişdir. Sifarişə əsasən mənzilin ilkin qiyməti 252000 manat müəyyən edilmişdir. - Açıq hərracın keçirilməsinə dair xx.xx.2023-cü il tarixli elandan görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-651/2022 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən, Bakı şəhəri Yasamal rayon icra şöbəsinin xx/xx-1909xx/xx-15806 saylı, xx.xx.2023-cü il tarixli sifarişi üzrə, X18 məxsus olan, Bakı şəhəri, Yasamal rayonu, X40 ünvanında yerləşən 82 saylı mənzil (fərdi yaşayış evi) açıq hərracda satılmalıdır. İlkin hərrac açıq auksion qaydasında keçirilməklə 01 dekabr 2023-cü il tarixi, saat 10°°-a (növbəlik qaydasında) təyin edilmişdir. Hərrac Bakı şəh., Nəsimi ray., Fikrət Əmirov 11/1 ünvanında keçiriləcəkdir. Əmlakın ilkin satış 252.000 (iki yüz əlli iki min) manat məbləğində müəyyənləşdirilmişdir. Hərracda iştirak üçün ilkin satış qiymətinin 5%-i, yəni 12.600 (on iki min altı yüz) manat məbləğində beh ödənilməlidir. Beh məbləği hərracın təyin edildiyi tarixə 1 (bir) iş günü qalanadək hərrac təşkilatçısının aşağıda göstərilən hesablaşma hesabına və ya kassasına nəğd qaydada ödənilməlidir. - Açıq Hərracın keçirilməsinə dair xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, ilkin hərrac 01 dekabr 2023-cü il tarixi, saat 10-da açıq hərracın keçiriləcəyi göstərilmişdir. - X31 tərəfindən verilmiş 30 noyabr 2023-cü il tarixli ərizədən görünür ki, o, açıq hərracda iştirak etmək arzusunu bildirmişdir. - X17 tərəfindən verilmiş 7 noyabr 2023-cü il tarixli ərizədən görünür ki, o, açıq hərracda iştirak etmək arzusunu bildirmişdir. - Cavabdeh3 MMC trəfindən icra məmuru Aslan Aslanbəyliyə ünvanlanmış məktubda qeyd edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, X40 82 ünvanına gödərilmiş hərracın təyin edilməsi barədə bildiriş rabitə orqanının “bağlı” qeyd şərti ilə geri qaytarılmışdır. Göstərilənləri nəzərə alıb icra işinin materiallarından X15 digər ünvanı və ya digər əlaqə vasitələri barədə bizə müvafiq məlumatların verilməsinin təmin edilməsi xahiş edilmişdir. - xx.xx.2023-cü il tarixli Hərracın yekunları barədə protokoldan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, X40 82 saylı mənzil üzrə qalib alıcı tələbkar X13r, mənzili 252000 (iki yüz əlli iki min) manata almışdır. Həmçinin qeyd edilmişdir ki, qalib alıcı X23 tələbinin məbləği həcmində alış qiymətini ödəməkdən azaddır. - İddiaçı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, o hərracın etibarsız hesab edilməsi barədə Cavabdeh3 MMC-yə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İcra Baş İdarəsinə, Bakı şəhəri Yasamal rayonu icra şöbəsinin rəisi Ədliyyə Müşaviri Pərviz Zəkəriyəyevə müraciət etmişdir. Ərizədə qeyd edilmişdir ki, Cavabdeh3 MMC-nin 01 dekabr 2023-cü ildə 274/23 nömrəli Hərrac Yekunları barədə Protokoluna əsasən tez tələsik, cəmi 5 dəqiqə çəkən, yəni, 12 : 10-da başlayıb, 12 : 15-də bitən hərracda məhkəmə qərarının tələbləri kobud surətdə pozulmuş, ziyançəkən Qəhrəmanov Aslan bu 5 dəqiqə qalib alıcı kimi tanınmış, həmin evin onun adına rəsmiləşdirilməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestrini həyata keçirən təşkilata bu protokolun əsas olduğu göstərilmişdir. Hərracda satışdan əldə olunan vəsait ziyançəkənlərin ziyanı hesabına ödənsin göstərişinə əməl edilməmişdir. Qəhrəmanov Aslan zərərçəkmiş olduğu halda hərrac onu qalib alıcı kimi tanıtmış, belə olan halda əmlakın satış pulunun Yasamal rayon icra şöbəsinin depoziti hesabına ödənməsini təmin etməmiş, Aslanı alış qiymətini ödəməkdən azad etmişdir. Bu qanunsuzluğa görə 18 nəfər ziyançəkmiş əmlakın satış pulundan məhrum edilmişlər. İddiaçı bir zərər çəkən kimi evin bir nəfərin ziyanı hesabına ödənməsinə həmişə etiraz etmiş evin satılaraq ona düşən vəsaitin ödənməsini tələb etmişdir. Hərrac protokolunda sifarişçi Yasamal rayon icra şöbəsinin də razılıq imzası yoxdur. - Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, ünvan 14 ünvanda yerləşən mənzilə və həmin ərazidə yerləşən analoji mənzillərinə dair birja məlumatları, internet saytı məlumatları olmadığından ünvan 14 mənzilin sentyabr 2023cü il tarixə və hazırki vaxta bazar dəyərini müəyyən etmək mümkün olmamışdır. - “Yeni Dövr” Qiymətləndirmə Mərkəzi tərəfindən verilmiş 07 may 2025-ci il tarixli rəyindən görünür ki, ünvan 15 ünvanın qiymətləndirmə tarixinə dəyəri hazırki dövrə 403 500,0 (dördyüz üç min beş yüz min) manat təşkil edir. 2023-cü ilə bazar dəyəri: 334 000,0 (üç yüz otuz dörd min) manat təşkil edirdi. Qiymətləndirmə obyekti, qiymətləndirmənin aparılması qaydası və qiymətləndirməni yerinə yetirmək üçün istifadə edilən yanaşma və metodlar barədə məlumat bu rəyin ayrılmaz hissəsi olan hesabatda göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsinə əsasən Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Həmin Məcəllənin 415.5-ci maddəsinə əsasən hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 416.2-ci maddəsinə əsasən hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. İcra haqqında Azərbaycan Respublikası Qanununun 53.1-ci maddəsinə əsasən Üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. Həmin Qanunun 61.1-ci maddəsinə əsasən Vergi borcuna görə siyahıya alınmış əmlak istisna olmaqla, borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir. Həmin Qanunun 61.2-ci maddəsinə əsasən ixtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir. Adıçəkilən Qanunun 62-ci maddəsinə əsasən icra məmurundan müvafiq sifarişin alındığı gündən ən geci iki ay müddətində ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac keçirilməlidir. Hərracın keçirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hüququn ümumi prinsiplərinə əsasən statusları yüklülük baxımından eyni olmayan əmlaklarla bağlı münasibətlərə qanunverici ayrı-ayrı qaydalar tətbiq edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 02/21 №-li İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə qərardadında göstərilmişdir ki, ilk növbədə “İpoteka haqqında” Qanun xüsusi olaraq mülki hüquqi müqavilələrdən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi ilə bağlı ipotekanın yaranması əsaslarını, onun dövlət qeydiyyatını, təmin olunmuş borcun və digər mülki hüquqi öhdəliyin ipoteka hesabına ödənilməsi qaydalarını, tərəflərin hüquq və vəzifələrini müəyyən edir, habelə bu sahədə digər münasibətləri tənzimləyir. Bu baxımdan, “İpoteka haqqında” Qanunun 42, 43-cü maddələri, hərracın Mülki Məcəllənin 415-ci maddəsindən fərqlənən xüsusiyyətlərini özündə əks etdirməklə, yalnız ipoteka predmeti olan əmlakın hərracda satılmasının xüsusi qaydasını müəyyən edir. İpoteka predmeti olmayan əmlaka icra sənədi üzrə tutmanın yönəldilməsi və hərracdan satılması proseduru isə Mülki Məcəllənin 415-ci və “İcra haqqında” Qanunun müvafiq müddəaları ilə tənzimlənir. Mülki Məcəllənin 415-ci maddəsi hərracın keçirilməsinin ümumi qaydasını müəyyən edir. “İcra haqqında” Qanunun 45.6-cı maddəsinə əsasən icra qanunvericiliyinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Həmin Qanunun 53-cü maddəsinə əsasən üzərinə həbs qoyulmuş həmin əmlak tələbkara təklif olunur, o, bundan imtina etdikdə həmin əmlak imtina günündən üç ay müddətində hərrac yolu ilə satılır. Əmlak satılmadıqda, həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə, əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana qaytarılır. İpoteka predmeti olmayan əmlak hərracdan Mülki Məcəllənin 415-ci və “İcra haqqında” Qanunun 51, 53, 61, 62-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilməlidir. Belə ki, “İcra haqqında” Qanunun 51-ci maddəsinə əsasən əmlakın üzərinə həbsin qoyulmasından sonra icra məmuru əmlakın qiymətləndirilməsini həyata keçirərək, həmin Qanunun 53-cü maddəsinə əsasən tələbkara təklif etməlidir. Tələbkar əmlakı qəbul etməkdən imtina etdikdə isə, həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində (icra məmurundan müvafiq sifarişin alındığı gündən ən geci iki ay müddətində) Mülki Məcəllənin 415-ci maddəsində müəyyən edilən qaydada hərrac yolu ilə satılmalıdır. Göründüyü kimi, qanunvericilik ipoteka predmetinə, vergi ödəyicisinin siyahıya alınmış əmlakına və girov predmeti olan qiymətli kağızlara aid olmayan əmlakın icra icraatı çərçivəsində açıq hərracdan satılması üçün 3 aylıq müddət müəyyən etsə də, “İpoteka haqqında” Qanunda, “Vergi Məcəlləsində” və “Qiymətli kağızların girovunun qeydiyyatı, ona xitam verilməsi və girov predmetinə tutmanın yönəldilməsi Qaydası”nda olduğu kimi digər xüsusiyyətlərini müəyyən etməmişdir. Bu baxımdan, məhkəmə tərkibi belə qənaətə gəlir ki, icra icraatı çərçivəsində ipoteka predmetinə, vergi ödəyicisinin siyahıya alınmış əmlakına və girov predmeti olan qiymətli kağızlara aid olmayan əmlaka münasibətdə hərrac 3 aylıq müddət çərçivəsində hərracın keçirilməsi qaydasını pozmadan keçirməyə imkan verən sayda keçirilməlidir. Adıçəkilən qərardadla icra icraatı çərçivəsində borclunun ipoteka predmetinə, vergi ödəyicisi kimi siyahıya alınmış əmlaka və girov predmeti olan qiymətli kağızlara aid olmayan əmlaklarına tələbin yönəldilməsi və hərracdan satılması qaydaları Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415-ci və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6, 45.7, 51, 53, 61, 62-ci maddələri ilə tənzimləndiyi göstərilmiş və bu münasibətlərə qanunun analogiyası üzrə digər qanunvericilik aktlarında nəzərdə tutulmuş hərrac qaydaları tətbiq edilməməli olduğu və icra icraatı çərçivəsində borclunun ipoteka predmetinə və girov predmeti olan qiymətli kağızlarına aid olmayan əmlaklarına tutmanın yönəldilməsi zamanı əmlakın hərraca çıxarılan ilkin (başlanğıc) satış qiyməti onun bazar dəyəri ilə müəyyən olunması qərara alınmışdır. “Xüsusi müsadirə edilmiş əmlakın hərraca çıxarılması və hərracda satılması barədə” təlimatına əsasən, 2.1. Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən Qaydanın tələblərinə uyğun olaraq təhvil alınmış əmlakın satışı Hərrac komissiyası tərəfindən həyata keçirilir. 2.2. Xidmət tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin (3 nəfər), Maliyyə Nazirliyinin (1 nəfər) və Baş Prokurorluğun (1 nəfər) nümayəndələrindən ibarət 5 nəfərlik tərkibdə olmaqla daimi fəaliyyətdə olan Hərrac komissiyası yaradılır. Komissiyanın sədri İqtisadiyyat Nazirliyinin nümayəndələri sırasından təyin edilir. 2.3. Komissiyanın qərarları iclasda iştirak edən komissiya üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Səsvermədə hər bir komissiya üzvü bir səsə malikdir. Komissiyanın üzvlərinin azı üçdə ikisi iclasda iştirak edərsə, komissiya öz səlahiyyətinə aid olan məsələləri həll etmək hüququna malikdir. Səslər bərabər olduqda komissiya sədrinin səsi həlledici hesab olunur. Komissiyanın işində mütəmadi olaraq iştirak etməyən və ya onun reqlamentini pozan üzvün komissiya üzvlüyündən çıxarılmasına dair Təşkilatçı məsələ qaldıra bilər. Bu halda həmin şəxs digər şəxslə əvəz olunur. Komissiyanın qərarları protokollaşdırılır və iclasda iştirak etmiş bütün komissiya üzvləri tərəfindən imzalanır. 2.4. Hərrac gününə ən azı 30 (otuz) gün qalmış Təşkilatçı rəsmi internet səhifəsində hərraca çıxarılan əmlak haqqında elan yerləşdirilməsini təmin edir. 2.11. Əmlakın satışı üzrə keçirilən ilk iki hərracda sifariş verilmədikdə və ya əmlak satılmadıqda bu barədə rəsmi elan yerləşdirildikdən 30 gündən gec olmayaraq keçirilən üçüncü hərracda həmin əmlakın qiyməti hərracın təşkilatçısı tərəfindən ilkin qiymətinin 10 faizi həcmində, 30 gündən gec olmayaraq keçirilən dördüncü hərracda ilkin qiymətinin 25 faizi həcmində, 30 gündən gec olmayaraq keçirilən beşinci hərracda ilkin qiymətinin 50 faizi həcmində aşağı salınır. 2.12. Hərracın nəticələri hərraca yekun vurulan gün Hərrac komissiyası və hərracın qalibi tərəfindən imzalanan hərrac protokolu ilə rəsmiləşdirilir. Hərrac protokolu iki nüsxədə tərtib edilir, imzalanır. Bu protokol müqavilə qüvvəsinə malikdir. Protokolda Təşkilatçı, Hərrac komissiyasının üzvlərinin adı, soyadı, atasının adı və vəzifəsi haqqında və hərracın qalibi haqqında (fiziki şəxsin adı, soyadı, atasının adı, FİN nömrəsi, fərdi sahibkar olduqda VÖEN-ni, hüquqi şəxsin isə adı, VÖEN-i) məlumatlar, satılan əmlakın adı, daşınmaz əmlakın ünvanı, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat nömrəsi, satış qiyməti əks olunur. 2.13. Hərracda iştirak üçün ödənilmiş beh öhdəliklərin icrası hesabına aid edilməklə əmlakın satış məbləğinə daxil edilir. Hərracın qalibi əmlakın qiymətini 5 (beş) iş günü müddətində ödədiyi gün hərracın nəticələri dair protokolun bir nüsxəsi ona təqdim edilir və ya istəyinə uyğun sifarişində qeyd etdiyi poçt ünvanına göndərilir. Hərracın qalibi zərərçəkmiş şəxs olduqda ödəniş ona dəyən zərərin məbləğində azaldılır. Məhkəmə icraatı zamanı müəyyən edilmişdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin qanuni qüvvəyə minmiş 06 may 2022-ci il tarixli, 1(101)-651/2022 saylı hökmünə əsasən üzərinə həbs qoyulmuş Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşməklə hər birinin sahəsi 0,12 ha təşkil edən ümumilikdə iki torpaq sahəsinə və Bakı şəhəri, Yasamal rayonu, X40 82 ünvanda yerləşən mənzilə (fərdi yaşayış evinə), həmçinin iş üzrə maddi sübut olub dövlət bankında saxlanılan bir ədəd 750 əyarlı, 20,22 qram çəkidə üzüyə xüsusi müsadirə tətbiq edilməsi və onların müvafiq qaydada satılmaqla əldə olunacaq pul vəsaitinin zərərçəkmiş şəxslərə dəymiş ziayan müvafiq olaraq ödənilməsi qalan hissəsinin isə dövlət nəfinə alnması qərara alınmışdır. Hökm əsasında verilmiş xx.xx.2023-cü il tarixli icra vərəqəsinin icrasının təmin edilməsi məqsədilə, Yasamal Rayon İcra Şöbəsi tərəfindən hərracın keçirilməsi ilə bağlı Cavabdeh3 MMC-yə xx.xx.2023-cü il tarixdə sifariş məktubu göndərmişdir. Əmlak Hərrac Mərkəzi MMC xx.xx.2023-cü il tarixdə elan verməklə, bildiriş göndərmiş və xx.xx.2023-cü il tarixdə əmlakı iş üzrə tələbkar Aslan Qəhrəmanova satmışdır. Lakin məhkəmə qeyd edir ki, hərracın keçirilməsi ilə bağl qanunvericiliyin tələbləri pozulmuşdur. Belə ki, mövcud qanunverciliyə əsasən əmlak ilk növbədə tələbkarlara təklif edilməli olduğu halda qeyd edilən şərt həyata keçirilməmiş, həmçinin iş üzrə bir neçə zərərçəkmiş şəxs, yəni tələbkar olduğu halda hərrac təşkilatı Aslan Qəhrəmanovu tələbinin həcmi həddində əmlakın dəyərinin ödənilməsindən azad etməklə, beləliklə də yalnız bir tələbkarın tələbinin ödənilməsinə şərait yaratmaqla digər tələbkarların hüquqlarını pozmuşdur. Belə ki, iş materialları ilə digər tələbkarların, hazırkı iş üzrə İddiaçı əmlakın digər tələbkara satılması ilə bağlı razılığının ifadə olunduğu sübut nəinki müəyyən edilməmiş, hətta iş materialları ilə İddiaçı bu hala etirazını ifadə etmişdir. Bundan başqa “Yeni Dövr” Qiymətləndirmə Mərkəzi tərəfindən verilmiş rəydən görünür ki, mübahisə predmeti olan əmlakın 2023-cü ilə bazar dəyəri 334 000,0 (üç yüz otuz dörd min) manat təşkil etdiyi halda, əmlakın ilkin hərracda 252 min manata, yəni dəyərindən xeyli aşağı qiymətə satılması da, digər tələbkarların hüquqlarının pozulmasına, hərracın etibarsızlığına dəlalət edir. Belə ki, borcluya məxsus əmlak obyektiv qiymətləndirilərək, dəyəri daha yüksək qiymətə hərracda satışa çıxarılsa idi, tələbkarların daha çox borclarının ödənilməsinə yönəlmiş olardı. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslı hesab edilməlidir. Belə ki, hərrac qanunvericiliyin tələbləri pozulmaqla təşkil edilmişdir. Ali Məhkəmənin yuxarıda adı çəkilən qərardadından da göründüyü kimi icra icraatı çərçivəsində borclunun ipoteka predmetinə, vergi ödəyicisi kimi siyahıya alınmış əmlaka və girov predmeti olan qiymətli kağızlara aid olmayan əmlaklarına tələbin yönəldilməsi və hərracdan satılması qaydaları Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415-ci və "İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6, 45.7, 51, 53, 61 və 62-ci maddələri ilə tənzimlənir və bu münasibətlərə qanunun analogiyası üzrə digər qanunvericilik aktlarında nəzərdə tutulmuş hərrac qaydaları tətbiq edilməsi yolverilməzdir. Beləliklə tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, hərrac qanunvericiliyin tələbləri pozulmaqla keçirilmişdir. Məhkəmə hesab edir ki, hərrac qanunvericiliyin tələblərini pozmaqla keçirildiyindən etibarsız hesab olunmalıdır. Bundan əlavə məhkəmə hesab edir ki, hərrac etibarsız hesab edildiyindən onun yekunlarına dair tərtib edilmiş protokol və müqavilə də etibarsız hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Yasamal rayonu, X40 ünvanında yerləşən ev 82 saylı mənzilin (fərdiyaşayış evinin) satılmasına dair “X3” Cavabdeh3 MMC tərəfindən xx.xx.2023-cü il tarixdə keçirilmiş hərrac etibarsız hesab edilsin. Bakı şəhəri, Yasamal rayonu, X40 ünvanında yerləşən ev 82 saylı mənzilin (fərdiyaşayış evinin) satılmasına dair “X3” Cavabdeh3 MMC tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş 274/23 saylı “Hərrac yekunları barədə” protokol etibarsz hesab edilsin və X5 adına verilmiş ********** qeydiyyat nömrəli, **********82-05101-093001 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 01 saylı Bakı şəhər Ərazi İdarəsi tərəfindən aparılmış qeyd ləğv edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar