Məhkəmə qərarları › İş №2(004)-891/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-891/2025

04.03.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-891/2025 04.03.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2, Cavabdeh "İri Şəhərlərin Birləşmiş Su Təchizati Xidməti X27 nümayəndəsi Nümayəndə3, Müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi Nümayəndə1 Ağababa qızının iştirakı ilə, İddiaçı X14 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər Cavabdeh3, "xxxx" Açıq Səhmdar Cəmiyyəti və "İri Şəhərlərin Birləşmiş Su Təchizati Xidməti X23rşı "kommunal xidmətlərin adına bərpa olunması" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X14 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər Cavabdeh3, "xxxx" Açıq Səhmdar Cəmiyyəti və "İri Şəhərlərin Birləşmiş Su Təchizati Xidməti X23rşı "kommunal xidmətlərin adına bərpa olunması" tələbinə dair iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, onun pozulmuş hüququnun bərpası, yəni onun adına olmuş və sonradan cavabdehin adına onun razılığı olmadan keçirilmiş olan kommunal xidmətlərin onun adına bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanda 1997-ci ildən hazırki cavabdeh X4 qardaşı X16 ərə gedərək həmin yaşayış sahəsinə gəlin köçmüşdür. Həmin ünvanda 2 otaqdan və bütün kommunal xidmətlərdən maneəsiz istifadə etmişdir. Həmin ünvanda yaşayaraq iki övladı dünyaya gəlmişdir və övladları da həmin ünvanda yaşamışlar. 2004-cü ildə isə həyat yoldaşıyla aralarındakı nikah məhkəmə qaydasında pozulmuş, iki azyaşlı uşaqları onun himayəsində saxlanılmış və o uşaqlarıyla birlikdə yuxarıda göstərilən ünvanda yaşamağa davam etmiş və bu gün də yaşamaqda davam edir. İstifadə etdiyi yaşayış sahəsinə aid olan kommunal xidmətlər, elektrik enerjisi, qaz və sudan istifadə onun adına olmuşdur və həmin xidmətlərin haqqını vaxtı-vaxtında ödəmişdir. İş üzrə cavabdeh kimi cəlb etdiyi X15 2023-cü ildə uzun illərdən bəri yaşadığı yuxarıda göstərilən ünvandakı yaşayış sahəsinə mülkiyyət hüququ əldə etdi və irs olaraq paylı mülkiyyətdəki payın 4/5 hissəsinə reyesterdən öz adına çıxarış aldı. Cavabdeh öz payına uyğun reyesterdən çıxarış əldə edəndən sonra onun həmin ünvanda yaşamağına maneəçiliklər törətməyə başladı və hər vasitə ilə onu sıxışdırıb oradan çıxarmağa yönəlmiş hərəkətlər etdi. Belə ki, cavabdeh mənzildə istifadə etdiyi və onun adına abonent xidməti yazılmış olan kommunal xidmətləri onun xəbəri və razılığı olmadan öz adına keçirdi və bundan sonra zaman-zaman kommunal xidmətləri məhdudlaşdırmağa başladı, beləliklə onun həmin yaşayış sahəsindən uşaqlarıyla birlikdə çıxarılmağına zəminlər yaratmağa başladı. Hesab edir ki, cavabdehin hərəkəti qanuna müvafiq deyildir, belə ki, o, həmin yaşayış sahəsində el adəti üzrə gəlin köçərək 2004-cü ildə qeydiyyata alınaraq yaşamağa başlamış (1997-ci ildən faktiki olaraq yaşayır). Yuxarıda qeyd etdiyi kimi bu illər ərzində kommunal xidmətlər göstərilməsi barədə müqavilələr onunla bağlanmışdır və o xidmətlərin müqabilində ödəmələri həyata keçirmişdir. Hesab edir ki, həmin yaşayış sahəsindən onun istifadə hüququ vardır və istifadə hüququ olan şəxs kimi kommunal xidmətlər də onun xəbəri və razılığı olmadan onun adından digər şəxsin adına keçirilə bilməzdi. Cavabdeh bundan başqa, onların yaşayış sahəsinə verilən internet xidmətini də kəsdirmişdir və həm yuxarıda göstərilən, həm də bu hərəkəti ilə cavabdeh onun ünvan 1 ünvandakı yaşayış sahəsindən istifadə hüququnu pozur. O da yuxarıda göstərdiyi kimi rabitə və kommunal xidmətlərin onun adından çıxarılaraq digər şəxsin adına qeyd olunmasını hüquqlarının pozulması kimi qiymətləndirir və pozulmuş hüququnun bərpası üçün hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Yuxarıda göstərdiyi kimi o 1997-ci ildən hazırda yaşadığı və iddiaçının öz adına çıxarış almış olduğu yaşayış sahəsinin əvvəlki mülkiyyətçisi olmuş Quliyeva Allanın razılığı ilə həmin yaşayış sahəsinə gəlin köçmüş, yaşamağa başlamış və pasport qeydiyyatına alınmışdı. Yəni, o zamanki mükiyyətçi ilə eyni ailə təsərrüfatını idarə etdiyimə görə onun ailə üzvü hesab olunurdu və bu baxımdan ailə üzvü kimi həmin yaşayış sahəsində yaşamaq üçün heç bir qeyd-şərt aralarında olmamışdır. İddiaçı iddia tələbinə dəqiqləşdirmə verərək, onun pozulmuş hüquqlarının bərpası, yəni onun adına olmuş və sonradan onun razılığı olmadan X4 adına keçirilmiş olan kommunal xidmətlərin onun adına bərpa olunması ilə bağlı cavabdehlər -Cavabdeh3, “İri şəhərlərin X28 Xidməti” PHŞ, “Azərişığa” həvalə olunması barədə qətnamə çıxarılmasını, habelə X4 üçüncü şəxs qismində işə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmunua uyğun izahat verərək bildirmişdir ki, Bildirmək istəyirəm ki, 1997-ci ildən ünvan 2 ünvanına gəlin köçüb orada yaşayır. 2004-cü ildə rəsmi olaraq ünvan 2 ünvanına qeydiyyata alınmışdır. İstifadə edilən yaşayış sahəsinə aid olan kommunal xidmətlər, elektrik enerjisi, qaz və sudan istifadə onun adına olmuşdur. İş üzrə cavabdeh kimi cəlb etdiyi X15 2023-cü ildə uzun illərdən bəri yuxarıda göstərilən ünvandakı yaşayış sahəsinə mülkiyyət hüququ əldə etmiş və irs olaraq paylı mülkiyyətdəki payın 4/5 hissəsinə reyesterdən öz adma çıxarış almışdı. Cavabdeh mənzildə istifadə etdiyi və onun adına abonent xidməti yazılmış olan kommunal xidmətləri xəbəri və razılığı olmadan öz adına keçirmişdi. Bundan sonra zaman-zaman kommunal xidmətləri məhdudlaşdırmağa başlamışdı. Dekabr ayının sonlarında 18 gün müddətində internet və telefon kommunal xidmətlərindən istifadə edə bilməmişdir. Verilən suallara cavab olaraq bildirmişdi ki, yaşadığı ev 1912-ci il tarixində böyük ərazidə tikilib, orada 5-6 ədəd sayğac var. Mənzil onun mülkiyyətində deyil, o sadəcə orada qeydiyyatdadır. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 izahatında göstərdi ki, iddia tələbi ilə razı deyil. ki, Bakı şəhəri, Yasamal rayonu, Mirzə Fətəli küçəsi ünvanda yerləşən 79/81 nömrəli ev üzrə abonent X21 gedir. Ev kimin adınadırsa, müqavilə də onunla bağlanılır. İddiaçının abonent olması tərəflərindən müəyyən edilməmişdir. Məhkəmə iclasında cavabdeh "İri Şəhərlərin Birləşmiş Su Təchizati Xidməti X27 nümayəndəsi Nümayəndə3 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, onlar tərəfindən su təchizatı, suyun buraxılması və tullantı sularının axıdılması xidmətlərinin göstərilməsi üçün mülkiyyətçi tərəfindən yaşayış sahəsinin çıxarışı, müvafiq sənədlər müəssisəyə təqdim edilməlidir. Bundan sonra onlar arasında müqavilə bağlanılır. Hazırki iş üzrə iddiaçı tərəfindən müqavilə bağlanılması üçün zəruri sənədlər müəssisəyə təqdim edilməmişdir. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi Nümayəndə1 məhkəməyə verdiyi izahatında bildirdi ki, iddia tələbi ilə razı deyil. Bildirmək istəyir ki, abonent kodları anası X6 adınadır. Lakin rəsmiləşdirilmə zamanı "xxxx" ASC-də anasının adı yanlış qeyd edilmişdir. Yenə də qeyd etdi ki, ərazi böyük olduğu üçün sayğacların sayı çox olduğundan su və qazla bağlı abonent kodları başqalarının adına qeyd edilidi. O da rəsmi şəkildə müraciət edib çıxarış almış və abonent kodlarını bacısının adına rəsmiləşdirmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan: Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X27 Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyetrindən çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, X38 küçəsi, 79/81 ünvanında yerləşən ev 4/5 hissədə X4, 4/5 hissədə X12, 1/5 hissədə X5, 1/5 hissədə X17, 1/5 hissədə X3 və 1/5 hissədə X2 paylı mülkiyyətindədir. AR Bakı şəhər Yasamal Rayon İcra Hakimiyyəti Yasamal Rayon Mənzil Kommunal Təsərrüfat Birliyi 61 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 61 saylı, 01 sentyabr 2024-cü il tarixli arayışa əsasən İddiaçı M.Fətəli küç., 79/81 saylı evdə yaşayır. İddiaçı ilə Cavabdeh3 arasında bağlanmış AK-2/7875 saylı, 31avqust 2017-ci il tarixli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəsi arasında qazın alqı-satqısı barədə müqavilə”dən görünür ki, paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq, istehlakçını ünvan 4 ünvanı üzrə keyfiyyətli qazla təmin edir. İstehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq, paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. İddiaçı ilə Cavabdeh3 arasında bağlanmış AKX-02081xx/xx-2020 saylı, 04 fevral 2020-ci il tarixli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəsi arasında qazın alqısatqısı barədə müqavilə”dən görünür ki, paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq, istehlakçını ünvan 4 ünvanı üzrə keyfiyyətli qazla təmin edir. İstehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq, paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. "xxxx" MMC tərəfindən verilmiş ÇCO seriyalı, 886993 saylı Mədaxil qəbzindən görünür ki, İddiaçı M.Fətəli 79/81 ünvanı üzrə 2014-2015 ödəniş dövrü üçün 21 manat ödəniş etmişdir. X15 ilə Cavabdeh3 arasında bağlanmış AK-04455/05-24 saylı, 21 may 2024-cü il tarixli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəsi arasında qazın alqı-satqısı barədə müqavilə”dən görünür ki, paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq, istehlakçını ünvan 4 ünvanı üzrə keyfiyyətli qazla təmin edir. İstehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq, paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş X11 görünür ki, ünvan 5 ünvanı üzrə abunə kodu X13 adınadır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Yasamal Rayon Polis İdarəsi tərəfindən sorğuya cavab olaraq, verilmiş 21 sentyabr 2022-ci il tarixli məktubundan görünür ki, X1 rayon Qeydiyyat şöbəsinin 1033 saylı akt qeydinə əsasən xx.xx.1976-cı il tarixdə vəfat etmiş, X3 ölümü Binəqədi rayon Qeydiyyat Şöbəsində, X8 ölümü isə Nəsimi rayon Qeydiyyat Şöbəsində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Xətai Rayon Polis İdarəsi tərəfindən sorğuya cavab olaraq, verilmiş 13 oktyabr 2022-ci il tarixli məktubundan görünür ki, vətəndaş X9 şəxsiyyət vəsiqəsi xx.xx.2021-ci tarixində ölüm səbəbi ilə qeydiyyat edilmişdir. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli qərarının 6.4-cü maddəsinə əsasən qazlaşdırılmış obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildikdə, əvvəlki istehlakçı obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildiyi günədək qazdan istifadəyə görə olan borcunu ödəməli, qaz paylayıcısından borcunun olmaması barədə arayış almalı və həmin arayışı yeni istehlakçıya təqdim etməlidir. Yeni mülkiyyətçi (istifadəçi) qazın alqı-satqısına dair yeni müqavilənin bağlanılması üçün qaz paylayıcısına 10 (on) iş günü müddətində yazılı müraciət etməlidir. Yazılı müraciət daxil olduğu gündən başlayaraq, 3 (üç) iş günü müddətində yeni mülkiyyətçi (istifadəçi) ilə qaz paylayıcısı arasında müqavilə bağlanılmalıdır. Qazlaşdırılmış obyektin mülkiyyətçisinin (istifadəçisinin) dəyişilməsi qazın verilməsinin dayandırılması üçün əsas deyildir. “Sudan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 262 saylı, 17 iyul 2014-cü il tarixli qərarının 8.4-cü maddəsinə əsasən su ilə təchiz olunmuş obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişdirildikdə, əvvəlki istehlakçı obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişdirildiyi günədək sudan istifadəyə görə olan borcunu ödəməli, STKM-dən borcunun olmaması barədə arayış almalı və həmin arayışı yeni istehlakçıya təqdim etməlidir. Yeni mülkiyyətçi (istifadəçi) yeni müqavilənin bağlanılması üçün STKM-ə 10 (on) iş günü müddətində yazılı müraciət etməlidir. Yazılı müraciət daxil olduğu gündən 3 (üç) iş günü müddətində yeni mülkiyyətçi (istifadəçi) ilə STKM arasında müqavilə bağlanılmalıdır. “Elektrik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 saylı, 2 fevral 2005-ci il tarixli qərarının 8.21-ci maddəsinə əsasən elektrik enerjisinin alqı-satqı müqaviləsini, şəxsi hesabın digər məişət abonentinin adına keçirilməsi onların müraciətlərinə əsasən enerjitəchizatı müəssisəsi tərəfindən beş gün ərzində baxılır və həll edilir. Elektrik şəbəkəsinə əvvəllər qoşulmuş yaşayış binasındakı mənzilə yeni kirayəçi, yaxud mülkiyyətçi və ya yaşayış evinə yeni mülkiyyətçi köçdükdə, həmin məişət abonenti ilə enerjitəchizatı müəssisəsi arasında beş gün müddətində elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanılmalıdır və enerjitəchizatı müəssisəsi onun adına şəxsi hesab açmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, X38 küçəsi, 79/81 ünvanında yerləşən fərdi yaşayış evi paylı mülkiyyətdədir. İddiaçının həmin evə dair mülkiyyət payı yoxdur. Buna baxmayaraq, bir müddət həmin evə dair kommunal xidmətlərin göstərilməsinə dair müqavilələr iddiaçı ilə bağlanmışdır. Hazırki iddianın predmetini kommunal xidmətlərin iddiaçının adına bərpa olunmasıdır. Qanunvericiliyin tələblərindən göründüyü kimi, kommunal xidmətlərə dair müqavilələr yaşayış evinin mülkiyyətçisi ilə bağlanmalıdır. Bir sözlə, iddiaçının kommunal xidmətlərə dair müqavilə bağlamağa subyektiv hüququ yoxdur. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia əsassızdır. İddiaçı X14 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər Cavabdeh3, "xxxx" Açıq Səhmdar Cəmiyyəti və "İri Şəhərlərin Birləşmiş Su Təchizati Xidməti X23rşı "kommunal xidmətlərin adına bərpa olunması" tələbinə dair iddia ərizəsi təmin edilməməlidiir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 284.1, 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddiaçı X14 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər Cavabdeh3, "xxxx" Açıq Səhmdar Cəmiyyəti və "İri Şəhərlərin Birləşmiş Su Təchizati Xidməti X23rşı "kommunal xidmətlərin adına bərpa olunması" tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar