Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-698/2022 18.01.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbinə” dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 690 manat pul vəsaitinin və 30 manat məbləğində dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması baradə qətnamə qəbul edilməsini xahşi etmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verldikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdeh rəsmi qaydada bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-21.3, 1096.1-1096.2, 1097.1-ci maddələrini, «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 25 və 63-cü maddələrini, MPM 119.1-ci maddəsini nəzərə alaraq müəyyən etdi: Belə ki, iş materiallarında olan icbari sığorta müqaviləsinə dair elektron məlumatdan müəyyən olunmuşdur ki, "xxxx" ASC tərəfindən Cavabdeh məxsus “MİTSUBİSHİ L200” markalı, **-TL-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi 14.01.2020-ci il tarixdən bir illik müddətinə PAZ********** saylı İcbari Sığorta Müqaviləsi ilə icbari sığortalanmışdır. İş materiallarına olan TP ******* saylı, 22.12.2020-ci il tarixli X6 haqqında Qərara əsasən, Cavabdeh İXM-nin 327.6-cı maddəsinə görə təqsirli bilinərək 100 manat məbləğində cərimə olunmuşdur. İş materiallarında olan 10.03.2021-ci il tarixli, CML-3640/2020-AKT869/21 saylı iddiaçı "xxxx" ASC tərəfindən tərtib olunmuş sığorta aktına əsasən, Cavabdeh “MİTSUBİSHİ L200” markalı, **-TL-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə, X2 məxsus “KAMAZ 6520” markalı, **-CN-*** dövlət qeydiyyat nişanlı yük avtomobili toqquşmuş və "xxxx" ASC tərəfindən 390 manat məbləğində pul vəsaiti X2 ödənilmişdir. İş materiallarında olan 19.01.2021-ci il tarixli, CML-3640/2020-AKT174/21 saylı iddiaçı "xxxx" ASC tərəfindən tərtib olunmuş sığorta aktına əsasən, Cavabdeh “MİTSUBİSHİ L200” markalı, **-TL-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə, X4 məxsus “Mercedes-Benz VİTO” markalı, **-MN-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş və "xxxx" ASC tərəfindən 300 manat məbləğində pul vəsaiti X4 ödənilmişdir. İş materiallarında olan 07.01.2021-ci il tarixli və 28.12.2020-cı il tarixli dəymiş zərərin hesablanması baradə qüsur aktlarına əsasən, “KAMAZ 6520” markalı, **-CN-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə ümumilikdə 390 manat məbləğində, “Mercedes-Benz VİTO” markalı, **-MN-*** dövlət qeydiyyat nişanlı avtomobilə isə ümumilikdə 300 manat məbləğində zərər hesablanmışdır. İş materiallarında olan 15.03.2021-ci il tarixli və 29.01.2021-ci il tarixli "xxxx" ASC-yə məxsus köçürmə qəbzlərindən müəyyən olunur ki, 22.12.2020-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı "xxxx" ASC tərəfindən 390 manat “KAMAZ 6520” markalı, **- CN-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin sahibi X1 bank hesabına, 300 manat “Mercedes-Benz VİTO” markalı, **-MN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X3 bank hesabına köçürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 25.1.8-ci maddəsinə əsasən bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 22.12.2020-ci il tarixdə Binəqədi rayonu ərazisində Cavabdeh məxsus “MİTSUBİSHİ L200” markalı, **-TL- *** dövlət qeydiyyat nişanlı avtomaşın ötmə əməliyyatını icra edərkən yol nəqliyyat hadisəsi törətmiş və hadisə yerindən yayınmışdır. Yol nəqliyyat hadisəsi nəticəsində “KAMAZ 6520” markalı, **-CN-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə və “Mercedes- Benz VİTO” markalı, **-MN-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. İddiaçı "xxxx" ASC tərəfindən baş vermiş yol nəqliyyat hadisəsində zərərə uğramış “KAMAZ 6520” markalı, **-CN-*** dövlət qeydiyyat nişanlı və “Mercedes-Benz VİTO” markalı, **-MN-*** dövlət qeydiyyat nişanlı avtomobillərin mülkiyyətçiləri olan X2 və X4 ümumilikdə 690 manat məbləğində pul vəsaiti ödənildiyindən, həmin məbləğ Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Eyni zamanda iddia tələbi əsaslı olduğundan məhkəmə qeyd edir ki, iddiaçı "xxxx" ASC tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq, iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmədə tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 690 (altı yüz doxsan) manat məbləğində sığorta ödənişinin və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildikdən sonra (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-698/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-698/2022
18.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver