Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-6806/2025 04.02.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (açar sözlər: pul) Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi, Əhmədzadə Ülkər Təbriz qızının katibliyi, iddiaçının vəkili və nümayəndəsi X1 ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Səbail rayon Polis İdarəsinin xx.xx.2025-ci il tarixli qərarına əsasən Cavabdeh müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır.
2. Səbail rayon Polis İdarəsinin xx.xx.2025-ci il tarixli qərarına əsasən Cavabdeh müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilmiş və İddiaçın tanışı Cavabdeh barəsində olan 8000 manat pul tələbi mülki xarakterli olduğundan Mülki Prosessual Məcəlləsinin 25-ci maddəsinə əsasən aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət eidlməsinin izah edilməsi qərara alınmışdır.
3. Həmin qərarın təsviri hissəsindən görünür ki, araşdırma zamanı izahatı alınan Cavabdeh izahatında bildirmişdir ki, o, Xəlilin pulunu qaytardığı zaman tanışı İddiaçı 8000 manat borc pul almış, Xəlilin evinin tikintisinin icazəsi üçün aldığı 12000 manatın 8000 manatı Xəlilə geri qaytarmışdır.
4. Araşdırma zamanı izahatı alınan X4 bildirmişdir ki, ... Sonradan bilmişdir ki, onun Arifə olmuş 8000 manat borca görə faiz götürdüyü şəxs onların ortaq tanışı Raqif adlı şəxs olmuşdur. Onun Raqiflə tanışı Arif arasında həmin pulun hansı şərtlərlə götürülməsindən xəbəri olmamışdır.
İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları
a) iddia tələbi
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 8000 manat pul, əldən çıxmış fayda olaraq 3000 manat, 1000 manat mənəvi zərər və ödənilən 126 manat məbləğdə dövlət rüsumunun əvəzinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddianın əsaslarına görə, Cavabdeh üç il olar tanıyır və münasibəti normal olubdur. Təxminən on səkkiz ay müddət olar ki, Cavabdeh onunla görüşərək, tanışı Ceyhun Rzayev ilə işlərinin qarışıq getdiyi səbəbindən ona təcili pul lazım olduğunu və bir aya qaytarmaq şərtilə ona 8000 manat borca pul verməsini xahiş etmişdir. Həmin zaman gəlirləri yaxşı olduğundan Cavabdeh etiraz etməmiş və evdən 8000 manat pulu götürüb, Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, 20-ci sahədə yerləşən 23 saylı poçtun qarşısında Cavabdeh özünə vermişdir. Pulu Cavabdeh hər hansı faiz müqabilində verməmiş və Cavabdeh 8000 manat pulu alıb, bir ay ərzində qaytaracağına söz vermişdir. Pulu Cavabdeh verdiyi gündən bir manat da olsun borcundan qaytarmamışdır. Həmin 8000 manat pulu o Cavabdeh şəxsən özünə vermiş və Cavabdeh həmin pul məbləğini, verdiyi pula nisbətdə əldən çıxmış fayda olaraq və vurduğu mənəvi zərər olaraq pulları tələb edir. Cavabdeh nə problemlərinin olması və kiminlə pul ilə bağlı nə mübahisələr yaşaması ona məlum və maraqlı deyil. O Cavabdeh əlbəəl nağd şəkildə verdiyi 8000 manat pulu, həmin pula nisbətdə 18 aydan çox müddət ərzində əldən çıxmış fayda olaraq 3000 manat pulu və 1000 manat vurduğu mənəvi zərəri də tələb edir. Həmçinin pul mübahisələri və pulların ələ keçirilməsi ilə bağlı Bakı şəhəri Səbail Rayon Polis idarəsinin İstintaq şöbəsində xx.xx.2025-ci il tarixdə baş müstəntiq X2 tərəfindən araşdırma aparılmış və cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar çıxarılmışdır. Sübut olaraq Bakı şəhəri Səbail Rayon Polis idarəsinin İstintaq şöbəsinin xx.xx.2025-ci il tarixli qərarını da iddia ərizəsinə əlavə etmişdir.
b) iddiaya etiraz
7. Cavabdeh iddia tələbinə qarşı etirazla məhkəməyə müraciət edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
8. Etirazın əsaslarına görə, iddia tələbini qəbul etmir və bildirir ki, onun iddiaçıya heç bir borcu yoxdur. Belə ki, İddiaçı Ceyhun adlı şəxsin kafesində tanış olmuş və Raqil faizlə pul verdiyini bildirmişdir. O da Raqildən üç dəfə faizə pul almış və hər dəfə də pulu faizi ilə birlikdə qaytarmışdır. Eyni zamanda onun yaxın adamlarına faizə pul lazım olanda Raqilə müraciət etmiş və o da həmin şəxslərə faizə pul vermişdir. Hətta dəfələrlə tanışı Pərvizə pul lazım olmuş və o zamin olaraq Raqildən pul alıb Pərvizə vermişdir. Sonuncu dəfə Pərviz pulu verə bilmədiyinə görə aralarında olan razılışmaya görə Pərviz aylıq 200 manatdan əsas borcu qaytarır. Eyni zamanda tanışı Ceyhuna pul lazım olduğundan o Raqildən 8000 manat pul alaraq Ceyhuna vermişdir. Ceyhun da həmin pula görə hər ay 500 manat faiz verəcəyinə razılaşmışlar. Ceyhun dörd ay həmin pulun faizini Raqilə vermişdir. Lakin sonradan faizi və pulu qaytarmadığına görə Raqil ondan həmin pulu tələb etməyə başlamışdır. Əslində həmin pulu o yox Ceyhun almış və bunu Raqil özü də bilir. Buna dair səs yazısı da vardır ki, Ceyhun ona səs yazısı göndərmişdir ki, axırıncı ayın faizini 300 ABŞ dolları vermişdir. Lakin Ceyhun sonradan Raqildən aldığı pulu qaytarmamışdır. Bunu Raqil özü də bilir ki, həmin 8000 manat pul Ceyhundadır və Ceyhun vermir. Hətta Ceyhun həmin pulu vermədiyinə görə bu barədə pois idarəsinə şikayət etmişdir. Polis idarəsində verdiyi izahatında da Ceyhun ona 8000 manat borcu olmasını etiraf etmiş və hər ay 500 manat olmaqla qaytaracağını bildirmişdir. Ceyhun polisə verdiyi izahatında həmin pulun tanışı Raqildən aldığını qeyd etmişdir.
c) məhkəmə icraat iştiakçılarının izahatları
9. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir.
10. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir.
Tətbiq edilən hüquq
11. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Maddə 742.1. Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır; Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
Məhkəmə baxışının hədləri
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Məhkəmənin mövqeyi
14. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə hesab edir ki, iddiaçı və cavabdeh arasında şifahi borc müqaviləsi bağlanmış, iddiaçı cavabdehə 8000 manat məbləğdə borc vermiş, cavabdeh borcun qaytarılması ilə bağlı öhdəliyini pozmuşdur.
15. Belə ki, iddiaçı borcun verilməsi barədə mövqeyini cavabdehin Polis şöbəsində verdiyi izahata istinad etməklə əsaslandırmışdır. Cavabdeh isə məhkəməyə təqdim etdiyi etirazda tələbi qəbul etməmiş, pulu Raqildən alıb tanışı Ceyhuna verdiyini, onun sadəcə vasitəçi olduğunu, Raqilə pul qaytarmalı olan şəxsin Ceyhun olduğunu bildirmişdir.
16. Lakin təqdim edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, araşdırma zamanı izahatı alınmış Cavabdeh 8000 manat məbləğdə pulu İddiaçı borc alaraq Xəlil adlı şəxsə qaytardığını bildirmişdir. Araşdırma zamanı izahatı alınan Ceyhun Rzayev də Cavabdeh 8000 manat borc götürdüyü şəxsin kimliyini sonradan bildiyini göstərmiş, onun özünün 8000 manat borc öhdəliyinin Arif qarşısında olduğunu ifadə etmişdir.
17. Göründüyü kimi, 8000 manat məbləğdə pulun cavabdehə verilməsi, cavabdehin həmin pulun qaytarılması ilə bağlı öhdəlik götürdüyü araşdırma materialları ilə təsdiqini tapır. İddiaçı üçüncü şəxs Ceyhun Rzayevlə öhdəlik tərəfi olaraq sövdələşməmiş, onunla hər-hansı razılıq əldə etməmiş, ona birbaşa və ya vasitəçi vasitəsi ilə pul verməmişdir.
18. Cavabdehin sübut qismində təqdim etdiyi bir neçə saniyəlik səs yazısı da hazırkı işin üçün əhəmiyyət kəsb edən hər hansı digər halı müəyyən etməyə qadir deyil.
19. Odur ki, məhkəmə hesab edir ki, 8000 manat məbləğdə borc (pul) cavabdehdən tutulmalıdır.
20. Məhkəmə onu da qeyd edir ki, mövcud qanunvericiliyə əsasən 3000 manatdan yuxarı məbləğli borc müqaviləsi üçün yazılı forma şərti zəruri olsa da, hazırkı halda bu şərtə əməl edildiyi müəyyən edilmir. Lakin, hər bir halda pulun verildiyi sübut olunursa, qaytarılma barədə tələb də haqlıdır. Çünki, Mülki Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Həmin Məcəllənin 1092.1-ci maddəsinin tələbinə görə isə, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
21. İddiaçı əldən çıxmış fayda olaraq 3000 manat pul da tələb edir ki, bu hissədə tələb təmin edilə bilməz.
22. Mülki Məcəllənin 21.2-ci maddəsinin tələbləri baxımından əldən çıxmış fayda dedikdə şəxsin hüququ pozulmasaydı adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər başa düşülür.
23. Hazırkı halda iddiaçı borc məbləği vaxtında qaytarılsaydı ticarət sahəsində həmin pulu 3000 manat artıra bilcəyini qeyd etsə də, hansı sahədə, hansı formada artıra biləcəyi, sabit məbləğ olaraq gözlənilən 3000 manatın necə hesabladığı şərh edilməmiş, bununla bağlı şəxsin əvvəlki işgüzar təcrübəsinə dair hər hansı sübut təqdim edilməmişdir.
24. Mənəvi zərərin əvəzinin tutulması hissədə də tələb təmin edilə bilməz. Adi mülki dövriyyə şəraitində öhdəliyin pozulması heç də həmişə mənəvi zərərin vurulması ilə nəticələnmir. Mənəvi zərərin tutulması barədə iddiaların təmin olunması üçün şəxsin mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olmalıdır.
25. Hazırkı işin halları baxımından isə işin bu faktiki hallarının heç biri iddiaçı tərəfindən sübuta yetirilməmişdir.
26. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
27. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia qismən təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun iddia təmin olunan hissəyə mütənasib 100 manat hissəsi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
28. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, 8000 manat məbləğdə pul və 100 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 8100 manat məbləğdə pul Cavabdeh tutularaq İddiaçı ödənilməlidir.
29. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia qismən təmin edilsin. 8000 manat məbləğdə pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat olmaqla, ümumilikdə 8100 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
HAKİM Aytəkin Əsədzadə