Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-842/2021 16.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, Şirinova Lamiyə Fehruz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X5, Cavabdeh X4 iştirakı ilə, İddiaçı Sığorta ASC-nin cavabdehlər Quliyeva (İbrahimova) Nərgiz Cavanşir qızına və X6 qarşı subroqasiya tələbinin təmin edilməsi barədə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Sığorta ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Quliyeva (İbrahimova) Nərgiz Cavanşir qızından və X3 “Wolksvagen Polo” markalı **-CK- *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 8250 manat sığorta ödənişi məbləğinin və 30,40 manat dövlət rüsumunun müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X10 iddia tələbini müdafiə edərək məhkəməyə verdiyi izahatında bildirmişdir ki, cavabdeh Quliyeva (İbrahimova) Nərgiz Cavanşir qızı xx.xx.2017-ci il tarixdə idarə etdiyi X6 məxsus “Hyundai İ35” markalı, **-HT-*** dövlət qeydiyyat nişanlı avtomobillə köməkçi yol ilə Masazır dairəsi istiqamətində sürətlə hərəkətdə olan zaman sağdan ötüb keçmək istədikdə İddiaçı Sığorta Şirkətində sığortalanmış “Wolksvagen Polo” markalı **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisədən sonra məlum olmuşdur ki, cavabdeh tərəfindən idarə olunan avtomobilin icbari sığorta şəhadətnaməsi olmamışdır. Baş vermiş yol nəqliyyat hadisəsində Quliyeva (İbrahimova) Nərgiz Cavanşir qızının təqsirli olması Abşeron rayon DYPİ-nin xx.xx.2017-ci il tarixli İnzibati tənbeh vermə haqqında qərarında öz əksini tapmışdır. xx.xx.2017-ci il tarixli 039433 saytı sığorta aktına əsasən, xx.xx.2017-ci il tarixli zərərin qiymətləndirilməsi barədə aktla avtomobilə dəyən ziyanın miqdarının onun bazar dəyərinin 75 faizindən çox olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən xx.xx.2010-cu il tarixində təsdiq edilmiş “Fiziki şəxslərin sahibliyində olan minik avtomobillərin tam sığortası Qaydaları”na əsasən hadisə nəticəsində avtonəqliyyat vasitəsinin təmiri üçün tələb olunan pul vəsaiti onun bazar dəyərinin 75%-ni və ya ondan daha artıq məbləğ təşkil etməsi halında avtonəqliyyat vasitəsi tam məhv olunmuş sayılir. İddiaçı Sığorta Şirkətinin avtomobilin qalıqlarına olan hüquqularından imtina etməsi şərti ilə, avtomobilin sığorta məbləği olan 12000 manat avtomobilin yol-nəqliyat qəzasında qalıq dəyəri olan 3500 manat, sığorta müqaviləsində nəzərdə tutulmuş 250 manat çıxılmaqla, 8250 manat sığorta ödənişi zərərçəkənə ödənilmişdir. Göstərilənlərə əsasən məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh X9 iddia tələbini qəbul etməyərək, izahatında maşının dəyərinin 12000 manat olmasına baxmayaraq ehtiyat hissələrinin 25000 manat göstərildiyini bildirmiş, məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh Quliyeva (İbrahimova) Nərgiz Cavanşir qızı məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan sübutlara əsasən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Abşeron RPİ-nin təhqiqat şöbəsinin baş təhqiqatçısı Z.Məmmədovun cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2017-ci il tarixli qərarına əsasən Cavabdeh1 xx.xx.2017-ci il tarixdə təxminən saat 09 radələrində etibarnamə əsasında idarə etdiyi “Hyundai” markalı **-HT-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Sumqayıt-Bakı yolunun Xırdalan şəhəri ərazisindən keçən köməkçi yol ilə Masazır dairəsi istiqamətində saatda 50- 60 kilometr sürətlə hərəkətdə olan zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 51-ci maddəsinin İİ. hissəsinin tələbini pozmaqla, qarşısı ilə hərəkət edən X2 idarə etdiyi “Volksvagen Polo” markalı **-CK-*** dövlət qeydiyyat nişanlı avtomaşını sağ tərəfdən ötən zaman, həmin avtomobilin sağ yan tərəfi ilə toqquşmuş, nəticədə sonuncu avtomobilin sərnişini X1 yüngül zərərvurmaya aid xəsarət yetimişdir. Abşeron rayon DYPİ-nin xx.xx.2017-ci il tarixli İnzibati tənbeh vermə haqqında qərarının sürətindən görünür ki, Quliyeva (İbrahimova) X8 Xətalar Məcəlləsinin 327.8-cı maddəsi ilə, yəni zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Nəqliyyat vasitəsinin sığorta şəhadətnaməsinin surətindən görünür ki, “Wolksvagen Polo” markalı **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2012-ci il tarixdən xx.xx.2017-ci il tarixinədək İddiaçı Sığorta ASC-də sığortalanmışdır. xx.xx.2017-ci il tarixli dəymiş zərərin qiymətləndirilməsinə dair akta əsasən “Wolksvagen Polo” markalı **-CK-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 25247 manat məbləğində məyyən edilmiş və xx.xx.2017-ci il tarixli sığorta aktına əsasən avtomobilin sığorta məbləği olan 12000 manat avtomobilin yol-nəqliyat qəzasında qalıq dəyəri olan 3500 manat, sığorta müqaviləsində nəzərdə tutulmuş 250 manat çıxılmaqla, 8250 manat məbləğində sığorta ödənişi hesablanmış və X15 Azərbaycan QSC-nin hesabına köçürülmüşdür. İş materiallarında olan icbari sığorta müqavilələrinin mövcudluğunun yaxlanılmasına dair İcbari Sığorta Bürosundan alınmış çıxarışdan görünür ki, hadisə zamanı Quliyeva (İbrahimova) Nərgiz Cavanşir qızının idarə etdiyi “Hyundai” markalı **- HT-*** dövlət qeydiyyat nişanlı avtomaşının icbari sığorta müqaviləsi olmamışdır. İddiaçı Sığorta ASC-nin pretenziya məktubundan görünür ki, Quliyeva (İbrahimova) Nərgiz Cavanşir qızı sığorta ödənişi olan 8250 manat məbləğində pul vəsaitini 7 gün müddətində ASC-nin bank hesabına ödəməyəcəyi təqdirdə ona qarşı məhkəmə qaydasında subroqasiya tələbi irəli sürüləcəyi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin edilməli, pul məbləği Quliyeva (İbrahimova) Nərgiz Cavanşir qızından tutulmalı, X6 aid hissədə isə rədd edilməldir. Belə ki, iş materiallarından göründüyü kimi, hadisə zamanı Quliyeva (İbrahimova) Nərgiz Cavanşir qızı avtomobili X9 tərəfindən verilmiş ƏN-İİİ 263425 nömrəli etibarnamə əsasında idarə etmişdir. Məhkəmə iddia tələbini bu hissədə əsassız hesab edir. Sürücünün avtomobili idarə edərkən sürücülük hüququ olmamışdırsa, bu barədə inzibati protokol tərtib olunmalı idi, lakin inzibati protokol başqa maddə ilə, ərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə tərtib edilmişdir. Lakin məhkəmə iddianı Quliyeva (İbrahimova) Nərgiz Cavanşir qızına aid hissədə əsaslı və qanuni hesab edir. Belə ki, maşını qanuni əsaslarla idarə etmiş, özgə şəxin sığortalı əmlakına ziyan vurmuş və iddiaçı da sığorta məbləğini ödəmişdir. Subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. (MM-nin 936.1., 936.2., 936.5.-ci mad.) Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Məhkəmə, məhkəmə tədqiqatı zamanı yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. “Wolksvagen Polo” markalı **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 8250 (səkkiz min iki yüz əlli) manat sığorta ödənişi məbləği və 30,40 (otuz manat 40 qəpik) manat dövlət rüsumu cavabdeh Quliyeva (İbrahimova) Nərgiz Cavanşir qızından tutularaq İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Fərid Əyyubov
Məhkəmə qərarları › İş №2(004)-842/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-842/2021
16.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver