Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-6966/2021 11.11.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi Paşayev Elçin Tofiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh X1 iştirakları ilə, İddiaçı cavabdehlər X2, Bakı şəhəri 5 saylı Dövlət Notariat Kontoruna və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “razılıq ərizəsinin və bununla əlaqədar daşınmaz əmlakın dövlət reystrində aparılmış qeydiyyatın etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X2, Bakı şəhəri 5 saylı Dövlət Notariat Kontoruna və DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “razılıq ərizəsinin və bununla əlaqədar daşınmaz əmlakın dövlət reystrində aparılmış qeydiyyatın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsoinə müraciət etmişdir. Məhkəmə hazırlıq iclası 11.11.2021-ci il tarixə saat 12:20-yə təyin edilmişdir. İddiaçı məhkəmənin hazırlıq iclasında ərizə verərək, iddia ərizəsinin geri qaytarılmasını və ödədiyi 100 manat dövlət rüsumunun geri qaytarılmasını xahiş etdi. Məhkəmə hazırlıq iclasında cavabdeh X4 müvafiq ərizənin təmin edilməsi, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə qərardad çıxarılmasına etiraz etmədiyini bildirmişdir. Digər cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, lakin cavabdehlərin nümayəndələri məhkəmənin hazırlıq iclasına gəlməmişdirlər. Məhkəmə cavabdehlərin iştirakı olmadan məhkəmə hazırlıq iclasının keçirilməsini mümkün hesab edir. Məhkəmə iddiaçının ərizəsini nəzərdən keçirib hesab edir ki, ərizə təmin edilməli, Azərbaycan Respublikası MPM-in 170.1-ci maddəsinin tələbinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə görə, bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə geri qaytarıla bilər. Həmçinin, iddianın qaldırılması üçün dövlət büdcəsinə köçürülmüş 100 manat dövlət rüsumu İddiaçı qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 114.1.3, 114, 170-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. İddiaçı cavabdehlər X2, Bakı şəhəri 5 saylı Dövlət Notariat Kontoruna və DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “razılıq ərizəsinin və bununla əlaqədar daşınmaz əmlakın dövlət reystrində aparılmış qeydiyyatın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. "xxxx" ASC K0104003 nömrəli terminalı vasitəsilə 08.10.2021-ci il tarixli 18292 nömrəli və "xxxx" ASC K0100998 nömrəli terminalı vasitəsilə 12.10.2021-ci il tarixli 14472 nömrəli mədaxil qəbzlərinə əsasən Bakı şəhəri Yasamal rayon Məhkəməsinə dövlət rüsumu kimi ödənilmiş cəmi 100 (yüz) manat pul X3 tərəfindən İddiaçı qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-6966/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-6966/2021
11.11.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver