Məhkəmə qərarları › İş №2(004)-800/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-800/2023

05.09.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-800/2023 05.09.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “tikinti işlərinin qüsurlu icra edilməsi və öhdəliyin icra edilməməsi nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Yalıya oğluna qarşı “tikinti işlərinin qüsurlu icra edilməsi və öhdəliyin icra edilməməsi nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Yahya oğlundan İddiaçı məxsus Abşeron rayonu Masazır kəndində 0.015 ha torpaq sahəsinin üzərində keyfiyyətsiz inşa edilmiş ümumi sahəsi 144 kv.m olan iki mərtəbəli evin sökülməsi üçün 5603 manat, yenidən inşa edilməsi üçün 22852 manat, İddiaçı tərəfindən aparılmış təmir işlərinin məbləği olan 32734 manat pulun, 12 ay üçün 3600 manat kirayə haqqının, ümumilikdə 64789 manat pulun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 284,37 manat pulun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, razılığa əsasən cavabdeh ünvan 1ində 0.015 ha torpaq sahəsinin üzərində yerləşən iddiaçıya məxsus olan ümumi sahəsi 144 kv.m iki mərtəbəli evi inşa etmişdir. Cavabdeh tərəfindən 144 kv.m iki mərtəbəli ev iddiaçının vəsaiti ilə inşa edilmişdir. Evin damı, pəncərələri və suvağ işləri görülərək ona verilmişdir. Sonra isə, onun tərəfindən ev ümumi olaraq təmir edilmiş və yaşayış üçün ideal vəziyyətə gətirilmişdir. O, evin təmirinə 30500 manat pul vəsaiti xərcləmişdir. Bir müddət sonra, cavabdeh tərəfindən inşa edilmiş ev çökməyə başlamışdır. Ona məlum olmuşdur ki, cavabdeh tərəfindən inşa edilən ev qüsurlu və keyfiyyətsiz inşa edilmişdir. Cavabdehlə görüşüb onun evi qüsurlu və keyfiyyətsiz inşa etdiyini bildirmişdir. Cavbdeh Masazır kəndində 0.015 ha torpaq sahəsinin üzərində yerləşən ona məxsus olan ümumi sahəsi 144 kv.m iki mərtəbəli evi yenidən söküb inşa edəcəyini bildirmiş və həmin müddətdə onu müvəqqəti yaşamağı üçün kirayə evlə təmin edəcəyini bildirmişdir. Onlar xx.xx.2021-ci ildə notariusa gedərək barışıq razılaşması bağlayaraq Masazır kəndində 0.015 ha torpaq sahəsinin üzərində tikilmiş iddiaçıya məxsus olan ümumi sahəsi 144 kv.m olan iki mərtəbəli evin qüsurlu inşası ilə əlaqədar onun kirayə mənzilə köçməyini, bu məqsədlə 01 iyun 2021 -ci il tarixdən-01 iyun 2022-ci il tarixinə kimi hər ay 300 kirayə haqqı ödəməsini və həmin müddətdə 0.015 ha torpaq sahəsinin üzərində tikilmiş iddiaçıya məxsus olan ümumi sahəsi 144 kv.m olan iki mərtəbəli evi bir il müddətində 21 may 2021-ci il tarixdən-24 may 2022-ci il tarixinə kimi qeyd edilən evi söküb öz vəsaiti hesabına yenidən keyfiyyətli şəkildə inşa edərək təhvil verməsini öhdəlik kimi öz üzrinə götürmüşdür. Lakin cavbdeh götürdüyü öhdəliklərin heç birini icra etməmişdir və hal hazıra kimi öhdəliyi icra etmir, boyun qaçırır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, izahatında bildirmişdir ki, cavabdeh dəfələrlə onu aldatmış, sonradan 1 il müddətinə onunla müqavilə bağlayaraq, həmin müddətdə evi söküb öz vəsaiti hesabına yenidən keyfiyyətli inşa edərək ona təhvil verməyi öhdəlik kimi öz üzərinə götürmüşdür. Lakin cavabdeh üzərinə düşən öhdəlikləri icra etmir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişləri göndərilmiş, həmçinin “AZEMİS” vasitəsilə SMS xəbərdarlığı göndərilməklə və telefon vasitəsilə əlaqə saxlanılaraq şəxsən məlumat verilmişdir. Lakin cavabdeh məhkəməyə gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Cavabdeh məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Beləliklə məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib sübutlara və iş materiallarına hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestindən çıxarışdan görünür ki, Abşeron rayonu Masazır kəndində yerləşən 0.015 ha torpaq sahəsi İddiaçı adına tam mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan İddiaçı və Cavabdeh arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş xx.xx.2021-ci il tarixli bu barışıq razılaşmasına əsasən, tərəflər ünvan 1i ünvanda yerləşən ümumi sahəsi 0.015 ha olan torpaq sahəsində tikilmiş 144 kv.m olan evin “Podratçı"- Cavabdeh tərəfindən qüsurlu inşa edilməsi səbəbindən həmin evin sökülərək yenidən inşa olunması əlaqədar aralarındakı münasibəti həll etmək üçün aşağıdakıları öhdələrinə götürmüşlər: 1.İddiaçı Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən 0.015 ha torpaq sahəsində tikilmiş, iki mərtəbəli, ümumi sahəsi 144 kv sahəsi olan evin qüsurlu inşa edilməsi səbəbindən 01 iyun 2021-ci il tarixindən kirayə mənzilə köçür; 2. Cavabdeh ünvan 1i ünvanda yerləşən 0.015 ha torpaq sahəsində tikilmiş, iki mərtəbəli, ümumi sahəsi 144 kv. m sahəsi olan evin qüsurlu inşa etməsi səbəbindən bir il müddətində 24 may 2021-ci il tarixindən 24 may 2022-ci il tarixinə kimi qeyd edilən evi söküb öz vəsaiti hesabına yenidən keyfiyyətli şəkildə inşa edərək İddiaçı təhvil verməsini öz üzərinə götürür;

3. Qurbanov X2 Arif Qabil oğlu üçün 01 iyun 2021-ci il tarixindən 01 iyun 2022-ci il tarixinə kimi kirayə köçdüyü nənzilin kirayə haqqını hər ay üçün 300 manat ödəməyi öhdəlik götürür. İş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş 05 avqust 2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, ünvan 1ində yerləşən 2 mərtəbəli fərdi yaşayış evində aparılmış təmir işləri nəticəsində çəkilmiş xərc 32734 manat, fərdi yaşayış evinin keyfiyyətli inşa edilməsinə 22852 manat xərc, fərdi yaşayış evində aparılmalı söküntü işlərinə 5603 manat xərc tələb olunur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 iyun 2023-cü il tarixli 10/997 nömrəli ekspert rəyinin surətindən görünür ki, Bakı şəhəri, ünvan 1ində 0,015 ha torpaq sahəsinin üzərində keyfiyyətsiz inşa edilmiş ümumi sahəsi 144 kv.m olan iki mərtəbəli evin təmiri üçün tələb olunan vəsaitin ümumi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 32564,6 manat, həmin iki mərtəbəli evin sökülməsinin ümumi dəyəri 5603 manat və yenidən inşa edilməsi üçün (dam örtüyünün və qapı pəncərənin qoyulması daxil) tələb olunan vəsaitin ümumi dəyəri isə 22226 manat məbləğində müəyyən olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 390.1-ci maddəsinə əsasən, fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər; 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir; 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 451-ci maddəsinə əsasən, borclu əmlakı hazırlamaq və kreditorun mülkiyyətinə vermək və ya əmlakı kreditorun istifadəsinə vermək və ya onun üçün müəyyən işi görmək və ya ona müəyyən xidməti göstərmək öhdəliyini icra etmədikdə kreditor, əgər bu Məcəllədən, müqavilədən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, ağlabatan qiymətə və ağlabatan müddətdə öhdəliyin icrasını üçüncü şəxslərə tapşıra bilər və ya onu öz qüvvələri ilə icra edə bilər və çəkdiyi zəruri xərclərin və digər zərərin əvəzini ödəməyi borcludan tələb edə bilər. 881.1-ci maddəsinə əsasən, barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. 881.2-ci maddəsinə əsasən, barışıq razılaşmasının qüvvəsi ondan ibarətdir ki, əvvəllər mübahisəli və ya qeyri-müəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi həmin razılaşmaya əsasən istisna edilir və hüquqi statusundan asılı olmayaraq iştirakçılar üçün yalnız barışıq razılaşmasında təsbit edilənlər etibarlı olur. Ayrı şərt haqqında razılaşma olmadıqda: 881.2.1-ci maddəsinə əsasən, hər hansı iddiaya aid təminat və üstünlük hüquqları, məsələn, girov hüquqları, mülkiyyət və zaminlik hüquqlarının saxlanması haqqında qeyd-şərt qüvvədə qalır, bu şərtlə ki, belə iddia barışıq razılaşması ilə təsdiqlənsin; 881.2.2-ci maddəsinə əsasən, barışıq razılaşmasının qüvvəsi barışıq razılaşması məqamında müqavilənin iştirakçısına məlum olmayan iddialara şamil edilmir. Məhkəmə hesab edir ki, tərəflər arasında podrat münasibətləri yaransa da, onlar sonradan öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni barışıq razılaşması bağlayaraq həll etdiyindən, bununla da tərəflər üçün yalnız barışıq razılaşmasında təsbit edilənlər etibarlı olduğundan, iddiaçının tələbinin hüquqi əsasını barışıq razılaşması və ondan irəli gələn münasibətlər təşkil edir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında podrat münasibətləri mövcud olmuş, Cavabdeh məxsus Abşeron rayonu Masazır kəndində 0.015 ha torpaq sahəsinin üzərində inşa etməli olduğu sahəsi 144 kv.m olan fərdi yaşayış evini inşa etmişdir. Fərdi yaşayış evində təmir işləri görülmüşdür. Lakin, Cavabdeh fərdi yaşayış evini keyfiyyətsiz və qüsurlu şəkildə inşa etmişdir. Bundan sonra, tərəflər öz aralarında mübahisəni həll etmək üçün barışıq razılaşması imzalamış, həmin razılaşmanın şərtlərinə əsasən, İddiaçı evin qüsurlu inşa edilməsi səbəbindən 01 iyun 2021-ci il tarixindən kirayə mənzilə köçməsini, Cavabdeh fərdi yaşayış evini qüsurlu inşa etməsi səbəbindən bir il müddətində 24 may 2021-ci il tarixindən 24 may 2022-ci il tarixinə kimi qeyd edilən evi söküb öz vəsaiti hesabına yenidən keyfiyyətli şəkildə inşa edərək İddiaçı təhvil verməyi və İddiaçı üçün 01 iyun 2021-ci il tarixindən 01 iyun 2022-ci il tarixinə kimi kirayə köçdüyü mənzilin kirayə haqqını hər ay üçün 300 manat ödəməyi öhdələrinə götürmüşlər. Lakin, Cavabdeh fərdi yaşayış evinin sökülərək öz vəsaiti hesabına yenidən keyfiyyətli şəkildə inşa edilməsi və 1 il müddətinə kirayə haqqının verilməsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı fərdi yaşayış evinin sökülərək, yenidən inşa edilməsi edilməsi üçün tələb edilən xərcin, evin təmiri üçün xərclədiyi pulun və cavabdehin ödəməyi öhdəsinə götürdüyü kirayə haqqının ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Republikası MPM-nin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə fərdi yaşayış evinin sökülərək, yenidən inşa edilməsi üçün tələb edilən xərcin, evin təmiri üçün xərclənın pulun məbləğinin müəyyən edilməsində iş üzrə keçirilmiş ekspertizanın rəyi ilə razılaşaraq, onu mötəbər sübut kimi qəbul edir və hesab edir ki, ekspert rəyinə əsasən, ünvan 1ində 0,015 ha torpaq sahəsinin üzərində cavabdeh tərəfindən keyfiyyətsiz inşa edilmiş ümumi sahəsi 144 kv.m olan iki mərtəbəli evdə iddiaçı tərəfindən aparılmış təmir işlərinə sərf edilmiş 32564,6 manat, həmin evin sökülməsi üçün lazım olan 5603 manat, yenidən inşa edilməsi üçün lazım olan 22226 manat pul Cavabdeh alınaraq İddiaçı verilməlidir. Beləliklə, məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, ünvan 1ində 0,015 ha torpaq sahəsinin üzərində cavabdeh tərəfindən keyfiyyətsiz inşa edilmiş ümumi sahəsi 144 kv.m olan iki mərtəbəli evdə iddiaçı tərəfindən aparılmış təmir işlərinə sərf edilmiş 32564,6 (otuz iki min beş yüz altmış dörd manat altmış qəpik) manat, həmin evin sökülməsi üçün lazım olan 5603 (beş min altı yüz üç manat) manat, yenidən inşa edilməsi üçün lazım olan (dam örtüyünün və qapı-pəncərənin qoyulması daxil) 22226 (iyirmi iki min iki yüz iyirmi altı) manat və 12 ay üçün kirayə haqqı kimi ödənilmiş 3600 (üç min altı yüz) manat olmaqla, cəmi 63993 (altmış üç min doqquz yüz doxsan üç) manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, dövlət rüsumu ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 280,87 manat pul Cavabdeh alınaraq İddiaçı verilməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsi yəni, 3,50 (üç manat əlli qəpik) manat (284,37-280,87=3,50) iddiaçıya aid edilməlidir. Bununla yanaşı, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizasının xərci olan 100 (bir) manat pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X1 kod: 2100005, VÖEN **********, müxbir hesabı: AZ41NABZ ********************, SFİFT BİK: CTREAZ22, VÖEN: **********, hesab: AZ34CTRE ********************) köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. ünvan 1ində 0,015 ha torpaq sahəsinin üzərində cavabdeh tərəfindən keyfiyyətsiz inşa edilmiş ümumi sahəsi 144 kv.m olan iki mərtəbəli evdə iddiaçı tərəfindən aparılmış təmir işlərinə sərf edilmiş 32564,6 (otuz iki min beş yüz altmış dörd manat altmış qəpik) manat, həmin evin sökülməsi üçün lazım olan 5603 (beş min altı yüz üç manat) manat, yenidən inşa edilməsi üçün lazım olan (dam örtüyünün və qapı-pəncərənin qoyulması daxil) 22226 (iyirmi iki min iki yüz iyirmi altı) manat və 12 ay üçün kirayə haqqı kimi ödənilmiş 3600 (üç min altı yüz) manat olmaqla, cəmi 63993 (altmış üç min doqquz yüz doxsan üç) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 280,87 (iki yüz səksən manat səksən yeddi qəpik) manat pul Cavabdeh alınaraq İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi yəni, 3,50 (üç manat əlli qəpik) manat (284,37- 280,87=3,50) iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizasının xərci olan 100 (bir) manat pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X1 kod: 2100005, VÖEN **********, müxbir hesabı: AZ41NABZ ********************, SFİFT BİK: CTREAZ22, VÖEN: **********, hesab: AZ34CTRE ********************) ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Hakim Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar