Məhkəmə qərarları › İş №2(004)-81/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-81/2021

09.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-81/2021 09.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Əlisoy Züleyxa Səlim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh Firmasına qarşı “maddi və mənəvi zərərin tutulması tələbi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh Firmasına qarşı “maddi və mənəvi zərərin tutulması tələbi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehtoloji qurğu komplekt formada gətirilmədiyinə görə dəymiş zərərə görə 2.000 ABŞ dollarının, 2 ay ərzində əldən çıxmış fayda qismində 6.000 manatın və mənəvi zərərə görə 5.000 manatın cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, Cavabdeh firması Cavabdehtoloji avadanlıqların və materiallann satışı ilə məşğul olur. Həmin firmadan dəfələrlə Cavabdehtoloji avadanlıqlar almış və işgüzar münasibətləri uzun müddət davam etmişdir. Cavabdeh firmasına Cavabdehtoloji qurğu alınması üçün müraciət etmiş, firmanın nümayəndəsi X1 ilə Braziliyanın “GNATUS-8” firmasının məhsulunun komplektləşdirilmiş formada gətirilməsinə razılaşmışlar. Cavabdehtoloji qurğunun ancaq həmin firmanın məhsullarından olmasına dair razılaşmışlar. Yazılı müqavilə istədikdə uzun müddət ərzində fəaliyyət göstərdiklərini və ona inanmasını tövşiyə etmişdir. O da, uzun müddət Cavabdehtoloji avadanlıqlarla bağlı firma ilə fəaliyyət göstərdiyindən ona inanmışdır. Cəmi 13460 ABŞ dollarını İ.Xankişiyevə nağd formada ödəmişdir. O isə Cavabdehtoloji qurğunu həmin gün sifariş verəcəyini və 25 günə ona çatdıracağını bildirmişdir. Amma Cavabdehtoloji qurğu 109 gündən sonra gətirilmişdir. İyul ayının 6-da cavabdehin nümayəndəsi 3-4 günə Cavabdehtoloji qurğunun ona çatdırılacağını bildirmiş, onun sözünə inanıb, fəaliyyətini dayandıraraq köhnə Cavabdehtoloji qurğunu çıxarmış, yeni qurğu üçün hazırlıqlar görmüşdür. Amma növbəti dəfə də onu aldadaraq 2 ay müddətində fəaliyyətsiz qoymuşdur. Cavabdeh etdiyi hərəkətlərlə öhdəliklərini yerinə yetirə bilməməsinə səbəb olmuşdur. İş fəaliyyətində narazılıqlar, problemlər yaranmasına səbəb olmuşdur. Ay ərzində 6000 manat gəlir əldə etməsinin qarşısını almışdır. Cavabdehtoloji qurğunun bir hissəsi olan ağız suyu soran və elektrik motorunun olmadığını gördükdə, İ.Xankişiyev firmanın o cür göndərdiyini bildirmişdir. Guya ki, “GNATUS-8” firması onunla müqavilənin şərtinə əməl etməyib və bu səbəbdən çatışmayan hissələrlə onu təmin edə bilməyəcəyini bildirmiş, buna baxmayaraq, komplekt Cavabdehtoloji qurğu üçün borclu qaldığı 1600 ABŞ dollarını da ödəməyi xahiş etmişdir. O isə razılaşmaya uyğun olaraq çatışmayan hissələrlə təmin etdikdən sonra, ödəyəcəyini bildirmişdir. Cavabdehin nümayəndəsi bundan imtina etmiş, məcbur qalıb 1700 Avroya (2700 ABŞ dolları) “Kaspident” firmasından ağız suyu soranı və elektrik motorunu almışdır. Amma hələ də çatışmayan hissələrlə tam təmin edə bilməmiş və əlavə olaraq 1000 ABŞ dolları da ödəniş edərək digər hissələri də almışdır. Beləliklə cavabdehin hərəkəti ucbatından 2000 ABŞ dolları zərər etmişdir. Cavabdehin hərəkətləri iş fəaliyyətində narazılıqlar, problemlər yaranmasına səbəb olmuş, ona uzun müddətli mənəvi iztirablar yaşatmış, müəyyən müddət sağlamlığını itirməyisinə və əsəb sisteminin pozulmasına səbəb olmuşdur. Hesab edir ki, cavabdeh 5000 manat məbləğində mənəvi təzminat ödəməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. . Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, AR Mülki Məcəlləsinin 14, 385.1, 386.1, 540 və 543-cü maddələrini rəhbər tutaraq, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3467/18 saylı, 05.09.2018-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh firmasının cavabdeh İddiaçı qarşı cavabdehdən 1600 ABŞ dolları məbləğində pul vəsaitinin məcburi şəkildə tutularaq iddiaçıya ödənilməsi barədə iddiası təmin edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31.10.2019-cu il tarixli, 2(103)- 12820/2019 saylı qətnaməsi ilə cavabdeh İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3467/18 saylı, 05.09.2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddianın təmin olunmaması qət edilmişdir. Kollegiya qeyd etmişdir ki, işin mübahisəsiz halları aşağıdakılardır: 1) Tərəflər arasında Cavabdehtoloji avadanlıqların sifariş edilməsi barədə müqavilə olub; 2) Həmin müqavilə əsasında cavabdeh (hazırki iş üzrə iddiaçı) 13100 ABŞ dolları ödəniş etmişdir; 3) Ödənilməmiş qalan məbləğ 1600 ABŞ dollarıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25.09.2020-ci il tarixli, 2(102)-2671/2020 saylı qərarı ilə iddiaçı Cavabdeh firması tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31.10.2019-cu il tarixli, 2(103)-12820/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hesab etmişdir ki, apelyasiya instansiyası məhkəməsi işə əlavə edilmiş sübutları tədqiq edib haqlı olaraq qeyd etmişdir ki, cavabdehin Cavabdehtoloji kabinet üçün 15.000 ABŞ dolları dəyərində Cavabdehtoloji avadanlıq sifariş edərək üç ay onun təhvil verilməsini gözləməsi, bu müddət ərzində işləməməsi və yalnız iddiaçı təşkilat tərəfindən həmin avadanlıqların gətirilib quraşdırıldıqdan sonra çatışmayan həmin ağız suyu soran və elektrik motorunu başqa firmaya sifariş edərək, həm də baha qiymətə alması işin mübahisəsiz halıdır və bu hal da iddianın rədd edilməsi qənaətinə gəlməyə əsas verir. Çünki ən sadə məntiq də həmin hissələrin məhz iddiaçı təşkilata sifariş olunmasını diqtə edir. Bu isə öz növbəsində cavabdehin iddia tələbinə etirazının, iddiaçı təşkilatın müqavilə öhdəliyini həmin iki əşyaya münasibətdə yerinə yetirməməsi barədə dəlillərinin əsaslı olduğunu göstərir. Bundan başqa, iddiaçı təşkilat kasasiya şikayətində “Gnatus-8” firmasının məktubuna istinad edərək, Cavabdehtoloji avadanlığın qiymətinə nasosun daxil edilmədiyini göstərsə də, kassasiya instansiyası məhkəməsi iddiaçı təşkilatın bu dəlili ilə də razılaşmamışdır. Belə ki, tərəflər arasında öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Belə bir müqavilə isə işdə yoxdur. Bu səbəbdən də sözügedən məktub tərəflər arasında yaranmış razılaşmanı özündə ehtiva etmədiyi üçün, Cavabdehtoloji avadanlığın qiymətinə nasosun daxil edilməməsi qənaətinə gəlməyə əsas vermir. AR MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Hazırda iddiaçı iddia edir ki, o cavabdehlə Braziliya istehsalı olan Cavabdehtoloji avadanlığın tam komplekt şəkildə gətirilməsi barədə razılaşmış, 13100 ABŞ dolları da ödəniş etmişdir, lakin iddiaçı avanlığı natamam gətirmişdir. Nəticədə o, əlavə 1700 avro ödəməklə çatışmayan hissələri almağa məcbur olmuş, cavabdehin hərəkəti ucbatından ona 2000 ABŞ dolları maddi ziyan, 6000 manat məbləğində əldən çıxmış fayda və 5000 manat məbləğində mənəvi ziyan qismində zərər dəymişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 540.1-ci maddəsinə əsasən əgər iki şəxs arasında mövcud olan qarşılıqlı tələblərin icra müddəti çatmışsa, həmin tələblərə onların əvəzləşdirilməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 543-cü maddəsinə əsasən əgər əvəzləşdirilən tələblər bir-birini tam ödəmirsə, yalnız digər tələbin həcmindən az olan həcm əvəzləşdirilir. Beləliklə, məhkəmə işin faktiki hallarına əsasən qeyd edir ki, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31.10.2019-cu il tarixli, 2(103)-12820/2019 saylı qanuni qüvvəsini almış qətnaməsi ilə İddiaçı Cavabdeh Firmasına 15.000 ABŞ dolları dəyərində Cavabdehtoloji avadanlıq sifariş etməsi, sonradan 300 ABŞ dolları endirim etməsi, bu məbləğdən 13100 ABŞ dolları ödəniş etməsi və 1600 ABŞ dolları borcunun qalması, eyni zamanda, cavabdeh tərəfindən avadanlığın natamam gətirilməsi, bu səbəbdən iddiaçının 21.11.2016-cı il tarixli qaimə fakturaya əsasən elektrik motorunu başqa firmaya sifariş edərək, 1500 Avro qiymətə alması müəyyən olunmuşdur. Digər tərəfdən, iddiaçının əlavə olaraq 1000 ABŞ dolları ödəniş edərək digər hissələri də alması, beləliklə cavabdehin hərəkəti ucbatından 2000 ABŞ dolları maddi zərərə, 6000 manat əldən çıxmış fayda qismində zərərə və 5000 manat mənəvi zərərə məruz qalması barədə gətirdiyi “dəlillər” məhkəmə üçün inandırıcı gəlmir. O, müdafiə etdiyi tələbi yetərincə əsaslandıra bilməmişdir. Halbuki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında mövcud olmuş qarşılıqlı tələblər bir-birini tam ödədiyinə görə, həmin tələblərə qanuvericiliyin göstərişinə əsasən xitam verildiyindən, iddia tələbi qanunsuz və əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Odur ki, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddiaçı Cavabdeh Firmasına qarşı “maddi və mənəvi zərərin tutulması tələbi tələbinə dair” iddia tələbi təmin edilməsin. Ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar