Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-84/2024 25.04.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi ilə, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı (X10 və X5 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) "müqavilənin etibarsız hesab edilməsi, qeyri-yaşayış sahəsindən çıxarılma, pul" tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "müqavilənin etibarsız hesab edilməsi, qeyri-yaşayış sahəsindən çıxarılma, pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə saxtalaşdırılmış formada bağlanılmış 05 oktyabr 2022-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, cavabdehin həmin qeyri-yaşayış sahəsindən çıxarılması, ödənilməmiş icarə haqqqı olaraq 12400 manat pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 95.3 kv/m olan qeyri-yaşayış sahəsi AR ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilən ******* nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən tam mülkiyyət hüququ ilə İddiaçı verilmişdir. Həmin qeyri-yaşayış sahəsinin 35 kv/m hissəsini sahibkarlıqla məşğul olmaq məqsədi ilə iki il müddətinə icarəyə verməsi ilə əlaqədar İddiaçı ilə X10 arasında 21 fevral 2018-ci il tarixdə Bakı şəhəri 14 saylı notariat kontorunda “icarə müqaviləsi” bağlanılmışdır. Müqavilənin 2.1-ci bəndinə əsasən icarə haqqı hər ay üçün 300 manat razılaşdırılmış, 2.3-cü bəndinə əsasən müqavilənin müddəti xx.xx.2023-cü il tarixədək müəyyənləşdirilmişdir. İddiaçı icarə müqaviləsinin müddəti bitdikdə X3 həmin qeyri-yaşayış sahəsin çıxmasını tələb etdikdə ona məlum olmuşdur ki, Qaçay Qaçayev ilə Cavabdeh saxtalaşdırılmış formada 05 oktyabr 2022-ci il tarixli icarə müqaviləsi tərtib edərək, guya İddiaçı qeyd olunan ünvanın 15 kv/metr sahəsini Cavabdeh icarəyə vermişdir. Lakin, həmin icarə müqaviləsindən İddiaçı həm xəbəri olmamış, həm də onun tərəfindən imzalanmamışdır. Bunun üçün də o, dəfələrlə cavabdehdən həmin sahəni tərk etməyini tələb etmiş, amma Cavabdeh əsassız bəhanələr gətirərək həmin Qeyri-yaşayış sahəsindən çıxmamışdır. Həmçinin qeyd edir ki, İddiaçı xx.xx.2023-cü il tarixdə mağazasında olarkən Cavabdeh qardaşı Ələsgərov Səbuhi onun yanına gələrək nə üçün vergi orqanına müraciət etdiyini bildirmiş və aralarında yaranan mübahisə nəticəsində Səbuhi ona xəsarətlər yetirmişdir. Bununla bağlı İddiaçı Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə müraciət etmiş və hər ikisinin izahatları alınmışdır. Lakin, xx.xx.2023-cü il tarixdə Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinin təhqiqatçısı, polis leytenantı X6 tərəfindən X2 əməlində cinayət tərkibi müəyyən edilmədiyindən “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. Bundan əlavə olaraq qeyd edir ki, cavabdehin qardaşı X1 RPİ-nin 29-cu Polis Şöbəsinə verdiyi izahatından da məlum olur ki, onlar mağazaya aylıq olaraq 3100 manat ödədiklərini etiraf etmişdir. Lakin, artıq 4 ay müddətdir ki, kirayə haqqını ödəmirlər. Buna görə də hesab edir ki, cavabdehdən icarə haqqı olaraq 12400 manat pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, əlavə olaraq verilən suallara cavab olaraq bildirmişdir ki, Qaçay Qaçayevlə aralarında bağlanmış icarə müqaviləsinin müddəti bitdikdən sonra 1 il də aralarında icarə münasibətləri davam etdirmişdirlər. Qaçaydan sonra qeyri-yaşayış sahəsini Səbuhi ilə Vasif Ələkbərov qardaşları işlədirdi. Təxminən 2022-ci ilin sentyabr-oktyabr aylarında kassa qoyub işlədirdi. Aralarında yazılı müqavilə olmamışdır. Dəfələrlə icarə müqaviləsi bağlanmasını bildirirdi, lakin Səbuhi müqavilə bağlamağı yubandırırdı. 2023-cü ilin fevral ayınadək Səbuhi ona 3800-4000 manat məbləğində icarə haqqı ödəyirdi. Fevral ayından sonra icarə haqqını ödəməkdən yayınmış, qeyri-yaşayış sahəsini isə təhvil verməmişdir. Yalnız məhkəmənin müvəqqəti təminat tədbiri barədə qərarından sonra 2023-cü ilin avqust ayında Səhubi obyektin açarını sahə müvəkkilinə təhvil vermişdir. Məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh baxılacaq işin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzrlü səbəb təqdim etmədən mülki iş üzrə təyin edilən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçını və iddiaçının nümayəndəsinin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən müəyyən olunur ki, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi İddiaçı tam hüquqlu payı müəyyən edilməklə mülkiyyət hüququ xx.xx.2013-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İddiaçı ilə X10 arasında bağlanmış 21 fevral 2018-ci il tarixli icarə müqaviləsinin sürətindən görünür ki, icarəyə verən İddiaçı ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 15 kvm hissəsini icarəçiyə öz fəaliyyətini sərbəsy həyata keçirmək məqsədi ilə 5 il müddətinə hər ay 200 (iki yüz) manat icarə haqqı ödəmək şərti X7 icarəyə vermişdir. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 05 oktyabr 2022-ci il tarixli icarə müqaviləsinin sürətindən görünür ki, icarəyə verən İddiaçı ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 95,3 kvm hissəsindən 35 kvm hissəsini sahibkarlıqla məşğul olmaq məqsədi ilə 2 il müddətinə hər ay 300 (üç yüz) manat icarə haqqı ödəmək şərti Cavabdeh icarəyə vermişdir. xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın sürətindən görünür ki, İddiaçı ərizəsi əsasında toplanmış material üzrə cinayət tərkibi müəyyən edilmədiyindən, cinayət işınin başlanmasının rədd edilnməsi qərara alınmışdır. Qərarın məzmunundan görünür ki, izahatı alınmış İddiaçı izahatında bildirmişdir ki, təxminan 2018-ci ilin fevral ayından etibarən ünvan 4 ünvanında yerləşe mağazasını X7 icarəyə vermiş, 2022-ci ilin sonlarında Qaçay, obyektdən çıxdıqdan sonra dostu Səbuhi oranı işlətməyə davam etmişdir. O, obyektinin digər yarısını başqa şəxslərə icarəyə ermək istəyərkən, obyektin tam hissəsinın Ələsgərc Səbuhi və qardaşı Vasif tərəfindən müqavilə əsasında icarəyə göturulduyun müəyyənləşmiş və vergi nümayəndələri obyektə gələrək Səbuhiyə cərimə tətbiq etmişlər. xx.xx.2023-cü il tarixdə saat 11 radələrində obyektdə olarkən Səbuhi ona yaxınlaşaraq nə üçün vergi işçilərini oraya çağırdığı soruşaraq onunla mübahisə edərək nalayiq ifadelərlə təhqir etməyə başlamışdır. Təxminən 5 dəqiqə mübahisə etdikdən sonra Səbuhi əlinin üstü ilə onun qarın nahiyyəsinə 1 yumruq zərbəsi endirərək xəsarət yetirmişdir. Həmin vaxt kafedə 3-4 işçi olmuşdur. xx.xx.2023-cü il tarixdə izahatı alınmış X5 izahatında bildirmişdir ki, 2018-ci ildən etibarən Yasamal rayonu Şərifzadə küçəsində yerləşən ayaqqabı mağazasını 3100 manata İddiaçı götürərək icarə əsasında işlədir. Obyekti icarəyə götürdükdən 2 gün sonra Dağıstanın qardaşı Rəfail yaxınlaşaraq icare haqqının 3500 manat olduğunu bildirdikdə onlar razılaşmışlar. Daha sonra isə muxtelif vaxtarda Dağıstan obyektin qiymətini 3800 ve 4000 manata qaldırmışdır. Təxminən 20 gün əvvəl Verg Xidmətinin əməkdaşı ona zəng edərək, kassa aparatının niyə işləmədiyını soruşduqda mağazanın fəaliyyət göstərdiyim bildirmiş, bu zaman vergi nümayəndəsı mağazaya yaxınlaşaraq orada şəkillər çəkib cərimə yazacağını bildirərək obyekti tərk etmiş xx.xx.2023-cü il tarixdə saat 11 radələrində o, Dağıstana məxsus kafeyə gedərək nə üçün ondan vergiyə şikayət etdiyini soruşduqda, Dağıstan onu nalayiq ifadələrlə təhqir eərək obyektini tərk etməsini istədikdə, əsəbiləşərək stula bir yumruq zərbəsi endirmiş, təxmini 5 dəqiqə mübahisə etdikdən sora özündən getmiş və obyektin işçiləri təcili yardım çağırmışlar. X5 xx.xx.2023-cü il tarixdə yenidən izahat yazaraq bildirmişdir ki, xx.xx.2023-cü il tarixində mübahisə zamanı Dağıstan da onun sağ böyrək nahiyyəsindən bir təpik zərbəsi endirmişdir. Öncəki izahatında unutduğu üçün bunu qeyd etmədiyini bildirmişdir. Xəsarət aid üçün MTE-dən keçmək istədiyini bildirmişdir. AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X13 üzrə Baş İdarəsinin xx.xx.2024-cü il tarixli **********0100 nömrəli sorğuya cavab məktubu ilə Cavabdeh ilə İddiaçı arasında bağlanmış **********-13001 kodlu təsərrüfat subyektinin (obyektinin) 05 oktyabr 2022-ci il tarixli icarə müqaviləsinin surəti məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 08 fevral 2024-cü il tarixli, 3-16-16/2-4/6 saylı ekspert rəyindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 05 oktyabr 2022-ci il tarixli icarə müqaviləsinin kserosurətində “İcarəyə verən” qrafasındakı imza – İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əsasən Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.4-ci maddəsinə əsasən Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 329.1-ci maddəsinə əsasən Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 337.1-ci maddəsinə əsasən Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3-ci maddəsinə əsasən Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4-ci maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5-ci maddəsinə əsasən Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli qərarında qeyd olunur ki, “...Göründüyü kimi, qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, istər mübahisə edilən, istərsə də əhəmiyyətsiz əqdlərin etibarsızlığı məhkəmə qərarı nəticəsində yaranmır. Mübahisə edilən əqdlərdə tərəfin mübahisələndirmə ilə bağlı digər tərəfə yönəlmiş iradə ifadəsi, əhəmiyyətsiz əqdlərdə isə əqdin bağlandığı andan zəruri etibarlılıq şərtlərinə uyğunsuzluğu əqdi etibarsız edir. Maraqlı tərəflər arasında əqdin etibarsızlığı və ya onun nəticələri ilə bağlı yaranan mübahisələrə dair məhkəmə tərəfindən verilən qərar əqdin etibarsızlığı faktının mövcud olub-olmadığını təsdiq etməklə tərəflər arasındakı hüquqi mübahisəni həll edir. Mülki Məcəllənin 339.6-cı maddəsi məhz bu cür başa düşülməlidir. Belə ki, qeyd edilən maddəyə əsasən, bu Məcəllənin 339.1-339.4-cü maddələrdə göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin əsaslar zərərçəkənin iradə ifadəsinin zədələnmiş olduğu hallardır və bu zaman Mülki Məcəllənin 337.2-ci maddəsinə əsasən şəxsin əqdi mübahisələndirməsini qarşı tərəfə bildirməsi ilə əqd bağlandığı andan etibarsız hesab olunur. Qarşı tərəf əqdin etibarsızlığı faktının mövcudluğu ilə razılaşmadığı təqdirdə Mülki Məcəllənin 339.6-cı maddəsi zərərçəkənə məhkəmədə iddia irəli sürməklə mübahisəni həll etmək imkanını verir.” Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Əzimov X4 Qaçay Maarif oğlu ilə 21 fevral 2018-ci il tarixdə icarə müqaviləsi bağlayaraq, mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 95.3 kv/m olan qeyri-yaşayış sahəsinin 35 kv/m hissəsini sahibkarlıqla məşğul olmaq məqsədi ilə iki il müddətinə Qaçay Qaçayevə icarəyə vermişdir. Müqavilə müddəti bitdikdən sonra tərəflər arasında şifahi razılaşmaya əsasən Qaçay Qaçayev əlavə olaraq bir il müddətinə həmin qeyri-yaşayış sahəsində icarə münasibətlərini davam etdirmişdir. İddiaçının bildirməsinə görə Qaçay Qaçayev həmin obyektdən çıxdıqdan sonra Səbuhi Ələskərov həmin obyekti müqaviləsiz icarəyə götürərək işlətmişdir. 2023-cü ilin fevral ayınadək Səbuhi 3800-4000 manat məbləğində icarə haqqı ödəmiş, fevral ayından sonra icarə haqqını ödəməkdən yayınmış, qeyriyaşayış sahəsini isə təhvil verməmişdir. İddiaçı bildirir ki, etibarsızlığını tələb etdiyi müqavilə saxtalaşdırılmaqla bağlanmışdır, müqavilədəki imza ona aid deyil. Odur ki, Cavabdeh ilə saxtalaşdırılmış formada bağlanılmış 05 oktyabr 2022-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, cavabdehin həmin qeyri-yaşayış sahəsindən çıxarılması, ödənilməmiş icarə haqqqı olaraq 12400 manat pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd edir ki, hər hansı əqdin (o cümlədən icarə müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Məhkəmə hesab edir ki, qanunvericiliyin imperativ göstərişlərinə zidd olaraq bağlandığından İddiaçı ilə Cavabdeh arasında bağlanmış 05 oktyabr 2022-ci il tarixli icarə müqaviləsi etibarsız hesab olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 153.4-cü maddəsinə əsasən bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə iddia tələbinin cavabdehin qeyri-yaşayış sahəsindən çıxarılması ilə bağlı hissədə əsaslı hesab edərək, Cavabdeh iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 95.3 kv.m. olan qeyri-yaşayış sahəsinin 15 kv.m hissəsindən çıxarılması qənaətinə gəlir. Bununla yanaşı məhkəmə iddianın pul tələbi ilə bağlı hissəsinə münasibətdə qeyd edir ki, bu hissədə tələb iddiaya cavab verməli olmayan şəxsə qarşı verildiyindən təmin edilməməlidir. Belə ki, iddia ərizəsindən, iddiaçının izahatından və cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, İddiaçı mülkiyyətində olan əmlaka dair icarə münasibətləri onunla Səbuhi Ələkbərov arasında yarandığından və pul tələbi də ona qarşı irəli sürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanılmış 05 oktyabr 2022-ci il tarixli, 1 nömrəli icarə müqaviləsi etibarsız hesab edilsin. Cavabdeh iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 95.3 kv.m. olan qeyri-yaşayış sahəsinin 15 kv.m hissəsindən çıxarılsın. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №2(004)-84/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-84/2024
25.04.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver