Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-768/2023 27.03.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Qasımova Aytən Elçin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4800 manat məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)768/2023 nömrəli qiyabi qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 4800 (dörd min səkkiz yüz) manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)768/2023 nömrəli qiyabi qətnaməsinin ləğv edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəyə baxılması xx.xx.2023-cü il tarixə, saat 11:45-ə təyin olunmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)768/2023 nömrəli qiyabi qətnaməsi ləğv edilmiş, işin məhkəmə baxışı xx.xx.2023-cü il tarixə saat 14:30-a təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirir ki, iddiaçı 28 avqust 2022-ci il tarixdə tüstüboğucu filter almaq üçün COOLE AİR şirkətində menecer işləyən Cavabdeh göndərdiyi kart hesabına 4800 manat məbləğində pulu ödəmişdir. Bir həftə ərzində həmin əmlak ona avadanlıq ona verilməli idi. Həmin vaxtdan xeyli müddət keçməsinə baxmayaraq avadanlığın ona təhvil verilməsi cavabdehin ucbatından yubadılmışdır. Cavabdeh isə bu müddət ərzində avadanlığın onun günahı deyil, gömrükdə problem yaranması səbəbindən sifarişi vaxtında yerinə yetirmədiyini etiraf etmişdir. İddiaçıya təcili həmin avadanlıq lazım olduğu üçün başqa şirkətdən əldə etmiş, pulunu cavabdehdən tələb etsə də, bugünədək cavabdeh pulunu geri qaytarmamışdır. Bundan sonra Abşeron rayon Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət etmiş, 15 oktyabr 2022-ci il tarixdə Abşeron rayon Polis İdarəsində şikayət ərizəsi əsasında araşdırma aparılmış, cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Qərarda işin mülki xarakterli olduğu və məhkəməyə müraciət edilməli olması göstərilmişdir. Qeyd edir ki, Cavabdeh tanıyır və pulu da ona ödəmişdir. Həmin qərarda cavabdeh pulu guya hansısa kassaya köçürdüyünü bildirsə də, elə bir hal əslində yoxdur. Sadəcə cavabdeh pulu ödəməkdən yayınmaq istəyir. Ona görə də, iddianın təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdeh məhkəməyə gəlməmiş və və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Yasamal RPİ-nin 29-cu PŞ-nin xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətinə əsasən araşdırma zamanı izahatı alınmış Cavabdeh bildirmişdir ki, o X1 şirkətində menecer işləyir. Onun əvvəllər Mirəli ilə işləri olmuş, heç bir problem yaranmamışdır. Sonuncu dəfə Mirəli tüstüboğucu aparat almaq üçün sifariş vermişdir və onun dediyi hesaba 4800 manat pul göndərmişdir. O da həmin pulu şirkətin kassasına köçürmüşdir. O həmin avadanlığı sifariş etsə də, gömrükdə problemlər yarandığından gecikmə olmuşdur. Sonra pulunu qaytar biləcəyini bildirsə də, sonuncu bundan imtina etmiş, avadanlığı göləyəcəiyini bildirmişdir. Bundan sonra gecikmə davam etdiyindən avadanlığı qaytara bilməmiş, Mirəli ondan pulunu tələb etmişdir. O, hal-hazırda kassada pul olmadığını, lakin ödənişlər gələn kimi Mirəlinin pulunu ödəyəcəyini bildirmişdir. İş materiallarında olan 01 sentyabr 2022-ci il tarixli ödəniş qəbzinin surətindən görünür ki, e-manat” vasitəsilə Cavabdeh hesabına 4800 manat məbləğində pul ödənilmişdir. İşin halları odur ki, iddiaçı 01 sentyabr 2022-ci ildə cavabdehin hesabına tüstüboğucu aparat almaq üçün 4800 manat pul köçürdüyünü bildirir. İddiaçı sübut qismində cavabdehin cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardakı izahatına və 01 sentyabr 2022-ci il tarixli ödəniş qəbzinə istinad edir. Cavabdeh isə X1 şirkətində menecer işlədiyini, iddiaçıdan avadanlıq təhvil vermək üçün 4800 manat məbləğində pul aldığını, şirkətin kassasına köçürdüyünü, ödənişlər edildiyində iddiaçının pulunu qaytaracağını bildirir. Məhkəmə qeyd edir ki, xx.xx.2022-ci il tarixli qərardan müəyyən olunur ki, cavabdeh 4800 manat pulun onun dediyi hesaba göndərildiyini etiraf etmişdir. Belə olan halda müəyyən olunur ki, iddiaçı mal gətirmək məqsədilə cavabdehə 4800 manat pul vermişdir. Sözügedən qərarda cavabdeh qeyd edir ki, iddiaçının pulu şirkətin kassasındadır. Məhkəmə hesab edir ki, nə qədər ki, cavabdeh iddiaçının ona mal gətirmək üçün pul verdiyini etiraf etmişdir, iddiaçının ona verdiyi pulu qaytarmasını sübut etmə vəzifəsi məhz cavabdehin üzərinə düşür. Cavabdeh isə xx.xx.2022-ci il tarixli qərarda iddiaçıya pulu qaytarmadığını bildirir. Məhkəmə hesab edir ki, cavabdeh iddiaçının pulunu qaytarmalı olduğu halda onun pulunu qaytarmamaqla əsassız olaraq varlandığından 4800 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh mülki işə qiyabi icraat qaydasında baxıldığı dövr ərzində, eləcə də qiyabi qətnamə ləğv olunduqdan sonra da məhkəmə iclasları barədə bildirişləri almış, təyin olunan məhkəmə iclaslarında iştirak etməmiş, iddianın əsassızlığına dair sübutları nə məhkəməyə göndərməmiş, nə də qiyabi qətnamənin ləğvinə dair ərizəyə əlavə etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-21.3-cü maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır; Həmin Məcəllənin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, iddia təmin edilməli, Cavabdeh 4800 (dörd min səkkiz yüz) manat məbləğində pul İddiaçı xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77, 119, 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 4800 (dörd min səkkiz yüz) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-768/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-768/2023
27.03.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver