Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-6830/2021 06.12.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı LPO ASC "xxxx" Sığorta" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında zərərin ödənilməsi tələbinə dair dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı LPO ASC "xxxx" Sığorta ASC Cavabdeh qarşı subroqasiya qaydasında zərərin ödənilməsi tələbinə dair iddia ərizəsilə məhkəməyə müraciət edərək, Cavabdeh 520 (beş yüz iyirmi) məbləğində vurulmuş sığorta ödənişinin və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun LPO ASC "xxxx" Sığorta ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 29.12.2019-cu il tarixdə, saat 19:30 radələrində Bakı-Quba yolu 9-cu km-də, Cavabdeh, hazırda ləğvetmə prossesində olan (LPO) ASC "xxxx" Sığorta Şirkəti tərəfindən icbari sığorta növü ilə sığortalanmış, X3 məxsus MERSEDES BENZ C240 minik markalı, ** BH *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili hüququ olmadan idarə edərkən ehtiyatsızlıq etmiş və nəticədə X6 məxsus olan, RUNNA minik markalı, ** RF *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə toqquşaraq həmin avtomobilə maddi zərər vurmuşdur. Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsi ilə təqsirli bilinmiş və onun barəsində 29.12.2019cu il tarixdə, TP ******* saylı “X10 Haqqında Qərar” qəbul olunmuşdur. Hazırki iddia ərizəsinə əlavə edilən qiymətləndirmə aktından görünür ki, X6 məxsus olan, RUNNA minik markalı, ** RF *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə 520.0 (beş yüz iyirmi) manat məbləğində maddi zərər vurulmuşdur. ASC "xxxx" Sığorta Şirkəti tərəfindən zərərçəkən X6 məxsus olan, RUNNA minik markalı, ** RF *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə dəymiş zərərə görə, 04.02.2020-ci ildə 520.0 (beş yüz iyirmi) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İddiaçı LPO ASC "xxxx" Sığorta" ASC-nin etibarnamə üzrə nümayəndəsi Habil İsgəndərov ərizə ilə məhkəməyə müraciət edərək, işə nümayəndənin iştirakı olmadan baxılması və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, hadisə dəqiq yadında deyil, 2019-cu ildə baş vermişdir. O, həmin vaxt ayıq sürücü kimi işləyərkən hadisəni törətmişdir. İndi deyəsən həmin şirkət işləmir. Protokol onun barəsində tərtib edilmişdir. Lakin həmin vaxt ona bildirdilər ki, o heç bir məsuliyyət daşımır. Məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə cavabdehin izahatını dinləyib, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan 09.07.2019-cu il tarixli icbari sığorta müqaviləsinə dair məlumatın surətindən müəyyən olunur ki, 09.07.2019-cu il tarixdə sığortalı X3 məxsus Mercedes Benz C240 minik markalı, ** BH *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil 1 il müddətinə sığotaçı (LPO)ASC "xxxx" Sığorta Şirkətində sığortalanmışdır. İş materiallarında olan İC AA 0033/20 saylı işə dair nömrəli sığorta aktının məzmunundan görünür ki, PST********** nömrəli sığorta şəhadətnaməsinə əsasən Mercedes Benz C240 minik markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinin mülki məsuliyyətinin sığortaçı cəmiyyətdə sığortalanması əsası ilə "xxxx" Sığorta Şirkəti tərəfindən faydalanan şəxs X6 29 dekabr 2019-cu il tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı 20.11.2019-cu il tarixli qüsur aktına uyğun olaraq 520 (beş yüz iyirmi) manat məbləğində sığorta ödənişi həyata keçirilməsi qərara alınmışdır. İş materiallarında olan 04.02.2020-ci il tarixli, 17 saylı ödəniş tapşırığının surətindən görünür ki, 520 manat məbləğində sığorta ödənişi məbləği X4 hesabına köçürülmüşdür. İş materiallarında olan 30.12.2019-cu il tarixli ASC "xxxx" SŞ-nə yazılan yol nəqliyyat hadisəsinə dair ərizədən görünür ki, 29.12.2019-cu il tarixdə Cavabdeh ** BH *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Pərviz Ağayevin idarə etdiyi RUNNA minik markalı, ** RF *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə zərər vurmuşdur. İş materiallarında olan AD N 297153 seriyalı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, RUNNA minik markalı, ** RF *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil X7 məxsusdur. İş materiallarında olan AE seriyalı 802764 seriyalı sürücülük vəsiqəsinin surətindən müəyyən olunur ki, X1 hüququ vardır. İş materiallarında olan ƏN-İV 624586 nömrəli etibarnamənin surətindən görünür ki, X8 RUNNA minik markalı, ** RF *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilini X6 06 fevral 2024-cü il tarixinədək idarə etmək üçün etibar etmişdir. İş materiallarında avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, 29.12.2019-cu il tarixdə Cavabdeh ** BH *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Pərviz Ağayevin idarə etdiyi RUNNA minik markalı, ** RF *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə zərər vurmuşdur. İş materiallarında olan TP ******* saylı X10 haqqında qərarın surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı madddələrində nəzərdə tutulan inzibati xəta hadisəsini törətdiyinə görə 40 manat məbləğində cərimə olunmuşdur. İş materiallarında olan Cavabdeh Azərbaycan Respublikası DİN Baş DYP İdarəsinə yazmışç olduğu izahatında qeyd edir ki, 29.12.2019-cu il tarixdə ** BH *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən qarşısında dayanan maşını görməmiş və nəticədə Pərviz Ağayevin idarə etdiyi RUNNA minik markalı, ** RF *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili arxadan vurmuşdur. İş materiallarında olan AD seriyalı 047617 seriyalı sürücülük vəsiqəsinin surətindən müəyyən olunur ki, Cavabdeh sürücülük hüququ vardır. İş materiallarında olan AD N 544365 seriyalı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, Mercedes Benz C240 minik markalı, ** BH *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil X5 məxsusdur. İş materiallarında olan SHD-F-28.1/1 saylı, 30.12.2019-cu il tarixli dəymiş zərər barədə razılaşma sənədindən görünür ki, P.Ağayev avtomobilinə dəymiş zərərin 520 manat məbləğində qiymətləndirilməsinə razıdır. İş materiallarında olan əmlaka dair qiymətləndirmə aktından görünür ki, 20.11.2019cu il tarixli Qüsur aktından görünür ki, RUNNA minik markalı, ** RF *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə dəymiş zərərin məbləği ehtiyyat hissələri 270 manat və xidmət haqqı 250 manat olmaqla cəmi 520 (beş yüz iyirmi) manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan 30.09.2021-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı LPO ASC ”STANDARD İNSURANCE” Sığorta Şirkəti tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-21.3-cü maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır; 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır; 916.1-ci maddəsinə əsasən əgər sığortalı zərərin əvəzini ödəmək tələbini 3-cü şəxs qarşısında irəli sürə bilərsə, həmin tələb sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini sığortalıya ödəmiş olsun; 926.3-cü maddəsinə əsasən sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunvericiliyi ilə, könüllü sığortada müvafiq sığorta qaydalarına əsasən bağlanan sığorta müqaviləsi ilə müəyyən edilir; 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; 936.2-ci maddəsinə (subroqasiya hüququ) əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Bu normaya uyğun olaraq, sığorta ödənişi verildiyi andan sığortaçı hadisənin baş verməsində təqsirli olan şəxsə qarşı zərərçəkənin - sığorta müqaviləsi üzrə faydalanan şəxsin tələb hüququnu əldə edir. 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1 və 1097.3-cü maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, 25-ci maddəsinə əlavə olaraq avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun: 36-cı maddəsinə əsasən yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar; 81-ci maddəsinə əsasən bu Qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, 09.07.2019-cu il tarixli sığorta müqaviləsinə əsasən X2 mülkiyyətində olan Mercedes Benz C240 minik markalı, ** BH *** dövlət nömrə nişanlı avtomobil 1 il müddətinə sığotaçı (LPO) ASC "xxxx" Sığorta Şirkətində sığortalanmışdır. Cavabdeh 29 dekabr 2019-cu il tarixdə sürücülük vəsiqəsi ilə, lakin idarəetmə hüququ olmadığı Mercedes Benz C240 minik markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olarkən düzgün ara məsafəsi saxlamadığından qarşısında dayanmış ** RF *** dövlət qeydiyyat nişanlı RUNNA minik markalı avtomobillə toqquşmuş, nəticədə Pərviz Ağayevin idarə etdiyi avtomobilə 520 manat məbləğində maddi ziyan dəymişdir. Cavabdeh baş vermiş yol-nəqliyyat hadisəsinə görə təqsirli olduğu qanuni qüvvədə olan inzibati xəta haqqında qərar ilə sübuta yetirilmişdir. X4 avtomobilinə dəymiş ziyan LPO ASC "xxxx" Sığorta Şirkəti tərəfindən ödənilmişdir. Törədilmiş hüquqa zidd hərəkət nəticəsində dəymiş zərər sığortaçı tərəfindən ödənildiyindən həmin məbləğdə zərəri tələb etmə hüququ subroqasiya qaydasında LPO ASC "xxxx" Sığorta Şirkətinə keçmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdeh Cavabdehdan 520 (beş yüz iyirmi) manat pulun LPO ASC "xxxx" Sığorta Şirkətinin xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edildiyindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh dəymiş ziyana görə 520 (beş yüz iyirmi) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı LPO ASC "xxxx" Sığorta Şirkətinin xeyrinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-6830/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-6830/2021
06.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver