Məhkəmə qərarları › İş №2(004)-8070/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-8070/2021

28.12.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-8070/2021 28.12.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Əyyubov Fərid İlham oğlunun sədrliyi ilə İddiaçı cavabdehlər Cavabdeh2 MMC-yə və Yasamal Rayon İcra Şöbəsinə, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X2 və X1 qarşı “hesabatın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehlər Cavabdeh2 MMC-yə və Yasamal Rayon İcra Şöbəsinə, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X2 və X1 qarşı “hesabatın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Sərraf-M MMC tərəfindən tərtib olunmuş 190/21 nömrəli 10.11.2021-ci il tarixli qiymətləndirilmə hesabatının etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinin qəbulundan imtina edilməlidir. Belə ki, məhkəmə qeyd edir ki, iddiaçı tərfindən verilmiş iddia ərizəsinə iddia icraatı qaydasında baxılmalı deyil. Məhkəmə iddia icraatı qaydasında pozulmuş mülki hüququn və ya qanuni mənafeyin müdafiəsinə dair iddialara baxır. İddia ərizəsindən görünür ki, iddiaçı əmlakın qiymətləndirilməsi barədə hesabatın etibarsız hesab edilməsini istiyər, əmlakın qiymətləndirilməsinə dair hesabat (rəy) sübut növü hesab edilir və özü-özlüyündə hüquqi nəticələrə səbəb olmur. İddiaçı icra hərəkətləri zamanı icra məmurunun qanunsuz hərəkət və qərarlarından narazı olarsa, icra üzrə icraat qaydasında aidiyyəti üzrə müvafiq orqana və ya məhkəməyə şikayət edə bilər. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının cavabdeh kimi qeyd etdiyi Sərraf-M MMCnin hüquqi ünvanı ünvan 1ndə bir neçə cavabdeh göstərsə də, onların hər birinə qarşı yönələn tələbi göstərməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə əsasən ərizə məhkəmə qaydasında baxılmalı deyilsə, hakim ərizəni qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Həmin Məcəllənin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Məhkəmə yuxarıda göstərilənlərə əsasən qeyd edir ki, iddia ərizəsinə iddia icraatı qaydasında baxılmalı olmadığından icraata qəbul edilməkdən imtina edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh2 MMC-yə və Yasamal Rayon İcra Şöbəsinə, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X2 və X1 qarşı “hesabatın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. İddiaçıya icra hərəkətlərini mübahisələndirmək və aidiyyəti üzrə icra üzrə icraat qaydasında məhkəməyə və ya müvafiq icra hakimiyyəti orqanına müraciət etmək hüququ izah edilsin. İddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu özünə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar