Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-92/2024 13.06.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh2, onun nümayəndəsi və vəkili Vəkil2 Eldar oğlunun iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh2 qarşı “mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh2 qarşı “mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, "xxxx" MMC-yə məxsus olan ünvan 1 ünvandakı 558 və 566-cı məhəllələrdə yerləşən yaşayış binasının 1-ci giriş, 4-cü mərtəbə, ümumi sahəsi 191 kv.m olan 4 otaqlı 9 saylı mənzilin Cavabdeh2 və "xxxx" MMC tərəfindən boşaldaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-3821/2023 nömrəli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh2 cavabdehlər "xxxx" MMC-yə və İddiaçı qarşı “ünvan 1 ünvandakı 558 və 566-cı məhəllələrdə yerləşən yaşayış binasının 1-ci giriş, 4-cü mərtəbə, ümumi sahəsi 191 kv.m olan 4 otaqlı 9 saylı mənzilinə dair "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 28 dekabr 2017-ci il tarixli yaşayış binasında mənzil tikintisi müqaviləsinin və həmin tarixli maliyyə arayışının etibarsız hesab edilməsi’’ tələbinə dair 2(103)- 4677/2023 nömrəli mülki iş üzrə qəbul ediləcək yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək, hazırkı 2(004)-3821/2023 nömrəli mülki iş üzrə icraat dayandırılmışdır. İddiaçı nümayəndəsi və vəkili X2 xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsilə məhkəməyə müraciət edərək, 2(103)-4677/2023 nömrəli mülki iş üzrə yekun məhkəmə aktının çıxarıldığını və qanuni qüvvəyə mindiyini bildirmişdir. İşin dayayndırılmasına səbəb olmuş hallar aradan qalxdığına görə 2(004)-92/2024 saylı mülki iş üzrə icraatın təzələnməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(004)-92/2024 nömrəli qərardadı ilə mülki iş üzrə icraat təzələnmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli “yaşayış binasında mənzil tikintisi haqqında” müqaviləyə əsasən "xxxx" MMC inşa etdiyi ünvan 1 ünvanda 558 və 566-cı məhəllələrdə yerləşən yaşayış binasının 1-ci girişinin 4-cü mərtəbəsində, ümumi sahəsi 191 kv.m olan 4 otaqlı 09 nömrəli mənzili İddiaçı verməyi, İddiaçı isə qabaqcadan müəyyənləşdirilmiş 191.000 manat pay haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh1 MMC-in verdiyi xx.xx.2017-ci il tarixli maliyyə arayışına əsasən İddiaçı mənzil 191.000 manat pay dəyərini Cavabdeh1 MMC-yə ödəmişdir. Cavabdeh2 ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2005-ci il tarixli “yaşayış binasında mənzil tikintisi haqqında” müqaviləyə əsasən "xxxx" MMC inşa etdiyi ünvan 2 ünvanda 558-ci məhəllədə yerləşən yaşayış binasının 2-ci girişinin 4-cü mərtəbəsində, ümumi sahəsi 186,4 kv.m olan 4 otaqlı 107 nömrəli mənzili Cavabdeh2 verməyi, Cavabdeh2 isə qabaqcadan müəyyənləşdirilmiş 111.840 ABŞ dolları pay haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh1 MMC-in verdiyi xx.xx.2005-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh2 mənzilin 111.840 ABŞ dolları pay dəyərini Cavabdeh1 MMC-yə ödəmişdir. Müqavilədən və maliyyə arayışından da göründüyü kimi, Cavabdeh2 mənzili 46 nömrəli binada, İddiaçı mənzili isə 48 nömrəli binada yerləşir. Həmçinin mənzillərə görə ödənən pay haqqı da fərqlidir. İddiaçı məxsus 09 nömrəli mənzilin yerləşdiyi ünvan 1 ünvanda 558 və 566-cı məhəllələrdə yerləşən yaşayış binası təxminən 2015-2016-cı illərdə tikilmişdir. Cavabdeh2 məxsus 107 nömrəli mənzilin yerləşdiyi 46 nömrəli bina isə daha əvvəl inşa edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(004)-9854/2016 nömrəli icra vərəqəsinə əsasən ünvan 3 ünvandakı 558-ci məhəllədə yerləşmiş cavabdeh "xxxx" MMC-nin tikilməkdə olan binasında 2-ci blok, 4-cü mərtəbədə yerləşən ümumi sahəsi 186,4 kv.metr olan 107 nömrəli mənzil Cavabdeh2 sahibliyinə və istifadəsinə verilməlidir. İcra sənədi üzrə Yasamal rayon İcra şöbəsinin icra məmurları Ruslan Əsgərov və Məmməd Bayramov tərəfindən xx.xx.2018-ci il tarixli akta əsasən icra edilmişdir. İcra zamanı İddiaçı məxsus 09 nömrəli mənzil əsassız olaraq Cavabdeh2 təhvil verilmişdir. Mübahisə olunan mənzil boşdur, onda olan məlumata əsasən mənzilin açarları iddiaçının özündə olmalıdır. Lakin Cavabdeh2 maneçilik yaratdığına görə İddiaçı öz mənzilinə girə bilmir. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 Eldar oğlu məhkəmə iclasında iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, Cavabdeh2 ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2005-ci il tarixli “yaşayış binasında mənzil tikintisi haqqında” müqaviləyə əsasən "xxxx" MMC inşa etdiyi ünvan 2 ünvanda 558-ci məhəllədə yerləşən yaşayış binasının 2-ci girişinin 4-cü mərtəbəsində, ümumi sahəsi 186,4 kv.m olan 4 otaqlı 107 nömrəli mənzili Cavabdeh2 verməyi, Cavabdeh2 isə qabaqcadan müəyyənləşdirilmiş 111.840 ABŞ dolları pay haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh1 MMC-in verdiyi xx.xx.2005-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh2 mənzilin 111.840 ABŞ dolları pay dəyərini Cavabdeh1 MMC-yə ödəmişdir. Cavabdeh1 MMC müqavilə üzrə öhdəliyini yerinə yetirmədiyinə görə Cavabdeh2 məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(004)-9854/2016 nömrəli qətnaməsi ilə Cavabdeh2 iddiası təmin edilmiş, xx.xx.2005-ci il tarixli müqaviləyə və xx.xx.2005-ci il tarixli maliyyə arayışına əsasən ünvan 3 ünvandakı 558-ci məhəllədə yerləşmiş "xxxx" MMC-nin tikilməkdə olan binasında 2-ci blok, 4-cü mərtəbədə yerləşən ümumi sahəsi 186,4 kv.metr olan 107 nömrəli mənzilin Cavabdeh2 sahibliyinə və istifadəsinə verilməsi qət edilmişdir. Yasamal rayon İcra şöbəsinin icra məmurları Ruslan Əsgərov və Məmməd Bayramov tərəfindən xx.xx.2018-ci il tarixdə qətnamə icra edilmiş və mənzil Cavabdeh2 təhvil verilmişdir. Bu barədə xx.xx.2018-ci il tarixdə akt tərtib edilmişdir və icra məmuru tərəfindən xx.xx.2018-ci il tarixdə icra sənədi üzrə icraata xitam verilmişdir. İddiaçı Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin icra məmurunun Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(104)-9854/2016 nömrəli qətnaməsi üzrə həyata keçirtdiyi icra hərəkətlərinin qanunsuz hesab edilməklə, icra məmuru tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli aktın və qəbul edilmiş xx.xx.2018-ci il tarixli “İcra sənədi üzrə icraata xitam verilməsi haqqında” qərarın ləğv edilməsi barədə şikayətlə Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 8(004)-830/2022 nömrəli qərardadı ilə İddiaçı şikayəti təmin edilmişdir. Cavabdeh2 həmin qərardaddan şikayət vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 8(103)-138/2023 nömrəli qərardadı ilə Cavabdeh2 şikayəti təmin edilmiş, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 8(004)-830/2022 nömrəli qərardadı ləğv edilmiş, İddiaçı “icra hərəkətlərinin qanunsuz hesab edilməsi və sair tələbləri barədə” ərizəsi rədd edilmişdir. Cavabdeh2 məhkəmə qətnaməsinə əsasən öz mənzili təhvil verilmişdir. İddiaçı xx.xx.2017-ci il tarixli müqaviləsinə istinad etməklə, "xxxx" MMC-dən aldığı mənzilin ona təhvil verilməsini tələb etməlidir. Cavabdeh2 verilmiş mənzilin iddiaçıya heç bir aidiyyatı yoxdur. Qeyd olunan mənzillər fərqli mənzillərdir. Hesab edir ki, İddiaçı hazırkı iddia tələbi əsassızdır. Bu səbəbdən iddia tələbinin rədd edilməsini xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında nümayəndəsi və vəkili Vəkil2 Eldar oğlunun izahatı ilə razı olduğunu, onun mənzilinin iddiaçıya aidiyyatı olmadığını, mənzilin açarlarının onun özündə olmasını bildirdi, iddia tələbinin rədd edilməsini xahiş etdi. Cavabdeh "xxxx" MMC-yə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilməklə məlumat verilmişdir, lakin nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, "xxxx" MMC-nin direktoru R.S.Qazaxlı ilə İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilədən müəyyən edilir ki, "xxxx" MMC ünvan 1 ünvandakı 558 və 566-cı məhəllələrdə yerləşən "xxxx" MMC-yə məxsus yaşayış binasının 1-ci giriş, 4-cü mərtəbə, ümumi sahəsi 191 kv.m olan 4 otaqlı 09 saylı mənzili 191.000 manata İddiaçı satmışdır. "xxxx" MMC-nin xx.xx.2017-ci il tarixli maliyyə arayışında göstərilir ki, "xxxx" MMC-yə məxsus yaşayış binasının 1-ci giriş, 4-cü mərtəbə, ümumi sahəsi 191 kv.m olan 4 otaqlı 9 saylı mənzilə görə 191.000 manat İddiaçı tərəfindən ödənilmişdir. İddiaçı "xxxx" MMC-yə heç bir borcu yoxdur. Cavabdeh2 ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2005-ci il tarixli “yaşayış binasında mənzil tikintisi haqqında” müqaviləyə əsasən "xxxx" MMC inşa etdiyi ünvan 2 ünvanda 558-ci məhəllədə yerləşən yaşayış binasının 2-ci girişinin 4-cü mərtəbəsində, ümumi sahəsi 186,4 kv.m olan 4 otaqlı 107 nömrəli mənzili Cavabdeh2 verməyi, Cavabdeh2 isə qabaqcadan müəyyənləşdirilmiş 111.840 ABŞ dolları pay haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh1 MMC-in verdiyi xx.xx.2005-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh2 mənzilin 111.840 ABŞ dolları pay dəyərini Cavabdeh1 MMC-yə ödəmişdir. Cavabdeh1 MMC müqavilə üzrə öhdəliyini yerinə yetirmədiyinə görə Cavabdeh2 məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(004)-9854/2016 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh2 cavabdeh "xxxx" MMC-yə qarşı “mənzilin sahibliyinə və istifadəsinə verilməsi” tələbinə dair iddiası təmin edilmiş, xx.xx.2005-ci il tarixli müqaviləyə və xx.xx.2005-ci il tarixli maliyyə arayışına əsasən ünvan 3 ünvandakı 558-ci məhəllədə yerləşmiş "xxxx" MMC-nin tikilməkdə olan binasında 2-ci blok, 4-cü mərtəbədə yerləşən ümumi sahəsi 186,4 kv.metr olan 107 nömrəli mənzilin Cavabdeh2 sahibliyinə və istifadəsinə verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli 2(103)-8906/2017 nömrəli qətnaməsi ilə cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayəti rədd edilmiş, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(004)-9854/2016 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İcra sənədi üzrə tələbkar Cavabdeh2 icra sənədinin vaxtında icra edilməməsi səbəbi ilə müvafiq orqanlara şikayət etmişdir. Cavabdeh2 müraciətlərinə verilmiş xx.xx.2017-ci və xx.xx.2017ci il tarixli cavab məktublarından müəyyən edilir ki, icra ilə bağlı mübahisəli mənzilə baxış keçirilən zaman sözügedən binanın tam tikilməməsi, mənzillərin nömrələnməməsi və həmçinin həmin binanın 4-cü mərtəbəsində 186,4 kv.m sahəsi olan mənzilin mövcud olmaması aşkar edilmişdir. Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmurları Ruslan Əsgərov, Məmməd Bayramov, iş üzrə tələbkar Cavabdeh2 və onun nümayəndəsi Nadir Qəmbərov, borclu "xxxx" MMC-nin rəhbəri Ramiz Qazaxlı, hal şahidləri Əflan Əliyev və Eldəniz İldırımovun iştirakı ilə tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli aktdan görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(004)-9854/2016 nömrəli icra vərəqəsinə əsasən xx.xx.2005ci il tarixli müqaviləyə və xx.xx.2005-ci il tarixli maliyyə arayışına əsasən ünvan 3 ünvandakı 558-ci məhəllədə yerləşmiş "xxxx" MMC-nin tikilməkdə olan binasında 2-ci blok, 4-cü mərtəbədə yerləşən ümumi sahəsi 186,4 kv.metr olan 107 nömrəli mənzilin Cavabdeh2 sahibliyinə və istifadəsinə verilməlidir. İcra sənədinin icrası xx.xx.2018-ci il tarixə təyin edilmişdir. İcra yerinə gələn zaman müəyyən olunmuşdur ki, sözügedən binada təmir işləri gedir və mənzillər nömrələnməmişdir. Həmin binanın 4-cü mərtəbəsinə qalxmışlar və icra sənədində göstərilmiş sahədə mənzil (girişdən solda yerləşən) Cavabdeh2 sahibliyinə və istifadəsinə verilmişdir və icra sənədinin icrası təmin edilmişdir. Mənzildə heç bir təmir işləri aparılmamışdır. İcra zamanı icra yerinə borclu "xxxx" MMCnin rəhbəri X5 da gəlmiş və sözügedən mənzilin Cavabdeh2 sahibliyinə və istifadəsinə verilməsinə heç bir etirazının olmadığını bildirmişdir və bu mənzilin Cavabdeh2 məxsus olduğunu qeyd etmişdir. Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmurunun xx.xx.2018-ci il tarixli qərarı ilə xx.xx.2018-ci il tarixli akta əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(004)-9854/2016 nömrəli icra sənədi üzrə tələb tam təmin edildiyindən icraata xitam verilmişdir. İddiaçı ünvan 1 ünvandakı 558 və 566-cı məhəllələrdə yerləşən "xxxx" MMC-yə məxsus yaşayış binasının 1-ci giriş, 4-cü mərtəbə, ümumi sahəsi 191 kv.m olan 4 otaqlı 09 saylı mənzilə dair "xxxx" MMC ilə onun arasında bağlanmış xx.xx.2017-ci il tarixdə müqaviləyə istinad etməklə, ona məxsus mənzilin qanunsuz və əsassız olaraq icra zamanı icroa məmuru tərəfindən xx.xx.2018-ci il tarixli akta əsasən Cavabdeh2 verildiyini iddia edərək, Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin icra məmurunun Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(104)-9854/2016 nömrəli qətnaməsi üzrə həyata keçirtdiyi icra hərəkətlərinin qanunsuz hesab edilməklə, icra məmuru tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli aktın və qəbul edilmiş xx.xx.2018-ci il tarixli “İcra sənədi üzrə icraata xitam verilməsi haqqında” qərarın ləğv edilməsi barədə şikayətlə Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-cı il tarixli 2(004)- 830/2022 nömrəli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(004)-9854/2016 nömrəli icra vərəqəsi üzrə icra məmurları Ruslan Əsgərov və Məmməd Bayramovun akt tərtib edilməsinə dair icra hərkətləri və xx.xx.2018-ci il tarixli aktı etibarsız hesab edilmiş, Yasamal rayon icra şöbəsinin “icra sənədi üzrə icraata xitam verilməsi haqqında” xx.xx.2018-ci il tarixli qərarı ləğv edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(004)-9854/2016 nömrəli icra vərəqəsi üzrə icra tədbirlərinin bərpa edilməklə, davam etdirilməsi qərara alınmışdır. Cavabdeh2 həmin qərardaddan şikayət vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 8(103)-138/2023 nömrəli qərardadı ilə Cavabdeh2 şikayəti təmin edilmiş, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 8(004)-830/2022 nömrəli qərardadı ləğv edilmiş, İddiaçı “icra hərəkətlərinin qanunsuz hesab edilməsi və sair tələbləri barədə” ərizəsi rədd edilmişdir. Həmin qərardadda apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, İddiaçı icra məmurlarının hərəkətlərindən verdiyi şikayətdə Cavabdeh2 icra məmurları tərəfindən təhvil verilmiş mənzilin sonuncuya məxsus olan mənzil deyil, məhz ona məxsus mənzil olmasını bildirsə də, bu halı təsdiq edə biləcək sübutları (məsələn: mənzilin MMC tərəfindən ona təhvil verilməsi barədə aktı və ya protokolu) Rayon Məhkəməsinə təqdim etməmişdir. Göstərilənlərə əsasən müəyyən edilir ki, İddiaçı icra məmurlarının hərəkətlərindən verdiyi şikayət sübuta əsaslanmır; İddiaçı icra məmurlarının hərəkətlərinin mübahisələndirmək üçün subyektiv hüquqa malik deyil; işə baxmış və İddiaçı şikayətini təmin etmiş Rayon Məhkəməsi isə işin bu halını müəyyən edə bilməmiş, İddiaçı sübuta söykənməyən müraciətini əsaslı hesab edərək, xx.xx.2022-ci il tarixli qərardadla təmin etmişdir; qərardad əsassızdır; həmin qərardaddan Cavabdeh2 verdiyi şikayətin dəlilləri formal mülahizə xarakteri daşımır. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli 2(004)-1687/2023 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh2 cavabdeh “İddiaçı və "xxxx" MMC-yə qarşı “ünvan 1 ünvandakı 558 və 566-cı məhəllələrdə yerləşən yaşayış binasının 1-ci giriş, 4-cü mərtəbə, ümumi sahəsi 191 kv.m olan 4 otaqlı 9 saylı mənzilinə dair "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 28 dekabr 2017-ci il tarixli yaşayış binasında mənzil tikintisi müqaviləsinin və həmin tarixli maliyyə arayışının etibarsız hesab edilməsi’’ tələbinə dair iddiası rədd edilmişdir. Qətnamədən narazı qalan iddiaçı Cavabdeh2 apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(103)-4677/2023 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh2 apellyasiya şikayəti təmin olunmamış, iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli 2(004)-1687/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən narazı qalan iddiaçı Cavabdeh2 kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(102)- 938/2024 nömrəli qərarı ilə iddiaçı Cavabdeh2 kassasiya şikayəti təmin olunmamış, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(103)-4677/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qərar qəbul edildiyi andan qüvvəyə minmişdir. Ali Məhkəmənin qərarında qeyd edilir ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(103)-138/2023 saylı qərardadında mübahisəli 9 saylı mənzilin MMC tərəfindən cavabdehə təhvil verilməsini təsdiq edən hər hansı aktın və ya protokolun olmamasına, müqavilələrin bağlanması zamanı binanın tam inşa edilməməsinə, binadakı mənzillərin nömrələnməməsinə, binanın 4-cü mərtəbəsində 186,4 kv.m sahəsi olan mənzilin mövcud olmamasına istinad edərək icra məmurunun həyata keçirdiyi icra hərəkətlərinin qanuni olduğunu qeyd etmişdir. Qeyd edilənlərə əsasən apellyasiya instansiyası məhkəməsinin mövqeyi belə olmuşdur ki, Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 48 ünvanında, 558 və 556-cı məhəllələrdə tikilməkdə olan binasının 1-ci blokunun 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 191,0 kv.m olan 9 nömrəli mənzilin iddiaçıya verilməli olması halı artıq öz təsdiqini tapmış faktlardandır. Lakin bu hal MMC-ni cavabdehə 28 dekabr 2017-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 48 ünvanında, 558 və 556-cı məhəllələrdə tikilmiş binalardan mənzil vermək üzrə yaranmış öhdəlikdən azad etmir, ələlxüsus da bu hal sözügüdən müqavilənin etibarsız hesab edilməsi üçün əsas deyildir. Belə ki, cavabdehlə MMC arasında bağlanmış alqı-satqı və podrat müqavilələrinin ünsürlərindən ibarət qarışıq müqavilə üzrə MMC-nin müvafiq ödəniş müqabilində inşa etdiyi binadan cavabdehə mənzil verilməsinə dair öhdəliyi yaranmış, sonuncu üçün bu öhdəlik mülkiyyət hüququnun yaranması, yəni hüquq münasibətinin əmələ gəlməsi ilə nəticələnməlidir. Mübahisə predmeti olan bu hüquq münasibətinin strukturuna daxil olan üç elementdən heç birinin də iddiaçıya aidiyyəti yoxdur. Çünki, iddiaçı bu müqavilə münasibətlərinin subyekti deyildir, müqaviləyə əsasən yaranmış öhdəlik münasibətinin məzmununun da iddiaçıya bağlılığı müəyyən edilməyib, çünki subyektiv hüquq və hüquqi vəzifə (məs. əmlakı vermək, müqabilində pul ödəmək və s.) müqavilənin tərəflərinə aiddir. Bundan başqa, müvafiq növdən olan müqavilənin predmetini tərəflərin əsas hüquq və vəzifələrinin məcmusu təşkil etdiyi nəzərə alınsa müəyyən olunar ki, MMC-nin cavabdehə Bakı şəhəri Yasamal rayonu H.Cavid prospekti 48 ünvanda, 558 və 556-cı məhəllələrdə tikilməkdə olan binalardan mənzil vermək üzrə vəzifəsi iddiaçı ilə əlaqədar deyildir (müqavilə bağlanan zaman həmin bina tikilməmiş olduğundan və müqavilədə qeyd edilən mənzilin ona verilməsi mümkün olmadığından bu, üçüncü şəxslərin hüquqlarından azad olan istənilən mənzil ola bilər). Belə olan halda hazırki işdə yuxarıda göstərilən üç elementdən heç birinin iddiaçıya aidiyyəti yoxdur. Həmin işə birinci instanisya məhkəməsində baxılarkən dindirilmiş şahid X1 bildirmişdir ki, o, icra məmuru işləmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 sentyabr 2016-cı il tarixli 2(004)-9854/2016 saylı icra sənədinin icrası zamanı qeyd edilən binaya getmişlər. Mənzillərdə nömrələnmə problemi var idi və mənzillər nömrələnməmişdi. Onlar MTK-nın nümayəndəsini dəvət etmişlər. Məhkəmənin qətnaməsində mənzilin faktiki sahəsi bəlli idi. Həmin sahəyə uyğun digər mənzil MTK-nın nümayəndəsinin iştirakı ilə təhvil verilmişdir. Binada mənzil tapmaq mümkün deyildi. Qətnamədə göstərilən sahəyə uyğun mənzil, ümumiyyətlə, yox idi. Həmin işə birinci instanisya məhkəməsində baxılarkən dindirilmiş digər şahid X3 bildirmişdir ki, bina, ümumiyyətlə, problemli binadır. Mənzil təhvil veriləndə binaların nömrələri yox idi. Bu məsələni aydınlaşdırmaq üçün icra prosesinə MTK-nın nümayəndəsi dəvət edilmişdir. MTK-nın nümayəndəsi 2-ci blokun həmin blok olduğunu və mənzilin iddiaçıya məxsus olduğunu qeyd etmişdir. O, həmin vaxt mənzilin mülkiyyətçisinin olub-olmadığını soruşmuş, MTK-nın nümayəndəsi isə cavabında mənzilin mülkiyyətçisi olduğu təqdirdə qapısının köhnə deyil, təzə olmalı olduğunu bildirmişdir. Onlar mənzilin təhvil verilməsini aktlaşdırılmış və icra sənədi üzrə icraata xitam vermişlər. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə qeyd edir ki, İddiaçı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(004)-9854/2016 nömrəli icra vərəqəsinin icrası ilə bağlı Cavabdeh2 təhvil verilmiş mənzilin, xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən ona məxsus olan mənzil olmasını və bu mənzilin Cavabdeh2 qanunsuz sahibliyində olmasını iddia etsə də, bu halı təsdiq edən sübutları məhkəmə təqdim etməmişdir. Odur ki, iddia özü-özlüyündə əsassızdır və rədd edilməlidir. Bu qənaətə gələrkən məhkəmə həm də nəzərə alır ki, Mülki Məcəllənin 1.2-ci maddəsində öz əksini tapmış bu Məcəllənin əsas vəzifələrindən birinin, mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsinin yerinə yetirilməsi olduğu unudulmamalı, həmçinin, tərəflərin hüquq və vəzifələrinin mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənərək, ədalət, insaf və mənəviyyat tələblərinin nəzərə alındığı diqqətdən qaçırılmamalıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” işi üzrə xx.xx.1970-ci il tarixli qərarı; “Piersack Belçikaya qarşı” iş üzrə xx.xx.1982-ci il tarixli qərarı; “X7rşı” işi üzrə xx.xx.1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh2 qarşı “"xxxx" MMC-yə məxsus olan ünvan 1 ünvandakı 558 və 566-cı məhəllələrdə yerləşən yaşayış binasının 1-ci giriş, 4-cü mərtəbə, ümumi sahəsi 191 kv.m olan 4 otaqlı 09 saylı mənzilin Cavabdeh2 və "xxxx" MMC tərəfindən boşaldaraq İddiaçı təhvil verilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-92/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-92/2024
13.06.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver