Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-836/2024 16.04.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi ilə, Cavabdeh1, Cavabdeh (cavabdehlər X13 və Cavabdeh3 nümayəndəsi) Cavabdeh2, Cavabdeh2 vəkili X8 iştirakları ilə, İddiaçı MMC-nin (Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh6, Cavabdeh3, X13 və Cavabdeh2 qarşı “çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC (Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh6, Cavabdeh3, X13 və Cavabdeh2 qarşı “çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Kurzon (Quliyeva) Pərvinə Araz qızı, Cavabdeh5, Cavabdeh2 adına xx.xx.2023-cü il tarixli, **********70-10301 reyestr nömrəli çıxarışın torpaq sahəsinə mülkiyyət hüququ hissəsində etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyətinin 164 saylı, 21 avqust 2020-ci il tarixli Sərəncamına əsasən Bakı şəhəri, Yasamal rayonu, İsmayıl Qutqaşınlı, Mikayıl Müşfiq, Ələsgər Ələkbərov, Seyfəddin Dağlı və Kazım Kazımzadə küçələrinin əhatə etdiyi torpaq sahəsi "xxxx" MMC-yə ayrılmasını və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyi «Azərdövlətsənayelayihə» DLİ tərəfindən təsdiq olunmuş 28 aprel 2020-ci il tarixli rəyini əsas tutaraq bu ərazidə yerləşən, şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli və istismar müddəti keçmiş, əsasən qəzalı vəziyyətdə olan binaların sökülərək, həmin ərazidə yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə müasir tələblərə uyğun yeni çoxmərtəbəli, çoxmənzili yaşayış və qeyri-yaşayış binaların tikilməsi nəzərdə tutulmuşdur. "xxxx" MMC isə sözügedən Sərəncamın icrasını təmin etmək məqsədi ilə ərazidə yaşayan sakinlərlə fərdi qaydada danışıqlar apararaq razılaşdırılma yolu ilə əvəzləşdirə və ya kompensassiya müqavilələri bağlayır. Mübahisə predmeti olan mənzillə bağlı hazırda mənzildə yaşayan X9 ilə bir neçə dəfə şifahi müzakirə aparmağa cəhd etsələr də o danışıq aparmaqdan imtina etmişdir. Lakin sonradan onlara məlum olmuşdur ki, Ayaz Quliyev sözügedən mənzildə yaşasa da ora heç bir mülkiyyət hüququ yoxdur. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, № ******* saylı, **********49-10301 reyestr nömrəsi olan, xx.xx.2009-cu il tarixdə verilmiş Çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsində, istifadə olan 0.039 ha torpaq sahəsində yerləşən 2 ədəd 1 mərtəbəli, 8 otaqlı, 105.4 m² yaşayış, 78.6 m² köməkçi sahədən ibarət olan 46 saylı fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə Cavabdeh6 ızı 2/12 hissə, Kurzon (Quliyeva) Pərvinə Araz qızı 2/12 hissə, Cavabdeh2 2/12 hissə, X13 2/12 hissə, Cavabdeh5 2/12 hissə, Cavabdeh3 2/12 hissədə aid olmuşdur. Lakin sonuncu dəfə onlara təqdim edilmiş mülkiyyət hüququnun təsdiq edən çıxarışda torpaq sahəsinin xüsusi mülkiyyətdə olması qeyd edilmişdir. Halbuki xx.xx.2009-cu il tarixdə verilmiş çıxarışda torpağın dövlət mülkiyyətində olması, fərdi yaşayış evinin mülkiyyətçilərinin isə stifadəsində olması qeyd edilmişdir. Belə olan halda sual yaranır ki, Bakı şəhər İcra Hakimiyyətinin 164 saylı, 21 avqust 2020-ci il tarixli Sərəncamına əsasən "xxxx" MMC-yə ayrılmış torpaq sahəsini hansı əsasla üçüncü şəxsin mülkiyyətinə verilir və maraqlı tərəf olaraq onların məlumatı olmadan. Əgər mülkiyyətçilər çıxarışlarını yenidən almaq üçün müraciət ediblərsə, belə olan halda yalnız əvvəlki çıxarış üzrə olan hüquqlar yeni verilmiş çıxarışda öz əksini tapa bilər. Göründüyü kimi hal-hazırda onların istifadə və sahiblik hüquqları pozulmuşdur, onların hüquqları isə cavabdehlərdən əvvəl yaranmışdır. Cavabdeh1 iddia ərizəsinə etiraz verərək bildirmişdir ki, iddia ərizəsi onunla əsaslandırılıb ki, iddia ərizəsinə görə Bakı şəhəri İcra Hakimiyyətinin 164 saylı, 21 avqust 2020-ci il tarixli Sərəncamına əsasən, Bakı şəhəri, Yasamal rayonu, İsmayıl Qutqaşınlı, Mikayıl Müşfiq, Ələsgər Ələkbərov, Seyfəddin Dağlı və Kazım Kazımzadə küçələrinin əhatə etdiyi torpaq sahəsi yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi məqsədilə iddiaçının istifadəsinə verilib. Cavabdehlər həmin ərazidə yerləşən fərdi yaşayış evinin mülkiyyətçisi olsalar da, fərdi yaşayış evinin altında yerləşən torpaq sahəsi dövlət mülkiyyətində olub. Buna baxmayaraq iş üzrə üçüncü şəxs tərəfindən 2023-cü ildə cavabdehlərə verilmiş yeni çıxarışda torpaq sahəsi üzərində hüququn növü əvvəlki çıxarışdakı kimi istifadə deyil, mülkiyyət kimi göstərilib. Qeyd edilənlərin fonunda iddiaçı hesab edir ki, onun mübahisəli əraziyə istifadə və icarə hüququ cavabdehlərdən həmin torpaq sahəsinə hüquqlarından öncə yarandığından mübahisəli torpaq sahəsi onların mülkiyyətinə verilə bilməzdi. Qeyd edilənlərə əsasən hesab edirlər ki, iddia tamamilə qanunsuz və əsassız olduğu üçün rədd edilməlidir: 1. İddiaçının bu iddianı irəli sürməsi üçün subyektiv hüququnun olmamasına dair dəlillər: İddiaçı iddiasının əsası kimi Bakı şəhər İcra Hakimiyyətinin 164 nömrəli 21 avqust 2020-ci il tarixli Sərəncamına istinad edib və göstərib ki, həmin Sərəncama əsasən, mübahisəli ərazi üzərində onun istifadə hüquqları tanınıb. Lakin həmin Sərəncamın əsas şərti ondan ibarətdir ki, qeyd edilən ünvanlardakı 4,2 ha torpaq sahəsi həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında iddiaçı tərəfindən tənzimlənməsi şərti ilə yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi üçün iddiaçının icarə əsasında istifadəsinə verilsin. Bu isə o mənaya gəlir ki, iddiaçı daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə razılıq əldə etmədiyi təqdirdə onun heç bir hüququ, əsasən də bu iddianı irəli sürməsi üçün subyektiv hüququ yaranmır. Bu hüquqlar yalnız və yalnız həmin daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə razılıq əldə olunandan sonra yarana bilər. Lakin iddiaçının hərəkətlərindən açıq-aydın görünür ki, o, ərazinin mülkiyyətçiləri və istifadəçiləri ilə razılıq əldə etmək əvəzinə məhkəmə qaydasında həmin hüquqlara xitam verməyə çalışır ki, bu da Sərəncamın əsas şərtinə tamamilə ziddir. Ərazinin mülkiyyətçiləri və istifadəçiləri iddiaçı ilə hər hansı razılığa gəlmədiklərindən o, icarə hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmadığından torpaq sahəsinin icarəyə verilməsinə dair sərəncama əsaslanaraq cavabdehlərin dövlət tərəfindən tanınmış xüsusi mülkiyyət hüquqlarının etibarsızlığı ilə bağlı irəli sürdüyü iddia tamamilə əsassız və qanunsuzdur. Bu səbəbdən iddia rədd edilməlidir. 2. İddianın hüquqi əsasının olmamasına dair dəlillər: İddiaçının mübahisəli torpaq sahəsinə hüququnun cavabdehlərə nisbətdə daha öncə yaranması barədə iddia ərizəsində göstərdiyi mövqeyi tamamilə qanunsuz və əsassızdır. Birincisi, iddia edildiyi kimi cavabdehlərin mübahisəli torpaq sahəsinə hüquqları 2023-cü ildən deyil, bir neçə onilliklər öncə yaranıb. Belə ki, həmin ərazi əvvəlcə cavabdehlərin nənə-babalarına məxsus olub, sonradan vərəslik qaydasında valideynlərinə, indi isə özlərinə keçib. Cavabdehlər həmin əraziyə əldə etdikləri hüquq əsasında bütün bu uzun illər ərzində orada fasiləsiz olaraq yaşayıblar. Müvafiq dövlət orqanları da müxtəlif hüquqi prosedurlar çərçivəsində cavabdehlərin həmin əmlaka olan hüquqlarının legitimliyini tanımışdır. İkincisi, cavabdehlərin həmin torpaq sahəsinə dair mülkiyyət hüquqları Azərbaycan Respublikasının Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 nömrəli Fərmanına əsasən yaranıb. Belə ki, vərəslik qaydasında fərdi yaşayış evinə dair mülkiyyət hüququ ilə birlikdə onun altındakı torpaq sahəsinə dair müddətsiz istifadə hüququ da cavabdehlərə keçib. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilmişdir. Cavabdehlərə 2023-cü ildə verilmiş çıxarışda torpaq sahəsinə dair hüququn növünün mülkiyyət kimi göstərilməsinin hüquqi əsası Azərbaycan Respublikasının Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 nömrəli Fərmanı olduğundan qeyd edilən çıxarışın verilməsi ilə sadəcə cavabdehlərin həmin torpaq sahəsinə 10 yanvar 1997-ci il tarixində yaranmış mülkiyyət hüququnun rəsmiləşdirilməsindən ibarətdir. Üçüncüsü, əvvəl də qeyd edildiyi kimi iddiaçı dəlil kimi istinad etdiyi icarə müqaviləsi üzrə yaranmış olan hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmayıb. Halbuki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində müddəti on bir aydan çox olan icarə və ya istifadə hüququ dövlət qeydiyyatına alınır. Lakin iddiaçı icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinə müraciət etməmişdir. Zatən cavabdehlərin qanuni mülkiyyətində və istifadələrində olan torpaq sahəsi üzərində onların iradəsi əleyhinə iddiaçının hər hansı hüquqları dövlət reyestrində qeydiyyata alına bilməzdi. Çünki iddiaçı da bilir ki, həmin əraziyə cavabdehlərin mülkiyyət hüquqları olduğundan, bu hüquqlar Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən qorunur. Mübahisəli ərazi cavabdehlərin qanuni istifadəsi və mülkiyyətində olduğundan, cavabdehlərin bu hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığından, bunun əksinə iddiaçının qeyd edilən icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığından cavabdehlərin qanuni istifadəsi və mülkiyyətində olan torpaq sahəsinə dair onların razılığı olmadan həmin ərazinin iddiaçının icarəsinə verilməsi və bununla bağlı icarə müqaviləsinin bağlanması üçün hər hansı orqanının subyektiv hüququ yoxdur. 3. İddianın Mülki-Prosessual Məcəllənin tələblərinə zidd olmasına dair dəlillər: İddiaçının iddia ərizəsinin faktiki və hüquqi əsaslarından görünür ki, o, mübahisəli torpaq sahəsinə dair hüquqlarının cavabdehlərə nisbətən daha öncə yarandığını hesab edərək iş üzrə üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin cavabdehlərin həmin əraziyə mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydə alması hərəkətlərini qanunsuz sayıb. İddiaçı cavabdehlərin həmin əraziyə mülkiyyət hüququnu əldə etmələrinə əsas olan mülkihüquqi əqdi və ya inzibati aktı mübahisələndirmədən birbaşa olaraq daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatın aparılmasını mübahisələndirməsi onu göstərir ki, bu iddiaya mülki məhkəmə icraatı qaydasında deyil, inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Hesab edirlər ki, bu iddiaya inzibati məhkəmə icraatı qaydasında və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı irəli sürülməli olduğu halda iddiaçının mülki məhkəmə icraatı qaydasında və iddiaya cavab verməli olmayan şəxslərə qarşı irəli sürməsi Mülki-Prosessual Məcəllənin və Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun hüquqi mövqeyinə tamamilə ziddir. Göründüyü kimi iş üzrə İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh6, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2, eləcə də müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X19rşı cavabdehlərin adına verilmiş xx.xx.2023-cü il tarixli, **********70-10301reyestr nömrəli çıxarışın torpaq sahəsinə mülkiyyət hüququ hissəsində etibarsız hesab edilməsi tələbinə dair iddiası üzrə işin icraatına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etməyərək, etiraz ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh (cavabdehlər X13 və Cavabdeh3 nümayəndəsi) Cavabdeh2 iddia tələbini qəbul etməyərək, iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 vəkili X16 iddia tələbini qəbul etməyərək, iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, digər cavabdehlər və iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə onların iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iştirak edən tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbləri əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsi, ev 46 X10 (2/12 hissə), Cavabdeh5 (2/12 hissə), X6 (2/12 hissə), Cavabdeh2 (2/12 hissə), Cavabdeh6 (2/12 hissə) ********** qeydiyyat nömrəsi ilə, Cavabdeh3 (2/12 hissə) ********** qeydiyyat nömrəsi ilə hüquqlu payı müəyyən edilməklə mülkiyyət hüququ qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı şəhəri İcra Hakimiyyətinin Başçısının 164 nömrəli, xx.xx.2020-ci il tarixli, sərəncamının 1-ci maddəsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov, Seyfəddin Dağlı, İsmayıl Qutqaşınlı və Mikayıl Müşfiq küçələrinin əhatəsində, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 4.20 ha torpaq sahəsi həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tənzimlənməsi şərti ilə yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icarə əsasında istifadəsinə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 4 mart 2024-cü il tarixli, 3-21-3-02/2-3538/2024 saylı məktubundan görünür ki, Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində mövcud arxiv materiallarına əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 2/12 hissəsi üzərində Cavabdeh2, 2/12 hissəsi üzərində X6, 2/12 hissəsi üzərində Cavabdeh3, 2/12 hissəsi üzərində Cavabdeh5, 2/12 hissəsi üzərində X10 və 2/12 hissəsi üzərində Cavabdeh6 adına paylı mülkiyyət hüququ qeydiyyata alınmışdır. Məktuba əlavə edilmiş sənədlərdən görünür ki, X1 05 aprel 1955-ci il tarixdə mülkiyyətində olan Bakı şəhəri, küçə 5də yerləşən 46 nömrəli, 4 otaqlı koperativ evini 16.300 rubl dəyərində X3 və Cavabdeh2 Ağahüseyn oğluna satmışdır. xx.xx.1989-cu il tarixli vərəsəlik haqqında şəhadətnamənin surətindən görünür ki, 13 yanvar 1980-cı il tarixdə vəfat etmiş Cavabdeh2 Ağahüseyn oğlundan vərəsələri: arvadı X18, oğulları Quliyev Mətləb, Quliyev Mahir, Qulioyev Mübariz və qızları Quliyeva Lala və X14 Bakı şəhəri, Şirvanzadə küçəsində yerləşən 46 nömrəli ev miras qalmışdır. 10 aprel 1993-cü il tarixli bağışlama müqaviləsinə əsasən X17, X22, X23 və X20 mülkiyyətlərində olan Bakı şəhəri, Şirvanzadə küçəsində yerləşən 46 nömrəli evin 5/12 hissəsini anaları X7 bağışlamışdırlar. Oktyabr rayonu Xalq Məhkəməsinin 06 mart 1990-cı il tarixli qətnaməsi ilə X12, X17, X22, X23 və X11 iddiaları təmin edilərək, Bakı şəhəri, Şirvanzadə küçəsində yerləşən 46 nömrəli evin naturada bölünməsi qət edilmişdir. xx.xx.2004-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.1999cu il tarixdə vəfat etmiş X5 vərəsəsi X21, şəhadətnamə verilən miras əmlak Bakı şəhəri, Şirvanzadə küçəsi, ev 46-da yerləşən ½ hissədə evdir. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyetsrindən MH seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı (keçmiş Şirvanzadə) küçəsində istifadədə olan 0.02958 ha torpaq sahəsində yerləşən 2 ədəd 1 mərtəbəli, 8 otaqlı, 105.4 kv.m. yaşayış, 78.6 kv.m. köməkçi sahədən ibarət 46 nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə X2 6/12 hissə, Cavabdeh2 2/2 hissə, X6 2/12 hissə, Cavabdeh3 2/12 hissə adlarına daşınmaz əmlakın dövlət reyestrində 19 nömrəli reyestr kitabında 1885 nömrəli vərəqində qeydiyyata alınmışdır. Belə ki, əvvəla iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququnun olubolmaması məsələsinə qiymət verilməlidir. İş materiallarında olan sənədlərlə müəyyən edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı (keçmiş Şirvanzadə) küçəsində istifadədə olan 0.039 ha torpaq sahəsində yerləşən 2 ədəd 1 mərtəbəli, 8 otaqlı, 105.4 kv.m yaşayış, - kv.m qeyriyaşayış, 78.6 kv.m köməkçi sahədən ibarət 46 nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə X2 6/12, Cavabdeh2 2/12, X6 2/12, Cavabdeh3 2/12 hissədə adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında da oxşar hüquqi mövqe nümayiş etdirilməklə aşağıdakılar qeyd edilmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, həmin iddia tələbləri buna müvafiq subyektiv hüququ olmayan şəxs tərəfindən qaldırıldığından, digər şərtlərin mövcudluğunun yoxlanılmasına zərurət yoxdur və sübutlar araşdırılmadan rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia rədd edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu ona aid olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh6, Cavabdeh3, X13 və Cavabdeh2 qarşı “çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №2(004)-836/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-836/2024
16.04.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver