Məhkəmə qərarları › İş №2(004)-70/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-70/2021

09.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-70/2021 09.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi (qardaşı) X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası; Cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2019-cu il tarixdə müraciət edərək, “xxxx” MTK ilə onun arasında bağlanmış xx.xx.2013-cü il tarixli ilkin müqaviləyə əsasən ona məxsus olmuş Bakı şəhəri Yasamal rayonu Bünyadzadə küçəsindəki 39 nömrəli evin 12-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 59,3 kv.m. olan 1 otaqlı 63 nömrəli mənzilinin təmirinə sərf etdiyi 8.000 manat pulun, həmçinin 3.000 manat əldən çıxmış faydanın, mənəvi zərərin əvəzi kimi 3.000 manat olmaqla, cəmi 14.000 manat pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh İddiaçı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət edərək, İddiaçı dəymiş ziyanın əvəzi kimi 15.000 manat və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(004)-243/2020 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası; Cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki iş üzrə məhkəmə tikinti-texniki (inşaat) ekspertizası təyin edilmişdir. Ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş, ekspertizanın rəyi məhkəməyə daxil olanadək, iş üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020ci il tarixli 10/108 nömrəli ekspertiza rəyi xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(004)-243/2020 nömrəli qərardadı ilə iş üzrə icraat təzələnmiş və iş məhkəmə baxışına təyin edilmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, qarşılıqlı iddianı qəbul etmədi və izahatında bildirdi ki, onunla “xxxx” MTK ilə arasında bağlanmış xx.xx.2013-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri Yasamal rayonu Bünyadzadə küçəsindəki yaşayış massivində 39 saylı kooperativ evinin 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 59.3 kv.m. olan 1 otaqlı 63 nömrəli mənzil ona 30.000 manata satılmışdır. Müqavilə bağlandıqdan sonra həmin mənzil ona verilmiş və o, mənzili təmir etməyə başlamışdır. Müəyyən müddətdən sonra o, Bakı şəhəri Yasamal rayon İcra və Probasiya Şöbəsinə dəvət olunmuşdur. Orada ona məlum olmuşdur ki, iddiaçı Cavabdehlər “xxxx” MTK və “xxxx” MTK-yə qarşı Bakı şəhəri Yasamal rayonu Bünyadzadə küçəsindəki yaşayış massivində 39 saylı kooperativ evinin 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 59.3 kv.m. olan 1 otaqlı 63 nömrəli mənzilinə istifadə hüququnun tanınmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(004)-5726/2017 nömrəli qətnaməsi ilə “xxxx” MTK və “xxxx” MTK tərəfindən Bakı şəhəri Yasamal rayonu Bünyadzadə küçəsindəki yaşayış massivində 39 saylı kooperativ evinin 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 59.3 kv.m. olan 1 otaqlı 63 nömrəli mənzilinin Cavabdeh Ağa-Zəli qızının sahibliyinə və istifadəsinə verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli 2(103)-11857/2017 nömrəli qətnaməsi ilə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(004)-5726/2017 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən kassasiya şikayəti verilməmişdir və qətnamə xx.xx.2018-ci il tarixdə qanuni qüvvəyə minmiş, Bakı şəhəri Yasamal rayon İcra və Probasiya Şöbəsinə icra edilməsi üçün göndərilmişdir. Həmin qətnamə onun hüquq və maraqlarına toxunmasına baxmayaraq, onun çıxarılan məhkəmə aktlarından məlumatı olmamışdır. O, öz ailə üzvləri ilə həmin mənzildə yaşamış, mənzilin bir hissəsini təmir etmişdir. Hazırda mənzil cavabdehin qanuni sahibliyinə və istifadəsinə verilmişdir. Halbu ki, mənzilin müəyyən hissəsi onun pul vəsaiti hesabına təmir edilmişdir. Belə ki, mənzilin divarları suvanmış, otaqların arası divar hörülmək bölünmüş, su sayğacı quraşdırılmış, elektrik kabeli çəkilmiş, qaz sayğacının yeri müəyyənləşdirilmiş, çən qoyulmuş, əlavə divar kosmetik işlər aparılmış, giriş qapısı dəyişdirilmişdir. Bu səbəbdən, o, hazırkı iddia ilə məhkəməyə müraciət edərək, təmirə xərclədiyi vəsaiti və vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsini cavabdehdən tələb edir. Məhkəmə ekspertizasının xx.xx.2020-ci il tarixli rəyində göstərilən 2570 manatla razı deyildir, çünki təmirə 8.000 manat vəsait xərcləmişdir. 8.000 manat vəsait xərcləməsinə dair yazılı sübutları məhkəməyə təqdim edə bilmir. Buna baxmayaraq, iddia tələbinin təmin edilməsini, qarşılıqlı iddianın rədd edilməsini xahiş edir. Cavabdeh nümayəndəsi (qardaşı) X3 məhkəmə iclasında ilk iddianı qəbul etmədi, qarşılıqlı iddianı müdafiə etdi və izahatında bildirdi ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2017ci il tarixli 2(004)-5726/2017 nömrəli qətnaməsi ilə cavabdehlər “xxxx” MTK və “xxxx” MTK tərəfindən Bakı şəhəri Yasamal rayonu Bünyadzadə küçəsindəki yaşayış massivində 39 saylı kooperativ evinin 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 59.3 kv.m. olan 1 otaqlı 63 nömrəli mənzilinin Cavabdeh Ağa-Zəli qızının sahibliyinə və istifadəsinə verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli 2(103)-11857/2017 nömrəli qətnaməsi ilə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(004)-5726/2017 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən kassasiya şikayəti verilməmişdir və qətnamə xx.xx.2018-ci il tarixdə qanuni qüvvəyə minmiş, icra edilməsi üçün Bakı şəhəri Yasamal rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Cavabdeh mübahisəli mənzilini qanuni mülkiyyətçisidir. Lakin mənzil uzun müddət ərzində iddiaçının qanunsuz sahibliyində olmuş və Cavabdeh aldığı mənzilə köçə bilməmişdir. Bununla da, iddiaçı cavabdehə maddi ziyan vurmuşdur. Məhkəmə ekspertizasının xx.xx.2020-ci il tarixli rəyində göstərilən 2570 manatla razı deyildir, çünki məbləğ artıq göstərilmişdir. İcra məmuru icra sənədini icra edən zaman çəkilmimş fotoşəkillər də təsdiq edir ki, mənzildə cüzi təmir işləri aparılıb və bu məbləğ 2570 manat təşkil edə bilməz. Odur ki, ilk iddianın rədd edilməsini, qarşılıqlı iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri, ekspertiza rəyini nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, ilk iddia qismən təmin edilməli, qarşılıqlı iddia rədd edilməlidir. Belə ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə iddiaçı “xxxx” MTK-nın cavabdeh “xxxx” MMC-yə qarşı “əmlakın qanunsuz sahiblikdən geri tələb edilməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, “xxxx” MTK-ya məxsus olan və cavabdeh “xxxx” MTKnın qanunsuz sahibliyində qalan Bakı şəhəri Yasamal rayonu Bünyatzadə küçəsində inşa edilən 12 mərtəbəli yaşayış binasında yerləşən, hal-hazırda 1 kv.m-in bazar dəyəri 700 manat olan 9 mənzilin - 10-cu mərtəbədə yerləşən, sahəsi 103,7 kv.m olan 2 otaqlı 53 saylı, 11-ci mərtəbədə yerləşən, sahəsi 59,3 kv.m olan 2 otaqlı 58 saylı, 11-ci mərtəbədə yerləşən, sahəsi 59,3 kvm olan 2 otaqlı 59 saylı, 11-ci mərtəbədə yerləşən, sahəsi 130,8 kv.m olan 3 otaqlı 60 saylı, 12-ci mərtəbədə yerləşən, sahəsi 130.8 kv.m olan 3 otaqlı 61 saylı, 12-ci mərtəbədə yerləşən, sahəsi 103,7 kv.m olan 2 otaqlı 62 saylı, 12-ci mərtəbədə yerləşən, sahəsi 59,3 kv.m olan 1 otaqlı 63 saylı, mansard hissəsində olan, sahəsi 103,7 kv.m olan 2 otaqlı 65 A saylı sahəsi 130,8 kv.m olan 3 otaqlı 66 A saylı mənzillərin cavabdeh “xxxx” MTK-nın qanunsuz sahibliyindən geri alınaraq iddiaçı “xxxx” MTK-nın sahibliyinə qaytarılması qət edilmiş, iddiaçı “xxxx” MTK-nın iddiası qalan hissədə rədd edilmişdir. Cavabdeh “xxxx” MTK-nın qarşılıqlı iddiası qismən təmin edilmiş, “xxxx” MTK-dan “xxxx” MTK-nın xeyrinə 16.260,3 manat pul tutulması qət edilmiş, qarşılıqlı iddia qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2017-ci il tarixli 2-2(103)- 49/2017 nömrəli qətnaməsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi qismən - cavabdeh “xxxx” MTK-nın qanunsuz sahibliyində qalan Bakı şəhəri Yasamal rayonu Bünyatzadə küçəsində inşa edilən 12 mərtəbəli yaşayış binasında yerləşən, hal-hazırda 1 kv.m-nin bazar dəyəri 700 manat olan 7 mənzilin - 10-cu mərtəbədə yerləşən, sahəsi 103,7 kv.m olan 2 otaqlı 53 saylı, 11-ci mərtəbədə yerləşən, sahəsi 59,3 kv.m olan 2 otaqlı 58 saylı, 11-ci mərtəbədə yerləşən, sahəsi 59,3 kv.m olan 2 otaqlı 59 saylı, 11-ci mərtəbədə yerləşən, sahəsi 130,8 kv.m olan 3 otaqlı 60 saylı, 12-ci mərtəbədə yerləşən, sahəsi 130.8 kv.m olan 3 otaqlı 61 saylı, 12-ci mərtəbədə yerləşən, sahəsi 103,7 kv.m olan 2 otaqlı 62 saylı, habelə mansard hissəsində olan, sahəsi 103,7 kv.m olan 2 otaqlı 65 A saylı mənzillərin cavabdeh “xxxx” MTK-nın qanunsuz sahibliyindən geri alınaraq iddiaçı “xxxx” MTK-nın sahibliyinə qaytarılması hissəsində ləğv edilmiş, həmin hissədə iddia rədd edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmış, iddiaçı “xxxx” MTK-nın apellyasiya şikayəti təmin edilməmiş, cavabdeh “xxxx” MMCnin apellyasiya şikayəti qismən təmin edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2017-ci il tarixli 2-2(102)-323/2017 nömrəli qərarı ilə iddiaçı “xxxx” MTK-nın kasasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2017-ci il tarixli 2-2(103)- 49/2017 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(004)-5726/2017 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdehlər «xxxx» MTK və «xxxx» MTK-ya qarşı “mənzilin sahibliyə və istifadəyə təhvil verilməsi” tələbinə dair iddiası təmin edilmiş, cavabdehlər «xxxx» MTK və «xxxx» MTK tərəfindən Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal yaşayış massivində çoxmərtəbəli yaşayış binasının 12-ci mərtəbəsində yerləşən 1 otaqlı ümumi sahəsi 59,3 kv.m olan 63 saylı mənzilin iddiaçı Həsənli X1 və istifadəsinə verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli 2(103)-11857/2017 nömrəli qətnaməsi ilə cavabdeh “xxxx” MTK-nın apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(004)-5726/2017 nömrəli qətnaməsi cavabdeh “xxxx” MTK-yə münasibətdə dəyişiklik edilmədən saxlanılmışdır. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)-277/2019 nömrəli qətnaməsi ilə İddiaçı Seyfəddin oğlunun cavabdeh xxxx MTK-ya və 3-cü şəxslər “xxxx” MTK-ya və Cavabdeh qarşı “Bakı şəhəri Yasamal rayonu Bünyadzadə küçəsi 39 saylı evin 63 saylı mənzilinə istifadə hüququnun tanınması və həmin mənzilə dair Həsənli X9 ilə “xxxx” MTK arasında imzalanan xx.xx.2008-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)-4544/2019 nömrəli qətnaməsi ilə İddiaçı Seyfəddin oğlunun apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)-277/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Göründüyü kimi, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına əsasən Cavabdeh qanuni istifadəsində və sahibliyində olan Bakı şəhəri Yasamal rayonu Bünyadzadə küçəsindəki yaşayış massivində 39 saylı kooperativ evinin 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 59.3 kv.m. olan 1 otaqlı 63 nömrəli mənzilində İddiaçı tərəfindən müəyyən təmir işləri aparılmışdır. Mənzil məhkəmə aktlarına əsasən Cavabdeh qanuni istifadəsinə və sahibliyinə verildiyinə görə, İddiaçı həmin mənzilin təmirə xərclədiyi vəsaitin ödənilməsini Cavabdeh tələb etməkdə haqlıdır. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mülki Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020ci il tarixli 10/108 nömrəli ekspertiza rəyindən müəyyən edilir ki, Cavabdeh qanuni istifadəsində və sahibliyində olan Bakı şəhəri Yasamal rayonu Bünyadzadə küçəsindəki yaşayış massivində 39 saylı kooperativ evinin 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 59.3 kv.m. olan 1 otaqlı 63 nömrəli mənzilində aparılmış təmir-tikinti işlərinin təqribi ümumi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 2.570 manat müəyyən edilmişdir. Tədqiq olunan mənzildə aparılmış tikinti-təmir işləri nəticəsində istifadə olunmuş materialların və əmək haqqının ayrı-ayrılıqda dəyəri rəyə əlavə olunmuş smetada ətraflı göstərilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı mənzilin təmirinə 2.570 manat vəsait xərcləməsi ekspertiza rəyinə əsasən öz təsdiqini tapsa da, təmirə daha artıq məbləğdə yəni 8.000 manat xərcləməsini təsdiq edən yazılı sübutları məhkəməyə təqdim edə bilməmişdir, həmçinin cavabdehin qanunsuz hərəkətləri nəticəsində mənəvi sarsıntılara məruz qalması ilə bağlı halları sübuta yetirə bilməmişdir, yəni iddiaçı bu hissədə öz sübutetmə vəzifələrini yerinə yetirə bilməmişlər. Eyni zamanda, cavabdeh iddiaçının qanunsuz hərəkətləri nəticəsində mənəvi sarsıntılara məruz qalması ilə bağlı qarşılıqlı iddia ərizəsində istinad etdiyi halları sübuta yetirə bilməmişdir, yəni cavabdeh öz sübutetmə vəzifələrini yerinə yetirə bilməmişlər. Çünki, iddiaçı mənzildə təmir işlərini apararkən “xxxx” MTK ilə onun arasında bağlanmış xx.xx.2013-cü il tarixli ilkin müqaviləyə əsasən mənzilə sahiblik etmiş və təmir işlərini aparmışdır. Bu səbəbdən cavabdehə hər hansı mənəvi zərər vurmamışdır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, ilk iddia qismən təmin edilməli, İddiaçı Bakı şəhəri Yasamal rayonu Bünyadzadə küçəsindəki 39 nömrəli evin 12-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 59,3 kv.m. olan 1 otaqlı 63 nömrəli mənzilinin təmirinə sərf etdiyi 2.750 manat vəsait və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 2.780 manat pul Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. İddiaçı iddia tələbi qalan hissədə rədd edilməlidir. Cavabdeh qarşılıqlı iddiası rədd edilməli, qarşılıqlı iddia üzrə ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh aid edilməlidir. İş üzrə keçirilmiş məhkəmə-tikinti texniki ekspertizasının xərci 100 (yüz) manat pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası qismən təmin edilsin. İddiaçı Bakı şəhəri Yasamal rayonu Bünyadzadə küçəsindəki 39 nömrəli evin 12-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 59,3 kv.m. olan 1 otaqlı 63 nömrəli mənzilinin təmirinə sərf etdiyi 2.750 manat vəsait və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 2.780 (iki min yeddi yüz səksən) manat pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddiaçı iddia tələbi qalan hissədə rədd edilsin. Cavabdeh İddiaçı qarşı “İddiaçı dəymiş ziyanın əvəzi kimi 15.000 manat və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq Cavabdeh ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası rədd edilsin. Qarşılıqlı iddia üzrə ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh aid edilsin. İş üzrə keçirilmiş məhkəmə-tikinti texniki ekspertizasının xərci 100 (yüz) manat pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Dövlət Xəzinədarlığı Agentliyi kod: 2100005, VÖEN **********, müxbir hesabı: AZ41NABZ ********************, SFİFT BİK: CTREAZ22, VÖEN: **********, hesab: AZ34CTRE ********************) ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar