Məhkəmə qərarları › İş №2(004)-7270/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-7270/2021

10.11.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-7270/2021 10.11.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızı, İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh2 qarşı “qeydiyyatın aparılması üçün əsas olmuş sənədlərin və bu sənədlər əsasında aparılmış qeydiyyatın etibarsız hesab olunması tələbinə” dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh2 qarşı “qeydiyyatın aparılması üçün əsas olmuş sənədlərin və bu sənədlər əsasında aparılmış qeydiyyatın etibarsız hesab olunması tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 46, 558-ci məhəllədə yerləşməklə üzərində məhkəmə tərəfindən onun hüququ tanınmaqla ona təhvil verilməsi qət edilmiş, sahəsi 160 kv.m olan qeyri-yaşayış sahəsinin, "xxxx" MMC tərəfindən Cavabdeh2 adına 02.12.2015ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti (DƏDRX) tərəfindən mülkiyyət hüququna dair ********** nömrəli qeydiyyatın aparılması üçün əsas olmuş sənədlərin və bu sənədlər əsasında aparılmış qeydiyyatın etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinin yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı pretenziya qaydasında Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nə müraciət etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının tələbinə məhkəmədə baxıla bilməz . Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə məhkəmə iddia ərizəsini qəbul etməkdən imtina etməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər "xxxx" MMCyə və Cavabdeh2 qarşı “qeydiyyatın aparılması üçün əsas olmuş sənədlərin və bu sənədlər əsasında aparılmış qeydiyyatın etibarsız hesab olunması tələbinə” dair iddia ərizəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən iddianın yol verilməzliyinə görə qəbul edilməsindən imtina edilməlidir. Göstərilənlərlə yanaşı məhkəmə qeyd edir ki, ərizədə iddiaçının tələbi qeyri-dəqiq olmaqla, konkret olaraq hansı sənədlərin etibarsız hesab edilməsinin məhkəmədən xahiş edildiyi göstərilməmişdir. Şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh2 qarşı “qeydiyyatın aparılması üçün əsas olmuş sənədlərin və bu sənədlər əsasında aparılmış qeydiyyatın etibarsız hesab olunması tələbinə” dair iddia ərizəsi yolverilməzliyinə görə məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar