Məhkəmə qərarları › İş №2(004)-7131/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-7131/2021

28.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-7131/2021 28.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Babazadə Gülnar Vidadi qızı İddiaçı cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsinin X1 İdarəsi və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinə qarşı “protokolun ləğvi, cərimənin silinməsi və avtomaşının texniki baxışa buraxılması” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsinin X1 İdarəsi və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinə qarşı “protokolun ləğvi, cərimənin silinməsi və avtomaşının texniki baxışa buraxılması” tələbinə dair iddia ərizəsi ilə məhkəmə müraciət edərək, əsassız və qanunsuz olaraq onun mülkiyyətində olan BMV markalı, 10NN017 Dövlət nömrə nişanlı avtomobilinə aid edilən, başqa şəxsə yazılan Azərbaycan respublikası İnzibati Xətalar Məcəlləsinin 211ci “Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması" maddəsi ilə yazılmış inzibati xəta haqqında protokolu mənim avtomaşınımın üzərindən çıxarılması, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339-cu "Nəqliyyat vasitələrinin dövlət qeydiyyatının aparılması, texniki baxışın keçirilməsi, nəqliyyat vasitəsinin sazlığı haqqında sənədin və sürücülük vəsiqəsinin verilməsi və cərimənin alınması qaydalarının pozulması" maddəsinin 339.1-1-ci "Nəqliyyat vasitəsini "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə -əlli manat məbləğində cərimə edilir" bəndinə əsasən yazılan cərimələrin silinməsi və avtomaşının texniki baxışa buraxılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edərək hesab edirəm ki, iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Göründüyü kimi, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsinin X1 İdarəsi və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinə qarşı inzibati xəta haqqında protokolun (qərarın) ləğvi ilə bağlı mübahisəyə (şikayətə) baxılması Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbləri ilə tənzimləndiyinə görə, hazırkı mübahisəyə inzibati xətalar haqqında işlərə baxılması qaydasında baxılmalıdır. İş materiallarında olan İddiaçı cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsinin X1 İdarəsinə ünvanlanmış şikayətindən də görünür ki, Azərbaycan respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci “Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması" maddəsi ilə yazılmış inzibati xəta haqqında protokol və onun əsasında verilmiş qərarın ləğvini xahiş edir. Azərbaycan Respublikası İXM-nin 128.2.3-ci maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilir. Qanunun mənasına görə, inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın qərarından verilən şikayətə və ya protestə yuxarı səlahiyyətli orqan və ya məhkəmə baxmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə qeyd edir ki, iddiaçı müvafiq qərardan iddia icraatı qaydasında deyil, şikayət ərizəsi ilə müvafiq məhkəməyə (şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə) (inzibati xətalar haqqında işlərə baxılması qaydasında) müraciət etməlidir. Azərbaycan Respublikası MPM-in 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. İddiaçı izah edilsin ki, Bakı şəhəri Yol Polis İdarəsinin əməkdaşı tərəfindən onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokoldan inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılması üçün məhkəməyə şikayət vermək hüququ var. Azərbaycan Respublikası MPM-in 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim ərizəni qəbul etməkdən imtina edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 153.2.1, 263- 264, 268-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsinin X1 İdarəsi və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinə qarşı “protokolun ləğvi, cərimənin silinməsi və avtomaşının texniki baxışa buraxılması” tələbinə dair iddia ərizəsinin qəbulundan, iddia ərizəsinə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə imtina edilsin. İddiaçıya müvafiq inzibati tənbeh tətbiq etmə haqqında qərardan inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılması üçün məhkəməyə şikayət etmək hüququ izah edilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar