Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-7906/2021 17.12.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Əyyubov Fərid İlham oğlunun sədrliyi ilə İddiaçı Cavabdeh MMC-yə qarşı “hesabatın ləğv edilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh MMC-yə qarşı “hesabatın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Azərbaycan Respublikası Xammal və X1” MMC tərəfindən tərtib olunmuş 26.11.2020-ci il tarixli əmlakın qiymətləndirilməsi barədə hesabatın ləğv edilməsi və mülkiyyətində olan Abşeron rayonu, Məmmədli kəndində yerləşən fərdi yaşayış evinin yenidən qiymətləndirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinin qəbulundan imtina edilməlidir. Belə ki, məhkəmə qeyd edir ki, iddiaçı tərfindən verilmiş iddia ərizəsinə iddia icraatı qaydasında baxılmalı deyil. Məhkəmə iddia icraatı qaydasında pozulmuş mülki hüququn və ya qanuni mənafeyin müdafiəsinə dair iddialara baxır. İddia ərizəsindən görünür ki, iddiaçı əmlakın qiymətləndirilməsi barədə hesabatın ləğvini istiyir, əmlakın qiymətləndirilməsinə dair hesabat (rəy) sübut növü hesab edilir və özü-özlüyündə hüquqi nəticələrə səbəb olmur. İddiaçı icra hərəkətləri zamanı icra məmurunun qanunsuz hərəkət və qərarlarından narazı olarsa, icra üzrə icraat qaydasında aidiyyəti üzrə müvafiq orqana və ya məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizə məhkəmə qaydasında baxılmalı deyilsə, hakim ərizəni qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Həmin Məcəllənin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Məhkəmə yuxarıda göstərilənlərə əsasən qeyd edir ki, iddia ərizəsinə iddia icraatı qaydasında baxılmalı olmadığından icraata qəbul edilməkdən imtina edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “hesabatın ləğv edilməsi” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. İddiaçıya icra hərəkətlərini mübahisələndirmək və aidiyyəti üzrə icra üzrə icraat qaydasında məhkəməyə və ya müvafiq icra hakimiyyəti orqanına müraciət etmək hüququ izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərid Əyyubov Fərid Əyyubov
Məhkəmə qərarları › İş №2(004)-7906/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-7906/2021
17.12.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver