Məhkəmə qərarları › İş №2(004)-832/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-832/2021

02.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-832/2021 02.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, İddiaçı Sığorta ASC-nın nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Sığorta ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Sığorta ASC Cavabdeh qarşı xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, sığortalı X2 məxsus ünvan 1 ünvanında yerləşən 65 saylı mənzilə dəymiş zərərə görə 1561,15 (bir min beş yüz altmış bir manat, on beş qəpik) manat sığorta ödənişi məbləği və bu iddia ərizəsinin verilməsi ilə bağlı 30,40 (otuz manat qırx qəpik) dövlət rüsumu, cəmi 1591,55 (bir min beş yüz doxsan bir manat, əlli beş qəpik) manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı Sığorta ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS şöbəsininin arayışından müəyyən edilir ki, Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu X.Şuşinski küçəsi, 44 ünvanında qeydiyyatdadır. Məhkəmə hesab edir ki, subraqasiya qaydasında pul tələbinə daşınmaz əmlakın olduğu yerin deyil, cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsində baxıla bilər. Məhkəmə ərazi aidiyyəti qaydalarına riayət edilməsi məqsədi ilə mülki işin baxılması üçün cavabdehin qeydiyyatda olduğu yer üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməsi ilə bağlı iddiaçının fikrini öyrənir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi məsələnin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirir. Beləliklə, məhkəmə qeyd edir ki, iddia ərizəsinin aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olunduğundan mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydiyyatda olduğu yerin məhkəməsinə verilir. Mülki Prosessual Məcəllənin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35, 44-45, 263-264-cü, 267-ci maddəsini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı İddiaçı Sığorta ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair 2(004)-832/2021 saylı mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər Hakim: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar