Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-7042/2025 19.02.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Şəfiyev Rəhman İntizar oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı mübahisə predmeti barəsində müstəqil tələblər irəli süməyən üçüncü şəxs qismində Mingəçevir şəhər İcra və Probasiya Şöbəsi cəlb edilməklə “hərracın yekunları barədə protokolun ləğv edilməsi, çıxarışın etibarsız hesab edilməsi, satışdan əldə olunan vəsaitin sahibinə qaytarılması və mənzilin mülkiyyətçiyə geri verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “hərracın yekunları barədə protokolun ləğv edilməsi, çıxarışın etibarsız hesab edilməsi, satışdan əldə olunan vəsaitin sahibinə qaytarılması və mənzilin mülkiyyətçiyə geri verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1. ünvan 1 ünvanlı mənzilin hərracda satılmasının nəticələrinin ləğv edilməsi; 2. ünvan 1 ünvanlı mənzilin mülkiyyətçi sahibi İddiaçı hərracda iştirak olmadan hərrac vasitəsi ilə mənzil alan X11 adma rəsmiləşdirilmiş sənədlər etibarsız hesab edilməsi; 3. İcra sənədində qeyd olunan mənzil hərrac vasitəsi ilə 26869.92 manata satılmış, satışdan əldə olunmuş pul məbləğindən Mingəçevir şəhəri İcra və Probasiya şöbəsinin depozit hesabında saxlanılan İddiaçı çatası 13434.96 manat məbləğində pulun sahibi X15 qaytarılması; 4. İcra sənədində qeyd edilən mənzil hərrac vasitəsi ilə 26869.92 manata satılmış, satışdan əldə olunmuş pul məbləğindən ½ payı olan X5 ödənilmiş 13434.96 manat məbləğində pulun qaytarılması 13434.96 manat pul İddiaçı tutulub X16 ödəməklə icra sənədində qeyd edilən ünvan 1 ünvanlı mənzil bütövlükdə tam olmaqla İddiaçı adına rəsmiləşdirilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ağdaş Rayon Məhkəməsində iş № 2(014)- 707/2023 nömrəli, 06 dekabr 2023-cü il tarixlə hakim tərəfindən ədalətsiz şəkildə, qanunların pozulması ilə əsassız şəkildə qətnamə çıxartmışdır. Bu qətnaməyə əsasən Mingəçevir şəhərində yerləşən mənzil X24 küçəsi, ev 19, mənzil 4 ünvanlı mənzilin hərracda satılması və satışdan əldə olunmuş pul məbləğin bərabər bölünməsində mülkiyyətçi sahibi İddiaçı oğlunun ailə üzvlərinin həmin mənzildə yaşamış və qeydiyyatda olan 63 yaşlı qoca anası X8 və digəri Q.Eldənizin himayəsində yaşayan qız övladının gələcək yaşayışını, taleyini nəzərə almadan, paylar müəyyənləşdirilmədən, mənzilin satışa hərracda satılmasına etiraz edilməsini əsaslandıran faktlarına hüquqi qiymətləndirilmədən məhkəmə ədalətsiz qətnamə çıxartmışdır. Bundan başqa: Ağdaş Rayon Məhkəməsinin iş №2(014)-707/2023 nömrəli, 06 dekabr 2023-cü il tarixli qətnamə çıxaran hakim tərəfindən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin - Ekspert Rəyinə, Məlumatına, AKT-na əhəmiyyət vermədən ədalətsiz şəkildə qətnamə çıxartmışdır. ünvan 3 ünvanlı mənzil 2023-cü ilin bazar qiyməti 38.000 manat müəyyən olunmaqla açıq hərracda satılması haqda məhkəmə qətnamə çıxarmışdır. Ağdaş Rayon Məhkəməsinin № 2(014)-707/2023 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən mənzilin hərracda satılması haqqında icra məmuru X12 və rəisi X19 (Mingəçevir şəhəri İcra və probasiya şöbəsinin) tərəfindən sifarişi əsasında elektron hərracda satılması haqqında Rusiya Federasiyasında yaşayan İddiaçı heç bir məlumat verməmişdir. № 2(014) -707/2023 saylı, 06 dekabr 2023-cü il tarixli qətnamə çıxarılanadək etibarnamə 64AA2914792 nömrəli sənəd üzrə nümayəndəki qismində iştirak etmiş atasına da Mingəçevir şəhər İcra və probasiya şöbəsinin icra məmuru X12 tərəfindən, nə də rəisi X21 tərəfindən mənzilin elektron hərracda satılması haqqında heç bir bildiriş göndərilməmişdir, mobil telefon nömrəsinə zəng edilərək məlumat verilməmişdir, elektron imzası olan telefonuna elektron kabinetlə elektron sistemə qoşulmamışdı, nə də poçtla onun adına məktubla xəbərdar edilməmişdir. İddiaçı 2009-cü ildən Rusiya Federasiyasının ərazisində bu ilin gününədək 25 avqust 2025-ci il tarixədək Rusiyanın ərazisində yaşamışdır və qeydiyyatında olmuşdur. Cavabdeh MMC-nin poçtla rəsmi qaydada məktubu Rusiyada qeydiyyatda olduğu yer üzrə yaşayan İddiaçı bilə-bilə göndərilməmişdir, mənzilin hərracda satılmasında iştirak etməsin deyə bilərəkdən yaşamadığı ünvana Ağdaş rayon Aşağı Qəsil kəndinə İddiaçı məktub göndərilmişdir. Hərraca çıxarılmış mənzilin sahibi Q.Eldənizə çatdırılmamasının səbəbi - Bu ünvanda yaşamır adı ilə təsdiqlənərək geriyə qaytarılmışdır. ünvan 3 ünvanlı mənzilin mülkiyyətçi sahibi İddiaçı mənzilinin hərracda satılmasında iştirakı təşkil edilmədiyindən, təmin edilmədiyindən, mənzil sahibinin iştirakı olmadan satılmış mənzilin hərracın nəticələri ləğv edilməlidir. Hal-hazırda qanunsuz şəkildə satılmış mənzilin sahibi İddiaçı və Eldənizin himayəsinə verilmiş, himayəsində yaşayan az yaşlı qızı ilə birgə küçədə qaldığından, evsiz qaldığından məcburi olaraq kirayə ev tutmaqla kirayədə yaşayır. Məhkəmənin təşəbbüsü ilə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində Mingəçevir şəhər İcra və Probasiya Şöbəsi cəlb olunmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli süməyən üçüncü şəxs məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 44.56 kv.m olan mənzil xüsusi mülkiyyət kimi İddiaçı adına tam hissədə xx.xx.2013-cü il tarixində, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 44.56 kv.m olan mənzil xüsusi mülkiyyət kimi ½ hissədə İddiaçı adına, ½ hissədə X4 adına xx.xx.2018-ci il tarixində, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2- 1(84)-607/2019 nömrəli qərardadına əsasən iddiaçı X3 cavabdeh Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinə qarşı "ünvan 5 evin 4 saylı ünvanında yerləşən mənzilin giriş qapısının kilidinin sındırılması vəzifəsinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddiası mümkün sayılmamışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli aktına əsasən iddiaçı X4 cavabdeh İddiaçı qarşı “paylı mülkiyyətində olan mənzilin naturada bölünməsinə və mənzilə köçürülməsi” tələbinə dair iddia ərizəsi ilə 2(051)-1087 saylı mülki iş üzrə təhqiqat obyektinə baxış keçirilməsi 15 oktyabr 2019-cu il tarixə təyin edilmişdir. Göstərilən tarixdə iddiaçı X4 və cavabdeh İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəməyə gəlmiş və tərəflərin hər ikisi Mingəçevir şəhər, Ş.İ.Xətai küçəsi, ev 19, mənzil 4-ün qapısının açarının heç birində olmadığı və mənzilin qapısının bağlı olduğunu bildirmişlər. Bu səbəbdən də tətqiq olunan mənzilə baxışın keçirilməsi mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli, 10/5333 nömrəli ekspert rəyinə əsasən Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən RX seriya ******* nömrəli çıxarışla verilmiş iddiaçı və cavabdehə məxsus Mingəçevir şəhəri, X24 küçəsi, ev 19, mənzil 4 saylı ünvanda yerləşən mənzilin ½ hissələrə bölünməsi, İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1, 2.1, 2.2, 2.4, 2.7, 2.9 bəndlərinin və metodik tövsiyyənin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün deyildir. İş materiallarında olan Ağdaş rayon İcra Hakimiyyəti başçısının Qülbəndə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli, 223 nömrəli arayışına əsasən Ağdaş rayon Aşağı Qəsil kəndində qeydiyyatda olmuş xx.xx.1983-cü il təvəllüdlü İddiaçı xx.xx.2009-cu ildən Rusiya Federasiyası vətəndaşı olmuşdur və hal-hazırda da Rusiya Federasiyasında yaşayır və qeydiyyatdadır. İş materiallarında olan Ağdaş Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(014)- 707/2023 nömrəli qətnaməsinə əsasən iddia tələbi təmin edilərək, tərəflərin hər birinin ½ paylı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzili ilkin satış qiyməti 38000 manat müəyyən olunmaqla açıq hərracda satılması və hərracdan əldə olunmuş məbləğ tərəflər arasında bərabər bölünməsi qət edilmişdir. İş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(107)-659/2024 nömrəli qətnaməsinə əsasən cavabdeh İddiaçı nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, iş üzrə Ağdaş Rayon Məhkəməsinin 6 dekabr 2023-cü il tarixli 2(014)-707/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Ağdaş Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(014)- 707/2023 nömrəli icra vərəqəsinə əsasən iddia tələbi təmin edilərək, tərəflərin hər birinin ½ paylı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzili ilkin satış qiyməti 38000 manat müəyyən olunmaqla açıq hərracda satılmalı və hərracdan əldə olunmuş məbləğ tərəflər arasında bərabər bölünməlidir. İş materiallarında olan Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin İxtisaslaşdırılmış müəssisəyə - hərrac təşkilatına ünvanladığı xx.xx.2025-ci il tarixli, 236245/2024-3-16 nömrəli “icra sənədinin icrası ilə bağlı borclunun əmlakının elektron hərracda satılması ilə bağlı” sifarişinə əsasən Ağdaş Rayon Məhkəməsinin 2(014) - 707/2023 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən İddiaçı və X2 hər birinin ½ paylı mülkiyyətində olan ünvan 7 ünvanında yerləşən mənzilin ilkin sarış qiyməti 38000 manat müəyyən olunmaqla açıq hərracda satılmalı, hərracdan əldə olunmuş məbləğ İddiaçı və X6 arasında bərabər bölünməlidir. Mənzilin ilkin qiyməti 38000 manat, minimum satış qiyməti 26600 manatdır. İş materiallarında olan Aəzrbaycan Respublikası İxtisaslaşdırılmış Əmtəə Birjası Əmlak Hərrac Mərkəzinin xx.xx.2025-ci il tarixli, 4325 nömrəli “hərracın keçirilməsinə dair elanla bağlı və borcluya sifarişli poçt göndərişi (məktubu) ilə əlaqədar” bildirişinə (№ 19) əsasən ünvan 1 ünvanında yerləşən əmlakın ilkin mərhələdə xx.xx.2025-ci il tarixdə “Elektron hərrac portalı” vasitəsilə açıq auksion formasında satışa çıxarıldığı, bazar qiymətinin 38000 manat, minimum satış qiymətinin 26600 manat və hərracda iştirak üçün beh məbləğinin 1330 manat müəyyən edildiyi bildirilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, **********35221248 nömrəli “hərracın nəticələrinə dair” protokola əsasən Mirngəçevir şəhəri, X24 küçəsi, ev 19, mənzil 4 ünvanında yerləşən mənzil üzrə elektron açıq hərrac ilk mərhələdə baş tutmuş, hərracın qalibi X17 olmuş və əmlak 27132 manata satılmışdır. İş materiallarında olan Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli, 236245/3-16 nömrəli məktubuna əsasən Ağdaş rayon Məhkəməsinin 2(014)- 707/2024 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrası məqsədi ilə Mingəçevir şəhəri, X24 küçəsi, ev 19, mənzil 4 ünvanında yerləşən mənzilin yeni sahibinə təhvil verilməsi üçün xx.xx.2025-ci il tarixə saat 11:00-a təyin edilmişdir. İş materiallarında olan Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin İddiaçıa ünvanladığı xx.xx.2025-ci il tarixli, 198690/3-16 nömrəli məktubuna əsasən Ağdaş rayon Məhkəməsinin 2(014)-707/2024 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən tərəflərin hər birinin 1/2 paylı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzili ilkin satış qiyməti 38000 manat müəyyən olunmaqla açıq hərracda satılmalıdır. İcra sənədində qeyd olunan mənzil hərrac vasitəsi ilə 26869.92 manata satılmış, satışdan əldə olunmuş İddiaçı çatası 13434.96 manat məbləğində pul Mingəçevir Şəhər İcra və Probasiya şöbəsinin depozit hesabında saxlanılır. Odur ki, qeyd olunan məbləğin hesaba göndərilməsi üçün bank hesablarının təqdim edilməsi tələb olunmuşdur. İş materiallarında olan Ağdaş Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(014)- 450/2025 nömrəli qərarına əsasən İddiaçı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən xitam verilməsi qərara alınmışdır. Bundan başqa, ünvan 1 ünvanında yerləşən mənzillə bağlı hərracın keçirilməsi barədə elan kütləvi informasiya vasitəsi olan "xxxx" qəzetində dərc olunmuşdur. Məhkəmə iddiaçının və onun nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 414.1-ci maddəsinə əsasən əgər müqavilənin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, o, hərrac keçirilməsi yolu ilə bağlana bilər. Müqavilə hərracı udan şəxslə bağlanır. 414.2-ci maddəsinə əsasən hərracın təşkilatçısı kimi əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi və ya ixtisaslaşdırılmış təşkilat çıxış edə bilər. İxtisaslaşdırılmış təşkilat əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi ilə müqavilə əsasında hərəkət edir və onların adından və ya öz adından çıxış edir. 414.3-cü maddəsinə əsasən bu Məcəllədə göstərilən hallarda əmlakın və ya əmlak hüququnun satışı barədə müqavilələr yalnız hərrac keçirilməsi yolu ilə bağlana bilər. 414.4-cü maddəsinə əsasən hərrac auksion və ya müsabiqə formasında keçirilir. Ən yüksək qiymət təklif etmiş şəxs auksionda hərracı udmuş sayılır, hərracın təşkilatçısının qabaqcadan təyin etdiyi müsabiqə komissiyasının rəyinə əsasən ən yaxşı şərtlər təklif etmiş şəxs isə müsabiqə üzrə hərracı udmuş sayılır. 414.5-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, hərracın formasını satılan əmlakın mülkiyyətçisi və ya satılan əmlak hüququnun sahibi müəyyənləşdirir. 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. 415.5-ci maddəsinə əsasən hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. 415.8-ci maddəsinə əsasən icra sənədinə əsasən elektron hərracın keçirilməsi qaydaları “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. 416.2-cı maddəsinə əsasən hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Azərbaycan Respublikasının “İcra haqqında” Qanununun: 53.2-2-ci maddəsinə əsasən əmlakın (ipoteka predmeti olan əmlak istisna olmaqla) açıq bazarda satılması üçün 2 ay müddət müəyyən edilir. Həmin müddət bu Qanunun 53.1-3-cü maddəsində əmlakın satılması üçün müəyyən edilən müddətə daxil edilmir. Əmlak müəyyən edilən müddətdə açıq bazarda satıldığı halda notarius satışdan əldə olunan pul məbləğini depozit hesabından icra xidmətinin depozit hesabına köçürür. Notarius vasitəsilə rəsmiləşdirilməyən alqı-satqı əməliyyatları birbaşa icra məmurunun nəzarəti altında təşkil olunur və həmin əməliyyatlar üzrə ödənişlər bilavasitə icra xidmətinin depozit hesabına köçürülür. 53.3-ci maddəsinə əsasən əmlak bu Qanunun 53.2-2-ci maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada borclu tərəfindən satılmadıqda həmin əmlak elektron hərraca çıxarılır. 61.1-ci maddəsinə əsasən icra məmuru aşağıdakı halların baş verdiyi gündən 3 iş günü müddətində əmlakın elektron hərracda satılması üçün “Elektron icra” informasiya sistemi vasitəsilə sifariş formalaşdırır: 61.1.1. bu Qanunun 53.2-1-ci maddəsində müəyyən edilən müddətdə borclunun müraciət etməməsi; 61.1.2. borcluya əmlakın açıq bazarda satılması üçün verilmiş müddətdə əmlakın satılmaması; 61.1.3. tələbkara təklif edilməli olmayan əmlaka dair qiymətləndirmənin nəticələri haqqında hesabatın icra məmuruna təqdim edilməsi, belə əmlakın qiyməti icra sənədində göstərildikdə isə icra sənədinin könüllü icrası üçün verilmiş müddətin başa çatması. 61.2-ci maddəsinə əsasən elektron hərrac avtomatlaşdırılmış qaydada açıq auksion formasında keçirilir. 62.2-ci maddəsinə əsasən bu Qanunun 50.6-cı maddəsinin ikinci abzasında göstərilən məhsullar istisna olmaqla, sifariş formalaşdırıldığı gündən 30 təqvim günündən gec olmayaraq ilk elektron hərrac, ilk elektron hərrac baş tutmadığı, yaxud onun nəticələri ləğv olunduğu gündən 10 təqvim günündən gec olmayaraq təkrar elektron hərrac keçirilir. 62.8-ci maddəsinə əsasən ilk elektron hərracın keçirilməsi zamanı satışa çıxarılan əmlakın bazar qiymətinin azı 85 faizini (minimum satış qiyməti), təkrar elektron hərracda isə azı 65 faizini (minimum satış qiyməti) təşkil edən təklif verildikdə elektron hərrac baş tutmuş hesab edilir. 62.9-cu maddəsinə əsasən elektron hərraca çıxarılan əmlakı almağı yalnız bir iştirakçı təklif etdikdə həmin iştirakçı, iki və ya daha çox iştirakçı təklif etdikdə isə ən yüksək məbləği təklif edən iştirakçı elektron hərracın qalibi hesab edilir. 62.10-cu maddəsinə əsasən elektron hərrac baş tutmadıqda, şəxsin hərracın iştirakçısı kimi qeydə alınmasından imtina edildikdə, qeydə alınmış iştirakçı elektron hərracda iştirakdan özü imtina etdikdə, habelə hərracda iştirak edən, lakin onu udmayan iştirakçıların beh məbləğləri 5 iş günü müddətində geri qaytarılır. 62.11-ci maddəsinə əsasən elektron hərrac başa çatdıqdan dərhal sonra onun nəticələri haqqında avtomatik olaraq protokol tərtib edilir. Protokol müqavilə qüvvəsinə malikdir. 62.12-ci maddəsinə əsasən Protokol imzalandığı vaxtdan ən geci 7 iş günü müddətində elektron hərracın qalibi əmlakın satış qiymətini icra xidmətinin depozit hesabına köçürməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyaları “İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə” 24 noyabr 2021-ci il tarixli 02/2021 nömrəli qərardadına əsasən icra icraatı çərçivəsində borclunun ipoteka predmetinə, vergi ödəyicisi kimi siyahıya alınmış əmlaka və girov predmeti olan qiymətli kağızlara aid olmayan əmlaklarına tələbin yönəldilməsi və hərracdan satılması qaydaları Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415-ci və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6, 45.7, 51, 53, 61, 62-ci maddələri ilə tənzimlənir və bu münasibətlərə qanunun analogiyası üzrə digər qanunvericilik aktlarında nəzərdə tutulmuş hərrac qaydaları tətbiq edilməməlidir. “F.Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublıkası Konstıtusıya Məhkəməsı Plenumunun 30 dekabr 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, AR MM-nin 415.2-ci maddəsinin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(014)-707/2023 nömrəli qətnaməsinə əsasən İddiaçı və X3 hər birinin ½ paylı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilin ilkin satış qiyməti 38000 manat müəyyən olunmaqla açıq hərracda satılması və hərracdan əldə olunmuş məbləğin tərəflər arasında bərabər bölünməsi qət edilmiş, həmin qətnamədən cavabdeh İddiaçı nümayəndəsi (atası) Nümayəndə apellyasiya şikayəti vermiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(107)-659/2024 nömrəli qətnaməsinə əsasən apellyasiya şikayəti təmin edilməyərək, Ağdaş Rayon Məhkəməsinin 6 dekabr 2023-cü il tarixli 2(014)-707/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Daha sonra Ağdaş Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(014)- 707/2023 nömrəli qətnaməsi icra edilməsi üçün Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə göndərilmiş, həmin şöbənin sifarişi ilə mənzilin açıq hərracda satılması Cavabdeh MMC-yə tapşırılmışdır. xx.xx.2025-ci il tarixdə MMC tərəfindən hərracın keçirilməsinə dair elanla bağlı və borcluya sifarişli poçt göndərişi (məktubu) ilə əlaqədar bildiriş göndərilmiş, Hərrac barədə elan "xxxx" qəzeti vasitəsilə kütləvi informasiya üçün dərc edilmiş və MMC-nin rəsmi internet səhifəsində yerləşdirilmişdir. Mənzil üçün ilkin hərrac xx.xx.2025-ci il tarixdə keçirilmiş və ilkin hərracda ünvan 1 ünvanında yerləşən mənzil 26.869,92 manata X1. Hazırda iddiaçı Qəribov X7 şəhəri, Ş.İ.Xətai küçəsi, ev 19, mənzil 4 ünvanlı mənzilin hərracda satılmasının nəticələrinin ləğv edilməsi, hərrac vasitəsi ilə mənzil alan X11 adına rəsmiləşdirilmiş sənədlərin etibarsız hesab edilməsi, satışdan əldə olunmuş pul məbləğindən Mingəçevir şəhəri İcra və Probasiya şöbəsinin depozit hesabında saxlanılan 13434.96 manat məbləğində pulun sahibi X15 qaytarılması və satışdan əldə olunmuş pul məbləğindən ½ payı olan X5 ödənilmiş 13434.96 manat məbləğində pulun tutulub X15 ödəməklə mənzilin tam olaraq İddiaçı adına rəsmiləşdirilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə nəzərə alır ki, iddiaçı məhkəmə-icra proseslərindən xəbərdar olmuş, öhdəliyin icra edilməməsi səbəbindən hərracın keçiriləcəyini bilmək və proseslər barədə məlumat almaq hüququna malik olmuşdur. İddiaçının hərracın keçirildiyi vaxt ölkəxaricində olması və həmin hərracdan məlumatının olmaması onun hüquqlarının pozulması üçün əsas təşkil etmir. Belə ki, İddiaçı nümayəndəsi (atası) Nümayəndə məhkəmə proseslərindən xəbərdar olmuş, Ağdaş Rayon Məhkəməsinin müvafiq qətnaməsindən apellyasiya şikayəti vermişdir. Həmçinin iddiaçının rəsmi qeydiyyatda olduğu ünvana Cavabdeh MMC tərəfindən müvafiq bildirişlər göndərilmişdir. Həmin bildirişlər İddiaçı tərəfindən əldə edilməsə belə, bu, hərracın nəticələrinin ləğv olunmasına əsas verə bilməz. Nəzərə almaq lazımdır ki, hərrac təşkilatı və icra orqanının vəzifəsi müvafiq bildirişlərin maraqlı şəxslərə göndərilməsinin təmin edilməsi və subyektlərin lazımi qaydada məlumatlandırılmasıdır. Sözügedən bildirişlər maraqlı şəxslərə göndərildiyi təqdirdə həmin bildirişləri əldə olunub-olunmamasına görə məsuliyyətin hərrac təşkilatı və ya icra orqanının üzərinə qoyulması əsaslı və qanuni hesab edilmir. Məhkəmə həmçinin qeyd edir ki, qanunverici hərrac təşkilatının üzərinə hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirmək, verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərmək vəzifəsi qoymuşdur. Bununla da hərrac təşkilatı qeyd edilən şəxslərə təsdiq etmə üsulu ilə bildiriş göndərmiş, kütləvi informasiya vasitəsi statuslu "xxxx" qəzetində və eləcədə Cavabdeh MMC-nin rəsmi internet səhifəsində (“Eherrac.com”) elanlar dərc etdirməklə üzərinə qoyulmuş bu öhdəliyi yerinə yetirmiş olur. Məhkəmə eyni zamanda qeyd edir ki, mənzilin hərracda satılmasının nəticələrinin ləğv edilməsi tələbinin rədd edilməsi digər törəmə tələblərin də rədd edilməsinə səbəb olur. Çünki, törəmə tələblər əsas tələbin təmin edilməsinə bağlıdır. Bu səbəbdən məhkəmə hesab edir ki, hərrac vasitəsi ilə mənzil alan X11 adına rəsmiləşdirilmiş sənədlərin etibarsız hesab edilməsi, satışdan əldə olunmuş pul məbləğindən Mingəçevir şəhəri İcra və Probasiya şöbəsinin depozit hesabında saxlanılan 13434.96 manat məbləğində pulun sahibi X15 qaytarılması və satışdan əldə olunmuş pul məbləğindən ½ payı olan X5 ödənilmiş 13434.96 manat məbləğində pulun tutulub X15 ödəməklə mənzilin tam olaraq İddiaçı adına rəsmiləşdirilməsi törəmə tələblər olduğundan iddia tələbi bu hissələrdə də təmin edilməməlidir. Məhkəmə bir daha vurğulayır ki, törəmə tələblərin hüquqi əsası yalnız əsas tələbin təmin olunması ilə bağlıdır və əsas tələbin təmin edilməməsi səbəbindən məhkəmə həmin tələblərə ayrıca münasibət bildirmir və onların təmin olunmasını mümkün saymır. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, sadalanan qanunvericilik normalarını rəhbər tutaraq, işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, İddiaçı Cavabdehnə qarşı mübahisə predmeti barəsində müstəqil tələblər irəli süməyən üçüncü şəxs qismində Mingəçevir şəhər İcra və Probasiya Şöbəsi cəlb edilməklə “hərracın yekunları barədə protokolun ləğv edilməsi, çıxarışın etibarsız hesab edilməsi, satışdan əldə olunan vəsaitin sahibinə qaytarılması və mənzilin mülkiyyətçiyə geri verilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu
Məhkəmə qərarları › İş №2(004)-7042/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-7042/2025
19.02.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver