Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-815/2021 05.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Həmidova Nargilə Akif qızının katibliyi, İddiaçı, onun vəkili X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın tutulması tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ona vurulmuş maddi zərərə görə 113025 (yüz on üç min iyirmi beş) manat, mənəvi zərərə görə 20000 (iyirmi min) manat məbləğində pulun cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun mərhum əri X7 Bakı şəhəri, C.Cabbarlı küçəsi, məhəllə 622 ünvanda “xxxx” MTK-nin inşa etdiyi binadan 2 otaqlı, 10 saylı mənzili almışdır. Həmin vaxt mənzilin orderi hazırda cavabdeh olan onun bacısı qızı Cavabdeh adına rəsmiləşdirilmiş və Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən sonuncuya xx xxxxxx 2006-cı il tarixli, 016065 saylı order verilmişdir. Lakin Cavabdeh və onun ailə üzvləri bir gün də olsun həmin mənzildə yaşamamışlar. Qeyd edilən mənzil alınan vaxtdan onun və ərinin sahibliyində olmuş, həmin mənzil kirayə müqavilələri əsasında kirayəyə verilmiş və kirayə haqları da onların tərəfindən alınmışdır. Onun əri xx xxxxxx 2009-cu il tarixdə vəfat etdikdən 23 gün sonra yəni xx xxxxxx 2009-cu il tarixdə Cavabdeh notariat qaydada təsdiq edilmiş ərizə ilə “xxxx” MTK-nə müraciət edərək mənzilin və kooperativdəki payının onun adına keçirilməsini xahiş etmişdir. Mənzilin onun adına keçirilməsi üçün Cavabdeh ərinin də razılığı tələb olunduğundan sonuncu müxtəlif bəhanələrlə razılıq ərizəsi yazmaqdan yayınmışdır. Sonradan Cavabdeh bildirmişdir ki, mənzilin onun adına rəsmiləşdirilməsi üçün heç bir hərəkət etmək niyyətində deyildir. Bu səbəbdən də o, Cavabdeh və qeyrilərinə qarşı “əqdin yalan əqd hesab edilməsinə, sərəncamın qismən etibarsız, orderin etibarsız hesab edilməsinə, iclas protokolunun qismən etibarsız və onun əsasında verilmiş iclas protokolundan çıxarışın etibarsız hesab edilməsinə və maliyyə arayışının iddiaçının adma verilməsi barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-79/2012 saylı, xx xxxxxx 2012-ci il tarixli qətnaməsi ilə onun Cavabdeh və qeyrilərinə qarşı “əqdin yalan əqd hesab edilməsinə, sərəncamın qismən etibarsız, orderin etibarsız hesab edilməsinə, iclas protokolunun qismən etibarsız və onun əsasında verilmiş iclas protokolundan çıxarışın etibarsız hesab edilməsinə və maliyyə arayışının iddiaçının adına verilməsi barədə" iddiası təmin edilmiş, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx xxxxxx 2016-cı il tarixli 363 saylı sərəncamının Cavabdeh adına olan bəndi və həmin bəndə əsasən ünvan 2 622 ünvanda yerləşən binanın 2 otaqlı, 10 saylı mənzilinə dair verilmiş xx xxxxxx 2006-cı il tarixli 016065 saylı order etibarsız hesab edilmiş, “xxxx” MTK üzvlərinin ümumi iclasının xx xxxxx 2005-ci il tarixli 34 saylı protokolu qismən Cavabdeh həmin kooperativə payçı qəbul edilməsi hissəsində etibarsız hesab edilmiş, X4 birinci dərəcəli vərəsəsi olan İddiaçı “xxxx” MTK-ya payçı kimi qəbul edilməsi və mənzilə dair maliyyə arayışının İddiaçı adına verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 2351/2012 saylı, xx xxxx 2012-ci il tarixli qətnaməsi ilə Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-79/2012 saylı, xx xxxxxx 2012-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3892/2012 saylı, xx xxxxxx 2012-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 2351/2012 saylı, xx xxxx 2012-ci il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı “əqdin yalan əqd hesab edilməsinə, sərəncamın qismən etibarsız, orderin etibarsız hesab edilməsinə, iclas protokolunun qismən etibarsız və onun əsasında verilmiş iclas protokolundan çıxarışın etibarsız hesab edilməsinə və maliyyə arayışının iddiaçının adına verilməsi barədə” iddiası rədd edilmişdir. Onun şikayət ərizəsi əsasında Yasamal RPİ-nin İstintaq şöbəsinin müstəntiqi Abdulla Əliyevin xx xxxxxx 2013-cü il tarixli qərarı ilə Cavabdeh hüquq verən sənədləri saxtalaşdırdığına görə barəsində Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. Həmin idarənin müstəntiqi Abdulla Əliyevin sübutların qiymətləndirilməsi və cinayət işi üzrə icraata xitam verilməsi haqqında xx xxxxxx 2013-cü il tarixli qərarı ilə Cavabdeh əməli Azərbaycan Respublikası CM-nin 320.1 və 320.2-ci maddələri ilə tövsif edilmiş və Cavabdeh cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi üçün təqsirli bilinərək cinayət işi üzrə icraata xitam verilmişdir. Bundan sonra Azərbaycan Respublikası Ali Məhkəməsinin Yeni açılmış hallar üzrə məhkəmə tərkibinin xx xxxxx 2014-cü il tarixli 13(102)-51/14 saylı qərardadı ilə İddiaçı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2012-ci il tarixli, 2(102)- 3892/2012 saylı qərarına əsasən yeni açılmış hallar üzrə yenidən baxılması barədə ərizəsi rədd edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2015-ci il tarixli qərarı ilə İddiaçı Cavabdeh və qeyrilərinə qarşı “əqdin yalan əqd hesab edilməsinə, sərəncamın qismən etibarsız, orderin etibarsız hesab edilməsinə, iclas protokolunun qismən etibarsız və onun əsasında verilmiş iclas protokolundan çıxarışın etibarsız hesab edilməsinə və maliyyə arayışının onun adına verilməsinə dair” iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Yeni açılmış hallar üzrə məhkəmə tərkibinin xx xxxxx 2014-cü il tarixli qərardadı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 437-ci maddəsinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmiş və işlə bağlı məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair verilmiş ərizəyə bu Qərara uyğun olaraq Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxxx 2015-ci il tarixli, 13(102)-7(k)/2015 saylı qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Yeni açılmış hallar üzrə məhkəmə tərkibinin xx xxxxx 2014-cü il tarixli 13(102)-51/14 saylı qərardadı ləğv edilmiş və onun ərizəsinə Ali Məhkəmənin Yeni açılmış hallar üzrə başqa məhkəmə tərkibi tərəfindən yenidən baxılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yeni açılmış hal üzrə xx xxxx 2016-cı il tarixli. 13(102)-1/2016 saylı qərardadı ilə onun yeni açılmış hal barədə ərizəsi təmin edilmiş, iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2012-ci il tarixli, 2(102)-3892/12 saylı qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına göndərilmişdir. Beləliklə də Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2016-cı il tarixli, 2(102)-2602/2016 saylı qərarı ilə Cavabdeh kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-2351/2012 saylı iş üzrə xx xxxx 2012-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra qeyd edilən mülki iş üzrə məhkəmə qətnaməsi icra olunması üçün göndərilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 24.08.201 6-cı il tarixli sərəncamı ilə Bakı şəhər İcra Hakimiyyəti Başçısının 363 saylı xx.xx.2006-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı yanında Mənzil Məsələləri üzrə ictimai komissiyasının iclasının protokolunun 1.282-ci bəndi və həmin bəndə əsasən Cavabdeh adına verilmiş 016065 saylı xx.xx.2006cı il tarixli order ləğv edilmişdir. “xxxx” MTK-nın xx xxxxxx 2016-cı il tarixli 1 saylı protokoluna əsasən o, “xxxx” MTK-nın ünvan 3 ünvanında inşa edilmiş 16 mərtəbəli yaşayış binasının 1-ci giriş 5-ci mərtəbəsində ümumi sahəsi 66.5 kv.m olan 10 saylı mənzilinə payçı qəbul edilmişdir. “xxxx” MTK-nın xx.xx.2015-cı il tarixli maliyyə arayışına əsasən İddiaçı adına borcu olmaması barədə verilmişdir. Yasamal rayon İcra şöbəsinin xx xxxxxx 2016-cı il tarixli, xx/xx-8726/17 nömrəli məktubuna Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində baxılmış və bundan sonra müəyyən edilmişdir ki, xx.xx.2006-cı il tarixli 016065 saylı orderə əsasən Bakı şəhəri, C.Cabbarlı küçəsi, məhəllə 622, 10 nömrəli mənzil (yeni poçt ünvanı: Bakı şəhəri, Yasamal rayonu, X18 Naxçıvani küçəsi, ev 22, mənzil 10) xx.xx.2013-cü il tarixdə Cavabdeh adına ilkin qeydiyyatdan keçmişdir. 5 saylı DNK-nın xx.xx.2013-cü il tarixli 4Ə-01-231 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən 113025 manata X2, adına reyestrdə qeydiyyat aparılmışdır. Beləliklə də qeyd edilən mülki işin icrası mərhələsində müəyyən olunmuşdur ki, Cavabdeh mübahisəli mənzili məhkəmə qərarına əsasən etibarsız hesab edilmiş order əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində öz adına rəsmiləşdirmiş və bundan sonrada qısa müddət ərizində X1. Bundan sonra iddiaçının hüquqları əhəmiyyətli dərəcədə pozulduğundan mübahisəli mənzillə bağlı cavabdehlər Cavabdeh ilə X17 arasında bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab edilməli, cavabdeh X10 adına olan çıxarışın ləğv edilməsi və mənzilin boşaldılması tələbi ilə yenidən məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-2415/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə onun iddiası rədd edilmiş və məhkəmə belə qənaətə gəlmişdir ki, cavabdeh X17 vicdanlı əldə edəndir. Qətnamədən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7941/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş və onun iddiası təmin edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(102)-7499/2019 saylı qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7941/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən apellyasiya baxışına qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1927/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-2415/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi iddiaçının mübahisəli mənzillə bağlı iddiası təmin edilməmiş, Cavabdeh tərəfindən hüquqları kobud şəkildə pozulmuş, bununla da ona xeyli miqdarda zərər vurulmuşdur. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Mülki iş üzrə iddiaçının vəkili X8 iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qeydiyyatda olduğu qeydiyyatda olduğu ünvan üzrə bildiriş göndərilmiş (həmçinin məhkəmə elektron SMS vasitəsi ilə məlumatlandırılmış), cavabdeh məhkəmə iclasında iştirak etməmiş, etməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Eyni zamanda məhkəmə tərəfindən bildiriş cavabdehin qeydiyyatda olduğu yer üzrə Yasamal rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə göndərilmişdir və bildiriş cavabdehə çatdırılmışdır. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, işdə iştirak edən şəxslərin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Yasamal rayonu, X18 Naxçıvanski küçəsində inşa edilmiş 22 saylı binada yerləşən 10 saylı mənzil Cavabdeh adına qeydiyyata alınmış və bu barədə daşınmaz əmlakın dövlət reyestrində 1880 nömrəli reyestr kitabının 173297 nömrəli vərəqində qeyd edilmişdir. - xx.xx.2013-cü il tarixdə 5 saylı Notariat Kontorunda 4Ə-01-231 reyestr nömrəsi ilə təsdiq edilmiş AN-İ ******* saylı Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Yasamal rayonu, X18 Naxçıvanski küçəsində inşa edilmiş 22 saylı binada yerləşən iki otaqlı 10 saylı mənzili Cavabdeh tərəfindən X11 113025 manata satmışdır. - xx.xx.2013-cü il tarixli cinayət işinin başlama və icraata götürülməsi barədə qərardan görünür ki, İddiaçı şikayət ərizəsi əsasında Yasamal RPİ-nin müstəntiqi X6 icraatında olan HK-1/665 saylı material üzrə Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. - Sübutların qiymətləndirilməsi və cinayət işi üzrə icraata xitam verilməsi barədə xx.xx.2013-cü il tarixli qərardan görünür ki, Cavabdeh əməli Azərbaycan Respublikası CMnin 320.1 və 320.2-ci maddəsi ilə tövsüf edilmiş, cinayət işi üzrə icraata Cavabdeh qzının cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi üçün xitam verilmişdir. - Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarından görünür ki, İddiaçı Cavabdeh və qeyrilərinə qarşı əqdin yalan əqd hesab edilməsi, sərəncamın qismən etibarsız, orderin etibarsız hesab edilməsi, iclas protokolunun qismən etibarsız və onun əsasında verilmiş iclas protokolundan çıxarışın etibarsız hesab edilməsi və maliyyə arayışının iddiaçının adına verilməsinə dair iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Yeni açılmış hallar üzrə məhkəmə tərkibinin xx xxxxx 2014-cü il tarixli qərardadı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 437-ci maddəsinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Hazırkı işlə bağlı məhkəmə aktlanna yeni açılmış hallar üzrə yenidən baxılmasına dair verilmiş ərizəyə bu Qərara uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılması qərara alınmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2015-ci il tarixli, 13(102)-7(k)/2015 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun yeni açılmış hal üzrə məhkəmə tərkibinin xx.xx.2014-cü il tarixli, 13(102)-51/14 saylı qərardadı ləğv edilmiş və İddiaçı ərizəsinə Ali Məhkəmənin yeni açılmış hallar üzrə başqa məhkəmə tərkibi tərəfindən yenidən baxılması qərara alınmışdır. - Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının 353 nömrəli. xx.xx.2016-cı il tarixli sərəncamından görünür ki, BŞİH Başçısının 363 saylı xx.xx.2003-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş BŞİH Başçısının Aparatı yanında Mənzil məsələləri üzrə ictimai komissiyasının iclasının - protokolunun 1.282-ci bəndi və həmin bəndə əsasən Cavabdeh adına verilmiş 016065 saylı xx.xx.2006-cı il tarixli order ləğv edilmiş və Bakı Şəhər icra Hakimiyyətinin Mənzil Kooerativ Təsərrüfatı İdarəsinə sərəncamın surətinin məlumat üçün «xxxx» MTK-nın rəhbərliyinə göndərilməsi tapşırılmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun yeni açılmış hal üzrə xx.xx.2016-cı il tarixli, 13(102)-1/2016 saylı qərardadından görünür ki, İddiaçı yeni açılmış hal barədə ərizəsi təmin edilmiş, iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2012-ci il tarixli, 2(102)-3892/12 saylı qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına göndərilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli, 2(102)-2602/16 saylı qərarından görünür ki, Cavabdeh kassasiya şikayəti təmin edilmədən, Bakı Apelyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-2351/2012 saylı iş üzrə xx.xx.2012-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - “xxxx” Mənzil Tikinti Kooperativi üzvlüyünə qəbul barədə xx xxxxxx 2016-cı il tarixli 01 saylı protokolundan çıxarışdan görünür ki, Yasamal Rayon Məhkəməsinin 2(004)- 79/2012 saylı, xx xxxxxx 2016-cı il tarixli icra sənədini nəzərə alaraq, "xxxx" MTK üzvlərinin ümumi iclasının xx xxxxx 2005-ci il tarixli 34 saylı protokolu qismən - Cavabdeh Sənlıan qızının payçı qəbul edilməsi hissəsində, o cümlədən həmin protokoldan çıxarış və xx xxxxx 2005-ci il tarixli, 24 saylı maliyyə arayışı etibarsız hesab edilmiş, İddiaçı “xxxx” MTK üzvlüyünə qəbul edilmiş, Vətəndaş İddiaçı “xxxx” MTK-nın ünvan 5 ünvanında inşa edilmiş 16 mərtəbəli yaşayış binasının 1-ci giriş, 5-ci mərtəbəsində, ümumi sahəsi 66.5 kv.m olan 10 saylı mənzilə payçı qəbul edilmişdir. - ƏMDKY DƏDRX-nin xx.xx.2016-cı il tarixli məktubundan görünür ki, xx.xx.2006-cı il tarixli, 016065 saylı orderə əsasən Bakı şəhəri, C.Cabbarlı küçəsi, məhəllə 622, 10 nömrəli mənzil (yeni poçt ünvanı: ünvan 6 xx.xx.2013-cü il tarixdə Cavabdeh adına ilkin qeydiyyatdan keçmişdir. 5 saylı DNK-nun xx.xx.2013-cü il tarixli 4Ə-01-231 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X10 adına qeydiyyatdan keçmişdir. - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2415/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, İddiaçı Həsən qızının cavabdehlər Cavabdeh, X17 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə və üçüncü şəxs "xxxx" MTK-ya qarşı cavabdehlər Cavabdeh ilə X17 arasında bağlanmış 5 saylı DNK-nın xx.xx.2013-cü il tarixli 4Ə-01-231 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, X10 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışın ləğv edilməsi, İddiaçı Həsən qızının Bakı şəhəri, Yasamal rayonu, X15 küç. ev 22 10 saylı mənzilə mülkiyyət hüququnun tanınmaqla onun adına yeni çıxarışın verilməsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə həvalə edilməsi, mənzilin boşaldılması və İddiaçı təhvil verilməsi tələblərinə dair iddiası rədd edilmişdir. - Bakı Apelyasiya Məhkəməsinin 2(103)-1927/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Həsən qızı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2415/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, mənzilin boşaldılması və iddiaçıya təhvil verilməsi barədə tələblərinin rədd edilməsi hissələrində dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hər iddia tələbləri ilə bağlı qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. İddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır. a) Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üstüstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə İradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin) b) İddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun. İddia tələbinin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir. Tələbin qanuni əsası yoxlamanın başlanğıc nöqtəsidir. Tələbin qanuni əsası hüququ tətbiq edən şəxsə yalnız bir tərəfin qarşı tərəfi nəyi isə etməyə məcbur edə bilməsi barədə suala cavab vermir, o, daha bir suala- qarşı tərəfdən nəyisə etmək və ya etməmək öhdəliyinin hansı ilkin şərtlər əsasında yaranması sualına cavab verir. Tələbin sonrakı yoxlanması üçün həmişə qanunun müddəaları (tələbin qanuni əsası) əsasında onların hansı ilkin şərtləri (dispozisiya şərtləri) müəyyən etməsi və həmin şərtlərin hazırki tələb üzrə mövcud olubolmadığı araşdırılmalıdır. Məhkəmə iddianın qeyd edilən hissələri üzrə qeyd edir ki, tərəflər arasında müqavilə münasibətləri olmadığı təqdirdə mülki hüquq pozuntusu ilə əlaqədar mübahisə yarandığından mübahisənin həllinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1, 1097.1-ci maddəsinə əsasən həll edilir. Azərbaycan Respublikası Mülkü Məcəlləsinin: - 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik) - 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır. - 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə, hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. - 21.1.-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanuda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi xərclər və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi, (real zərər), habelə, hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldə çıxmış fayda) başa düşülür. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına səbəb olan təqsirli, hüquqazidd əməldir. Bunun nəticəsində yaranmış öhdəlikdə delikt törətmiş zərərvuran və zərərçəkmiş şəxs iştirak edir. Mülki hüquq pozuntusunun yaranmasında nəzərdə tutulan hüquqazidd əməl dedidə, mülki qanunvericiliyin normalarını pozan hərəkət və ya hərəkətsizlik anlaşılır. Eləcə də delikt törətmiş şəxsin əməli təqsirli olmalıdır. Təqsirli əməl şəxsin qəsdi və ya ehtiyyatsızlığı nəticəsində yaranır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21., 1096, 1097.1-ci maddələrinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Başqa sözlə, mülki qanunvericilik mülki hüquq pozuntusunu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaraq təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərərəti və ya hərəkətsizliyi) tanıyır. Hüquq pozuntusu üçün şəxsin (və ya şəxslərin) təqsirli davranışı olmalıdır. Yalnız təqsirli davranış hüquq pozuntusu kimi ola bilər. Əgər şəxs təqisrli davranışa yolu verməmişdirsə, onda hüquq pozuntusunun yaranmasından söhbət gedə bilməz. Başqa sözlə, hüquqa zidd hərəkətin edilməsində şəxsin yalnız təqsirli olduqda həmin hərəkət hüquq pozuntusu sayılır. Bundan əlavə, hüquq pozuntusu hüquqi məsuliyytə səbəb olmalıdır. Hüquqi məsuliyyətə səbəb olmayan hüquqa zidd davranış, hüquqa zidd əməl hüquqla qadağa edilmiş hərəkət və hərəkətsizlik formasında ola bilər. Vacid amillərdən biri sayılan hüquq pozuntsunun obyektiv cəhəti hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqa zidd əməl (hərəkət və ya hərəkətsizlik) habelə, zidd əməllə onun ictimai-təhlükəli nəticəsinin müəyyən edilməsi səbəbli əlaqə təşkil edir. Hüquq pozuntusunun tərkibini təşkil edən elementlərdən hər hansı birinin (məsələn təqsirin) mövcud olması onun hüquq pozuntusu hesab edilməsinə gətirib çıxarır və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olmur. İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, Yasamal rayon Məhkəməsinin 2(004)-79/2012 saylı, xx xxxxxx 2012-ci il tarixli qətnaməsinin qəbulundan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2016-cı il tarixli, 2(102)- 2602/2016 saylı qərarı qəbul edilən vaxta kimi iddiaçının Cavabdeh və qeyrilərinə qarşı “əqdin yalan əqd hesab edilməsinə, sərəncamın qismən etibarsız, orderin etibarsız hesab edilməsinə, iclas protokolunun qismən etibarsız və onun əsasında verilmiş iclas protokolundan çıxarışın etibarsız hesab edilməsinə və maliyyə arayışının iddiaçının adına verilməsi barədə” iddiası ilə bağlı çoxsaylı məhkəmə prosesləri olmuş, qərarlar qəbul edilmiş, son nəticədə İddiaçı iddiası təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 2351/2012 saylı, xx xxxx 2012-ci il tarixli qətnaməsi qanuni qüvvəsini almış və 2016-cı ildə icraya yönəldilmişdir. Həmin işin icrası mərhələsində müəyyən olunmuşdur ki, Cavabdeh mübahisəli mənzili məhkəmə qərarına əsasən etibarsız hesab edilmiş order əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində öz adına rəsmiləşdirmiş və bundan sonra da X1. İşin materiallarından daha sonra məlum olur ki, mərhum X4 birinci dərəcəli vərəsəsi olan İddiaçı “xxxx” MTK-ya payçı kimi qəbul edilməsi və mənzilə dair maliyyə arayışının İddiaçı adına verilməsinə dair hazırda qanuni qüvvəsini almış məhkəmə aktı olsa da, bununla bağlı məhkəmə çəkişmələri gedən dövrdə Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2012-ci il tarixli Qətnaməsinin ləğv edilməsi və İddiaçı iddiasının rədd edilməsi barədə Azərbaycan Respublikası Ali məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2015-ci il tarixli qərarı qəbul edilənə kimi qüvvədə olmuş, mübahisəli mənzil xx.xx.2013-cü il tarixdən Cavabdeh adına qeydiyyata alınmış, o da mülkiyyət hüquqlarından istifadə edərək həmin mənzili xx.xx.2013-cü il tarixdə 5 saylı Notariat Kontorunda təsdiq edilmiş AN-İ ******* saylı Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən də X11 113025 manata satmışdır. İş materillarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2415/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, İddiaçı Həsən qızının cavabdehlər Cavabdeh, X17 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə və üçüncü şəxs "xxxx" MTK-ya qarşı cavabdehlər Cavabdeh ilə X17 arasında bağlanmış 5 saylı DNK-nın xx.xx.2013-cü il tarixli 4Ə-01-231 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, X10 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışın ləğv edilməsi, İddiaçı Həsən qızının Bakı şəhəri, Yasamal rayonu, X15 küç. ev 22 10 saylı mənzilə mülkiyyət hüququnun tanınmaqla onun adına yeni çıxarışın verilməsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə həvalə edilməsi, mənzilin boşaldılması və İddiaçı təhvil verilməsi tələblərinə dair iddiası rədd edilmişdir. Müvafiq qətnamə ilə məhkəmə, X12 iş üzrə vicdanlı əldə edən kimi qiymətləndirmiş və onun mübahisəli mənzili əldə edərkən mülki qanunvericiliyin tələblərinin pozulması hallarına yol verilməməsini müəyyən edərək, həmçinin iddiaçıya qanuni qüvvəsini almış məhkəmə qərarı ilə hüququ tanınmış mənzilin satılması ilə bağlı ona dəymiş ziyanla bağlı Cavabdeh qarşı iddia qaldırmaq hüququndan istifadə edə bilməsini də, izah etmişdir. Beləliklə məhkəmə qeyd edir ki, qeyd olunan maddi hüquq normalarına görə hazırkı işdə də, cavabdehə münasibətdə zərərin ödənilməsi üçün əsaslar mövcuddur. Buna görə də, cavabdehin vurduğu zərərə görə 113025 manat məbləğidə pul vəsaiti alınıb iddiaçıya verilməlidir. Məhkəmə həmçinin iddia tələbinin cavabdehdən 20000 manat məbləğində mənəvi ziyanın əvəzinin tutularaq iddiaçının xeyrinə ödənilməsi hissəsi ilə belə nəticəyə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Belə ki, məhkəmə cavabdehdən iddiaçının xeyrinə mənəvi ziyanın əvəzi kimi 2000 manat məbləğində pul vəsaitinin tutulmasını ağılabatan hesab edir. Mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, lakin nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Yəni, işin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə hüququ pozulmuş şəxsin mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmlak sahəsində mənfi nəticələrin yaranması deməkdir. Bu mənfi nəticədlər iki hissədən ibarətdir- real zərər və əldən çıxmış fayda. Mülki hüquq pozuntusundan öhdəliyin yaranmasının mühüm şərti zərərin özünün mövcudluğudur. Zərər yoxdursa, əmlak hüququ pozulmur və ya öhdəlik yaranmır. Bu hallar olmadıqda pozulmuş öhdəliklərə görə məlsuliyyətin həcmini müəyyənləşdirmək olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarında göstərilir ki, Mülki Məcəllənin 23-cü maddəsində mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s.vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Qeyd edilən Plenum Qərarının 11-ci bəndinə görə mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə məyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2008-ci il tarixli 7 №li qərarının 1-ci bəndində göstərilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və X16 Məhkəməsinin prsedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və X16 Hüquqları Məhkəməsinin prsedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibb sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Qeyd edilən Qərarın 8-ci bəndinə əsasən məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınladırmağa borcludur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstəririr ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X5rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2020-ci il tarixli Qərarında göstərilir ki, məhkəmələr tərəfindən mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqa zidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlar və məhkəmə iclasında tədqiq olmuş həqiqi və tədqiq olunmuş hallar üzrə çıxarılır. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh vurulmuş maddi ziyana görə 113025 (yüz on üç min iyirmi beş) manat, mənəvi ziyana görə 2000 (iki min) manat, ümumilikdə 115025 (yüz on beş min iyirmi beş) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh vurulmuş maddi ziyana görə 113025 (yüz on üç min iyirmi beş) manat, mənəvi ziyana görə 2000 (iki min) manat, ümumilikdə 115025 (yüz on beş min iyirmi beş) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-815/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-815/2021
05.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver