Məhkəmə qərarları › İş №2(004)-7244/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-7244/2021

08.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-7244/2021 08.12.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X10 qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X5, Cavabdeh X4 iştirakı ilə, İddiaçı X2 cavabdeh X6 qarşı “pul tələbinə dair” iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X3 cavabdeh X6 qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili BX12 oğlu iddia tələbini müdafiə edərək onun təmi edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh X7 izahatında ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşadığını göstərmiş və məhkəmədən mülki işin baxılması üçün aidiyyəti üzrə Siyəzən Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin çıxışını dinləyib, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, hazırki mülki işə ərazi aidiyyatı üzrə baxılması üçün Siyəzən Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, “Azemis” elektron məhkəmə informasiya sistemi vasitəsi ilə alınmış məlumatlardan görünür ki, cavabdeh X1 şəhəri, S.Dağlı küçəsi, ev 3 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası MPM-nin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir.. Həmin Məcəllənin 44.2.2-ci maddəsinin tələbinə görə iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən, məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır Beləliklə, yuxarıda qeyd olunanlara əsaslanaraq, məhkəmə hesab edir ki, Cavabdeh X4 qeydiyyatda olduğu ünvan Yasamal rayonu ərazisinə aid olmadığından, iddiaçı X2 cavabdeh X6 qarşı “pul tələbinə dair” mülki iş aidiyyəti üzrə Siyəzən Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35, 44-45, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı X2 cavabdeh X6 qarşı “pul tələbinə dair” mülki iş baxılması üçün aidiyyəti üzrə Siyəzən Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Yasamal Rayon Məhkəməsinə şikayət verə bilərlər. Sədrlik edən:Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar