Məhkəmə qərarları › İş №2(004)-788/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(004)-788/2023

20.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-788/2023 20.04.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, iddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında qiyabi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək Cavabdeh 5.500 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 75 manat məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı yaxın dostu X1 Nəsimi rayon İcra Şöbəsinin bir neçə icra sənədi üzrə borcu vardır. Bununla əlaqədar olaraq, onun barəsində məcburi icra tədbirlərinin görülməsi qət edilmişdir. İddiaçı öz dostu Elqana bu məsələdə hüquqi yardım göstərmək üçün vəkilə müraciət etmək qərarına gəlmişdir. Bir neçə şəxsdən bu məsələdə İddiaçı kömək edə biləcək vəkil soraqlaşdıqdan sonra, Bəhruz adında tanışı ona bu işdə kömək etmək üçün Cavabdeh adlı şəxsi məsləhət görmüşdür. Özünü vəkil kimi təqdim edən Cavabdeh iddiaçının dostu X1 Nəsimi rayon İcra Şöbəsində bütün işlərini 5.500 manat qarşılığında həll etməyi İddiaçı vəd etmişdir. İddiaçı bu məsələni həll etmək üçün Cavabdehla razılığa gəldikdən sonra 2021-ci ilin iyul ayında Yasamal rayonu ərazisində “Bəyaz” marketin yanında Cavabdeh 5500 (beş min beş yüz) manat pul vermiş, Cavabdeh isə iddiaçının dostu X3 rayon İcra Şöbəsinin icraatında olan icra işlərini həll edəcəyini öhdəsinə götürmüşdür. Lakin, özünü vəkil kimi təqdim edən Azad adlı şəxs pulu aldıqdan sonra vədinə əməl etməyərək iddiaçının dostu Elqan Vəliyevin icra işləri üzrə heç bir kömək etməmiş və iddiaçının ona verdiyi pulu geri ödəməmişdir. Buna görə də iddiaçı onun pulunu mənimsəyən Cavabdeh məsuliyyətə cəlb edilməsi üçün Bakı şəhər Yasamal Rayon Polis İdarəsinə ərizə ilə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 10 fevral 2022-ci il tarixli qərarına əsasən cinayət işinin başlanması rədd edilmiş və tərəflər arasında münasibətlər mülki xarakterli olduğundan məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İddiaçı tərəfindən Cavabdeh 5500 (beş min beş yüz) manat pul verilməsi faktı cavabdeh tərəfindən Yasamal Rayon Polis İdarəsinə verilmiş izahatda öz əksini tapmışdır. İddiaçı öz hüquqlarının müdafiəsi üçün iddia ərizəsinin verilməsinə görə 75 manat dövlət rüsumu ödəmişdir. İşin hallarından da göründüyü kimi, iddiaçı cavabdehlə razılaşmasına uyğun olaraq ona 5500 (beş min beş yüz) manat pul vəsaiti vermiş, cavadeh isə bu günə qədər həmin vəsaiti iddiaçıya qaytarmamışdır. İş üzrə cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Cavabdehin məhkəmə iclasında iştirak etməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-788/2023 saylı qərardadına əsasən İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil izahat verərək bildirir ki, iddia ərizəsinin müdafiə edir. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan - Yasamal RPİ-nin İŞ-nin xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətinə əsasən müəyyən edilir ki, araşdırma zamanı izahatı alınmış Cavabdeh Telman oğlu İddiaçı dediklərini təkzib edərək aralarında mülki xarakterli mübahisə olduğunu bildirmişdir. İşin halları odur ki, iddiaçı cavabdehin ondan 5500 manat məbləğində pul götürdüyünü, lakin bu günədək pulu geri qaytarmadığını bildirir. İddiaçı sübut qismində cavabdehin cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardakı izahatına istinad edir. Həmin izahatda isə cavabdeh iddiaçı ilə aralarında mülki xarakterli mübahisə olduğunu bildirmişdir. Hazırda iddiaçı cavabdehin ondan aldığı 5500 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 75 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulmasını xahiş edir. Cavabdeh isə məhkəmə iclaslarında iştirak etməmiş, iddia ərizəsinə etiraz və ya işin halları ilə bağlı hər hansı sübut verməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının istinad etdiyi xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda Cavabdeh İddiaçıla aralarında mülki mübahisə olduğunu bildirmiş, aralarında pul mübahisəsinin olmasını, iddiaçıya borcu olduğunu inkar etməmişdir. Dolayısı ilə o, izahatında borcunun olmasını etiraf etmişdir. Məhkəmə qeyd olunanları və iş materiallarında olan şəkillərdə əks olunan yazışmaların məzmununu nəzərə alaraq qeyd edir ki, nə qədər ki, cavabdeh iddiaçıdan pul götürdüyünü inkar etməmişdir, bu zaman cavabdeh iddiaçıdan götürdüyü pulu ödəməli olduğu halda onun pulunu qaytarmamaqla əsassız olaraq varlanmış, hazırda onun cavabdehə 5.500 manat borcu qalmışdır. Qeyd olunur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2021-ci il tarixli qərarına əsasən Konstitusiya Məhkəməsinin Plenumu göstərir ki, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, alğı-satqı müqaviləsinin formal tələblərə uyğun bağlanması faktı öz-özlüyündə mülki hüquq subyektlərinin iradə sərbəstliyinin ifadəsi kimi qiymətləndirilə bilməz. İradə ifadəsinin zədələnməsi səbəbindən əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən iddianın əsaslı olubolmaması iradə ifadəsinin hansı şərtlər və şərait daxilində edildiyinin aydınlaşdırılması ilə mümkündür. Belə növ mübahisələr üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün müqavilənin doğruluğu, zorakılıq və ya hədə təsiri altında bağlanıb-bağlanılmaması kimi faktlara dair məlumatları əks etdirən sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılmalı, həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına uyğun hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddia təmin edildiyindən, ödənilmiş dövlət rüsmunun əvəzi olan 75 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə qeyd edir ki, iddia təmin edilməli, Cavabdeh 5500 (beş min beş yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 75 (yetmiş beş) manat məbləğində pul İddiaçı xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77, 119, 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 5500 (beş min beş yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 75 (yetmiş beş) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. Qiyabi qətnamənin rəsmi qaydada verilməsindən sonra on gün müddətində cavabdeh “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həmin qətnamənin ləğvi üçün Yasamal Rayon Məhkəməsinə ərizə verə bilər. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar