Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-703/2023 12.04.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Qasımova Aytən Elçin qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil2, cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "X8" Məhdud Məsuliyyətli Cəmiyyəti cəlb edilməklə Cavabdehnə qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "X8" Məhdud Məsuliyyətli Cəmiyyəti cəlb edilməklə Cavabdehnə qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,maddi zərərin əvəzi olaraq müayinə,müalicə və əməliyyat xərcləri(cəkilmiş xərclər) 12.000(on iki min) manat,mənəvi zərərin əvəzi olaraq 10.000(on min) manat məbləğində,ümümilikdə 22.000(iyirmi iki min) manat məbləğində pul vəsaitinin və ödənilmiş 156(yüz əlli altı) manat dövlət rüsumunun cavabdehdən tutularaq onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixində saat 11 radələrində ünvan 1 ünvanda yerləşən binanın 2-ci mərtəbəsində qeyri yaşayış sahəsinin "xxxx" MMC tərəfindən "Baku Elektronics” MMC-nin sifarişi ilə elektrik işləri yerinə yetirərkən iddiaçı hündürlükdən yıxılaraq ciddi xəsarət almışdır. Hadisə yerinə TTY briqadası gələrək onu aidiyyəti üzrə xəstəxanaya aparmışdılar. Müayinə olunarkən müəyyən olunmuşdur ki, hündürlükdən yıxılma nəticəsində onun qolu və beli sınmış və başı əzilmişdir.Daha sonra o müalicəsini Travmatoloqiya və Ortopediya İnistitunda, "X8"-də müalicə almışdır eləcədə fizoterapiya müalicəsini Respublika Diaqnostika Mərkəzində davam etdirmişdir.Həmin müddət ərzində onun müalicə xərclərini "xxxx" MMC-nin direktoru X2 tərəfindən cüzi miqdar ödənilmişdir.Hadisə ilə bağlı Xətai rayon Polis idarəsində və Prokurorluğda başlanmış cinayət araşdırılarkən Aqil bu işdə cinayət tərkibinin yaranmaması və rəhbərlik etdiyi MMC-nin işgüzar nüfuzuna xələl gəlməməsi üçün onların iş rejiminə uygun ifadə verməyini iddiaçıdan xahiş etmiş və gələcəkdə də bütün müayinə və müalicə xərclərimi ödəyəcəyini vəd vermişdir.İddiaçı fiziki, mənəvi və maddi cəhətdən ağır vəziyyətdə olduğu üçün Aqil Tağıyevin maraqlarına uyğun ifadə vermək məcburiyyətində qalaraq onun sözlərini təsdiqləmişdir. Eləcədə "8 Noyabr-Zəfər” günü münasibəti ilə elan olunmuş Amnistiya haqqında qanun Aqil Tagıyevdə tam arxayınçılıq yaratmış və iddiaçının müalicəsinin davamı və növbəti əməliyyatı ilə ümumiyyətlə maraqlanmamış, vədinə əməl etməmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh "X4 Məsuliyyətli Cəmiyyətinə qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia tələbi tam əsassız və qanunsuzdur. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş sənədlərin mülki işə aidiyyəti yoxdur, iddiaçının cavabdehdən maddi zərər üzrə tələb etdiyi pulun 6.000 (altı min) manatını qeyrirəsmi, xəstəxanada olarkən Cavabdeh direktoru Aqil Tağıyevdən aldığını məhkəmə iclaslarında etiraf etmişdir. Bu faktı məhkəmə iclasının gedişində nümayəndəsi təsdiq etmişdir.İddiaçı ümumiyyətlə fərqli izahatlar verməklə klinikaya ödədiyi pulların miqdarını göstərə bilmir. Həqiqətdə isə klinikada müayinə, müalicə və əməliyyat xərcləri cavabdeh tərəfindən ödənildiyini, ödənişlərdən başqa Cavabdeh direktoru Aqil Tağıyev tərəfindən iddiaçının qohumuna 6.000 manat pul verildiyini iddiaçı öz izahatlarında təsdiq etmişdir. Cavabdeh tərəfindən iddiaçının müalicə aldığı klinikaya iddiaçının müalicəsi ilə əlaqədar ödənişlər olunmuşdur. Ümumiyyətlə iddiaçının əməliyyat və müayinə xərcləri cavabdehin ödədiyi pullar hesabına aparılmışdır.X8 tərəfindən təqdim olunmuş xx.xx.2023-cü il tarixli arayışında İddiaçı klinikada toplam 14.774.30 manat xidmətdən istifadə etdiyi və hal-hazırda klinikaya 8315.3 manat borcu olduğu göstərilir. Halbuki, iddiaçı iddia ərizəsində 12.000 manat xərclədiyini və cavabdehdən tələb etdiyini göstərmişdir. Klinikanın 8315.3 manat borc məbləğini göstərməsi tam əsasızdır. Belə ki, klinikada aparılan əməliyyat və ya müayinələrin məbləği və ya klinikanın ümumi xidmətləri barədə qiymət cədvəli göstərilmədən, borcun olduğunu qeyd etmək yanlışdır və məhkəmə tərəfindən iş üzrə sübut kimi qəbul edilə bilməz. Ən əsası klinikaya ödənilən 6459 manat pullar Cavabdeh tərəfindən klinikaya ödənilmişdir. Bunu qəbzlər sübut edir. Belə ki klinikaya ödənişlər zamanı "xxxx" MMC-nin direktoru tərəfindən klinikaya ödənişlər edərkən qəbzlərin surətlərinə imza atmışdır. Ərizəni nəzərə almağınızı və iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə suallara cavab olaraq bildirmişdir ki, O, cavabdeh təşkilatda ustadan çox, mühəndisin vəzifələrini icra edirmiş. Təhlükəsizlik qaydalarını onlara rəhbərlikdən heç kəs izah etməmişdir. Təhlükəsizlikdən məsul olmağı barədə əmrdən məlumatı olmamışdır. Əmək kitabçası və maaş kartı şirkətdədir, ona təqdim edilməmişdir. 10 gün olar ki, cavabdeh şirkət onu işdən çıxarmışdır. Onunla müqavilə elektrik ustası vəzifəsi üzrə bağlanmışdır. Sonradan vəzifəsinə dəyişiklik edilib-edilmədiyini bilmir. Tərəflərindən xəstəxanaya ödəniş edilib, nə qədər ödəniş olunması ilə bağlı dəqiq məlumatı yoxdur. Əməliyyat xərcini şirkət ödəmişdir. Amma ödənişlər qısa-qısa olduğundan dəqiq məbləğ ona məlum deyil. Ancaq xərci tam ödəməmişlər. Yatış xərclərini şirkət ödəməmişdir. Sırf əməliyyata gedən millərin və kənardan gələn həkimlərin ödənişlərini ediblər. Onun da bir qismi ödənilməyib. Hesabdan çıxarışda göstərilən 2500, 1350, 2200 manat məbləğlər hamısı 6000 manatın içinə daxildir. Onun 6000 manatdan hara xərclənməsi barədə dəqiq məlumatı yoxdur, bu barədə ona məlumatı qardaşı və xalası oğlu vermişdir. Onların da dediyinə görə pul kənardan gələn həkimlərə ödənilmişdir. Aqil şəxsən xalası oğluna pul verməmişdir. Xalası oğlu Aqillə danışıb, Aqil də pulu kassaya ödəmişdir. Sədrlik edənin sualına cavab olaraq bildirilir ki, hal-hazırda ondan klinikalar tərəfindən pul tələb edilməsə də, onun xalası oğlu Leyla klinikasında həkim işlədiyindən və onun vasitəsilə həmin klinikada tibbi xidmətlər göstərilməsi razılaşdırıldığından onun üçün müəyyən problemlər yaranır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil2 izahatında bildirmişdir ki, 6000 manat ödəniş şirkət tərəfindən edilib, ancaq həmin 6000 manat kənardan klinikaya iddiaçının əməliyyatı üçün gələn həkimlərin xərci olmuşdur. Bugün “X8” Məhdud Məsuliyyətli Cəmiyyətinin təqdim etdiyi arayışda da pasiyentin 8300 manat borcu olduğu göstərilmişdir, Meyft Construction MMC-nin adı çəkilməmişdir. İddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil1 izahatında bildrmişdir ki, iddia əsassızdır. İstehsalatda bədbəxt hadisə ilə bağlı tədqiqat aparılmış, akt tərtib edilmiş və günahkar şəxsin iddiaçının özü olması öz təsdiqini tapmışdır. Bundan başqa iddiaçının hazırki izahatı ilə əvvəlki izahatları üst-üstə düşmür. Meyft Construction 6000 manat pulu iddiaçının xalasıoğluna əlbəəl ödəmiş, o isə kənardan gələn həkimlərin pulunu ödəmişdir. Klinikaya ödənilənlər isə onun əməliyyat xərcləridir. Bu cümləni iddiaçı iclaslarda bir neçə dəfə dəyişdirmiş, başqa formalarda məhkəmənin nəzərinə çatdırmışdır. Məhkəməyə təqdim edilən qəbzlərdən və izahatlardan aydın olur ki, cavabdeh tərəfindən iddiaçının tibbi müalicəsi üçün kifayət qədər xərclər çəkilmişdir. İddiaçı özü də qeyd edir ki, əməliyyatdan sonra onun yaxınları orada olublar və şirkətin verdiyi pullarla ödənişləri onlar həyata keçiriblər. Bütün bu izahatlardan və cavabdehin ona bildirdiklərindən aydın olur ki, kiçik xərclər istisna olmaqla əməliyyat və müayinə xərclərini şəxsən cavabdeh çəkmişdir. Göründüyü kimi tərəflər arasında tibbi xidmət götərilməsi ilə bağlı müqavilə vardır. Klinikaya olan borcun iddiaçıya heç bir aidiyyatı yoxdur. İddiaçının göstərdiyi rəqəmlər formaldır. O bu rəqəmləri bir neçə dəfə dəyişərək göstərmişdir. Ümumiyyətlə üçüncü şəxsin nümayəndəsinin izahatlarından da aydın olur ki, iddiaçının bütün xərcləri müqavilə üzrə göstərilmişdir və cavabdeh tərəfindən çəkilmişdir. Yerdə qalan müqavilə öhdəliklərinin iddiaçıya heç bir aidiyyatı yoxdur. İddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi (direktoru) Nümayəndə izahatında bildirmişdir ki, o, əvvəllər müəssisənin tibbimaliyyə rəhbəri olmuş, ixtisasca həkim-anestezoloqdur. İddiaçı qəza ilə bağlı politramva alaraq, onurğa kanalına sirayət edən onurğanın yerdəyişmiş fəqərələrinin sınığı ilə xəstəxanaya daxil olmuşdur. Onu rekonstruksiya etmək lazım olmuşdur, bu isə dəmir-platin millərlə mümkündür. Eyni zamanda həm dirsək, həm də biləkdə yerdəyişmiş sınıqlar mövcud idi və onların da bərpası intermedulyar ostesintez ilə mümkün idi. Onlara politramvalı, huşu özündə olmayan vəziyyətdə gələn xəstələrin xərcləri 25.000-30.000 manat civarında olur. İddiaçının xərclərinin 6000-8000 manat olmasının səbəbi xəstəxananın həmin xərclərin üzərinə öz profitini qoymamasıdır. Biz xəstədən ancaq məsrəfləri almışıq. Şirkət onlara müraciət edərək iddiaçı sağalana kimi onun bütün xərclərini öz üzərlərinə götürüdüklərini bildirmişlər. Daha sonra olacaq məsrəfləri rəsmi şəkildə ödəmək üçün şirkət onlarla yazılı müqavilə bağlamış, 6459 manat iddiaçının (xəstənin) kartında ödəniş olmuşdur. Ödəniş kimin tərəfindən edildiyini bilə bilməz, onlar kassaya yaxınlaşaraq ödəniş ediblər. Onun bildiyi qədərilə isə həmin ödəniş şirkətin nümayəndələri tərəfindən nağd şəkildə edilib. Bundan başqa xəstəxanada neyrocərrah olmadığından xəstəni transport etməmək üçün kənardan neyrocərrah dəvət olunub. Neyrocərrahın xərci 2500 manat olmuşdur, bundan başqa əməliyyat üçün millərin istifadəsi zəruri olmuşdur, bu zaman şirkətlə əlaqə saxlanılaraq xərclər barəsində məlumat verilmişdir. Şirkətdən isə bildirmişdilər ki, həmin xərclər üçün xəstənin kartında olan puldan istifadə edək. Beləliklə, 6500 manat puldan 4500 manat qeyd etdiyi məsrəflər üçün xərclənmişdir. Xəstənin (iddiaçının) avansında isə 1959 manat pul qalmışdır. Ancaq yatdığı müddət ərzində xəstənin ümumi borcu 6683 manat olmuşdur. Bu borcdan 1959 manat qalan pulu çıxdıqda 4724 manat borc hələ də qalır. Bu isə sırf xəstəxana məsrəfləridir. Əlavə olaraq xəstənin onurğa əməliyyatından sonra aşağı ətraflarda hissiyatsızlıq yaranmışdır. Bu səbəblə ona katetr qoyulmuşdu. Bu proses isə hər dəfə 25 manata başa gəlirdi. Bundan başqa apendisit əməliyyatının birbaşa bu tramva ilə bağlı olduğunu heç kəs deyə bilməz. Ancaq xəstə apendisitə görə yox, partlamış apendisit və peritanitlə bağlı əməliyyat olunmuş və adi halda bir günlük yatışla nəticələnən əməliyyat 6 günlük yatışa çevrilmişdir, xərcin bu qədər yüksək olması səbəbi də hissiyat pozğunluğu ilə əlaqədar olmuşdur. Bunun səbəbi isə xəstənin hissiyatsız olması səbəbindəndir, çünki o heç bir ağrı hiss etməmiş, ancaq qarnı şişəndə həkimə gəlmişdir. Həmin əməliyyat da ancaq məsrəflərlə olmuşdur. Müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, 6450 manatlıq çıxarışlara ambulator 25 manatlıq xərclərin aidiyyatı yoxdur. Xəstənin (iddiaçının) apendisit əməliyyatı ilə bağlı Meyft Construction tərəfindən heç bir ödəniş edilməmişdir. Meyft Construction-ın X5rşı müqavilə öhdəliklərinin icra edilməməsi ilə bağlı məhkəməyə müraciət olunmamışdır. Meyft Construction xəstənin birinci yatışından qalan borcu ödəməyi gecikdirdiyindən Elnur, iddiaçının xalası oğlu ona müraciət edərək qarantiya verdi ki, pulu ona o ödəyəcək. Elnurun ödəyəcəyi şəkildə endirim etmişlər. Xəstənin 2-ci yatışında əslində borc 3591 manat olmalı idi. Ancaq endirimlə 2462 manat etmişlər. Babasil əməliyyatını isə bu tramvaya bağlaya bilmir. Nə birinci, nə də ikinci əməliyyata görə xəstədən pul tələb edilməmişdir. Müqavilə İddiaçı ilə əlaqədar bağlanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Baş Prokurorluğunun İddiaçı ünvanladığı xx.xx.2022-ci tarixli, 04\10271-22 saylı məktubundan müəyyən olunur ki, hadisə nəticəsində ona dəymiş ziyanın ödənilməsi ilə əlaqədar mülki-mühakimə icraatı qaydasında məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan 01 dekabr 2021-cı il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərardan görünür ki, vətəndaş X2 barəsində Azərbaycan Respublikası CM-nin 162.1-ci maddəsi ilə cinayət təqibinə və həmin maddə ilə başlanmış ********* cinayət işinin icraatına xitam verilmişdir. İş materiallarında olan Məhkəmə-Tibbi Ekspertiza və X3 Publik Hüquqi şəxsin 918 nömrəli rəyinə əsasən İddiaçı aşağı paraparez (aşağı ətraflarda hissiyatın olmaması) və çanaq orqanlarının funksiyasının pozulması ilə müşayiət olunan L1 (1-ci bel) fəqərəsinin fəsadlaşmış kompression qapalı sınığı, sol said sümüklərinin qapalı sınığı və başın təpəənsə nahiyəsinin əzilmiş yarası müəyyən edildi. Xəsarətlər bərk-küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda göstərilmiş xx.xx.2021-ci il tarixdə hündürlükdən yıxılma nəticəsində törənə bilər, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilir. İş materiallarında olan "X8" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xx.xx.2022-ci il tarixli arayışın məzmunundan görünür ki, xx.xx.2022-ci il tarixində İddiaçı tibbi müayinədən keçmişdir. Xəstəyə ”Kombinəolunmuş hemorroid” (XBT J84) diaqnozu qoyulmuşdur. Cərrahi əməliyyat məsləhət görülmüşdür. İş materiallarında olan "X8" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xx.xx.2021-ci il tarixli arayışın məzmunundan görünür ki, İddiaçı həkim qəbulunda olmuşdur. Ona yerli anesteziya altında “Episistostoma” qoyulması cərrahi əməliyyatı icra edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən "X8" Məhdud Məsuliyyətli Cəmiyyətində keçirilən MAN-044-Sidik kisəsinin kateterizasiyası üçün 25(iyirmi beş) manat məbləğində pul ödənilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən "X8" Məhdud Məsuliyyətli Cəmiyyətində keçirilən MAN-044-Sidik kisəsinin kateterizasiyası üçün 25(iyirmi beş) manat məbləğində pul ödənilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən "X8" Məhdud Məsuliyyətli Cəmiyyətində keçirilən KONS-01-Həkim müayinəsi üçün 40 (qırx) manat məbləğində pul ödənilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən "X8" Məhdud Məsuliyyətli Cəmiyyətində keçirilən MAN-064-Kiçik cərrahi müdaxilə üçün ümümi 55,68 (əlli beş manat altmış səkkiz qəpik) manat məbləğində pul ödənilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində keçirilən Qastroentoloq müayinəsi üçün 70 (yetmiş) manat məbləğində pul ödənilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən "X8" Məhdud Məsuliyyətli Cəmiyyətində keçirilən müayinələr üçün ümümi 149(yüz qırx doqquz) manat məbləğində pul ödənilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən Respublika Diaqnostika Mərkəzində keçirilən müayinələr üçün ümümi 90,40(doxsan manat qırx qəpik) manat məbləğində pul ödənilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində keçirilən müayinləri üçün 310(üç yüz on) manat məbləğində pul ödənilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən "X8" Məhdud Məsuliyyətli Cəmiyyətində keçirilən həkim müayinəsi üçün 40(qırx) manat məbləğində pul ödənilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən "X8" Məhdud Məsuliyyətli Cəmiyyətində keçirilən hemotoqram üçün 12(on iki) manat məbləğində pul ödənilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən "X8" Məhdud Məsuliyyətli Cəmiyyətində keçirilən Sidik kisəsinin kateterizasiyası üçün 25(iyirmi beş) manat məbləğində pul ödənilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən İstanbul NS Klinikasında keçirilən said sümükləri qrafiyası üçün ümümi 27(iyirmi yeddi) manat məbləğində pul ödənilmişdir. İş materiallarında olan "X8" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xx.xx.2023-ci il tarixli arayışın məzmunundan görünür ki, İddiaçı bir neçə dəfə xx.xx.2021-xx.xx.2021 və xx.xx.2021-xx.xx.2021-ci il trixıərində klinikalarında stasionar müalicə almış həmin bu tarixlər üzrə toplam 14744.30(on dörd min yeddi tüz qırx dörd) manatlıq xidmətdən yararlanmışdır. Bu məbləğin 6459 (altı min dörd yüz əlli doqquz) manat pasient İddiaçı tərəfindən ödənilmiş hal-hazırda klinikaya 8315.3(səkkiz min üç yüz on beş manat otuz qəpik) manat ödənməmiş borc məbləği qalmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, X2 tərəfindən İddiaçı müayinəsi üçün "X8" Məhdud Məsuliyyətli Cəmiyyətində 2500(iki min beş yüz) manat məbləğində pul ödənilmişdir. İş materiallarında olan Cavabdeh xx.xx.2021-ci il tarixli, 03/İ saylı əmri ilə "Baku Elektronics” MMC üçün ünvan 2 ünvanda yerləşən mağazada görüləcək işlərə nəzarəti və texniki təhlükəsilik qaydalarına nəzarəti şirkətin elektrik ustası İddiaçına həvalə edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ödəniş qəbzindən görünür ki X2 tərəfindən İddiaçı müayinəsi üçün "X8" Məhdud Məsuliyyətli Cəmiyyətində 1350(min üç yüz əlli) manat məbləğində pul ödənilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, X2 tərəfindən İddiaçı müayinəsi üçün "X8" Məhdud Məsuliyyətli Cəmiyyətində 35(otuz beş) manat məbləğində pul ödənilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ödəniş qəbzindən görünür ki X2 tərəfindən İddiaçı müayinəsi üçün "X8" Məhdud Məsuliyyətli Cəmiyyətində 1500(min beş yüz) manat məbləğində pul ödənilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, X2 tərəfindən Çingizoğlunun müayinəsi üçün "X8" Məhdud Məsuliyyətli Cəmiyyətində 45(qırx beş) manat məbləğində pul ödənilmişdir. İş materiallarında olan 28 iyun 2021-ci il tarixli tibbi xidmətlərin göstərilməsi haqqında müqavilənin sürətindən görünür ki, "X8" Məhdud Məsuliyyətli Cəmiyyəti icraçı qismində, Cavabdeh sifarişçi qismində çıxış edərək Sifarişçi tibbi xidmətlərinin göstərilməsini sifariş verib “İcraçıya” 1 il müddətinə razılaşdırılmış xidmət haqqı ödəməyi, icraçı “Sifarişçinin” müəyyən etdiyi qaydada tibbi xidmətləri göstərməyi öhdəsinə götürür. İş materiallarında olan 01 sentyabr 2021-ci il tarixli tibbi xidmətlərin göstərilməsi haqqında müqavilənin sürətindən görünür ki, "xxxx" ASC icraçı qismində, Cavabdeh sifarişçi qismində çıxış edərək xx.xx.1993-cü il təvəllüdlü İddiaçına qoyulan müvafiq diaqnoz üzrə klinikada Sifarişçi tibbi xidmətlərinin göstərilməsini sifariş verib “İcraçıya” razılaşdırılmış xidmət haqqı ödəməyi, icraçı “Sifarişçinin” müəyyən etdiyi qaydada tibbi xidmətləri göstərməyi öhdəsinə götürür. İş materiallarında olan Cavabdeh tərəfindən təsdiq edilmiş 01 nömrəli istehsalatda bədbəxt hadisə haqqında aktın surətindən görünür ki,17 iyun 2021-ci il tarixində saat 1100radələrində ünvan 3 ünvanda istifadəyə verilməsi nəzərdə tutulan Baku Elektronics” MMC mağazasında elektrik İddiaçı bədbəxt hadisə nəticəsində zərər çəkmişdir. Bədbəxt hadisənin səbəbləri Cavabdeh rəhbərliyi tərəfindən təsdiq edilmiş “Hündürlükdə iş və ayaq altılardan istifadə qadaları”nın tələblərinə əməl edilməməsi olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1117-ci maddəsinə əsasən Müqavilə öhdəliklərinin icrası zamanı, habelə hərbi qulluq, polisdə qulluq vəzifələrinin və digər müvafiq vəzifələrin icrası zamanı fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzi, əgər qanunda və ya müqavilədə daha yüksək məsuliyyət ölçüsü nəzərdə tutulmayıbsa, bu Məcəllənin bu fəslində nəzərdə tutulmuº qaydalar üzrə ödənilir. 1118.1-ci maddəsinə əsasən Fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. Qanunun bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır. İş materiallarından göründüyü kimi, hazırkı mübahisənin yaranmasına səbəb olan mülki hüquq pozuntusu ilə iddiaçının mənzilinə zərər dəyməsi arasında səbəbli əlaqə vardır. İşin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçı xx.xx.2021-ci il tarixində saat 11 radələrində ünvan 1 ünvanda yerləşən binanın 2-ci mərtəbəsində qeyri yaşayış sahəsinin "xxxx" MMC tərəfindən "Baku Elektronics” MMC-nin sifarişi ilə elektrik işləri yerinə yetirərkən hündürlükdən yıxılaraq bədən xəsarəti almışdır. Bununla əlaqədar X2 barəsində Azərbaycan Respublikası CM-nin 162.1-ci maddəsi ilə cinayət işi başlanmış, amnistiya ilə əlaqədar 01 dekabr 2021-cı il tarixdə cinayət işi üzrə icraatına xitam verilmişdir. Məhkəmə hesab edir ki, baş vermiş hadisəsi zamanın işəgötürənin təqsiri sübuta yetirilmişdir. Eyni zamanda məhkəmə araşdırması zamanı iddiaçının sözügedən hadisə ilə bağlı aldığı xəsarətlərin müalicə və müayinəsi üzrə tibbi xidmət göstərilməsi məqdəsilə cavabdeh şirkətlə "X8" Məhdud Məsuliyyətli Cəmiyyəti və "xxxx" ASC ilə arasında müvafiq müqavilələr bağlanmışdır. Məhkəmə qeyd edir ki, iş materiallarında olan və iddiaçının məhkəməyə təqdim etdiyi ödəniş qəbzləri əsasında maddi ziyanın vurulması ilə əlaqədar olaraq onun tərəfindən çəkilmiş xərclərin əvəzi, yəni, (25+25+25+40+55,68+70+149+90.40+310+12+27=829,08) 829.08 (səkkiz yüz iyirmi doqquz manat səkkiz qəpik) manat məbləğində pul Cavabdehndən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə klinikalara ödənilməli olan qalan məbləğin tələb olunmasına münasibətdə bildirir ki, həm iş materiallarında olan sənədlərdən, həm də müstəqil tələb irəli sürməyən üçüncü şəxs Leyla klinikasının qanuni təmsilçisinin izahatından müəyyən olunmuşdur ki, iddiaçıya tibbi xidmətlərin göstərilməsi ilə əlaqədar cavabdeh "xxxx" MMC ilə öhdəlikləri tənzimləyən müqavilə bağlanmışdır. Eyni zamanda "xxxx" ASC ilə cavabdeh arasında oxşar məzmunlu müqavilə bağlanmışdır. Məhkəmə belə qənaətə gəlir ki, klinikalara ödənilməli olan, lakin ödənilməmiş məbləğ üzrə pulun tələb edilməsi müqavilə tərəfləri arasında bağlanmış müqavilə əsasında ödənilməlidir. Bu zaman tərəflər arasında yaranan münasibətlər müqavilə üzrə öhdəlik münasibətləridir. İddiaçının hal-hazırda ödənilməmiş qalan məbləğin tələb edilməsi üzrə müqavilə tərəfi olmadığından subyektiv hüququ yoxdur. Odur ki, ödənilməli olan qalan məbləğin tələb edilməsi hissəsində iddia təmin edilməməlidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Bu baxımdan məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən cavabdehin təqsirli hərəkətlərinin təsirindən fiziki və mənəvi sarsıntılar keçirməsi, sağlamlığının pozulmasına dair iddia tələbinin dəlilləri öz təsdiqini tapdığından, iddiaçının mənəvi sarsıntılar keçirməsinin cavabdehin təqsirli hərəkətləri və ya hərəkətsizliyi nəticəsində baş verməsi sübuta yetirildiyindən iddia tələbi mənəvi zərərin əvəzinin tutulması hissəsində qismən təmin edilməli və mənəvi ziyana görə 500 (beş yüz) manat məbləğində pul Cavabdehndən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 223, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən vurulmuş maddi ziyana görə 829.08 (səkkiz yüz iyirmi doqquz manat səkkiz qəpik) manat və mənəvi ziyana görə 500 (beş yüz) manat olmaqla, cəmi 1329,08 (min üç yüz iyirmi doqquz manat səkkiz qəpik) manat məbləğində pul tutularaq İddiaçına ödənilsin. Qalan hissədə iddia təmin olunmasın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-703/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-703/2023
12.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver